Bakıdan Şuşaya...
Gənclər multikulturalizm
və sülhün elçiləri olur
Dini
və milli tolerantlıq, millətlərarası
münasibətlərin inkişaf
etdirilməsi
“Azərbaycan şiə və sünni müsəlmanların
eyni vaxtda eyni məsciddə ibadət etdikləri az sayda ölkələrdən
biridir. Biz fərq qoymuruq. Biz düşünürük
ki, müsəlman dünyası üçün
ən böyük təhlükə təriqətlərə
ayrılmaqdır. Müsəlman
dünyasına ən
böyük ziyanı
təriqət ayrılığını
təbliğ edən insanlar vururlar. Biz bir olmalıyıq.
Biz müsəlmanıq
və bizim üçün bir nömrəli məsələ
budur”. Bu sözləri Azərbaycan
Respublikasının Prezidenti
cənab İlham Əliyev “Əl-Ərəbiyyə”
kanalına müsahibəsində
deyib.
Cənab Prezident
bu sözlərlə ölkəmizdəki tolerantlıq
mühitini ən doğru şəkildə
ifadə edib. İndiyədək ölkəmiz
bir çox beynəlxalq tədbirlərə,
konfrans və forumlara ev sahibliyi
edib. Ölkəmizə
səfər edən qonaqlar, dünya dövlətlərinin başçıları,
hökumət nümayəndələri
Azərbaycandakı tolerant
mühitə şahid
olublar. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ICESCO ilə
birgə keçirdiyi
II Beynəlxalq Multikulturalizm
Gənclər Forumu da belə tədbirlərdən
biri idi. Xatırladaq ki, müxtəlif ölkələrdən
olan gəncləri bir araya gətirərək
multikultural dəyərlərin
təşviqi, mədəniyyətlərarası
dialoqun inkişafı
və dinlərarası
anlaşmanın möhkəmləndirilməsinə
töhfə vermək
məqsədi daşıyan
II Beynəlxalq Multikulturalizm
Gənclər Forumunda
dünyanın 50-dən çox
ölkəsindən 70-dək qonaq iştirak edib. Bu platformanın
əsas məqsədi
gənclər arasında
multikultural dəyərlərə
hörmətin artırılması,
etnik və dini müxtəlifliyin sülh və həmrəylik mənbəyi
kimi tanıdılması,
eləcə də bu sahədə bilik və təcrübə
mübadiləsinin təmin
olunmasıdır. Forum çərçivəsində
keçirilən panel
müzakirələr, interaktiv
sessiyalar, seminarlar və təqdimatlar vasitəsilə iştirakçılar
müxtəlif multikultural
təcrübələrlə tanış olur, birgə layihələr üçün təşəbbüslər
irəli sürür və sosial həmrəylik ruhunda yeni əməkdaşlıqlar
qururlar. Bu il Xankəndi şəhərində keçirilən
Forum öz işini artıq başa vurub. Forumda müzakirə edilən məsələlər isə
dünyamızın tolerantlığa
nə qədər böyük ehtiyacı olduğunu göstərdi.
Xatırladaq ki, “Gənclər çoxmədəniyyətli
mühitdə sülh
quruculuğunun elçiləri
kimi” mövzusuna həsr edilən Forumun iştirakçıları
Xankəndi şəhərində
olarkən burada aparılan abadlıq-quruculuq
işləri ilə, Şuşaya ekskursiya zamanı şəhərin
tarixi və mədəni abidələri
ilə tanış olublar. Onlar Natəvanın evi, Bülbülün ev-muzeyi,
Şuşa qalası,
Yuxarı Gövhər
Ağa məscidi, Vaqifin məqbərəsi və Cıdır düzündə olublar. Ekskursiya zamanı iştirakçılara işğaldan
sonrakı bərpa və yenidənqurma işləri barədə
məlumat verilib. Forum
çərçivəsində iştirakçılar “Müasir
konfliktlər zamanı
sülhün bərpasında
dinin rolu” mövzusunda müzakirələr
aparıb, həmçinin
“Öz xalqını təqdim et” musiqili axşamlarda öz ölkələrinin
mədəniyyətlərini təqdim ediblər. Daha sonra Forum iştirakçıları BBMM-in şöbə müdiri İrina Kuninanın “Azərbaycan Multikulturalizm modelinin xüsusiyyətləri” mövzusunda
mühazirəsini dinləyib.
İ.Kunina mühazirəsində
bildirib ki, Azərbaycan müxtəlif
sivilizasiyaların qovuşduğu
məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik
mühitinin formalaşdığı,
ayrı-ayrı xalqların
və konfessiyaların
nümayəndələrinin sülh, əmin-amanlıq,
qarşılıqlı anlaşma
və dialoq şəraitində yaşadığı
diyar kimi tanınır. Multikulturalizm
və tolerantlıq tarixən azərbaycanlıların
həyat tərzi olub, bu gün
isə milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq Azərbaycan dövlətinin hər bir vətəndaşının
gündəlik həyat
tərzinə çevrilib.
O, diqqətə çatdırıb
ki, Azərbaycan multikulturalizminin siyasi əsasları Azərbaycan
Respublikasının Konstitusiyasının
bəndlərində, qanunvericilik
aktlarında, fərman
və sərəncamlarda
öz əksini tapıb. Mövcud milli-mədəni müxtəliflik
və etnik-dini dözümlülük mühiti
Azərbaycanı çoxmillətli,
çoxkonfessiyalı diyar
kimi dünya miqyasında mədəniyyətlərarası
dialoqun bənzərsiz
məkanı edib. Mühazirə Forum iştirakçıları
tərəfindən maraqla
qarşılanıb və
müzakirələrlə davam
edib.
Qeyd
edək ki, I Beynəlxalq Multikulturalizm Gənclər Forumu 2019-cu ildə “Bakı Mədəniyyətlərarası Gənclər Forumu: Dinlərarası dialoqdan fəaliyyətə doğru”
adlı IX Beynəlxalq
Multikulturalizm Yay Məktəbi çərçivəsində
təşkil olunub.
Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzinin
İslam Dünyası
Təhsil, Elm və Mədəniyyət
Təşkilatı (ICESCO) ilə
birgə təşkil
etdiyi “Gənclər çoxmədəniyyətli mühitdə
sülh quruculuğunun
elçiləri kimi” mövzusuna həsr edilən II Beynəlxalq Multikulturalizm Gənclər
Forumunun bağlanış
mərasimində isə
əvvəlcə Azərbaycan
Respublikasının Dövlət
Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı
direktoru Rəvan Həsənov bildirib ki, Forumun mövzusu
- “Gənclər çoxmədəniyyətli
mühitdə sülh
quruculuğunun elçiləri
kimi” özünü sözün əsl mənasında doğrultdu.
İştirakçıların fikirləri, enerjisi bir daha göstərdi
ki, gənclər sülhün davamlılığında,
müxtəlifliyin təşviqində,
xalqlar, mədəniyyətlər,
dinlər arasında qarşılıqlı hörmətin
möhkəmləndirilməsində əvəzolunmaz rola malikdirlər. Forum müddətində
iştirakçılar Bakı,
Xankəndi və Şuşada bir araya gələrək faydalı müzakirələr
apardılar, müxtəlif
baxış bucaqlarını
bölüşdülər və bir daha
əmin olduq ki, gənclər yalnız gələcəkdə
deyil, həm də bu gün
multikultural dünyada sülh quruculuğunun əsas qüvvəsidir. Forumun Bakı ilə yanaşı Xankəndidə və mədəniyyət beşiyimiz
Şuşada keçirilməsi
sülhün davamlılığını,
bu ərazilərdə
birgəyaşayışın yenidən qurulması zərurətini simvolizə
edir. “Qürur hissi ilə deyə bilərik ki, bu Forum vasitəsilə
dünyanın müxtəlif
guşələrindən gəlmiş
gənclər multikulturalizmin
Azərbaycan nümunəsini
yaxından gördülər.
Onlar şahid oldular ki, burada
multikulturalizm sadəcə
bir şüar deyil, dövlət siyasəti, gündəlik
həyat tərzi və birgəyaşayış
fəlsəfəsidir,” – deyə
Rəvan Həsənov
vurğulayıb. İcraçı
direktor diqqətə çatdırıb ki, dünya bu gün
dözümsüzlük, radikalizm,
ksenofobiya və mədəniyyətlərarası anlaşılmazlıqlar kimi
ciddi çağırışlarla
üz-üzədir. Ancaq
belə forumlar göstərir ki, gənclər ədalətli,
inklüziv və sülhpərvər gələcəyə
aparan yolun önündə getməyə
qadirdirlər. Gənclər
və idman naziri Fərid Qayıbov gənclərin Azərbaycan hökuməti
üçün əhəmiyyətindən
bəhs edib. Ölkəmizdə Prezident
İlham Əliyevin rəhbərliyi ilə gənclər üçün
müxtəlif səpkili
tədbirlər keçirildiyini
diqqətə çatdırıb.
O qeyd edib ki, bir neçə
gün ərzində forum iştirakçıları
ölkəmiz haqqında
dolğun məlumatlar
əldə etdilər.
ICESCO-nun Bakı regional ofisinin direktorunun müavini Məryəm Qafarzadə deyib ki, mədəniyyətlərarası
dialoqun və sülhün təşviqinə
sadiqlik ruhlandırıcı
və təqdirəlayiq
haldır. Gənclərin
enerjisi və dərin bağlılığı
bu toplantını mənalı və təsirli hadisəyə çevirdi. "Sülh, sadəcə, bir anlayış deyil. O, İslamda dərin kök salmış əsas dəyərdir və ICESCO-nun missiyasının mərkəzi
sütunudur. ICESCO uzun
müddətdir sülh,
təhsil və mədəniyyətlərarası dialoqun müdafiəçisidir.
Azərbaycan, Özbəkistan,
Tacikistan, Qazaxıstan
və Qırğızıstana
xidmət edən Bakıdakı regional ofisimiz əməkdaşlığa,
mədəni mübadilə
və barışığa
təkan verən proqram və təşəbbüslərin həyata
keçirilməsində fəal
iştirak edir. Bakı, Xankəndi və Şuşada keçirilən bu Forum gəncliyin, birliyin və ümumi dəyərlərin gücünün
sübutudur. Bu, həqiqətən də,
təkcə iştirak
baxımından deyil,
həm də söhbətlərin dərinliyi,
əməkdaşlıq ruhu
və hər birinizin nümayiş etdirdiyi sülhə səmimi sadiqlik baxımından böyük
uğurdur", - deyə
M. Qafarzadə vurğulayıb.
Nordik Münaqişələrin
Transformasiyası Mərkəzinin
direktoru Noufal Abboud və Stirlinq Fondunun regional direktoru Mohamed Dahab Forumun
əhəmiyyətinə toxunaraq,
tədbirin gənclər
üçün faydalı
olduğunu bildiriblər.
Onlar gənclərin müxtəlif ölkələrdən
olmasına baxmayaraq, müxtəlifliyin problem yox, əslində həll olduğunu diqqətə çatdırıblar.
İlahiyyatçı Hacı Atif İsmayılov “Şərq”ə
açıqlamasında qeyd
etdi ki, bu səpkili beynəxalq tədbirlər
dünya ictimaiyyətinə
ölkəmizin həm
multikultural mənzərəsi,
tolerantlıq mühiti
ilə yaxından tanış olmağa imkan verir:
- Ölkəmizə səfər edən hər bir əcnəbi
qonaq buradakı sağlam mühiti görür. Ölkəmiz
həqiqətən də
tolerantlığın ən
gözəl nümunəsidir.
Cənab Prezidentin də vurğuladığı
kimi burada müxtəlif təriqətlərin
nümayəndələri sülh,
əmin-amanlııq, qarşılıqlı
anlaşma, dözümlülük,
bir-birinin fikrinə, düşüncəsinə qarşı
anlayış göstərərək,
qəbul edərək
yaşayır. Azərbaycanın
ibadət ocaqlarında
müxtəlif dinlərin,
təriqətlərin nümayəndələri
birgə ibadət edirlər. Bu, bizim xalqımızın əsrlərlə qoruyub saxladığı, sahib çıxdığı dəyərlərdir.
Bizi güclü edən də bu birlik və
bərabərliyimizdir.
Məlahət Rzayeva
Şərq 2025.- 28 avqust
(¹153).- S.6.