“Sənaye 4.0” konsepsiyası
İnformasiya və kommunikasiya
texnologiyalarının inkişaf etdirilməsi
Azərbaycan bu çərçivədə bizneslərin
rəqəmsallaşdırılmasını hədəfləyir
Bakıda "Chain
Reaction 2024" forumu baş
tutub. Dördüncü
Sənaye İnqilabının
Təhlili və Koordinasiya Mərkəzi
(4SİM), İnnovasiya və
Rəqəmsal İnkişaf
Agentliyi və “FARI
Solutions” şirkətinin birgə
təşkilatçılığı ilə keçiriləcək
tədbirdə süni
intellekt, blokçeyn,
fintex və kriptovalyutalar kimi mövzular müzakirə olunub. Forumda xarici və
yerli şirkətlərin
aparıcı ekspertləri
və top-menecerləri
iştirak edib. Məruzələr dinlənilib, forum panel müzakirələr və
“dəyirmi masa”larla davam edib. Məlumata görə, Forumun birinci günü çərçivəsində
“Metavers və Rəqəmsal iqtisadiyyata dalış”, “Rəqəmsal
maliyyədə yeniliyin
hərəkətverici qüvvəsi
kimi kriptovalyutalar”, “Kripto-kapital: İsveçrə
necə Avropada rəqəmsal aktivlər üzrə liderə çevrilir?”, “Blokçeyn
tətbiqi: hökumətlər
və müəssisələr
texnologiyada hansı dəyəri görür?”,
“İnteqrasiya olunmuş
innovasiya ekosisteminin yaradılması”, “Təşkilatların
məhsuldarlığını artırmaq üçün
süni intellektdən
istifadə”, “Kriptovalyuta
bazarının vəziyyəti:
hərəkətverici amil
nədir? “, həmçinin
“Banklar necə Web 2-dən
Web 3-ə keçirlər” və “Web 3- sabit gəlirdəki dəyişmələrin
hərəkətverici qüvvəsi
kimi” mövzularında
panellər təşkil
olunub. Tədbirin təşkilatçılarından biri dünyanın aparıcı kriptovalyuta birjası - "Binance"nin baş marketinq direktoru Reyçel Konlan bildirib ki, müasir
rəqəmsal aktivlər
və texnologiyalar dünyasında təhsil əsas rol oynayır.
"Biz Azərbaycan İqtisadiyyat Nazirliyi ilə danışıqlar
apardıq və müasir rəqəmsal aktivlər və texnologiyalar dünyasında
təhsilin əsas rol oynadığı qənaətinə gəldik.
Bu, sadəcə olaraq daha çox
insanı bu sahəyə cəlb etməyin bir yolu deyil, həm
də onlara bu bazara necə
etibarlı və bacarıqlı bir şəkildə girəcəklərini
anlamalarına kömək
edən bir vasitədir. Təhlükəsizlik və məlumatlılıq,
hər hansı maliyyə bazarında uğurlu fəaliyyətin
açarıdır və
rəqəmsal aktivlər
də istisna deyil. Təbii ki, digər maliyyə məhsulları
kimi, kriptovalyuta ticarəti də risklər və dəyişmələr ilə
əlaqədardır", - deyə o qeyd edib. Onun sözlərinə
görə, son həftələrdə
bu mövzuların müzakirəsi sektorda dominantlıq edir. "Amma əsas
məsələ odur ki, biz uzunmüddətli perspektiv üçün ekosistem qurmalıyıq, eyni zamanda insanları
sakitliyi qorumağa, öz araşdırmalarını
aparmağı və nə ilə investisiya etdiklərini başa düşməyi öyrətməliyik. Belə bir
yanaşma çətinlikləri
aşmağa və rəqəmsal aktivlərin
həqiqi dəyərini
açmağa imkan verəcək", - o əlavə
edib. "4SIM Azerbaijan”ın icraçı
direktoru Fariz Cəfərov qeyd edib ki, “4SIM Azerbaijan” hazırda Azərbaycanda böyük dil modellərinin inteqrasiyasına
dair hazırlıq işləri görür.
"Biz ötən ildən rəqəmsal iqtisadiyyat strategiyasının
hazırlanmasına başlamışıq.
Hazırda bu strategiya tamamlanıb və 2030-cu ilədək həyata keçiriləcək 51 böyük
təşəbbüs müəyyənləşdirilib.
Bu təşəbbüslər
insanların bacarıqlarını
artırmağa, infrastrukturun
müasirləşdirilməsinə və "Sənaye
4.0" konsepsiyası çərçivəsində
bizneslərin rəqəmsallaşdırılmasına
yönəlmişdir. Biz,
həmçinin Azərbaycanda
süni intellektin böyük dil modellərinin tətbiqi üçün hazırlıq
işləri aparırıq.
Ölkənin rəqəmsal
əkizini yaratmağı
planlaşdırırıq ki, iqtisadiyyatda nə baş verdiyini və hansı dəyərlərin
yaradıldığını daha yaxşı başa düşək",
- o bildirib. Onun sözlərinə görə, böyük investisiyalar vətəndaşların
davamlı təhsilinə
yönələcək — proqram
650 müxtəlif şirkəti
əhatə edəcək,
bu şirkətlər
"Sənaye 4.0" layihələrində
iştirak edərək
rəqəmsal transformasiya
prosesindən keçəcəklər:
"Biz diaqnostika edəcəyik
ki, onların boşluqlarını aşkar
edək və gələcək vizyonunu müəyyən edək,
sonra isə transformasiya proqramlarını
inkişaf etdirəcəyik.
Eyni zamanda hökumət beynəlxalq sertifikasiyaları
maliyyələşdirməyə hazırdır, xərcləri
qarşılayaraq ölkədə
qısa müddət ərzində ixtisaslı kadrların formalaşdırılmasını
təmin edəcək.
Biz həmçinin universitetlərlə əməkdaşlıq
edirik və Azərbaycanda böyük
bir növbəti nəsil texnologiyalar mərkəzi yaratmağı
planlaşdırırıq, burada bizneslər rəqəmsallaşmaq üçün
nə etməli olduqlarını praktikada görə biləcəklər.
"Google" ilə əməkdaşlıq çərçivəsində
GIS proqramları inkişaf
etdiririk, "Apple" ilə
isə universitetlərlə
birlikdə dörd sertifikasiya mərkəzinin
yaradılması layihəsini
həyata keçiririk".
O qeyd edib ki, Azərbaycan Dördüncü Sənaye
inqilabı Mərkəzinin
(C22IR) açıldığı 22 ölkədən biridir. "Bu, bizim Dünya
İqtisadi Forumunda fəal iştirakımızı
təsdiqləyir. Bu fəaliyyət çərçivəsində
enerji və hətta idman sahələrində süni
intellektlə bağlı
layihələr həyata
keçirilir, məsələn,
mübarizədə süni
intellekt proqramları.
Məqsədimiz bazarda dəyişikliklərin
katalizatoru olmaq, hökumətə, biznesə
və cəmiyyətə
rəqəmsal dünyaya
uyğunlaşmağa kömək
etmək, beynəlxalq
ekspertləri müzakirələr
və təcrübə
mübadiləsi üçün
cəlb etməkdir.
Biz həmçinin kriptovalyutalar, blokçeyn,
"Web3" və "Metaverse"
sahəsində təşəbbüsləri
aktiv şəkildə
dəstəkləyirik, gələcəyin
rəqəmsal iqtisadiyyatında
onların vacib rolunu başa düşərək. "Binance" ilə əməkdaşlıq kriptovalyutalar
və blokçeyn haqqında məlumatlılığın
artırılmasına, eləcə
də "Web3" ilə
bağlı universitet
layihələrinin inkişafına
yönəlib. ", - F.Cəfərli əlavə
edib. "Barings"in
icraçı direktoru
Lemer Salah əlavə edib ki, Azərbaycanda bank sahəsində ciddi inkişaf potensialı mövcuddur.
"Azərbaycanda
iqtisadiyyat hazırda kifayət qədər sabit göstəricilər
nümayiş etdirir.
Bu, ölkəyə həm dövlətin, həm də bank sektorunun maliyyə balansında güclü mövqelərdən effektiv
istifadə edərək
daha çox birbaşa xarici sərmayə (FDI) cəlb
etməyə imkan verir. Azərbaycanı
Asiyada, Latın Amerikasında və Yaxın Şərqdəki
inkişaf etməkdə
olan bazarlarla müqayisə edərkən,
ölkənin bank sahəsində
ciddi inkişaf potensialına malik olduğu açıq-aydındır.
Güclü iqtisadiyyat, sabit
gəlirlər və mərkəzləşdirilmiş idarəetmə daha da inkişaf üçün mükəmməl
şərait yaradır.
Bu yolda əsas
addımlardan biri, daha çox FDI cəlb etmək məqsədilə istiqrazların
buraxılması olmalıdır.
Bu, yalnız bank sektorunun möhkəmlənməsinə
deyil, həm də onun daha
da inkişafına töhfə verəcək.
Bundan əlavə, ölkə blokçeyn və digər müasir texnologiyalar kimi yeni iqtisadi seqmentlərə
"keçid" imkanlarına
malikdir. Bu addım Azərbaycanın
yeni kapital bazarını yaratmasına
və iqtisadi inkişafını sürətləndirməsinə
imkan verəcək",
- o bildirib. Onun sözlərinə
görə, Azərbaycanın
reytinqi bir sıra ölkələrdən
daha yüksəkdir.
Forumun ikinci günü də maraqlı müzakirələrlə yadda
qalıb.
Tədbirin əsas mövzuları
blokçeyn, "Web3", süni intellekt və rəqəmsal aktivlər olub. İkinci gün ərzində “4SIM
Azerbaijan” və “Binance”
arasında anlaşma Memorandumu imzalanıb.
Bundan əlavə,
"Chain Reaction 2024" forumunun ikinci günü çərçivəsində "innovasiyalar mədəniyyət
kimi", "Kiber zəiflik - bu, təsisçilər üçün
böyük riskdirmi?",
"Yeniliyə və
maliyyəyə davamlı
yanaşma", "Web 3 azalırmı?",
"Müasir portfel tərkibi: rəqəmsal aktivlərin rolu nədir?", "Fintech və ragtech"in yeni dövrü",
"İnvestorların səhvləri"
və "Mərkəzləşdirilmiş
maliyyə institutları
rəqəmsal aktivləri
qəbul etməlidirmi,
yoxsa onlardan çəkinməlidirmi?" mövzularında
panel müzakirələr keçirilib.
Həmçinin "100 milyon
İsveçrə frankı
dəyərində rəqəmsal
istiqrazın buraxılması
dərsləri" və
"Bitkoin 2" qat azaldıqdan sonra mayninq etməyə dəyərmi?" mövzularında
təqdimatlar olub. İnnovasiya və Rəqəmsal İnkişaf
Agentliyinin sədri İnarə Vəliyeva
"Chain Reaction 2024" forumunun "İnnovasiyalar mədəniyyət
kimi" mövzusunda keçirilən panel müzakirəsində
çıxışı zamanı
qeyd edib ki, Azərbaycanda ilk innovasiya mərkəzi yaradılır: “Agentlik Azərbaycanda AIM (Azərbaycan
İnnovasiya Mərkəzi)
adında ilk innovasiya mərkəzini qurmaqdan qürur duyur. Biz bu mərkəzi
oktyabr ayında Bakı və Sumqayıtda açmağı
planlaşdırırıq, ilin sonuna qədər
isə bölgələrdə
bir mərkəz daha açılacaq.
Gələn il isə Bakıda bir neçə yeni mərkəz açmağı
planlaşdırırıq”. İ.Vəliyeva, dövlət-şəxsi tərəfdaşlıqların təşəbbüslərin davamlılığını
təmin edəcəyinə
və biznes sektorunun uzunmüddətli
inkişafda açar rolunu oynayacağına əmindir.
Qeyd edək ki, Forumun yekunu olaraq “4SIM Azerbaijan” və “Binance” arasında qarşılıqlı Anlaşma Memorandumu imzalanıb. Memorandum “4SIM Azerbaijan”ın icraçı direktoru Fariz Cəfərov və “Binance”in regional bazar şöbəsinin rəhbəri Vişal Saçindran arasında imzalanıb. Bu əməkdaşlığın Azərbaycan gəncləri və mütəxəssislərinə web3, blokçeyn və əlaqəli texnologiyalar sahəsində qabaqcıl biliklərin təqdim edilməsi yolunda vacib bir addım olduğu deyən V.Saçindran qeyd edib ki, Memorandum çərçivəsində "Binance Academy" və onun strateji təhsil tərəfdaşı olan Blokçeyn və AI Texnologiyaları Mərkəzi Azərbaycan universitetləri ilə "Global University Outreach Program" (GUOP) proqramı vasitəsilə əməkdaşlıq edəcək: “Əməkdaşlıq çərçivəsində tədris proqramlarının hazırlanması, sahənin aparıcı mütəxəssisləri tərəfindən mühazirələr və müəllimlər üçün birgə seminarların keçirilməsi nəzərdə tutulur. Bundan əlavə, "Binance Academy" blokçeyn, NFT və metaverse kimi mövzular üzrə akkreditə olunmuş onlayn kurslar təqdim edəcək. Kurslar həm Azərbaycan, həm də ingilis dillərində mövcud olacaq. "Bizim tərəfdaşlığımız ölkədə təhsil və bu sahənin inkişafını irəlilətməyi nümayiş etdirir. Blokçeyn və rəqəmsal aktivlər sahəsində innovasiyaları və artımı təşviq etmək üçün əsas təşəbbüslərə diqqət yetirəcəyik. Məqsədimiz tələbələrə və mütəxəssislərinə rəqəmsal iqtisadiyyat üçün vacib bilikləri təqdim etməkdir. Veb3 və blokçeyn texnologiyaları sahəsində təlim və innovasiyalar üçün dəyərli imkanlar təqdim etməklə Azərbaycanda blokçeyn təşəbbüsləri barədə məlumatlılığı artırmaq və inkişaf etdirmək üçün lokallaşdırılmış təhsil proqramlarını dəstəkləməkdən məmnunuq".
Məlahət Rzayeva
Şərq 2024.- 12 sentyabr,
(¹ 165).- S.6.