Zəfər mesajı dünyaya yayıldı
Diaspor
quruculuğu, lobbiçilik
və dünya azərbaycanlılarının həmrəyliyi;
Azərbaycan
öz övladlarını
Xankəndidə qarşılayır
- bu, təkcə tədbir deyil, manifestdir
Diaspor
gəncləri üçün
bu cür tədbirlər milli kimliklərini qorumaq və gücləndirmək
baxımından əvəzolunmazdır
Xankəndi
şəhərində “Konstitusiya
və Suverenlik İli”nə həsr olunan Diaspor Gənclərinin VI Yay Düşərgəsinin
rəsmi açılış
mərasimi keçirilib.
Mərasim Dövlət
Himninin səsləndirilməsi
və şəhidlərin
xatirəsinin yad olunması ilə başlayıb. Açılış
mərasimində Diasporla
İş üzrə
Dövlət Komitəsinin
(DİDK) sədri Fuad
Muradov, Xankəndi şəhərində, Ağdərə
və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi
Elçin Yusubov, Prezident Administrasiyasının
Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər
şöbəsinin müdir
müavini Nigar Hacıyeva, Heydər Əliyev Fondunun nümayəndəsi Aydan Ramazanova, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Yusif Vəliyev çıxış
ediblər. Çıxışlarda
yay düşərgəsinin
Xankəndidə keçirilməsinin
xüsusi əhəmiyyətinə
toxunulub, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən
çoxşaxəli diaspor
siyasətinin uğurlu
nəticələrindən danışılıb. Tədbirdə
dövlət başçısının
Xankəndidə bayraq
qaldırmasının, oradakı
tarixi çıxışının
yer aldığı videoçarx nümayiş
olunub, həmçinin
Diaspor Gənclərinin
Yay Düşərgələrinin
tarixi ilə bağlı fakt və rəqəmlər səsləndirilib. DİDK-nın
şöbə müdiri
Vəsilə Vahidqızının
və Rəvan Rədin aparıcılıq
etdikləri açılış
mərasimi bədii hissə ilə davam edib. Qeyd
edək ki, avqustun 9-dək davam edəcək Diaspor Gənclərinin VI Yay Düşərgəsi Azərbaycan
Respublikasının Diasporla
İş üzrə
Dövlət Komitəsinin
və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı
ilə gerçəkləşdirilir.
Diaspor Gənclərinin
VI Yay Düşərgəsində
dünyanın 61 ölkəsindən
128 gənc iştirak edir. Bundan əvvəlki
düşərgələr Şəki, Şamaxı,
Şuşa, Naxçıvan
və Laçın şəhərlərində baş
tutub, düşərgələrə
hər il 60-dan çox ölkədən
ümumilikdə 700-dən artıq
gənc qatılıb.
Diasporla İş
üzrə Dövlət
Komitəsinin sədri
Fuad Muradov Xankəndinin sülh, əməkdaşlıq və
inkişaf simvoluna çevrildiyinə diqqət
çəkib, düşərgəyə
gənclərin ildən-ilə
daha çox maraq göstərdiklərini,
bu platformanın ilk gündən özünü doğrultduğunu
ifadə edib. Sədr bildirib ki, bir həftə
ərzində onlar ölkəmizdə həyata
keçirilən islahatlar,
Qarabağ bölgəsində
gedən bərpa və quruculuq işləri haqqında məlumat alacaq, həmçinin ziyalılar,
şəhid ailələrinin
üzvləri, döyüş
iştirakçıları, idmançılar və müxtəlif sahələrdə
uğur qazanan şəxslərlə görüşəcəklər:
"Diaspor Gənclərinin
Yay Düşərgəsi
layihəsi 2018-ci ildən
etibarən həyata keçirilir və bu il də
gənclər tərəfindən
böyük maraqla qarşılanıb. Yay düşərgəsinə ildən-ilə
artan maraq var. Artıq ikinci ildir ki,
biz yalnız azərbaycanlı gənclərlə
kifayətlənmirik, Azərbaycana
dost olan xalqların nümayəndələrini
də seçim mərhələsindən keçiririk".
Komitə sədri düşərgənin bu
il Xankəndidə keçirilməsini xüsusi
rəmzi məna daşıyan hadisə kimi dəyərləndirib:
“Xankəndi Azərbaycanın
gücünün, müstəqilliyinin
və suverenliyinin simvoludur. Bu torpaqlarda keçirilən
düşərgə həm
də şəhidlərimizə
olan borcumuzun ifadəsidir. Əldə olunan uğurların arxasında Prezident İlham Əliyevin siyasi iradəsi dayanır. Məqsədimiz
budur ki, bu gənclər gələcəkdə Azərbaycan
diaspor hərəkatının
öncül liderlərinə
çevrilsinlər”. O əlavə
edib ki, əvvəlki illərdə
yay düşərgələri
Laçın və Şuşada da təşkil olunub və bu ənənə
davam etdiriləcək.
Xankəndidə keçirilən Diaspor Gənclərinin VI Yay Düşərgəsinin iştirakçısı
Əliəşrəf Abdullayev
Latviyanın Riqa şəhərindən gəldiyini
deyib. Onun sözlərinə görə,
Diaspor Gənclərinin
VI Yay Düşərgəsində
iştirak etmək, Xankəndi şəhərində
olmaq mənim üçün böyük
fəxrdir: "Yay düşərgəsi iştirakçıların
dünya görüşünün
artmasında mühüm
rol oynayacaq. Mən yay düşərgəsinin
təşkilatçılarına minnətdarlığımı bildirirəm". Düşərgəyə
İtaliyadan qatılan
Toğrul Əliyev Genuya şəhərində
yaşadığını söyləyib: "Beynəlxalq
təhlükəsizlik və
siyasi araşdırmalar
üzrə tədqiqatçıyam.
Doktoranturada təhsil alıram. Bu gün Azərbaycanın Xankəndi şəhərində
olmaq hər bir Azərbaycan gənci kimi mənim üçün də böyük qürur və fəxarətdir. Ali Baş Komandanın rəhbərliyi ilə qüdrətli Ordumuzun azad etdiyi torpaqlarımızda
quruculuq işlərinin
sürətlə aparılması
bizim üçün
böyük fəxarət
hissi doğurur. Diaspor Gənclərinin VI Yay Düşərgəsində
iştirak edirəm. “Konstitusiya və Suverenlik İli” ilə bağlı təşkil edilən bu tədbirdə çoxsaylı görüşlərimiz
olacaq. Eyni zamanda, Azərbaycanın milli-mədəni dəyərləri
ilə yaxından tanış olacağıq.
Dünyanın dörd
bir yanından gəlmiş yüzdən
artıq azərbaycanlı
gənc burada öz milli-mənəvi dəyərlərinə, kökünə,
etnik kimliyinə yenidən sahib olur və bu
dəyərləri mənimsəyir".
Tədbirə İspaniyadan qatılan, Pənahəli xanın nəslinin nümayəndəsi
Zeynəb Əkbərzadə
bildirib ki, Qarabağda olmaqdan çox qürurludur:
"Həm ulu babamın təməlini qoyduğu şəhəri
görmək, həm də burada dövlətimizin keçirdiyi
tədbirin iştirakçısı
olmaqdan məmnunam. Yay düşərgəsində
iştirak nəticəsində
həm Qarabağla bağlı məlumatlarım
artacaq, həm də yeni dostlar
qazanacağam. Tədbirin
təşkilatçılarına öz dərin minnətdarlığımı bildirirəm".
Düşərgəyə
Almaniyadan qatılan Günel Hüseynli deyib ki, bu
tədbir gənclərin
Vətənə bağlılığı
baxımından çox
önəmlidir: "Almaniyada
Təmiz enerji prosesləri üzrə magistr təhsili alıram. Burada olmaq mənim üçün qürurverici
və sevindiricidir. Çünki tədbir azərbaycanlı gənclər
üçün həm
dünyagörüşünün artırılması, həm
də Vətənə
bağlılıq baxımından
çox önəmlidir.
Ən önəmlisi bu tədbirin Xankəndidə təşkil
edilməsidir. Biz uşaq yaşlarımızdan
Qarabağ hekayəsi ilə böyümüşük
və bu gün hamımız üçün sevindirici
haldır ki, Qarabağda beynəlxalq tədbirlərə ev sahibliyi edirik". Fransada doğulub böyüyən, hazırda
Parisdə yaşayan İbrahim Diavara ilk dəfədir ki, Qarabağa səfər etdiyini deyib. Babası seneqallı, anası isə türkdür. O, Azərbaycanın Qarabağ
uğrunda mübarizəsini
uzun müddət yaxından izlədiyini bildirib: "Qarabağa dünən gəlmişik.
Xankəndi çox gözəl şəhərdir.
Əminəm ki, bundan sonra daha
da gözəlləşəcək".
Millət
vəkili Naqif Həmzəyev Sherg.az-a açıqlamasında
deyib ki, Azərbaycanın diaspora siyasətində yeni bir səhifə açılan bu günlərdə, Xankəndi
şəhərində keçirilən
Diaspor Gənclərinin
VI Yay Düşərgəsi
xüsusi əhəmiyyət
kəsb edir. Deputatın sözlərinə
görə, bu tədbir təkcə diaspora gənclərinin vətənlə əlaqələrinin
gücləndirilməsi deyil,
həm də Azərbaycanın qələbə
tarixinin yaşayan simvolu kimi qarşımızda
durur:
"Diaspor Gənclərinin VI Yay Düşərgəsinin
Xankəndidə keçirilməsi
təsadüfi deyil. Bu şəhər Azərbaycanın ərazi
bütövlüyünün bərpası və Qarabağ Zəfərinin simvolu kimi tarixi
əhəmiyyət daşıyır.
Diaspora gənclərinin
bu torpaqda toplanması, onların vətənin hər qarışının azad
edilməsi uğrunda aparılan mübarizənin
şahidi olması deməkdir. 44 günlük
Vətən müharibəsindən
sonra azad edilən ərazilərdə
belə mənalı tədbirlərin keçirilməsi,
Azərbaycanın güclü
dövlət kimi öz tarixi torpaqlarında diaspora nümayəndələrini qarşılamasının
bariz nümunəsidir.
Bu, həm də dünyaya Azərbaycanın bu torpaqlarda daimi olduğunun, burada normal həyatın bərqərar olduğunun
mesajıdır. Komitə
sədri Fuad Muradovun da qeyd
etdiyi kimi, Prezident İlham Əliyevin rəhbərliyi
ilə həyata keçirilən çoxşaxəli
diaspora siyasəti öz uğurlu nəticələrini göstərməkdədir.
Bu siyasətin əsas istiqamətləri
bunlardır - Diaspora ilə işin institutlaşdırılması və davamlı xarakter alması, diaspora gənclərinin xüsusi diqqət mərkəzində saxlanması,
Azərbaycan mədəniyyətinin
dünyada tanıdılması
və diaspora nümayəndələrinin ölkənin
iqtisadi həyatına
cəlb edilməsi. Bu il düşərgəyə
61 ölkədən 128 azərbaycanlı
gəncin qatılması
diaspora siyasətinin uğuruna dəlalət edir. Bu rəqəmlər
göstərir ki, Azərbaycan diasporası dünyada geniş coğrafi yayılma göstərir. Gənclər
arasında vətənə
maraq ildən-ilə artır, diaspora təşkilatlarının fəaliyyəti
səmərəli nəticələr
verir. Həmçinin,
Vətənlə əlaqələrin
gücləndirilməsi prosesi
uğurla davam edir".
Parlament üzvü
vurğulayıb ki, diaspor gəncləri üçün bu cür tədbirlər milli kimliklərini qorumaq və gücləndirmək baxımından
əvəzolunmazdır:
"Bununla Vətəndən
uzaqda yaşayan gənclərin ana dillərini inkişaf etdirmələri, milli ənənələri öyrənmələri,
Azərbaycan tarixi və mədəniyyəti
ilə dərindən
tanış olmaları,
həmvətənləri ilə
əlaqələr qurmaları
mümkün olur. Bu proses milli
kimliyin gələcək
nəsillərə ötürülməsində
mühüm rol oynayır. 61 ölkədən
gələn diaspora gəncləri gələcəkdə
öz yaşadıqları
ölkələrdə Azərbaycanın
təbii səfirləri
rolunu oynayacaqlar. Onlar Azərbaycan həqiqətlərini dünyaya
çatdıracaq, ölkəmizin
müsbət imajının
formalaşmasına kömək
edəcək, Azərbaycanın
beynəlxalq aləmdəki
mövqelərini gücləndirəcək,
ikitərəfli əlaqələrin
inkişafına töhfə
verəcəklər. Diaspor
gəncləri ilə
qurulan əlaqələr
uzunmüddətli iqtisadi
faydalar gətirə bilər. Gənclərin bu düşərgəyə
marağının ildən-ilə
artması sevindirici haldır. Düşərgə
platformasının ilk
gündən özünü
doğrultması onun düzgün konsepsiya üzərində qurulduğunu
göstərir. Bu platform gənclərin real ehtiyaclarına cavab verir, müasir
tələblərə uyğun
təşkil olunur, praktik nəticələr əldə edilməsinə
imkan yaradır, uzunmüddətli əlaqələrin
qurulmasına şərait
yaradır".
Parlamentari əlavə
edib ki, müasir dünyada diaspora gəncləri ikili kimlik problemi
ilə üzləşirlər.
Bu düşərgələr
bu problemin həllində mühüm
rol oynayır:
"Belə tədbirlər milli kimliyin qloballaşma şəraitində
qorunmasına, müxtəlif
mədəniyyətlər arasında
körpü rolunu oynamasına, çoxmədəniyyətli
cəmiyyətlərdə Azərbaycan
mədəniyyətinin təqdimatına,
beynəlxalq dialoqun inkişafına töhfə
verir. Ümumən, Azərbaycan diaspor siyasətində uğurlu
addımlar atır və bu istiqamətdə
sistemli işlər görülür. Prezident
İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən
çoxşaxəli diaspora
siyasəti öz bəhrələrini verir.
Diaspor gənclərinin
vətənlə əlaqələrinin
gücləndirilməsi, onların
milli kimliklərinin qorunması və gələcək nəsillərə
ötürülməsi Azərbaycanın
uzunmüddətli strateji
maraqlarına xidmət
edir. Bu prosesdə hər bir gənc diaspor
səfiri kimi öz missiyasını dərk etməli və vətəninin dünyada layiqli təmsil olunmasına töhfə verməlidir. Gələcəkdə bu cür tədbirlərin daha da genişləndirilməsi,
yeni formatların tətbiqi və beynəlxalq təcrübədən
istifadə edilməsi
diaspora siyasətimizin
səmərəliliyini artıracaq
və Azərbaycanın
dünyada mövqelərini
möhkəmləndirəcək.
İsmayıl Qocayev
Şərq 2025.- 6 avqust (¹137).- S.6.