Hər görüşdə bir xeyir var
Azərbaycan
QHT-ləri Türkiyədə
ictimai nəzarət təcrübəsini öyrənir
Vətəndaş
cəmiyyəti, hüquqi
dövlət quruculuğu;
Azərbaycan Qeyri-Hökumət Təşkilatları
(QHT) Türkiyəyə səfər
edərək Ankara Böyük Şəhər
Bələdiyyəsinin ictimai
iştirakçılıq və nəzarət təcrübəsi ilə
tanış olublar. Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin
Azərbaycan Milli Bölməsi İctimai Birliyinin heyəti Ankara Böyük Şəhər Bələdiyyəsinin
ictimai iştirakçılıq
və nəzarət sahəsində QHT-lərlə
əməkdaşlıq təcrübəsini,
ən yaxşı nümunələri öyrəniblər.
Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin
Azərbaycan Milli Bölməsi İctimai Birliyinin, "Türkiye Kadın Dernekleri Federasyonu", "Kadının
Sosyal Hayatını Araştırma ve İnceleme Derneği"
(KASAİD) heyəti Ankara
Böyük Şəhər
Bələdiyyəsinin (ABB) Sosial media şöbəsinin
müdiri Yüksəl
İşıkla görüşüblər.
"Türkiye Kadın
Dernekleri Federasyonu"
başqanı Canan Güllü görüşün
məqsədi, Azərbaycan
QHT-lərinin maraq dairəsində olan və öyrənmək istədikləri məsələlər
barədə məlumat
verib.
Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan
Milli Bölməsi İctimai Birliyinin sədri Səadət Bənənyarlı icra olunan “İctimai nəzarətin təşviqinə
yönələn təşəbbüslər”
layihəsindən bəhs
edib. O, layihənin məqsədinin Azərbaycanda
ictimai iştirakçılıq
və ictimai nəzarət təcrübəsinin
inkişafına dəstək
göstərmək, qabaqcıl
beynəlxalq təcrübədən
yaxşı nümunələrin
tətbiqinə yardım
etmək olduğunu qeyd edib. S.Bənənyarlı
əlavə edib ki, sözügedən layihə və Ankara səfəri Azərbaycan Respublikasının
Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi
Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir:
"Məqsədimiz Türkiyədə
QHT-lərin ictimai iştirakçılıq təcrübəsini
öyrənmək və
bu sahədə əməkdaşlığı gücləndirməkdir".
Yüksəl İşık Ankara Böyük Şəhər
Bələdiyyəsinin vətəndaşların
qərar qəbuletmə
prosesinə cəlb olunması, "Ankara Kent Konseyi"nin (Şəhər Şurası)
fəaliyyəti, şəffaflıq
və hesabatlılıq,
müzakirə, ictimaiyyətlə
kommunikasiya mexanizmləri
barədə təcrübəsini
bölüşüb. O, həmçinin
bələdiyyə ilə
QHT-lər arasında əməkdaşlığın gücləndirilməsinin şəhər
idarəçiliyinə gətirdiyi
faydaları vurğulayıb:
"Konsey institutu yerli idarəetmədə dialoq, şəbəkələşmə
və birgə qərarverməni gücləndirir.
AKK-nin nəzdində tematik “Məclislər” (gənclik, qadın, əlillik, ətraf mühit və s.) və çoxsaylı işçi qrupları fəaliyyət göstərir.
Bu platformalar vasitəsilə QHT-lər,
mütəxəssislər, könüllülər və
vətəndaşlar bələdiyyə
ilə davamlı ünsiyyətdə olur. Həmçinin, bələdiyyə
rəhbərliyi mütəmadi
olaraq muxtarlarla görüşlər keçirir,
tələbləri birbaşa
dinləyir. “Sivil Toplum Buluşmaları” çərçivəsində AKK könüllüsü muxtarlarla
geniş müzakirələr
aparılıb. Bu görüşlər məhəllə
səviyyəsində prioritetlərin
toplanması üçün
əsas kanaldır. Bələdiyyə həmçinin
plan-sənədlərini onlayn
açıqlayır ki,
bu, maraqlı tərəflərin planlara
etiraz və təkliflərini vaxtında
təqdim etməsinə
imkan verir. Bələdiyyə eyni zamanda strateji planlaşdırma mərhələsində
QHT-lərin fəal iştirakını təmin
edir. 2025-2029 Strateji Planının hazırlanması
zamanı bələdiyyə
"tematik fokus qrup" toplantıları
və geniş tərəfdaş müzakirələri
keçirib. QHT-ləri,
akademik dairələri,
özəl sektoru və vətəndaşları
prosesə cəlb edib. Bu mexanizm
illik proqram və büdcə prioritetlərinin müəyyənləşməsində
bilavasitə təsir göstərir. Strateji planlaşdırma dövrlərində
tematik məsləhətləşmələr
QHT-lərin sosial siyasət, nəqliyyat, ekologiya kimi sahələr üzrə konkret təkliflərini planlaşdırmada nəzərə
alınmasında imkan
yaradır. ABB-nin 24/7 çağrı və müraciət mərkəzi
(153) şikayət, təklif
və məlumat sorğularını telefon,
mobil tətbiq və veb üzərindən
qəbul edir; müraciətlərə baxılma
statusunu onlayn izləmək mümkündür".
Y.İşık qeyd edib ki,
ən faydalı alətlərdən biri “Şəffaf Ankara” - açıq məlumat ekosisteminin yaradılmasıdır:
"Ankara bələdiyyəsi
açıq məlumat
platformasını istifadəyə
verib. Burada məlumat dəstləri, xəritələr və göstəricilər ictimaiyyətə
təqdim olunur, həmçinin idarəetmədə
şəffaflıq gücləndirilir.
Bələdiyyə tenderləri (satınalmalar)
canlı yayımlayaraq
şəffaflığı və ictimai nəzarəti artırır.
İclas və elanlar rəsmi sayt və sosial
media hesablarından geniş
paylaşılır".
Görüşün sonunda tərəflər Azərbaycan
və Türkiyə
QHT-ləri arasında
əməkdaşlığın genişləndirilməsi, ictimai
iştirakçılıq və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi
istiqamətində gələcək
birgə təşəbbüslərin
vacibliyini qeyd ediblər. Ankarada səfərdə olan Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin
Azərbaycan Milli Bölməsi
İctimai Birliyinin heyəti "Türkiye Kadın Dernekleri Federasyonu"nda ictimai iştirakçılıq və
nəzarət sahəsində
ölkəmizin təcrübəsini,
nailiyyətlərini təqdim
edib. Ankarada yerli QHT-lərlə müzakirələr aparıb.
"Türkiye Kadın
Dernekleri Federasyonu"nun
rəhbəri Canan Güllü azərbaycanlı
həmkarlarının səfəri
haqqında məlumat verib. Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan
Milli Bölməsi İB sədri
Səadət Bənənyarlı
layihə haqqında və müzakirələrdən
gözləntilərdən bəhs edib.
Layihə
eksperti, Azərbaycan
Milli QHT Forumunun İdarə
Heyətinin üzvü
Zaur İbrahimli "Sherg.az"a açıqlamasında
deyib ki, Ankaraya səfərləri "Türkiye
Kadın Dernekleri Federasyonu" başqanı,
hörmətli Canan Güllü və "Kadının Sosyal Hayatını Araştırma
ve İnceleme Derneği" (KASAİD) sədri
Fikriyə Tiryaki ilə görüşlə
başlayıb:
"Fikriyə xanım "Osmanlıdan Cumhuriyete - Karukatürlerde KADIN" kitabını
hədiyyə etdi. Qeyd olundu ki, bu, KASAİD nəşridir
və Türkiyədə
qadın haqları uğrunda mübarizə tarixinin səlnamələrindən
biridir. Vurğulayım
ki, Ankaraya səfər
Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin
Azərbaycan Milli Bölməsi
İctimai Birliyinin icra etdiyi “İctimai
nəzarətin təşviqinə
yönələn təşəbbüslər”
layihəsi çərçivəsində
keçirilir. Layihə
Azərbaycan Respublikasının
Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi
Agentliyinin maliyyə yardımı ilə icra olunur. Məqsədimiz
Türkiyədə QHT-lərin
ictimai iştirakçılıq
təcrübəsini öyrənmək,
əməkdaşlığı gücləndirməkdir".
Z.İbrahimli “İctimai
iştirakçılıq və nəzarət: Azərbaycan təcrübəsi”
mövzusunda təqdimatla
çıxış etdiyini
söyləyib:
"Təqdimatda ilk olaraq Azərbaycanda vətəndaş
cəmiyyəti institutları,
QHT-lərin yaranması
və inkişafı tarixi diqqətə çatdırıldı. Bakı
Müsəlman Xeyriyyə
Cəmiyyəti, “Nicat”
Cəmiyyətinin və
digər ictimai, xeyriyyə təşkilatlarının
fəaliyyəti barədə
məlumat verildi. Birinci Dünya müharibəsində əsir
düşmüş və
Bakıya gətirilmiş
türk əsgərlərinə
Bakı Müsəlman
Xeyriyyə Cəmiyyətinin
dəstək verməsi,
onları himayəyə
götürməsi, “Nicat”
Cəmiyyətinin dəstəyi
ilə Şərqdə
ilk, “Leyli Məcnun” operasının səhnələşdirilməsi
tarixi örnəklər
kimi vurğulandı. Müstəqillik illərində
QHT sektorunun inkişafı,
dövlət dəstəyi
mexanizminin institusional və hüquqi əsasları, QHT-lərə
Dövlət Dəstəyi
Konsepsiyası, Azərbaycan
Respublikasının Prezidenti
yanında Qeyri-Hökumət
Təşkilatlarına Dövlət
Dəstəyi Şurası,
QHT-lərə Dövlət
Dəstəyi Agentliyinin
yaranması, son illər
aparılan islahatlar haqqında məlumat verildi. Hazırda QHT sektorunun inkişafı, beynəlxalq əlaqələrinin
güclənməsi istiqamətində
həyata keçirilən
miqyaslı fəaliyyətlər
və yeniliklərdən
söz açıldı.
QHT-lərə Dövlət
Dəstəyi Agentliyi
tərəfindən təşkil
olunan "Azərbaycan-Türkiyə
QHT-lərinin Əməkdaşlıq
Forumu, "Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi"
Forumunun əhəmiyyəti
qeyd edildi. Həmçinin, Prezident
İlham Əliyevin ictimai
nəzarət və iştirakçılığın əhəmiyyəti haqqında
çağırışları, bu istiqamətdə Azərbaycanda dövlət
siyasəti və formalaşmış təcrübə
barədə ətraflı
məlumat verildi".
Z.İbrahimli
bildirib ki, İctimai Şura institutu xüsusi maraq doğurub, “İctimai iştirakçılıq haqqında”
Qanun ətraflı təhlil edilib:
"Müsbət nümunələr
təqdim edilib və Türkiyə praktikası ilə müqayisəli analiz olunub. Layihə heyəti çoxsaylı sualları cavablandırıblar.
Təcrübə səfərlərinin
davam etdirilməsi haqqında fikir mübadiləsi aparılıb
və təkliflər
irəli sürülüb".
İsmayıl Qocayev
Şərq 2025.- 22 avqust (¹149).- S.6.