Heyif: Kəramət maraqlı şair, abırlı insan idi

 

"Əynimdəki plaş ağarıb, ağarıb, axırda kəfənim olacaq".

 

Deyəsən, şairlər ən sadiq dostlardır... Bir-birilərinin ardınca düşüb eyni istiqamətə gedirlər: ədəbiyyətə. Mövlud, Kamran Su, Məlik Cahan, Həsən Kür... indi Kəramət Şükürov. Yaşları müxtəlif ola bilər. istiqamətləri, yolları eynidir. Yazırlar, yaradırlar, bir gün səssizcə çıxıb gedirlər. Onlar haqqında nekroloq tərtib olunmur. Çələng göndərilmir.

 

Birinci, ikinci fəxri xiyabanların həndəvərinə dolaşmadan aparılır cənazələri. Amma xatirələrdə qalırlar. Gənc, yanğılı, alovlu şairlər kimi. Poeziya sevərlərin, həm yaxşı insanlara layiq olduqları mənəvi qiyməti verə bilənlərin uzun illərdir tanıdığı şair Kəramət vəfat etdi. Onun vəfatı barədə bəzi saytlarda uyğunsuz, qeyri-etik başlıq isə müzakirə predmetinə çevrildi.   

Mətbuat Şurasının sədri, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid üzünü qeyri-etik davranan bu media orqanlarına tutub feysbuk hesabında belə yazıb: 

 

“Şair öldü"

 

Bunu xəbərə çevirmək, şairin bir neçə şeirini yaymaq, yaradıcılığı barədə məlumat vermək təəssüf ki, media subyektləri üçün cəlbedici deyil. Amma şair küçədə, yolda getdiyi yerdə ürəktutmasından, ya hansısa xəstəlikdən qəfil vəfat edirsə, o dəqiqə “cazibədar” başlıq hazırdır:

“Şair küçədə öldü

Nəticədə etik dəyərlər, mərhumun ailəsinin düşəcəyi vəziyyət, keçirəcəyi stress arxa plana adlayır. Yaxşı yadımdadır ki, Mətbuat Şurasına müraciət edən bir xanım övladının avtoqəza nəticəsində həyatını itirməsinin "Yanaraq öldü" sərlövhəsi ilə təqdimatına etiraz etmişdi. Dediyi fikir sarsıdıcı idi: "O başlıqları oxuyanda elə bilirəm balam hər gün təzədən ölür". ...Əlbəttə, belə hallar təkcə bizdə deyil, dünyanın əksər yerlərində təxminən oxşar durum müşahidə olunur. Yəni media cəlbedici, həyəcanlandırıcı xəbərlər axtarışındadır. Peşə maraqları, reytinq yarışı öz yerində, ancaq insani yanaşma, həssaslıq da qeybə çəkilməməlidir. İnsani duyğuları arxa plana keçirmək qəddarlığa zəmin yaradır. isə, çalışaq həssaslıq mərhəmət duyğularımız azalmasın! Şairə Allahdan rəhmət, mediamıza həssaslıq diləyirəm.

Rəşad Məcidin statusuna rəy bildirənlər arasında onlayn medianın, saytların İR ardınca qaçmasını tənqid edənlər çoxdur.  

Jurnalist, ssenarist Rəhilə Soltanqızı:

- Həssas jurnalist çox azdır indi. Onları heç tanıyan da yoxdur. Şou yaradan jurnalistlər indi daha çox gündəmdə. Çünki onlar reytinq ağacına çıxır min budaq silkələyir. Ağacın altında kim var, var — bəziləri üçün bunun heç bir əhəmiyyəti yoxdur. Məncə, belə jurnalistlərə Mətbuat Şurasında ustad dərsləri, yəni indiki dillə desək, treninqlər keçmək lazımdır. Ümumiyyətlə, həyat bumeranq... Bu gün kiminsə hisslərinə toxundunsa, sabah eyni ssenari ilə yazılan hekayənin baş rolunda özün olursan. Həyatımızın bu çətin, dolaşıq yollarında gəlin, dirimizə , ölümüzə həssas yanaşaq. Adam kimi... Allah şairə rəhmət eləsin.

Gültən Qədirli:

- Məlum məsələdir ki, əksəri İP xətrinə...ona görə saytlar qədər az olsa o qədər yaxşıdır...saytlar çoxdur deyə oxunmaq xətrinə belə cəlbedici başlıqlar qoyurlar ki, sayta giriş olsun.

Əvəz Qurbanlı: - Təəssüf ki, bunun qarşısını almaq mümkün deyil. Ənənəvi mətbuatın onlayn mediaya, onlayn medianın da sosial şəbəkələrə inteqrasiyasından sonra xəbərin hazırlanmasında yayılmasında etik prinsiplər demək olar ki, sıradan çıxıb. Ən pisi odur ki, informasiyalar idarəolunmaz hala gəlib.

Yazar Günel Natiq şair Kəramətlə bağlı ürək sözlərini bildirib:

- Həyatda görməmişdim, amma elə bil min il idi tanıyırdım. İki-üç il qabaq kitab sərgisində olanda zəng eləmişdi: “Ay Günel, başa düşürəm səni, amma kitab satma”. Dedim ki, müəllifin öz kitabını satmasında qəbahət yoxdur. Hərçənd, əvvəllər mən bunu qəbul etmirdim… Dedi: “Kitablarını göndər, mən alaram”. Dedim: “Kəramət müəllim, kitab göndərmirəm, sərgiyə gəlin, ordan alın”. O mənə qıymadı, mən ona. mən kitab satdım, o gələ bildi. Sonra bir-iki dəfə zəng eləmişdi, yenə kitabla bağlıydı, amma kitab göndərə bildik, Kəramət müəllim gələ bildi. Bilirdim, narahat olur. İstəyir ki, kitab yazan adamın həyatında hər şey qaydasında olsun, elə ki, kitab satmaq məcburiyyətində qalmasın. Həyatda üz-üzə gəlməsək , çox doğma adam bilirdim onu. Elə bil ki, min ildi tanıyırdım…”

Şair Aqşin Yenisey həmkarının vəfatından kədərləndiyini ifadə edib:

- Ruhu şad olsun! Təəssüf ki, şəxsi tanışlığımız yox idi. Bir-iki dəfə təsadüfən görüşmüşdük. Amma şeirlərini, son üç poemasını oxumuşdum. Maraqlı şair, abırlı insan idi. Heyif!

Yazıçı Firuz Mustafa:

- "Şair Kəramətin (Şükürov) küçədə meyiti tapılıb". Bir-iki saytda gözümə belə bir ifadə sataşdı. Bu, yumşaq desək, çox qeyri-etik bir "təqdimatdır". Bəli, adam getdiyi yerdə, yolda, evinin yaxınlığında, maşında, dükanda, bazarda... həyatını qeyb edə, rəhmətə gedə, canını tapşıra bilər. Yazılanlardan elə çıxmasın ki, Kəramət təsadüfi adamdır, "küçədə" ölüb. Xeyr, Kəramətin yaxşı ailəsi, övladları olub. Düzdür, mən onları şəxsən tanımıram. Amma Kəramət özü Türkiyədə yaşayan qızının Markesdən tərcümə etdiyi kitabı mənə vermişdi. Mükəmməl tərcümə idi. Kəramət bir müddət öz hesabına maraqlı bir qəzet nəşr etdirib. Dilimiz zəngindir. Həm olan, həm ölən adam haqqında layiqli sözlər işlətməyimiz lazımdır. Allah istedadlı şair Kəramətə rəhmət eləsin, ruhu şad olsun.

Kəramət Böyükçöl:

- Kəramət atamın tələbə yoldaşı yaxın dostu idi. Gözəl bir şair idi. Elə misraları vardı, həmişə hər yerdə deyirdim. "Əynimdəki plaş ağarıb, ağarıb, axırda kəfənim olacaq". "Hadinin dörd əli vardı. İkisi ilə kitab satırdı. İkisi ilə üzünü tutmuşdu".  Kəramət tələbə vaxtı bizim kəndə qonaq gəlibmiş. Nənəmin onun adından xoşu gəlib. Atama deyibmiş ki, oğlun olsa, adını Kəramət qoyarsan. Sonra mən doğulmuşam. Adımı Kəramət qoyublar. Aldığım xəbər məni çox sarsıtdı. Adım öldü. Ruhu şad olsun”.

Qeyd edək ki, şair Kəramət Rza oğlu Şükürov 1 dekabr 1957-ci ildə Masallı rayonunun Göyçöl kəndində anadan olub. Əmək fəaliyyətinə Göyçöl kənd orta məktəbində Azərbaycan dili ədəbiyyatı müəllimi kimi başlayıb. 1987-ci ildən "Yazıçı" "Elm" nəşriyyatlarında çalışıb, Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" adına klubunun direktoru olub. Bir müddət "Novruz", "Oğuz eli" qəzetləri ilə əməkdaşlıq edib. "Nəfəs", "Yeni quruluş" qəzetlərinin baş redaktoru, "Məqam" qəzetinin şöbə müdiri olub. Tələbəlik illərindən hekayə şeirləri dövri mətbuatda, "Ulduz" jurnalında "Yaşıl budaqlar" almanaxında dərc olunub.

Bu isə onun yazdığı şeirlərdən biridir:

“Göy üzünə yazacam şeirlərimi.

Onsuz da bu basabasda məni görməzsən, bu tünlükdə

uçacam durnalarla birgə.

Göy üzünə yazacam şeirlərimi.

yerdən bezəndə,

ömründə bir dəfə

başını qaldırıb göyə baxanda

görərsən məni.

Göy üzündə olan birini -

yağışmı, buludmu, günəşmi

adını sən qoyarsan,

amma ad gününə çağıranda

unutma,

ya da unut

sadəcə, göy üzünə bax, gülümsə”.

Allah rəhmət eləsin!

 

Məlahət Rzayeva

Şərq  2025.- 16 avqust (¹145).- S.7.