Hər kəs büdcə
xərclərini izləyəcək
Dövlət
büdcəsinin şəffaf
və səmərəli
xərclənməsi müasir
idarəçilikdə ən
vacib məsələlərdən
biridir. Bu məqsədlə rəqəmsal
texnologiyaların tətbiqi,
xüsusən informasiya
və kommunikasiya texnologiyaları, dövlət
maliyyəsinin idarə
olunmasında effektivliyi
artırmaq və büdcə vəsaitlərinin
düzgün istifadəsini
təmin etmək baxımından böyük
əhəmiyyət kəsb
edir. Elektron sistemlərin yaradılması
dövlət qurumları
arasında maliyyə axınlarını izləməyə
imkan verir, büdcə xərclərində
şəffaflığı yüksəldir və korrupsiya risklərini minimuma endirir. Azərbaycanda bu istiqamətdə atılan
addımlar ölkədə
fiskal siyasətin təkmilləşdirilməsi və
maliyyə nəzarətinin
gücləndirilməsi üçün
mühüm bir mərhələ hesab olunur.
Qeyd edək
ki, Azərbaycanda büdcə vəsaitlərinin
xərclənməsi, dövlətə
məxsus qurumlarda maliyyə-büdcə prosesi
sahəsindəki çox
ciddi problemlər uzun illərdir davam edir. Avqustun
25-də Prezident İlham
Əliyevin imzaladığı
fərman büdcə
vəsaitlərinin oğurlanmasına
qarşı effektiv nəzarət mexanizminin yaradılmasını nəzərdə
tutur.
Prezident İlham
Əliyevin ölkədə
fiskal siyasətin təkmilləşdirilməsi və
dövlət maliyyəsinin
idarə olunmasında
rəqəmsal texnologiyaların
tətbiqi ilə bağlı imzaladığı
fərmana əsasən,
Maliyyə Nazirliyi tərəfindən ölkənin
büdcə, vergi, gömrük, dövlət
rüsumları, dividendlər,
mühasibat uçotu,
dövlət maliyyə
nəzarəti və dövlət xəzinədarlığı
sahələrində səmərəliliyin
artırılması məqsədilə
“Rəqəmsal dövlət
maliyyəsi” informasiya
sistemi yaradılacaq.
“Dövlət maliyyəsinin səmərəli
idarə edilməsinin
təşkili ilə bağlı əlavə tədbirlər haqqında”
fərman Azərbaycanda
fiskal siyasətin təkmilləşdirilməsini, dövlət maliyyəsi, mühasibat uçotu, dövlət xəzinədarlığı
və dövlət maliyyə nəzarəti sahəsində islahatlar aparılmasını, dövlət
büdcəsi gəlirlərinin
formalaşma mənbələrinin
təkmilləşdirilməsini, dövlət büdcəsi
xərclərinin optimallaşdırılmasını,
habelə rəqəmsal
texnologiyalar və innovasiyalar tətbiq edilməklə səmərəli
icra və nəzarət mexanizminin yaradılmasını təmin
etmək məqsədilə
imzalanıb.
Sənədə əsasən Maliyyə Nazirliyinin fəaliyyət istiqamətlərinə aid
sahələrin, o cümlədən
büdcə, vergi, gömrük, dövlət
rüsumu, dövlət
mülkiyyətində olan
və paylarının
(səhmlərinin) nəzarət
zərfi dövlətə
məxsus olan hüquqi şəxslər
və dövlət adından yaradılan publik hüquqi şəxslər üzrə
dividendlərin və digər büdcə daxilolmalarının, habelə
audit, mühasibat uçotu (o cümlədən
dövlət maliyyə
və qeyri-maliyyə aktivlərinin uçotu), dövlət maliyyə nəzarəti, dövlət
xəzinədarlığı, dövlət borcu sahələrinin və maliyyə öhdəliklərinin
səmərəli idarə
edilməsi məqsədilə
“Rəqəmsal dövlət
maliyyəsi” informasiya
sistemi yaradılacaq.
Nazirlər Kabineti
Maliyyə Nazirliyinin təklifləri əsasında
dövlət orqanlarının
(qurumlarının), dövlət
büdcəsindən maliyyə
vəsaiti alan dövlət mülkiyyətində
olan və paylarının (səhmlərinin)
nəzarət zərfi
dövlətə məxsus
olan hüquqi şəxslərin, dövlət
adından yaradılan
publik hüquqi şəxslərin və digər təşkilatların
maliyyə sənədlərinin
elektron qaydada mübadiləsinin təmin
edilməsi üçün
üç ay müddətində zəruri
tədbirlər görəcək.
Maliyyə Nazirliyi
dövlət mülkiyyətində
olan və paylarının (səhmlərinin)
nəzarət zərfi
dövlətə məxsus
olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin
və proqnozlarının,
habelə gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqi
və icra göstəricilərinin təhlili
qaydalarının layihəsini;
dövlət mülkiyyətində
olan və paylarının (səhmlərinin)
nəzarət zərfi
dövlətə məxsus
olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin xalis mənfəətinin bölüşdürülməsi
və dividend siyasətinin ümumi parametrlərini; dövlət
vəsaitindən istifadə
üzrə maliyyə
qaydalarının pozulması
və bu vəsaitdən təyinatı
üzrə istifadə
edilməməsi hallarına
görə məsuliyyətin
təkmilləşdirilməsini; dövlət mülkiyyətində
olan və paylarının (səhmlərinin)
nəzarət zərfi
dövlətə məxsus
olan hüquqi şəxslərin və dövlət adından yaradılan publik hüquqi şəxslərin
illik və ortamüddətli büdcə
layihələrinin və
proqnozlarının, habelə
illik gəlir və xərclər smetalarının icra vəziyyətinin monitorinqini
həyata keçirəcək,
icra göstəricilərini
təhlil edərək
nəticələri barədə
rübdə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə
məlumat verəcək.
Göründüyü kimi, fərman dövlət maliyyə nəzarəti mexanizmlərinin
təkmilləşdirilməsini, yeni mexanizmlərin tətbiqini nəzərdə
tutur. Bu sahələrdə Maliyyə
Nazirliyinə əlavə
və kifayət qədər geniş nəzarət səlahiyyətləri
verilir. Bu tədbirlər Azərbaycanda
büdcə xərcləmələrindəki
uzun illər boyu davam edən
mənimsəmələrin, səmərəsizliyin aradan
qaldırılmasında nə
qədər effektli ola bilər?
Millət vəkili Vüqar Bayramov məsələyə
bir neçə aspektdən yanaşıb.
Deputatın sözlərinə
görə, rəqəmsal
dövlət maliyyəsinin
əsas məqsədi
bütövlükdə maliyyə
sistemində şəffaflığın
daha da gücləndirilməsinə
nail olmaqdan ibarətdir:
“Nəzərə
almaq lazımdır ki, ümumiyyətlə, şəffaflığın gücləndirilməsi
iqtisadi siyasətin əsas prioritetlərindəndir.
O cümlədən, büdcə
vəsaitlərinin xərclənməsi
ilə bağlı daha şəffaf elektron sistemin qurulması da bu baxımdan mühüm əhəmiyyət
kəsb edir. Yeni sistemin qurulması
birmənalı şəkildə
bir tərəfdən
proseslərin daha da elektronlaşmasına, eyni zamanda elektron
olaraq proseslərə
nəzarət olunmasına,
informasiyaların toplanmasına
və daha asan işlənməsinə
imkan yaradacaq. O baxımdan cənab Prezident tərəfindən
imzalanmış son sənəd birmənalı
şəkildə dövlət
maliyyəsində daha
şəffaf və səmərəli mexanizmlərin,
sistemlərin qurulmasına
öz töhfəsini
verəcək. Xüsusən
də informasiyalara əlçatanlığın artırılması
və bununla da, büdcə vəsaitlərinin xərclənməsinə
imkan yaradacaq. Təbii ki, büdcə vəsaitlərinin
şəffaf xərclənməsi
eyni zamanda büdcə vəsaitlərinin
səmərəliliyi və
qənaət baxımından
vacibdir. Bu, həm də digər istiqamətlərdə,
o cümlədən, sosial
istiqamətə büdcədən
daha çox vəsaitin ayrılmasına
imkan yarada bilər. Fiskal siyasət avtomatik tənzimləyicilər vasitəsilə
də həyata keçirilə bilər. Bu mexanizm vasitəsilə
fiskal siyasətdə qərarın qəbul edilməsindəki gecikmənin
səbəb olacağı
mənfi effektlər minimum səviyyəyə endirilir. Bu tənzimləyicilərə
misal olaraq, işsizliyin səviyyəsi
artdıqca işsizlərə
verilən müavinətlərin
ümumi həcminin artmasını və gəlir azaldıqca vergi dərəcəsinin azalmasını göstərmək
olar”.
İqtisadçı-ekspert
Eldəniz Əmirov da Sherg.az-a açıqlamasında
deyib ki, neft gəlirlərinin azaldığı bir vaxtda büdcə xərclərinə nəzarətin
gücləndirilməsi hədsiz
çox önəmlidir:
“Əsas yükü
Maliyyə Nazirliyinin üzərinə düşəcək
bu mexanizm keyfiyyətli icra olunarsa, (olunacağına inanım böyükdür
- E.Ə.) növbəti illərdə
multiplikativ effektlə
iqtisadiyyata təsir edən əsas mexanizm olacaq.
Çünki bu addım illərdir
mövcud olan mənimsəmələrə, şişirdilmiş
tenderlərə, səmərəsiz
xərclərə və
qeyri-şəffaf maliyyə
əməliyyatlarına nəzarət
mexanizmi qurmağı
hədəfləyir. Artıq
büdcə gəlir və xərcləri, dövlət şirkətlərinin
dividendləri, büdcədənkənar
fondlar və dövlət sifarişi ilə icra olunan
layihələr rəqəmsal
müstəvidə izlənəcək.
Elektron müqavilələrin
tətbiqi, xəzinədarlıq
nəzarətinin gücləndirilməsi
və maliyyə ekspertizasının genişləndirilməsi
isə manipulyasiya imkanlarını minimuma endirəcək. Əlbəttə,
bu fərman nə qədər önəmli olsa da, onun taleyini
icra keyfiyyəti müəyyən edəcək.
Əgər bu sistem peşəkar kadrlarla, güclü texniki infrastrukturla və davamlı nəzarətlə həyata
keçirilərsə, ölkəmizin
maliyyə sistemi tamamilə yeni mərhələyə qədəm
qoya bilər. Əks halda, gözləntilərin doğrulmaması
riski qalacaq. Hər halda, biz ilk dəfədir
ki, maliyyə intizamını bu səviyyədə rəqəmsal
izləmək imkanı
yaradan bir mexanizmlə qarşılaşırıq.
Bu isə gələcək üçün
ümidverici bir başlanğıcdır”.
Şəymən Bayramova
Şərq .- 2025.- 29 avqust (¹154).- S.6.