Rəqəmsal xidmətlərin
əhatə dairəsi genişlənir
Bu yenilik cəmiyyətin və biznes mühitinin modernləşməsinə
töhfə verir
İnformasiya və kommunikasiya
texnologiyalarının inkişaf etdirilməsi
Rəqəmsallaşma Azərbaycanın son illər iqtisadi idarəetməsinin ayrılmaz tərkib hissəsi kimi xüsusi olaraq ön plana keçməklə cəmiyyətin və ölkəmizin inkişafına yeni yol açmaqdadır. Bu istiqamətdə ortaya qoyulmuş qarşısıalınmaz dərin iradə ölkəmizi artıq qabaqcıl dünyanın rəqəmsal sənaye ailəsinin üzvünə çevirib.
Rəqəmsal quruculuğun inkişafına töhfə verən müasir sənaye modellərinin yaradılması Azərbaycanın dünya iqtisadiyyatının rəqəmsal transformasiyasına, yüksək texnologiyalara əsaslanan istehsal ekosisteminin formalaşdırılması prosesində fəal iştirakına geniş imkanlar açmaqdadır.
Rəqəmsal platformalar və avtomatlaşdırma iqtisadi prosesləri dəyişdirir, dövlət idarəçiliyinə yanaşmaları dəyişir və həyatı yaxşılaşdırmaq üçün yeni imkanlar açır. Rəqəmsal transformasiya təkcə qabaqcıl texnologiyaların tətbiqi deyil, həm də dövlətin, biznesin və vətəndaşların maraqlarını nəzərə alan səmərəli ekosistemin yaradılması prosesidir. Azərbaycan dövlət strategiyasının əsas elementi kimi rəqəmsal inkişafa böyük önəm verir.
"Harvard Business Review Türkiye” nəşrinin son sayında
Azərbaycanın rəqəmsal
transformasiyasına dair
geniş məqalə
dərc olunub.
Məqalədə “Aztelekom” MMC-nin icraçı direktoru Həsən Ömərov və 2023-cü ildə layihənin icrasının
həyata keçirilməsinə
məsul keçmiş
baş icraçı
direktor Tural Pirverdiyevin “Onlayn Azərbaycan” təşəbbüsünün
nailiyyətləri, məqsədləri
və ölkənin rəqəmsal inkişafına
verdiyi töhfələr
haqqında fikirlərinə
xüsusi yer verilib.
Məqalədə qeyd olunur ki, Azərbaycan rəqəmsal transformasiyanı
sürətləndirmək məqsədilə mühüm
investisiyalar həyata keçirərək 5G infrastrukturu,
süni intellekt əsaslı həllər,
“bulud” xidmətləri
və e-hökumət
platformalarının inkişafına
xüsusi diqqət yetirib. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəhbərliyi ilə icra edilən “Onlayn Azərbaycan” layihəsi genişzolaqlı
internetin əhatə dairəsini qısa müddətdə 9 faizdən
99,7 faizə yüksəltməklə
milyonlarla ev və iş yerini sürətli internetlə təmin edib. Bu transformasiya,
eyni zamanda Azərbaycanın BMT-nin E-Hökumət İnkişaf
İndeksində əhəmiyyətli
irəliləyiş əldə
etməsinə də töhfə verib.
Nəşrdə “Aztelekom”un və sektorun digər aparıcı oyunçularının əməkdaşlığı
çərçivəsində həyata keçirilən
bu layihənin ölkənin rəqəmsal
infrastrukturunu gücləndirmək
və internetə çıxışı genişləndirmək
məqsədini daşıdığı
qeyd olunur. Məqalədə layihə çərçivəsində
aparılan təhlillərin,
texniki-iqtisadi əsaslandırmaların
və infrastruktur planlamalarının effektivliyi,
təchizat zəncirinin
effektiv idarə olunması və logistika proseslərinin yüksək dəqiqliklə
icra edilməsinə xüsusi diqqət ayrılıb.
“Harvard
Business Review Türkiye”nin
baş redaktoru Serdar Turanın suallarını cavablandıran
Tural Pirverdiyev bu təşəbbüsün
rəqəmsal savadlılıq
və istifadəçi
adaptasiyasına da xüsusi diqqət yetirərək ölkənin
uzunmüddətli rəqəmsal
transformasiya hədəflərinə
xidmət etdiyini qeyd edir: “Rəqəmsal
xidmətlərin geniş
tətbiqi cəmiyyətin
və biznes mühitinin modernləşməsinə
töhfə verərək
Azərbaycanın qlobal
rəqəmsal indekslərində
daha yüksək mövqelərə yüksəlməsinə
imkan yaradıb”.
Həsən Ömərov “Onlayn Azərbaycan” layihəsinin
ölkənin iqtisadi şaxələndirilməsini təşviq
edərək rəqəmsal
iqtisadiyyata keçidini
sürətləndirməsini və Azərbaycanın qlobal ticarət dəhlizlərindəki mövqeyini
gücləndirməsini xüsusilə
vurğulayıb. Onun qeyd etdiyinə
görə, bu cür genişmiqyaslı infrastruktur yatırımları
sayəsində internet sürətində
əhəmiyyətli irəliləyişlər
əldə olunub, e-hökumət xidmətləri
genişləndirilib və
iqtisadi inkişafın
sürətlənməsinə mühüm töhfə verilib.
“Şərq”ə açıqlamasında
Azərbaycanın rəqəmsal
transformasiyasını dəyərləndirən
Osman Gündüz də bildirib ki, ölkəmizdə elektron hökumətin inkişafı, rəqəmsal
hökumətə keçid,
texnoloji transformasiya, informasiya və kommunikasiya texnologiyalarının
ölkə iqtisadiyyatında
payının artırılması
ilə bağlı ölkə rəhbərliyi
tərəfindən kompleks
tədbirlər həyata
keçirilir. Onun sözlərinə görə,
bu tədbirlər də ölkəmizin
dünya miqyasında qabaqcıl yerə çıxmasına və
innovasiyaların cəmiyyətin
ən müxtəlif sahələrində tətbiqinə,
ölkəmizdə biliklərə
əsaslanan bir iqtisadiyyatın qurulmasına,
eləcə də müasir və gələcək çağırışlara
adekvat cavab verməyə imkan yaradacaq:
“Azərbaycanın İKT sektoru 2024-cü ildə rəqəmsallaşma və
innovasiya baxımından
əhəmiyyətli nailiyyətlər
əldə edib. Cari ildə
də bu prosesin davam etdirilməsi və rəqəmsal iqtisadiyyatın
qeyri-neft sektoru daxilində əsas rol oynaması gözlənilir. Ölkənin mövqeyi gücləndikcə,
həm regional, həm
də qlobal bazarlarda rəqabət qabiliyyəti artacaq. Ötən il
çoxsaylı hüquqi
sənədlərə dəyişikliklər
edilməklə şəxsiyyət
vəsiqəsi və bir neçə sənəd tam rəqəmsallaşdırılıb.
Kağızdan kütləvi
imtina bu il yaddaqalan
olub. İRİA-nın bu sahədə
fəaliyyəti nəzərəçarpacaq
dərəcədə artıb.
İRİA, Elm və Təhsil
Nazirliyi və AzTU təşəbbüsü
ilə bu il universitetlərə
qəbul prosesində kağızdan və paralelçilikdən imtina
edilib, tonlarla kağız toplanmasına
son qoyulub, yalnız rəqəmsal qeydiyyata üstünlük verilib. Adı çəkilən qurumların
datası əsasında
rəqəmsal tələbə
kartları tətbiq edilib.
myGov-un populyarlığı
nisbətən artıb.
Rəqəmsal hökumət quruculuğu
sahəsində BMT-nin
iki ildən bir dərc edilən
hesabatında ölkə
üzrə irəliləyiş
əldə edilib.
Polisin rəqəmsallaşması,
e-Polis mobil tətbiqinin,
"102 SOS" rəqəmsal həllin hazırlanması
və istifadəyə
verilməsi də bu sektorda cari
ildə yaddaqalan məqam olub. Bir sıra mərkəzi icra qurumları, Mədəniyyət Nazirliyi,
ADY, ETSN, Ədliyyə Nazirliyi,
ƏƏSMN, Səhiyyə Nazirliyi özlərinin rəqəmsal transformasiya
konsepsiyalarını qəbul
ediblər. Əmək müqavilələrinin tam elektronlaşdırılması, SİMA rəqəmsal imzanın populyarlaşması da rəqəmsal transformasiyaya
müsbət təsir
edib".
Avropa Komissiyasının süni
intellekt, kibertəhlükəsizlik
və rəqəmsal bacarıqların inkişafı
üçün 1,3 milyard
avro investisiya ayırdığını vurğulayan
O.Gündüz deyib ki, bu vəsait
"Rəqəmsal Avropa
Proqramı" çərçivəsində
texnoloji tədqiqatlara,
startaplara və rəqəmsal xidmətlərin
inkişafına yönəldiləcək.
Avropa innovasiya sahəsində güclü mövqe tutmaq və texnologiya sahəsində liderliyini qorumaq üçün strateji layihələrə dəstək
verir. Bu təşəbbüs bizim
üçün də
nümunə olmalıdır.
Rəqəmsal bacarıqların
inkişafı, innovasiya
ekosisteminin qurulması
və kibertəhlükəsizlik
sahəsində güclənmək
üçün oxşar
proqramlara ehtiyacımız
var. Azərbaycanda süni
intellekt və texnologiya startaplarının
inkişafı üçün
bu cür təşəbbüsləri genişləndirmək
vaxtıdır: “Belə
ki, ölkəmizdə
hələ də rəqəmsal transformasiya konsepsiyası,
Rəqəmsal Məcəllə,
“Ağıllı şəhər”
və “Ağıllı
kənd” konsepsiyası,
Data və süni intellektin inkişafına yönəlik strategiya, “İnnovasiya fəaliyyəti
haqqında” qanun, vençur maliyyələşmə
və vençur fondları haqqında qanun, dövlətə məxsus yeraltı və yerüstü rabitə resurslarından istifadə qaydaları,
distant təhsilin təşkili
qaydaları, açıq
məlumat bazaları haqqında qanun, dronların qeydiyyat qaydaları və digər mühüm sənədlər hələ
də qəbul edilməyib. Onu da deyim ki, ölkəmizin
telekommunikasiya sahəsinin
iştirakçıları olan özəl sektorun nümayəndələri
də innovativ texnologiyaların tətbiqi
üçün texnoloji
təməlin inkişafı
məsələsinə xüsusi
diqqət yetirməli,
bu sabit bazanın inkişafı və yenilənməsinə
sərmayə yatırmalıdırlar,
çünki bir qayda olaraq məhz
keyfiyyətli və sağlam sabit texnoloji baza gələcəkdə əlavə
xərclərin çəkilməsinin
qarşısını əhəmiyyətli
şəkildə alır.
Eyni zamanda, müxtəlif şirkətlərin
– telekommunikasiya operatorlarının
təşəbbüslərlə çıxış etməsi,
yeni texnoloji istiqamətlərə sərmayə
yatırması İKT sektorunun
dayanıqlı inkişafını
da təmin edər və informasiya cəmiyyətinə
keçid prosesini daha da
sürətləndirər”.
Şəymən
Bayramova
Şərq 2025.- 5 aprel
(¹56).- S.6.