Qarabağın havasıyla ucalanlar
Xan
Şuşinski və maestro Niyazinin anım günləridir
Azərbaycan
dövlətçilik tarixinin,
milli adət-ənənələrinin,
elm və mədəniyyətinin təbliği
Azərbaycan incəsənətinin 2 kariyef
sənətkarı – Xan
Şuşinski və maestro Niyazinin anım günləridir. Həyatda təsadüf yoxdur, hər şey zərurətdən,
məntiqi əsaslardan
doğur. Bu iki böyük sənətkarın dünyaya
gəlişi müxtəlif
illərdə, amma təqvimin eyni günündə baş verib; 20 avqustda. Hər iki sənətkar
qarabağlı – şuşalıdır.
Qafqazın konservatoriyası
deyilir, Qarabağımıza.
Nə qədər kiçildilir bununla dahi sənətkarların
doğulduğu torpağın
dünya mədəniyyətinə
bəxş etdiyi əvəzsiz töhfələr.
Qarabağda - Şuşada
dünyaya göz açıb yurdun fövqəladə zənginliklərindən
bəhrələnərək möhtəşəm əsərlər
yaradan, bəşəriyyətə
dəyəri ölçüyəgəlməz
mədəni nemətlər
bəxş edən şəxsiyyətləri sadalamağa
qalxsaq, uzun bir siyahı alınar. Bu gün onlardan yalnız ikisi barədə - Xan Şuşinski – Xan əmi və maestro Niyazi haqqında danışacağıq.
Aralarında 11 yaş
fərqi olan bu iki şəxs
təkcə Azərbaycan
mədəniyyətini, incəsənətini
deyil, ümumən xalqımızı təmsil
etməyə layiq şəxsiyyətlər idi. Azərbaycan
muğam sənətinin
“Xan”ı adlandırılan İsfəndiyar
Aslan oğlu Cavanşirin anadan olmasından 124 il ötür. O, 1901-ci il avqustun 20-də Şuşa
şəhərində dünyaya
göz açıb.
“Xan” ləqəbinin tarixçəsinə görə
İsfəndiyar ustadı
- Segah İslam kimi tanınan İslam Abdullayevlə birgə Ağdamın Novruzlu kəndində bir məclisdə imiş. Ev sahibi
İslam Abdullayevin arzusu ilə qrammofonu qurur və onlar təbrizli
Əbülhəsən xanın
ifasında “Kürdü
Şahnaz”ı dinləyirlər. Hamının
heyranlıqla qulaq asdığı bu ifadan sonra Segah
İslam gözlənilmədən
üzünü İsfəndiyara
tutaraq: “Bəlkə sən də bizim üçün “Kürdü Şahnaz”ı
oxuyasan?” - deyir. İsfəndiyar 12-13 yaşından
başlayaraq saatlarla Cabbar Qaryağdıoğlunun,
Seyid Şuşinskinin,
Əbülhəsən xanın
vallarını dinləyib,
onların ifasının
ən incə məqamlarını belə
olduğu kimi təqlid etməyə çalışsa da, birdən-birə, özü
də Əbülhəsən
xanın ifasından sonra oxumağa tərəddüd edir, lakin ustadının sözünü yerə salmır. “Kürdü Şahnaz”ı İsfəndiyar elə oxuyur ki, məclis
əhli yerbəyerdən
Əbülhəsən xanın
adının birinci hissəsini ixtisara salıb, heyrətlə “Əsl xan elə
bu imiş ki!” - deyir. Vəcdə
gələn İslam Abdullayev isə “Bu gündən sənin adın oldu Xan Şuşinski”,
– deyərək ona ustad xeyir-duasını verir. Xan Şuşinski
1920-ci illərdə Bakıya
gələrək öz
ifaçılıq fəaliyyətini
genişləndirib. O, muğamların
mahir bilicisi və ifaçısı idi. Xanın repertuarında “Mahur-Hindi”,
“Bayatı-Qacar”, “Qatar”
muğamları, “Qarabağ
şikəstəsi”, “Arazbarı”,
“Heyratı” zərbi muğamları ilə yanaşı, xalq mahnıları və təsniflər böyük
yer tutub. Xan Şuşinski xalq mahnılarını xüsusi bir şövqlə oxuyub, onları yeni çalarlarla zənginləşdirib.
Görkəmli xanəndənin
bir sıra bəstələri də olub. Çox zaman xalq mahnıları
kimi təqdim olunan “Qəmərim”, “Şuşanın dağları”,
“Ay gözəl”, “Məndən gen gəzmə”, “Al yanağında”,
“Dağlarda çiçək”,
“Gözəl yarım”,
“Ölürəm, a Ceyran
bala” mahnılarının
müəllifi, əslində,
Xan Şuşinskidir.
“Şuşanın dağları”
mahnısının musiqisi
ilə yanaşı, sözləri Xan Şuşinskinindir. Görkəmli
xanəndə 1979-cu il
martın 18-də vəfat
edib. Onun yaratdığı ölməz
sənət əsərləri
Azərbaycan musiqisinin
ən dəyərli inciləri kimi əsrlər boyu yaşayacaq, öz müəllifini hər zaman yaşadacaq, onu unudulmağa qoymayacaq.
Avqustun 20-si həm
də dünyaşöhrətli
dirijor, bəstəkar,
ictimai xadim, Xalq artisti, xalqımızın
sevimlisi Niyazi Tağızadə-Hacıbəyovun anım günüdür.
Gözəl Qarabağımızın
xalqımıza bəxş
etdiyi karifey sənətkar, maestro Niyazi isə dahi Üzeyir Hacıbəyovun qardaşı
Zülfüqar bəyin
ailəsində dünyaya
gəlib. O, Azərbaycan
bəstəkarlarının bir çox simfonik və musiqili səhnə əsərlərinin kantata
və oratoriyalarının
ilk ifaçısı
olmaqla yanaşı, bu əsərlərin təqdimatında özünəməxsus
orijinal ifaçılıq
üslubu yaradıb. Azərbaycan milli dirijorluq məktəbinin formalaşması onun adı ilə bağlıdır. Bəli,
maestro Niyazinin traktirovkasında milli bəstəkarların bir çox əsərləri,
o cümlədən Üzeyir
Hacıbəylinin “Koroğlu”
operası Azərbaycan
musiqisinin qızıl
fonduna daxil edilib. Niyazinin yeniyetməlik illəri Azərbaycanın səfalı
guşələrindən olan
Şuşada keçib.
O, Azərbaycanın ikinci
konservatoriyası, musiqi
məktəbi kimi tanınan bu diyarın ab-havasında sənətə ilk addımlarını atıb.
Uşaqlıq illərindən
Üzeyir Hacıbəyli,
Müslüm Maqomayev,
Əbdürrəhim bəy
Haqverdiyev, Cəlil Məmmədquluzadə, Nəcəf
bəy Vəzirov, Hüseyn Cavid, Süleyman Sani Axundov, Abdulla Şaiq, Hüseyn Ərəblinski, Cahangir Zeynalov, Abbas Mirzə Şərifzadə,
Mirzağa Əliyev, Sidqi Ruhulla kimi
Azərbaycan incəsənətinin
yaradıcıları arasında
böyüyüb, onlardan
çox mətləblər
əxz edib. Kiçik yaşlarından
musiqi ilə məşğul olmasına
baxmayaraq, hərbçi
olmaq arzusunda idi. İlk musiqi
təhsilini Y.A.Şefferlinq
adına məktəbdə
skripka sinfində almışdı. Sonradan atası Zülfüqar Hacıbəyov və əmisi Üzeyir Hacıbəyovun tövsiyəsi
ilə təhsilini Moskvada Mixail Fabianoviç Qnessinin bəstəkarlıq sinfində
davam etdirdi. Q.Popov, P.Ryazanov, L.Rudolf, S.Ştrasserin bəstəkarlıq məşğələlərində
də iştirak edən Niyazi dirijorluq fəaliyyətinə
1934-35-ci illərdə başlayıb.
Bu sahədə xüsusi təhsili olmayan gənc bəstəkar ilk illər Neftçilər İttifaqı Dram Teatrının, Radio Komitəsinin
orkestrində çalışmağa
başladı. 1935-37-ci illərdə
Azərbaycan Dövlət
Estrada Orkestrinə rəhbərlik edən Niyazi 26 yaşında artıq adını keçmiş SSRİ məkanında
məşhur insanların
siyahısına daxil edə bildi. Niyazi 1948-ci ildən həyatının son gününə qədər
simfonik orkestrin baş dirijoru və bədii rəhbəri olub. Niyazinin rəhbərliyi ilə orkestr ən yüksək peşəkarlıq zirvələrinə
qalxmış, neçə-neçə
musiqiçilər nəslini
yetişdirən əsl
sənət məktəbi
olmuşdur. Neçə-neçə
musiqiçi Niyazini özünün ustadı
və himayədarı
hesab edir, onun adını milli musiqi sənətində
“qızıl mərhələ”nin simvolu
kimi xatırlayırlar.
O, daha çox dirijor pultu arxasında
dursa da, bəstəkarlıq fəaliyyətini
də unutmayıb. Karifey sənətkar Azərbaycan mahnılarından
“Kəklik”, “Qaragilə”,
“Xumar oldum”, “Ay bəri bax”
və digər simfonik orkestr üçün işləmiş,
1935-ci ildə “Rast” və “Şur” muğamlarını nota köçürüb, “Xosrov
və Şirin” operasını yazıb.
1961-ci ildə Leninqrad
Opera və Balet Teatrının baş dirijoru təyin olunan Niyazinin SSRİ-nin ən məşhur
teatrlarından birinə
rəhbərlik etməyi
o dövrdə onun bir musiqiçi kimi böyük nüfuzundan xəbər verirdi. O, burada A.Məlikovun “Məhəbbət
əfsanəsi” baletinin
ilk tamaşasını
hazırlamaqla yanaşı,
P.Çaykovskinin “Yatmış
gözəl” və S.Prokofyevin “Daş çiçək” baletlərinin
yeni quruluşuna dirijorluq etmiş, həmin baletlərlə Parisin “Qrand-Opera”, Londonun “Kovent-Qarden” teatrlarında qastrol tamaşaları verib və böyük uğur qazanıb. Niyazi 1961-ci ilin ayağı sayalı günlərindən birində
Londona səfər etmişdi. O zaman maestronun konsert proqramında Baxın, Bethovenin, Çaykovskinin və neçə-neçə
dünya sənətkarlarının
əsərləri vardı.
Onun bütün konsertləri uğurla keçib. 1965-ci ildə maestro Niyazi Türkiyə səfərinə
gedib. O, həmin məmləkətin ən
böyük konsert birliklərindən biri olan Prezident orkestri ilə çıxış etməli
olub. Böyük sənətkar Çaykovskinin
“Qaratoxmaq qadın” operasına dirijorluq edib. Sonra yenə
də həmin orkestrlə dünya sənətkarlarının, Azərbaycan
bəstəkarlarının əsərlərini səsləndirib.
Türkiyənin mərkəzi
qəzetləri bu böyük sənətkarın
uğurlu sənət
səfəri haqda geniş məqalələr
dərc ediblər. Onun əbədiyaşar sənət naminə çəkdiyi zəhmətlər
layiqincə qiymətləndirilib.
Maestro ən yüksək
mükafatlara layiq görülüb. O, müxtəlif
vaxtlarda Dövlət mükafatlarına, SSRİ Xalq
artisti, Sosialist Əməyi Qəhrəmanı
adlarına layiq görülüb, bir çox orden və medallarla təltif olunub, Tbilisinin fəxri vətəndaşı seçilib.
Bu gün Niyazinin adı dünyaşöhrətli dirijorlarla,
bəstəkarlarla qoşa
çəkilir. Onun yaradıcılığı əsl
örnəkdir. Hələ
neçə-neçə nəsillər
Niyazi məktəbindən
bəhrələnəcək. Xan Şuşinski, maestro Niyazi və daha neçə-neçə
görkəmli şəxsiyyətlər
Azərbaycan mədəniyyəti
və incəsənətinin
milli əsaslar üzərində inkişafında
misilsiz xidmətlər
göstəriblər. Onların
adı tarix durduqca yaşayacaq. Xalqımız onları daim ehtiramla yad edəcək.
Məlahət Rzayeva
Şərq 2025.- 21
avqust (¹148).- S.6.