Tarix təkrarlanır
Biz bir xalq olaraq ermənilərin soyqırımı cinayətlərini
heç vaxt
unutmamalıyıq
Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması
“Erməni
barbarlarının törətdikləri kütləvi
qırğınları, məhv edilmiş günahsız
insanlarımızın xatirəsini həmişə yad etməli
və bunu gələcək nəsillərə də
çatdırmalıyıq”
Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımıları həyata keçiriblər.
Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır.
1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlıları kütləvi şəkildə vəhşicəsinə qətlə yetirib. Rəsmi mənbələrə əsasən, bu soyqırımının nəticəsində 12 minə yaxın azərbaycanlı amansızcasına öldürülüb, on minlərlə insan itkin düşüb.
Xatırladaq ki, ermənilərin bolşevik Rusiyası ilə əlbir olaraq azərbaycanlılara qarşı törətdiyi kütləvi qırğınlardan 107 il ötür. Bu qırğınlar 1918-ci ilin martın 30-dan başlayaraq sonrakı günlərdə də davam edib. Lakin martın 31-i günü xalqımıza qarşı soyqırımı aktının ən şiddətli səhnələri baş verib. Ona görə də Ulu Öndər Heydər Əliyevin fərmanı ilə 1998-ci ildən başlayaraq hər il martın 31-i ölkəmizdə Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir.
1918-ci ilin qanlı mart qırğınları irqçi və ultramillətçi ermənilər tərəfindən azərbaycanlılara qarşı milli ayrı-seçkilik və etnik təmizləmə siyasəti əsasında əvvəlcədən hazırlanmış və qəddarcasına həyata keçirilmiş təcavüzkar, terrorçu plan idi. Böyük Britaniya nümayəndələrinin 1918-ci il aprelin 9-da Bakıdan Londona göndərdikləri teleqramda yazılırdı ki, ermənilər bolşeviklərlə birləşərək özlərinə irqi düşmən hesab etdikləri azərbaycanlılara qarşı qırğınlar törətdilər. Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqla qətliam həyata keçirilərək dinc əhali kütləvi surətdə qətlə yetirilib, kəndlər yandırılıb, milli mədəniyyət abidələri dağıdılıb məhv edilib. Təkcə Qubada xüsusi vəhşiliklə 16 mindən artıq insan öldürülüb. Ermənilər, həmçinin Qubada yaşayan yerli yəhudi və ləzgilərə qarşı da qətliam törədiblər. Quba rayonu ərazisində 2007-ci ildə aşkar olunmuş kütləvi məzarlıq ermənilərin törətdiyi qeyri-insani əməllərin əyani sübutudur.
Türkoloq-alim,
fəlsəfə üzrə fəlsəfə doktoru Faiq
Ələkbərlinin “Sherg.az"a açıqlamasına
görə, Sovet hakimiyyəti dövründə uzun illər
bu soyqırımın üstündən sükutla keçilsə
də, Azərbaycan müstəqillik qazandıqdan sonra hadisələr
öz siyasi qiymətini alıb:
“Azərbaycan Dövlət başçısının Sərəncamı ilə 1998-ci ildən başlayaraq 31 mart ölkəmizdə azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir.
Tarixdən bəllidir ki, 1918-ci ilin martında Rusiya bolşeviklərinin rəhbəri Vladimir Lenin bolşevik Stepan Şaumyanı Qafqaz fövqəladə komissarı təyin edərək Bakıya göndərmişdi. Bolşeviklər Bakıda hakimiyyəti ələ keçirmək adı ilə erməni silahlı qüvvələrinin mənfur planlarını həyata keçirmək üçün hər cür şərait yaradırlar. Martın 31-də Bakı şəhərində azərbaycanlıların erməni silahlı dəstələri tərəfindən kütləvi qırğını başlayır. Stepan Şaumyanın öz etirafına görə, dinc azərbaycanlıların qətl edilməsində Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda “Daşnaksütyun” Partiyasının 3-4 minlik hərbi dəstəsi iştirak edib.
Bakıda üç gün davam edən qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar edib, əhalini uşaqdan böyüyədək kütləvi surətdə qətlə yetirib. Həmin dəhşətli günlərin şahidi olmuş Kulner familiyalı bir alman, 1925-ci ildə Bakı hadisələri barədə bunları yazıb: “Ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirdilər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlı cəsədinin qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış, cinsiyyət orqanları doğranmışdı. Ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etməmişdilər”.
Ümumiyyətlə, XX əsrin birinci yarısında Zaqafqaziyada baş vermiş iki qırğın zamanı (1905-1907-ci illər və 1918-1920-ci illər) 2 milyona yaxın azərbaycanlı ermənilər tərəfindən qətlə yetirilmiş, öz ev-eşiyindən zorla qovulmuşdular.
Mart qırğını zamanı Bakı şəhərinin təkcə bir yerində qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış 57 azərbaycanlı qadınının meyidi tapılıb. Gənc qadınların diri-diri divara mıxlanması, ermənilərin hücumundan qorunmağa çalışan iki min nəfərin yerləşdiyi şəhər xəstəxanasının yandırılması da bu dəhşətli faktlar sırasındadır. Qaçıb canını qurtarmağa çalışan əhalini gülləbaran etmək üçün isə ermənilər şəhərin müvafiq yerlərində əvvəlcədən pulemyotlar yerləşdirmişdilər.
İrəvan quberniyası, Şərur-Dərələyəz, Sürməli, Qars və digər ərazilərdə azərbaycanlıların qırğınının fəal iştirakçılarından biri olmuş erməni zabiti Ovanes Apresyanın xatirələri əsasında amerikalı aqronom Leonard Ramsden Hartvill “İnsanlar belə imişlər” adlı kitab yazıb. Ovanes Apresyan kitabın müəllifi ilə söhbəti zamanı ermənilərin ingilislərin və Rusiyanın yardımı ilə öz məqsədlərinə çatdıqlarını qeyd edir, təkcə Bakıda mart qırğını zamanı iyirmi beş min azərbaycanlının qətlə yetirildiyini bildirirdi.
Onu da deməliyik ki, daşnakların azərbaycanlılara qarşı soyqırımı yalnız Bakı ilə məhdudlaşmır. Qısa müddətdə Şamaxı, Quba, İrəvan, Zəngəzur, Qarabağ, Naxçıvan, Qars və b. yerlərdə də erməni terrorçuları azərbaycanlılara qarşı kütləvi qırğınlar törədiblər.
1918-ci ilin mart-aprel
aylarında Şamaxıda
8 minə qədər
dinc sakin qətlə yetiriliib. Şamaxı
Cümə məscidi də daxil olmaqla əksər
mədəniyyət abidələri
yandırılıb və
dağıdılıb.
Cavanşir qəzasının 28 kəndi,
Cəbrayıl qəzasının
17 kəndi tamamilə
yandırılıb, əhalisi
gülləbaran edilib. 1918-ci il aprelin 29-da Gümrü yaxınlığında
əsasən qadınlardan,
uşaqlardan və yaşlılardan ibarət
3 min nəfərlik azərbaycanlı
köçü pusquya
salınaraq son nəfərinədək
məhv edilmişdi.
Erməni
silahlı dəstələri
tərəfindən Naxçıvan
qəzasının bir
neçə kəndi
yandırılıb, Zəngəzur
qəzasında 115 azərbaycanlı
kəndi məhv edilib, 3 257 kişi,
2 276 qadın və 2
196 uşaq öldürülüb.
Bütövlükdə bu qəza üzrə 10 068 azərbaycanlı
öldürülüb və
ya şikəst edilib, 50 000 azərbaycanlı
qaçqın düşüb.
İrəvan quberniyasının 199 kəndində
yaşayan 135 min azərbaycanlı
öldürülüb, kəndlər
isə yerlə yeksan edilib. Erməni silahlı
dəstələri daha
sonra Qarabağa yürüş edib,
1918-1920-ci illər arasında
Qarabağın dağlıq
hissəsində 150 kənd
dağıdılıb, əhalisi
vəhşicəsinə qətlə
yetirilib.
1920-ci ilin mayında, Azərbaycan Cümhuriyyətinin
işğal edilməsindən
sonra ermənilərin
və XI Qızıl Ordunun iştirakı ilə Gəncədə
12 mindən çox dinc azərbaycanlı məhv edilmişdi.
Buraya Doğu
Anadolu və Azərbaycanın Güneyində
yaşayan soydaşlarımıza
qarşı erməni
daşnakları tərəfindən
zaman-zaman aparılan soyqırımı siyasətini
də əlavə etsək, daha dəhşətli mənzərənin
şahidi olarıq.
Biz bir xalq olaraq, bu soyqırımı
heç vaxt unutmamalı, erməni barbarlarının bizə
qarşı törətdikləri
kütləvi qırğınları,
məhv edilmiş günahsız insanlarımızın
xatirəsini həmişə
yad etməli və bunu gələcək
nəsillərə də
çatdırmalıyıq”.
Alim sonda qeyd edib ki,
ermənilərin azərbaycanlılara
qarşı soyqırımı
siyasəti müasir dövrümüzdə də
davam etdirilib. 1992-ci il fevralın 25-dən
26-na keçən gecə
Azərbaycanın Xocalı
şəhərində daha
bir dəhşətli
soyqırımı törədilib.
Lakin ermənilərin
tarix boyu xalqımıza qarşı
törətdikləri bütün
cinayətlərin cavabı
44 gün davam edən Vətən müharibəsində verildi. 200 ildən çoxdur ermənilərin “Böyük
Ermənistan” xülyası
çərçivəsində törətdikləri vəhşiliklərin
və şəhidlərimizin
qisasını Azərbaycan
Ordusu Müzəffər
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüş meydanında
aldı.
Şəymən
Bayramova
Şərq .- 2025.- 2 aprel (¹53).-
S.6.