Elektron siqaret adi siqaretdən qat-qat ziyanlıdır
Gənclərdə
idmana həvəs və rəğbət
yaradılmalıdır
Uşaq və gənclərin fiziki və mənəvi
inkişafı
Orta təhsil müəssisələri, ali məktəblər siqaretin zərərləri barədə yeniyetmə və gəncləri daim məlumatlandırmalıdır
Gənc nəslin sağlam
inkişafı, fiziki tərbiyəsinin təşkili,
gənclərdə idmana, sağlam
həyata marağın artırılması Azərbaycan
dövlət siyasətinin mühüm tərkib
hissəsidir. Bu siyasətin təzahürü
ölkə başçısının idmanın
inkişafına və idmançılara qayğısıyla
yanaşı, respublikada getdikcə
sayı artan idman
komplekslərinin tikintisində də özünü
göstərir. Verilən məlumata görə, yaxın zamanda Gəncə və Qəbələ şəhərlərində
olimpiya idman kompleksləri
tikiləcək. Bununla bağlı Azərbaycan
Respublikası Gənclər və İdman
Nazirliyində müvafiq işlərə start verilib. Nazirlik Gəncə Olimpiya
İdman Kompleksinin tikintisi işlərini “Modern
Construction” Məhdud Məsuliyyətli Cəmiyyətinə,
Qəbələ Olimpiya İdman
Kompleksinin tikintisini isə
“The Best Constructions” MMC-yə həvalə edib və müqavilələr bağlayıb.
Müqavilələrə əsasən,
nazirlik sözügedən
işlərin müqabilində
“Modern Construction” MMC-yə 8,3
milyon manat, “The Best
Constructions” MMC-yə isə
7,3 milyon manat ödəyəcək. Qeyd etməliyik
ki, işğaldan azad edilmiş ərazilərdə də
idman komplekslərinin tikintisi planlaşdırılıb.
Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin sərəncamıyla təsdiqlənən
“Azərbaycan Respublikasının
işğaldan azad edilmiş ərazilərinə
Böyük Qayıdışa
dair I Dövlət Proqramı”nın tədbirlər
planına əsasən
Olimpiya idman komplekslərinin, Gənclər
evlərinin tikintisi,
Universal idman zallarının
(üzgüçülük hovuzları, gimnastika, güləş, əl oyunları, açıq tipli idman meydançaları
və digər idman təsisatları ilə birgə) tikintisi, “İmarət” stadionunun (futbol məktəbi, “Qarabağ”
futbol klubu üçün köməkçi
idman təsisatları
ilə birgə) tikintisi nəzərdə tutulur. Layihələndirilməni Azərbaycan Respublikasının
Dövlət Şəhərsalma
və Arxitektura Komitəsi həyata keçirəcək. Tikintiyə nəzarət
isə Gənclər İdman Nazirliyi, yerli icra hakimiyyəti
orqanları və Azərbaycan Respublikası
Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən
ediləcək. İdman obyektlərinin
2026-cı ildə istifadəyə
verilməsi nəzərdə
tutulub. İdmana, idmançılara qayğının nəticəsidir
ki, ölkəmiz nüfuzlu idman yarışlarında, beynəlxalq
turnirlərdə qələbə
qazanır, gənclərimiz
Azərbaycan bayrağını
ucalara qaldırırlar.
Bu il 20-26 iyul tarixlərində Şimali Makedoniyanın paytaxtı Skopye və Xorvatiyanın Osijek şəhərlərində keçiriləcək
XVIII Avropa Gənclər
Yay Olimpiya Festivalında da Azərbaycan təmsil olunacaq. Azərbaycan Milli Olimpiya
Komitəsinin məlumatına
görə, Şimali
Makedoniyanın paytaxtı
Skopye şəhərində
Avropa Gənclər Yay Olimpiya Festivalının
missiya rəhbərlərinin
görüşü keçirilib.
40-dan çox ölkənin nümayəndələrinin
iştirak etdiyi görüşdə ölkəmizi
MOK-un idman idarəsinin
baş məsləhətçisi
Vaqif Əliyev təmsil edib. Festivalın keçirilməsi ilə bağlı hazırlıq
prosesini müzakirə
edən görüş
iştirakçıları həmçinin, təşkilati
məsələləri, atletlərin
yerləşdirilməsi və
yaradılan şəraitlə
də bağlı müzakirələr aparıblar.
Qeyd edilib ki, Yay
Olimpiya Festivalında Azərbaycan komandası 10
idman növündə
(gimnastika, cüdo, üzgüçülük, velosiped,
stolüstü tennis, atletika,
badminton, taekvondo, dağ
velosipedi, atıcılıq)
55 idmançı ilə
təmsil olunacaq.
Gənclərin sağlam təməlinin
körpə yaşlardan
qoyulmalı olduğunu
söyləyən pediatr
Vaqif Qarayev "Sherg.az"a açıqlamasında qeyd
etdi ki, hazırda yeniyetmə və gənclərin sağlamlığı ilə
bağlı ən ciddi problem siqaret çəkmək vərdişinə
yiyələnmələridir:
- Siqaretin ziyanını hamı bilir, amma ondan imtina
edənlər çox
azdır. Ən böyük təhlükə
isə gənc yaşda insanın tütün çəkmək
vərdişinə yiyələnməsidir.
Son illərdə elektron siqaretlər də dəbə düşüb. Bu isə adi siqaretdən
daha artıq, hətta qat-qat ziyanlıdır. Müsbət
hadisə bu oldu ki, Azərbaycan
Respublikasının Qida
Təhlükəsizliyi Agentliyi
və Səhiyyə Nazirliyinin birgə layihəsi çərçivəsində
elektron siqaretlərin
(veyplər) zərərləri
barədə Azərbaycan
Memarlıq və İnşaat Universitetində
tədbir keçildi,
tələbələrə elektron siqaretlərin ziyanı barədə məlumat verildi. Qeyd edək ki, həmin
görüş zamanı
çıxış edənlər
müasir dövrün
bəlasına çevrilən
veyplərin insan sağlamlığına olan
təhdidlərindən danışıblar.
Qeyd olunub ki, ənənəvi
siqaretlərə alternativ
olaraq təqdim edilən bu cihazlar xüsusilə gənclər və qadınlar arasında geniş yayılıb.
Parlaq rənglər, şirin meyvə dadları və sosial mediada yayılan cəlbedici görüntülər
elektron siqaretlərin gənclər arasında populyarlaşmasına səbəb
olur. Tələbələrin diqqətinə çatdırılıb
ki, zərərli vərdişlər möhkəm
asılılıq yaradan,
həm fərdin sağlamlığına, orqanizminə,
həm də bütövlükdə cəmiyyətə
ziyan vuran vərdişlərdir. Siqaret, tütün
çəkmək asılılığı,
narkomaniya da belə zərərli vərdişlərdir. Gənclər sağlamlıqlarını qorumalı,
gümrah orqanizmə malik olmalıdırlar ki, ruh yüksəkliyi
də əldə etsinlər. İstər adi siqaretlər,
istərsə də aldadıcı elektron siqaretlər orqanizmi çökdürür. Nikotinin yüksək
dərəcədə asılılıq
yaratması ilə yanaşı, ürək-damar,
tənəffüs və
sinir sisteminə mənfi təsirləri elmi araşdırmalar tərəfindən təsdiqlənib.
Çıxışçılar son illərdə veyp istifadə edən gənclər arasında yayılan “popkorn” xəstəliyi barədə də məlumat veriblər.
Bildirilib
ki, bu xəstəliyin
əsas səbəblərindən
biri veyp mayelərinə əlavə
olunan “diasetil” adlı kimyəvi maddədir. Görüşün sonunda tələbələri
maraqlandıran suallar cavablandırılıb. Veyp istifadə
edən gənclərə
sağlamlıqlarını riskə atmamaq üçün bu məhsulların təhlükələri
barədə araşdırmaq
və gec olmadan bu zərərli
vərdişi tərgitmək
tövsiyə olunub.
V.Qarayev bildirdi ki, elektron
siqaretlərin zərəri
barədə Səhiyyə
Nazirliyi mütəmadi
məlumatlar verir, maarifləndirmə işi
aparır. SN və
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin
elektron siqaretlərlə
bağlı vətəndaşlara
növbəti müraciətində
bildirilir ki, son illərdə elektron siqaretlər (veyplər) dünya miqyasında milyonlarla insanın gündəlik həyatının
ayrılmaz hissəsinə
çevrilib. Ənənəvi siqaretlərə alternativ olaraq təqdim edilən bu cihazların marketinq strategiyaları və sosial mediada geniş reklam olunması elektron siqaretləri gənclər
üçün cazibədar
hala gətirir. Bu məhsulların əsas hədəf auditoriyası ilkin mərhələdə siqareti
tərgitmək istəyən
insanlar olsa da, son illərin statistikaları göstərir
ki, veypdən istifadə daha çox əvvəllər
siqaret çəkməyən
şəxslər, xüsusən
yeniyetmələr və
gənclər arasında
sürətlə yayılmağa
başlayıb. Veyplərin
sağlamlıq üçün
riskləri barədə
araşdırmalar artdıqca,
onların heç də zərərsiz olmadığı, əksinə,
müəyyən hallarda
ənənəvi tütün
məhsulları qədər,
hətta daha təhlükəli ola biləcəyi ortaya çıxıb. Veyp mayelərinin tərkibində
müxtəlif kimyəvi
maddələr, o cümlədən
nikotin, ağır metallar və insan orqanizminə təsir edən bir çox zərərli komponentlər
mövcuddur. Elektron
siqaretlərin tərkibində
tütün olmadığı
üçün onların
daha az
zərərli olduğu
düşünülür, lakin bu, yanıldıcı
təsəvvürdür. Nikotinin yüksək
dərəcədə asılılıq
yaratması ilə yanaşı, ürək-damar,
tənəffüs və
sinir sisteminə mənfi təsir göstərir. Bu, elmi araşdırmalarla sübut olunub. Vurğulanır ki, elektron siqaretlərin istifadəsi
zamanı havaya buraxılan buxar yalnız istifadəçi
üçün deyil,
ətrafdakı insanlar
üçün də
təhlükə yaradır.
Passiv veyp istifadəsi nəticəsində ətrafda
olan şəxslər
də nikotin və digər kimyəvi maddələri inhalyasiya edirlər.
Bu isə xüsusilə
uşaqlar, hamilə qadınlar və tənəffüs xəstəlikləri
olan şəxslər
üçün ciddi
təhlükə yaradır:
"Bundan
əlavə, elektron siqaretlərin tüstüsünün
olmaması və dumanının xoş qoxuya malik olması
onların qapalı məkanlarda istifadəsini
daha da artırır.
Əgər siqaretin tüstüsü və qoxusu qadağan olunmuş məkanlarda dərhal hiss edilirsə, veyp aerozolları daha az nəzərə çarpır.
Bu səbəbdən bəzi istifadəçilər
veypləri nəqliyyatda,
restoranlarda və digər ictimai yerlərdə rahatlıqla
istifadə edirlər.
Bu isə cəmiyyət
üçün daha geniş sağlamlıq problemi yaradır və bu cihazların
diqqətdə saxlanılmasının
vacibliyini ön plana çıxarır".
Pediatr qeyd etdi ki, tütün
asılılığından xilas olmaq, zərərli
vərdişlərdən uzaq
durmaq insan iradəsindən asılıdır. Orta təhsil müəssisələri,
ali məktəblər
siqaret zərərləri
barədə yeniyetmə
və gəncləri daim məlumatlandırmalı,
maarifləndirmə işini
gücləndirməli, idmana
rəğbət yaratmaqla
sağlam gələcəklərini
təmin etməlidirlər.
Məlahət Rzayeva
Şərq 2025.- 11 aprel (¹60).- S.6.