Nəsiminin məzarının köçürülməsi həyati
məsələ deyil
O, yalnız Azərbaycan şairi deyil, İslam və ümumtürk dünyasının
ortaq dəyəridir
Böyük Azərbaycan şairi və mütəfəkkiri
İmadəddin Nəsiminin
məzarının Suriyadan
Azərbaycana gətirilməsi
məsələsi gündəmdədir.
Azərbaycan dövləti
bu istiqamətdə maraqlıdır və artıq Suriya tərəfi ilə ilkin təmaslar qurulub. Məsələ barədə Suriyaya rəsmi məlumat da çatdırılıb.
Hazırda Nəsiminin
məzarı Suriya Ərəb Respublikasının
Hələb şəhərində
yerləşir. Uzun illərdir müharibə şəraitində olan bu şəhərdə tarixi abidələrlə yanaşı, böyük
şairin məzarı
da dağıntılara
məruz qalıb. Nəsiminin məzarının
Azərbaycana gətirilməsi
həm milli-mədəni
irsin qorunması, həm də Azərbaycan ədəbiyyatının
dünyada tanıdılması
baxımından mühüm
addım kimi qiymətləndirilir.
Lakin əks arqumentlər də var. Nəsimi yalnız Azərbaycan şairi deyil, həm də bütün İslam aləminin,
ümumtürk dünyasının
ortaq dəyəridir. Onun məzarının tarixi məkandan çıxarılması mədəni
və dini baxımdan mübahisələr
doğura bilər kimi yanaşma sərgiləyən ictimaiyyət
nümayəndələrinin də sayı az deyil.
Millət
vəkili Fazil Mustafa məsələ ilə bağlı açıqlamasında
Nəsiminin məzarı
üzərində bu cür müzakirələrin
aparılmasını doğru
hesab etmədiyini bildirib:
“Xüsusi bir hal yoxdursa, buna ehtiyac yoxdur. Nəsiminin məzarının
gətirilməsi hansı
formada həyata keçiriləcək bilmirəm.
Hər halda rəsmi məqamlar ətrafında müzakirələr
aparılmalıdır. Mən
buna bir həyati məsələ kimi baxmıram. Əgər təhlükəsizliklə bağlı
problem yoxdurda, heç
bunu həyata keçirməyin adı yoxdur. Əgər məzarın dağılma
təhlükəsi, hansısa
təhlükə varsa,
onda düşünülə
bilər".
Fazil
Mustafa sonda vurğulayıb
ki, artıq klassiklərə
həddən artıq
pərəstişkarlıqdan uzaqlaşmaq və daha çox müasir dəyərləri
yaradan insanların fəaliyyətini qabartmaq lazımdır: “Biz həddindən
artıq klassiklərimizə,
onların irsinə və abidələrinə
çox vəsait xərcləyirik. Lakin yaşayanlara,
bu gün ədəbiyyat və mədəniyyət yaradanlara
eyni diqqəti yönəltmirik. Əslində,
buna daha çox diqqət yetirmək lazımdır. Çünki
müasir Azərbaycan
üçün klassiklərin
verdikləri artıq bitib. Onlar bizə
daha nə verə bilərlər? Ən uzağı bir şeir nümunəsi
və ya tarixi bir fakt
olaraq qalacaqlar. Amma bu gün yaşayan,
irsi itib-batmaq təhlükəsi ilə
üzləşən şəxslərə
dəstək vermək
vacibdir. Hesab edirəm ki, bu mövzuda bir az klassiklərə pərəstişkarlıqdan uzaqlaşmaq
lazımdır. Daha çox müasir dövrün dəyərlərini
əks etdirən, bugünkü cəmiyyətin
ehtiyaclarına cavab verə biləcək insanların fəaliyyətini
önə çəkmək
daha məqsədəuyğun
olardı”. (Yeni müsavat)
Milli Cəbhə Partiyasının
sədr müavini, ilahiyyatçı alim Tural
İrfan Sherg.az-a açıqlamasında deyib ki, qəbrin açılması zərurət
məqamında icazəlidir.
Dini baxımdan burada bir problem yoxdur:
“Lakin tanınmış
simaların, dahilərin
qəbrinin xarici ölkələrdən ölkəmizə
gətirilməsinə mən
müsbət yanaşmıram.
Çünki bu, tarixi təhrif etmək kimi bir şeydir. Onun orada dəfn
olunması həmin ölkə ilə, həmin xalq ilə arada bağlar, mədəni əlaqələr, mənəvi
tellər yaradır. Suriya müsəlman ölkəsidir, özü
də indiki hakimiyyəti də həm Türkiyə ilə, həm də Azərbaycanla müsbət münasibətlərə
malikdir.
İslama
görə qəbri açmaq qadağandır.
Lakin zəruri səbəblərə
görə qəbri açmaq, köçürmək
istisnadır. Məhkəmə
- tibbi ekspertizası üçün, ekzhumasiya,
təmir - tikinti ilə əlaqədar köçürmə, təhlükəli
məkandan uzaqlaşdırmaq
kimi hallarda məzarı açmaq olar. Nəsimi xalqımızın böyük
şairidir. Taleyin hökmü ilə o, indiki Suriyada dəfn olunub. Əgər orada onun məzarı üçün real təhlükə
varsa, gətirilməsinə
əsas yaranır. Yox, əgər təhlükə yoxdursa, subyektiv fikrimə görə, gətirmək
doğru olmaz. Çünki o məzar orada Azərbaycanı, Azərbaycan ədəbiyyatını
tanıdır. Turistlər,
ziyarətçilər gedir
və onun sayəsində xalqımızı,
dövlətimizi tanıyır.
Habelə mədəniyyətimizin,
ədəbiyyatımızın haralara gedib çxıdığının əyani sübutudur. Hazırda da Suriyaya normal hakimiyyət gəlib. Bir qədər də normallaşma yaranandan sonra vətəndaşlarımız
gedib orada ziyarət edə bilər. Mən 2002-ci ildə Nəsimini ziyarət etmişəm, nəslinin nümayəndələri
ilə görüşmüşəm.
Dəfn olunduğu məhəllənin əsas
küçəsi də
Nəsiminin adı ilə adlanır. İndiki halında isə müharibədə
türbəyə müəyyən
zərər dəysə
də, tam dağılmadığı
əks olunur. Zənnimcə, qəbirüstü
abidəsinin, tikilinin təmir edilməsində dövlətimiz təşəbbüs
göstərə bilər.
Yox, əgər bizim bilmədiyimiz, yalnız dövlətə
məlum olan təhlükə ehtimalları
varsa, təbii ki, məzarın gətirilməsi
məsələsinə də
baxıla bilər.
Ümumiyyətlə, tanınmış
simalarımızın qəbirdən
çıxarılıb gətirilməsinə
müsbət yanaşmıram.
Ona qalsa, Gürcüstanda,
Avropada, başqa ölkələrdə dəfn
olunmuş çoxsaylı
dahilərimiz var, məgər
onlar da gətirilməlidirmi?
O dahilər sağlığında
xalqımızı oralarda
tanıtdıqları, təmsil
etdikləri kimi indi də qəbirləri
ilə tanıdırlar,
təmsil edirlər. Onları bu təmsilçilikdən məhrum
etmək olmaz. Qoy dünya görsün ki, Azərbaycan
xalqının yetirdiyi
dahilər haralarda yaşayıb - yaradıblar,
hətta ömürlərini
də o yerlərdə
başa vurublar”.
T.İrfanın sözlərinə
görə, Nəsimi
təkcə Azərbaycanın
şairi deyil, o, türkmən ədəbiyyatında
da özünəməxsus yer tutur:
“Onlar da Nəsimini türkmən sayır. Demək olar ki, Türkiyədə də əsasən Ələvilər
arasında böyük
rəğbətə malikdir.
Nəsiminin məzarının
Hələbdə olması
Azərbaycan-türk şairinin
ərəb-İslam dünyası
ilə mədəni, mənəvi bağlarını
yaşadan dəyərlərdəndir.
Füzuli İraqda dəfn edilib. İraq ilə bizi bu
tellər bağlayır.
Yoxsa hamısını
yığıb gətirək
ölkəyə, bu nə verəcək bizə? Füzulini İraqdan, Nəsimini Suriyadan, Rəsulzadəni Türkiyədən gətirək,
nə dəyişəcək?”.
Şəymən Bayramova
Şərq 2025.- 27 avqust (¹152).- S.7.