Azərbaycan bir nümunədir

 

Biz tolerantlığı, multikultural dəyərləri təkcə sözdə deyil, əməllərimizlə təsdiq etmişik

 

Dinimilli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi;

 

Bütün dinlərin nümayəndələri Azərbaycanda öz ibadət və ayinlərini rahat şəkildə yerinə yetirirlər

 

  Məşhur blogerlər Nasir YasinAya Meyrok sosial şəbəkə hesablarında Azərbaycanda müxtəlif dini konfessiyaların birgəyaşayış ənənəsinə həsr olunmuş videoçarx paylaşıblar. Paylaşılan videoda Azərbaycanın unikal tolerantlığı, müsəlman və yəhudilərin mehriban şəraitdə yaşamaları əks olunub. Videoçarxda Quba rayonunda yerləşən Qırmızı Qəsəbədə kompakt halda yaşayan yəhudilərin sərbəst ibadət etmələri, milli adət-ənənələrini qorumaları üçün hər cür şəraitin yaradıldığı göstərilib. Həmçinin məscid, kilsə və sinaqoqların bir məkanda yerləşməsinin Bakı üçün səciyyəvi mənzərə olduğu, müsəlman məzhəbləri arasındakı vəhdət vurğulanıb. Azərbaycanlıların müxtəlif dinlərə aid ibadət evi tikintisinə yardım göstərməsi unikal ənənə kimi dəyərləndirilib. Həmçinin videoda “Heydər” və “Təzəpir” məscidlərindən, Dağ yəhudiləri sinaqoqu, “Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralı”, Qubadakı “Altı günbəzli” sinaqoq, “Xabad-Or-Avner” yəhudi məktəbi və digər məkanlardan görüntülər təqdim edilib. Qeyd edək ki, instaqramda Nasir Yasinin 4 milyondan, Aya Meyrokun isə 266 mindən çox izləyicisi var.

  Azərbaycanda tarix boyu islam dininə böyük hörmətlə yanaşılıb, islami dəyərləri təbliğ edilib. Dövlət müstəqilliyinin bərpasından sonra ölkəmizdə beynəlxalq konfranslar, müxtəlif dini konfensiyaları bir araya gətirən tədbirlər keçirilib. Bütün bunlar göstərdi ki, Azərbaycan müasir dünyanın uğurlarını, inkişafını qəbul edir, bütün dinlərə hörmətlə yanaşır və tolerant ölkə olaraq inkişaf edir. Bunun nəticəsidir ki, ölkəmizdə təkcə müsəlmanlar deyil, xristianlar, yəhudilər də sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Bu tolerantlıq bütün dünya üçün nümunədir. Azərbaycanda dövlət-din münasibətlərinin formalaşması, möhkəmlənməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev ikinci dəfə Azərbaycanda hakimiyyətə döndükdən sonra 1993-cü ildə "Təzəpir" məscidini ziyarət edib. O, “Allahın yolunda birlik olaq” çıxışı ilə Azərbaycan xalqına bəyan etdi ki, ölkədə dövlət-din münasibətləri tənzimlənəcək. Xalqımız tarix boyu öz milli dəyərlərinə sadiq olub. Lakin 70 illik sovet hakimiyyəti dini, milli azadlığa imkan verməyib, insanlara qadağalar tətbiq edib. Ölkəmiz müstəqillik əldə edəndən sonra qadağalar aradan qalxdı, din və dövlət münasibətləri öz məcrasında inkişaf etdi. Sovetlərin sökdüyü məscidlər bərpa olundu, yeniləri tikildi. İnsanların vicdan azadlığı təmin olundu. Azərbaycanın bütün ərazilərində din-dövlət münasibətləri tənzimlənsə də, erməni tapdağında olan torpaqlarımızda durum tamamilə əksinə idi. İşğal altında olan 20 faiz ərazilərimizdə infrastruktur yerlə yeksan edilib, dini-tarixi abidələr dağıdılıb, məscidlərə hörmətsizlik edilmişdi. Nəhayət, 2020-ci il zəfərindən sonra Azərbaycan öz torpaqlarını işğaldan azad etdi və ərazilərimizdəki özbaşınalığa son qoyuldu. Ali Baş Komandan İlham Əliyevin tapşırığı ilə azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri həyata keçirildi. Bütün binalarla yanaşı məscidlər, ibadət yerləri də yenidən əvvəlki vəziyyətinə gətirilir.

Qeyd edək ki, Gəncədə yerləşən Aleksandr Nevski adına Rus-Pravoslav Kilsəsinin 137 illiyi münasibətilə tədbir keçirilib. Bakı və Azərbaycan yepiskopu qeyd edib ki, burada yaşayan pravoslav xristianlar Azərbaycan hökumətinin yürütdüyü xalqlar və dinlərarası siyasəti yüksək qiymətləndirirlər: "Bu yaxınlarda Moskvabütün Rusiyanın Patriarxı Kirillindediyi kimi, Azərbaycan dünya üçün tolerantlıq, çoxkonfessiyalı, müxtəlif xalqların birgə yaşayış nümunəsidir”. Məlumat üçün bildirək ki, Gəncədə yerləşən Aleksandr Nevski adına Rus-Pravoslav Kilsəsi 1887-ci ildə Bizans üslubunda plint kərpicdən inşa edilib. Kilsə həm yerli pravoslavların, həm də müsəlmanların xeyriyyə vəsaiti hesabına tikilib. Tarixə şahidlik edən bu məbəd 2020-ci ildə ermənilərin Gəncədə törətdiyi terror zamanı - raket hücumu nəticəsində zərər görüb. Kilsə Bakı və Azərbaycan Yeparxiyasının tabeliyindədir.

  Ötən gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovla Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə arasındakı görüşdə də ölkədəki tolerantlığa diqqət çəkilib. Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi və qayğısı ilə dinimizin, ümumilikdə xalqımızın milli-mənəvi dəyərlər sisteminin qorunması, tolerantlıq, multikulturalizm ənənələrinin inkişaf etdirilməsi və təbliği istiqamətində çox mühüm tədbirlər həyata keçirilir. Bəyan edilib ki, Azərbaycanda mövcud olan dövlət-din münasibətləri modeli dini etiqad azadlığının sərbəst həyata keçirilməsinə imkan yaratmaqla bərabər, dini icmalar arasında qarşılıqlı anlaşmanın, həmrəyliyin dərinləşməsinə xidmət edir. Bildirilib ki, etnik-dini müxtəlifliyin qorunması dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Görüşdə COP29 konfransı çərçivəsində dünya dini liderlərinin sammitinin keçirilməsi istiqamətində hazırlıq işləri ilə bağlı müzakirələr aparılıb.

Avqustun 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Ramin Məmmədov yəhudi icmalarının nümayəndələri ilə görüşüb. Ramin Məmmədov bildirib ki, Azərbaycanda yaşayan xalqlar arasında münasibətlər multikulturalizm, tolerantlıq, qarşılıqlı hörmət prinsipləri əsasında qurulub. Əsrlər boyu yəhudilər ölkəmizdə sülhdostluq şəraitində yaşayıblar. Yəhudi icmaları cəmiyyətimizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edirlər. Avropa yəhudilərinin Bakı dini icmasının baş ravvini Şneor Seqal Prezident İlham Əliyevin siyasəti nəticəsində ölkədə bütün dini icmaların sərbəst fəaliyyəti üçün əlverişli şəraitin yaradıldığını qeyd edib. İcma sədri bildirib ki, dövlətin apardığı uğurlu siyasət nəticəsində Azərbaycan müxtəlif konfessiyaların, xalqların birgə yaşadığı, tolerantlığın yüksək səviyyədə qorunduğu ölkələrdən biri kimi tanınır. Gürcü Yəhudilərinin Bakı dini icmasının sədri Zamir İsayev vurğulayıb ki, Azərbaycan multikulturalizminə, tolerantlığına, humanistliyinə, milli azlıqlara münasibətinə görə dünya ölkələrinə, xüsusilə də Avropa ölkələrinə ən yaxşı örnəkdir. Görüşlərdə Azərbaycanda mövcud olan konfessiyalar arasında əməkdaşlığın genişləndirilməsi, dini tolerantlıq ənənələrinin inkişaf etdirilməsi ilə bağlı təkliflər ətrafında müzakirələr aparılıb.

  Azərbaycandakı tolerantlıq və multikultural dəyərlərdən söz açan ilahiyyatçı-alim Hacı Atif İsmayılov "Sherg.az"a deyib ki, Azərbaycanda dinindən, millətindən, irqindən asılı olmadan bütün xalqlar daim mehriban münasibətdə olublar. Diniirqi mənsubiyyətləri fərqli olan millətlər əsrlər boyu Azərbaycanda təhlükəsiz, rahat, sərbəst həyat sürüblər. Ekspert vurğulayıb ki, multikulturaleyni zamanda tolerant mühitimizlə dünyada sayılıb-seçilmişik. Ölkəmiz dünyanın bir çox dövləti üçün real nümunə təşkil edib:

 

"Tolerantlığı, multikultural dəyərlərimizi təkcə sözümüzlə deyil, əməlimizlə də mütəmadi təsdiq etmişik. Bunun bariz nümunəsi odur ki, Azərbaycanda fərqli dinlərin, ayrı-ayrı millətlərin nümayəndələri uzun illərdir təhlükəsiz, heç nədən ehtiyat etmədən, narahatlıq duymadan ömür sürüblər. Sivil şəkildə öz həyatlarını yaşayıblar, ibadətlərini icra ediblər. Bəzi xarici güclər ölkəmizdəki vəhdəti pozmağa cəhd göstərsələr də, istəklərinə nail olmayıblar. Dinimizin bizə tövsiyəsi odur ki, hər bir şəxs dininə, milli mənsubiyyətinə görə deyil, ilk növbədə insanlığına, bəşəri xüsusiyyətlərinə görə dəyərləndirilsin. İslam dini vəhdəti, həmrəyliyi, sülh və əmin-amanlığı tövsiyə edir. Dünyanın bir çox ölkəsində baş verən dini qarşıdurmalar, radikalizminantisemitizmin artması fonunda Azərbaycanda müşahidə olunan tolerant mühit çoxlarını yaxşı mənada heyrətləndirir. Ölkəmizdəki multikulturalizm çoxsaylı əcnəbi din xadimləri tərəfindən dəfələrlə dilə gətirilib, yüksək qiymətləndirilib".

  H.A.İsmayılov qeyd edib ki, bütün dinlərin nümayəndələri Azərbaycanda öz ibadət və ayinlərini rahat şəkildə yerinə yetirirlər. Azərbaycan bu sahədə digər ölkələrlə müqayisə olunmayacaq qədər yüksək dözümlülük və tolerantlıq nümayiş etdirir: "Hətta özünü güclü, lider hesab edən bir çox Avropa ölkələrində dini azadlıq və dözümlülük nəinki bizdəki səviyyədə deyil, ümumiyyətlə, yoxdur. Bəzən müşahidə edirik ki, Fransadaya bir çox inkişaf eləmiş ölkələrdə dini ayrı-seçkilik, başqa inanclara qarşı aqressiya mövcuddur. Azərbaycanın digər ölkələrdən fərqli dinə aid xüsusi modelə sahib olmasıdır. Prezident İlham Əliyevin rəhbərliyi və həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanda yaşayan bütün dini icmalara xüsusi diqqət və qayğı göstərilir. Ən vacib məsələdən biri məhz COP29-a ev sahibliyi edən ölkəmizdə dini liderlərin toplantısının keçirilməsidir. Bu konfrans Azərbaycanda milli-mənəvi dəyərlərə verilən tövsiyənin nə qədər əhəmiyyətli olduğunu bir daha göstərəcək".

 

 

İsmayıl Qocayev

Şərq .- 2024.- 21 sentyabr (¹172).- S.6.