Qarabağ və
Şərqi Zəngəzur iqtisadi inkişaf dövrünü
yaşayır
Son iki ilədək 140 mindən çox vətəndaşımız öz doğma
yurdlarına geri dönəcək
Regionların sosial-iqtisadi inkişafının təşviq
edilməsi;
Qarabağ və Şərqi Zəngəzurda biznes üçün əlverişli mexanizmlərin yaradılması, vergi, gömrük, sosial sığorta və digər güzəştlər regionun iqtisadi potensialının reallaşmasında mühüm rol oynayır. Azad edilmiş ərazilərimizin iqtisadi reinteqrasiyası ölkənin dayanıqlı inkişafına geniş imkanlar vəd edir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında biznes üçün əlverişli mexanizmlərin yaradılması, sahibkarlıq fəaliyyətinin təşviqi, tətbiq edilən vergi, gömrük, sosial sığorta və digər güzəştlər regionun inkişafında və biznes cəlbediciliyinin artırılmasında önəmli rol ifa edir.
"Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın uğurla icrası bu baxımdan böyük önəm daşıyır. Bölgədə yeni istehsal müəssisələrinin qurulması, məşğulluğun təmin olunması məqsədilə yerli və xarici investorların cəlbi istiqamətində dəstək tədbirləri xüsusi qeyd edilməlidir. Bölgədə istehsal fəaliyyəti ilə məşğul olan rezidentlər üçün idxal olunan texnika, texnoloji avadanlıq və qurğular, habelə xammal və materiallar ƏDV və gömrük rüsumlarından azad edilib. Regionda fəaliyyət göstərən sahibkarlıq subyektləri mənfəət (gəlir), torpaq, əmlak və sadələşdirilmiş vergidən də azad olunub. İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondu “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək” mexanizmi çərçivəsində sahibkarlıq subyektlərini banklardan əldə etdikləri kreditlər üzrə zəmanət və subsidiya ilə təmin edir. Qarabağ və Şərqi Zəngəzurun zəngin təbii ehtiyatları mədənçıxarma, kənd təsərrüfatı, yaşıl enerji və s. sahələrin inkişafı üçün böyük potensiala malikdir. Bölgədə biznes üçün güzəşt və azadolmalar, həmçinin güzəştli kredit, kredit-zəmanət və subsidiya mexanizmləri, digər dəstək tədbirləri tətbiq edilir. Eyni zamanda, bölgədə rəqabətqabiliyyətli sənaye məhsullarının istehsalı, investorlar üçün əlverişli biznes mühitinin təmin edilməsi məqsədilə yaradılmış Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parkları bölgənin sənayeləşməsində mühüm faktora çevrilməkdədir. Ağdam Sənaye Parkı yaradıldığı qısa müddət ərzində rezident sayına görə ölkəmizdəki sənaye parkları arasında ikinci yerə yüksəlib. Sənaye parkında 28 rezident, 4 qeyri-rezident fəaliyyət göstərir. Sənaye parkının 70 faizə yaxın hissəsi sahibkarların istifadəsinə verilib. Sahibkarlar tərəfindən sənaye parkında görülmüş işlərə 107 milyon manat investisiya yatırılıb, 450-dən çox daimi iş yeri yaradılıb. Hazırda Ağdam Sənaye Parkında 9 müəssisə fəaliyyət göstərir. Parkda istehsal edilən məhsullar daxili bazarda satılmaqla yanaşı, ixrac edilir. Sənaye parkında indiyədək sahibkarlar tərəfindən 22,3 milyon manatlıq məhsul satışı həyata keçirilib. “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı logistik imkanlar baxımından çox əlverişli ərazidə təşkil olunub. Bu sənaye parkı yeni salınan magistral avtomobil və dəmir yollarının üzərində yerləşir. Sənaye parkının investisiya portfeli 130 milyon manatdan çox 16 sahibkarlıq subyektinə rezidentlik, 2 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Bu 18 sahibkarlıq subyekti tərəfindən sənaye parkında 1800-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur. Parkın artıq 30 faizdən çox hissəsi sahibkarların istifadəsinə verilib. İndiyədək sənaye parkında görülmüş işlərə rezidentlər tərəfindən 29,6 milyon manatdan çox investisiya yatırılıb, 100-ə yaxın iş yeri yaradılıb. Parkda 1 müəssisə fəaliyyət göstərir, 6 müəssisənin isə tikintisi aparılır. Martın 1-dək işğaldan azad edilmiş ərazilərdə mövcud olan sənaye parklarının rezidentlərinə idxal olunan texnika, texnoloji avadanlıqlar, eləcə də xammala görə 123 təsdiqedici sənəd verilib ki, bu sənədlər əsasında müəssisələr üçün təqribən 7,4 milyon manat dəyərində vergi və rüsumlardan azadolma tətbiq olunub. Sosial-iqtisadi münasibətləri daha səmərəli etmək, sakinlərin xidmət və həyat keyfiyyətini yaxşılaşdırmaq üçün dövlət başçısının təşəbbüsü ilə işğaldan azad edilmiş ərazilərdə “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyası həyata keçirilməkdədir. İlk “Ağıllı kənd” layihəsinin təməli 2021-ci ilin aprelində Zəngilan rayonunda Prezident İlham Əliyev tərəfindən qoyulub, kənd hazırda məskunlaşıb. Həmçinin dövlət başçısı tərəfindən 2021-ci ilin oktyabr ayında ikinci “Ağıllı kənd” konsepsiyası əsasında Füzuli rayonunda bir neçə kəndi birləşdirən Dövlətyarlı kəndinin təməli qoyulub. Kənddə yaşıl və alternativ enerjidən istifadə, "ağıllı idarəetmə" sistemi tətbiq ediləcək və “Ağıllı kənd” təsərrüfatı sahəsi fəaliyyət göstərəcək. Onu da qeyd edək ki, “Qarabağ İnşaat Mərkəzi” MMC İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyindəki Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarının qeyri-rezidenti kimi qeydiyyata alınıb. Məlumata görə, bununla da Ağdam Sənaye Parkında qeyri-rezidentlərin sayı 5-ə, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında isə qeyri-rezidentlərin sayı 3-ə çatıb. Ümumi dəyəri 9 milyon manat olan layihələr çərçivəsində bu iki sənaye parkında tikinti materiallarının satış mərkəzlərinin qurulması nəzərdə tutulur.
Ağdam Sanaye Parkında 33 rezident qeydiyyata alınıb. 2024-cü ildə
Parkda 9 müəssisə
fəaliyyətə başlayıb,
22,3 milyon manat dəyərində məhsul istehsal edilib, bunun 20 min manatlıq hissəsi ixrac olunub. "Araz Vadisi İqtisadi
Zonası" Sanayə
Parkında isə 17 rezident qeydiyyata alınıb. Onların 1-i fəaliyyət göstərir.
Millət
vəkili Azər Badamov "Sherg.az"a adeyib ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi inkişaf dövrünü
yaşayır. Deputat vurğulayıb ki, torpaqlarımız azad edilən ilk gündən Azərbaycan dövləti
öz iqtisadi gücü hesabına bu ərazilərdə bərpa-quruculuq işlərinə
başlanılıb:
"Cənab Prezidentin
sərəncamı ilə
2022-2026-cı illəri əhatə
edən "Böyük
Qayıdış"a dair
Dövlət Proqramı
təsdiq olundu. Bu proqram çərçivəsində
2026-cı ilədək 140 mindən
çox vətəndaşımız
öz doğma yurdlarına geri dönəcək. Bu proses
sürətlə davam
etdirilir və hər il
dövlət büdcəsindən
milyardlarla manat vəsait ayrılır. Bugünədək Qarabağ və
Şərqi Zəngəzur
iqtisadi rayonlarında aparılan quruculuq işlərinə 23 milyard
manat vəsait ayrılıb. Məhz görülən
işlərin nəticəsidir
ki, bugün işğaldan azad olunmuş Qarabağ, Şərqi Zəngəzur
rayonlarının yol infrastrukturu müasirləşib,
başa çatmaq üzrədir. Əsas istiqamətlərdə
müasir avtomobil yolları tikilib. İki beynəlxalq hava limanı istifadəyə verilib, artıq üçüncü hava
limanının tikinti
işləri başa çatmaq üzrədir.
O cümlədən Ağöbəndədək
dəmiryollarının çəkilməsi,
Ağdamı, Bərdəni,
Xankəndini birləşdirən
yolların çəkilməsi,
yenidənqurulması istiqamətində
işlər görülür.
Həmçinin, Qarabağ və
Şərqi Zəngəzurda
sosial infrastrukturun yaradılması da sürətlə aparılır".
Parlament
üzvü vurğulayıb
ki, son dönəmlərdə
davamlı olaraq insanlarımızın qrup-qrup
öz yurdlarına geri dönüşünün,
orada məskunlaşmasının
şahidi olmaqdayıq:
"Novruz
bayramı günlərində
cənab Prezident Ballıca kəndinə səfər etdi və orada sakinlərlə
görüşdü. Ramazan bayramı günündə
isə dövlət başçısı Ağdamın
Sarıcallı kəndinə
oldu. Bugün yüzminlik Ağdam
şəhəri yenidən
tikilir. Ağdamda daş-daş üstə
qalmamışdı, amma
indi orada müasir, yeni yaşayış kompleksləri
ucaldılır. Yaxın dövrdə
Ağdama keçmiş
məcburi köçkünlərin
qayıtmasını görəcəyik.
O cümlədən, Füzuli
şəhərinə də
mərhələli şəkildə
köçlər davam
edir. Şuşa şəhəri mərhələli şəkildə
yenidən qurulur.
Milli-tarixi üslubu qorunub
saxlanılmaqla binalar yenilər, məktəblər,
tibb müəssisələri
açılır. İndiyədək 13 mindən çox keçmiş məcburi köçkün öz yurdlarına geri dönüb, öz torpaqlarında, evlərində
firavan həyatlarını
davam etdirirlər.
Bu, təbii ki,
ilk növbədə Azərbaycan
dövlətinin gücüdür.
Cənab
Prezidentin mütəmadi
Qarabağ və Şərqi Zəngəzura
səfərləri, orada
aparılan işlərə
birbaşa nəzarəti
çox mühüm məqamdır. Torpaqlarımızın işğaldan azad edilməsindən sonra dövlət başçısının
Qarabağ və Şərqi Zəngəzura
yüzlərlə səfərləri
reallaşıb. Nəzərə alaq ki, cənab
Prezidentin Qarabağ və Şərqi Zəngəzura səfərləri
çərçivəsində yeni obyektlərin, yolların təməli qoyulur, yaxud açılışı edilir.
Ümumən, işğaldan azad
edilmiş ərazilərimizdə
bərpa-quruculuq işləri
sürətlə davam
etdirilir və hərtərəfli infrastruktur
qurulur. Bu da Qarabağ və Şərqi Zəngəzur bölgəsinin
iqtisadi-sosial dirçəlişinə
və inkişafına
səbəb olur".
İsmayıl Qocayev
Şərq 2025.- 12 aprel (¹61).- S.6.