Uşaqlarımız ötən əsrin uşaqları deyil
Uşaq
və gənclərin
fiziki və mənəvi inkişafı
Uşaq
bağçası və
ya məktəbəqədər
təhsil müəssisəsinin
müəllimləri müasir
uşaqların anlayacağı
dildə danışmağı,
uşaqlarla dil tapmağı bacarmalıdırlar
Məktəbəqədər
təhsil sistemində
son illərdə aparılan islahatlar bu sahədə müsbət dinamikaya səbəb olub. Məktəbəqədər və
Ümumi Təhsil üzrə Dövlət Agentliyinin məlumatına
görə, hazırda
1 669 uşaq bağçası
aktiv fəaliyyət göstərir. MÜTDA-nın
Məktəbəqədər təhsilinin təşkili
şöbəsinin müdiri
İlahə Rəsulova
bildirib ki, bəzi bağçalar təmir səbəbindən
bağlanıb. "Təmirə
bağlanan bağçalarımızda
ümumilikdə 119 min
yer mövcuddur. Bu il isə
58 min 500 yer vakanta çıxarılıb,
artıq 42 mini sistemə daxil edilib. Hazırda 22 minə yaxın uşaq növbədədir,
təxminən 1 560 uşaq
isə gözləmə
vəziyyətindədir. Sistem
yeniləndikcə və
bağçalarda yer boşaldıqca, növbədə
duran uşaqlar bağça sisteminə daxil olurlar", - deyə İ.Rəsulova əlavə edib. Qeyri-dövlət məktəbəqədər
təhsil müəssisələrinin
sayı da artmaqda davam edir. Dövlət Statistika Komitəsinin məlumatında qeyd olunur ki, əsasən,
2025-ci ilin əvvəlinə
olan göstəricilərə
görə, Azərbaycanda
qeyri-dövlət məktəbəqədər
təhsil müəssisələrinin
sayı 164-ə çatıb.
Bu, 2006-cı illə müqayisədə əhəmiyyətli
artım deməkdir. Belə ki, 2006-cı ildə cəmi 3 belə müəssisə
mövcud idisə, son 19 ildə bu göstərici 54 dəfədən çox
artıb. Ən çox artım körpələr evi və uşaq bağçalarının sayında
müşahidə olunub.
2025-ci ilin əvvəlinə
bu kateqoriyaya daxil olan müəssisələrin
sayı 92-yə çatıb.
Uşaq bağçalarının
sayı isə 72-dir. Məktəb-uşaq bağçaları
və sanator tipli müəssisələr
üzrə fəaliyyət
göstərən qeyri-dövlət
bağçaları artıq
mövcud deyil. Məktəbəqədər təhsil
müəssisələrində təhsil alan uşaqların sayı da artmaqda davam
edir. 2025-ci ildə bu müəssisələrdə
7312 uşaq təhsil alıb. Bu rəqəm
2006-cı illə (150 uşaq)
müqayisədə 48 dəfə
artım deməkdir. Ən çox artım uşaq bağçaları və
körpələr evi-uşaq
bağçalarında qeydə
alınıb. 2025-ci ildə
bu müəssisələrdə
təhsil alan uşaqların 3547-si qızlardır.
Bu da ümumi
sayın təxminən
49 faizini təşkil
edir. Hər 100 yerə düşən uşaq sayı isə 2025-ci il üçün 55 nəfər
olub. Rəqəmlər
mövcud reallığı
əks etdirir. Azərbaycan dövlət siyasətində uşaqların
sağlamlığına, təlim-tədrisə
cəlb olunmasına xüsusi diqqət yetirilir, yeni tikilən uşaq bağçaları, orta məktəblərin sayı
artır, təmirə
ehtiyacı olanlarsa müasir standartlara uyğun təmir edilərək uşaqların
ixtiyarına verilir.
Uşaq və
yeniyetmələrin həm
fiziki, həm də əqli inkişafı, uşaqların
sağlam, şən,
intellektual, həmçinin
təhlükəsiz şəraitdə
böyüməsi Heydər
Əliyev Fondunun da daim diqqət
mərkəzindədir. Təsadüfi
deyil ki, ölkədə uşaq bağçaları və
orta məktəblərin
bir çoxu məhz Heydər Əliyev Fondunun vəsaiti ilə tikilir və ya təmir olunaraq
bərpa edilir. Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü
ilə bu günlərdə Bakının
müxtəlif əyləncə
məkanlarında uşaqlar
üçün şənliklər
keçirilib. Şənliklərdə
torpaqlarımızın işğaldan
azad olunması uğrunda qəhrəmancasına
həlak olmuş şəhidlərimizin övladları,
eləcə də valideyn himayəsindən məhrum, internat məktəblərində tərbiyə
alan, sağlamlıq imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan uşaqlar iştirak ediblər. İstirahət məkanlarına
xüsusi avtobuslarla gətirilən uşaqlar onlar üçün təşkil edilən əyləncələrdən zövq
alıb, müxtəlif
oyunlarda, ustad dərslərində iştirak
edib, rəqslərə
qoşulublar. İsti yay günündə uşaqlar həm də hovuzda doyunca əyləniblər,
müxtəlif oyunlarda,
o cümlədən köpük
şouda iştirak ediblər. Günboyu davam edən tədbirlər çərçivəsində
uşaqlar üçün
nahar süfrəsi də təşkil olunub. Ad günləri bugünkü tarixə təsadüf edən uşaqlar isə bu özəl günü həmyaşıdları
ilə birlikdə şənlənərək qeyd
ediblər. Tədbirlərin
yekununda gözəl istirahət günündən
xatirə olaraq hər bir uşağa
Heydər Əliyev Fondunun hədiyyələri
təqdim edilib. Bir neçə gün əvvəlsə Heydər Əliyev Fondu tərəfindən Şamaxının İkinci
Cabanı və Böyük Xınıslı
kəndlərində inşa
olunan körpələr
evi-uşaq bağçalarının
açılışı olub. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva açılışda
iştirak edib. Leyla Əliyeva körpələr evi-uşaq
bağçalarının otaqları ilə tanış olub, uşaqlar üçün
yaradılan şəraitə
baxış keçirib.
L.Əliyevaya məlumat
verilərək bildirilib
ki, hər iki bağça kəndlərin mərkəzində
yerləşir. Müasir
və tam təchizatlı körpələr
evi-uşaq bağçalarında
balacalar üçün
yataq və oyun otaqları, idman və musiqi
zalları, tibb otağı, yeməkxana və digər inzibati, texniki otaqlar mövcuddur. Məktəbəqədər təhsil
müəssisələri zəruri
mebel və avadanlıqlarla tam təchiz edilib. Bağçaların həyətyanı
ərazilərində yaşıllaşdırma
işləri aparılıb,
uşaq əyləncə
qurğuları quraşdırılıb.
İkinci Cabanı kənd körpələr
evi-uşaq bağçasının
rəhbəri Töfə
Bəşirova jurnalistlərə
açıqlamasında bildirib
ki, bağça 41 ildir fəaliyyət göstərsə də, heç vaxt bu cür şərait
olmayıb: “Köhnə
bağça yararsız
vəziyyətə düşdüyündən
fərdi evdə fəaliyyət göstərirdik.
Heydər Əliyev Fonduna müraciət etdik, qısa müddət ərzində
yeni bağça inşa olunub təhvil verildi. Sabahdan yeni bağçada
uşaqları qəbul
edə biləcəyik.
Yeni bağçada
1-3, 4-6 yaş arasında
qruplar fəaliyyət
göstərəcək. Qonşu
kəndlərdən də
bağçamıza müraciətlər
var. Uşaqlarımız
üçün yaradılan
şəraitə görə
Heydər Əliyev Fonduna dərin minnətdarlığımızı bildiririk”.
Sosioloq Mətanət
Məmmədova Sherg.az-a açıqlamasında
bildirdi ki, uşaqların sağlam inkişafı evdə ailədən nə qədər asılıdırsa,
uşaq bağçaları,
körpələr evi,
sonra da orta məktəbdə aldığı təlim-tərbiyədən
bir o qədər asılıdır:
- Hazırda ölkəmizdə
müasir standartlara cavab verən körpələr evi, uşaq bağçaları
– məktəbəqədər təhsil müəssisələri
fəaliyyət göstərir.
Hər nə qədər yüksək şərait, təminat, uşaqlara xüsusi qayğı, avadanlıqlar
müasir, uşaqların
intellektual inkişafına
xidmət edəcək
səviyyədə olsa
da, uşaqlarla təmasda olan, onlara təlim-tədris keçən müəllimlərdən
çox şey asılıdır. Xatırladım
ki, ötən ildən etibarən Məktəbəqədər və
Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Strateji İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə “Məktəbəqədər
təhsildə liderlik”
proqramı həyata keçirilir. Ötən il proqrama I çağırış
üzrə qəbul oldu. Bu il
də II çağırış
üzrə qeydiyyat prosesi başa çatıb artıq. Proqramın hədəfi müasir çağırışlara
cavab verən məktəbəqədər təhsil
müəssisələri idarəçilərinin
və liderlərinin hazırlanmasıdır. Proqramda
iştirak üçün
tələblərə pedaqoji
sahədə ali təhsilin, dövlət məktəbəqədər təhsil
müəssisəsində ən
azı 3 il pedaqoji təcrübənin
olması daxildir. İştirakçıların seçimi 2 mərhələdə
(elektron sənəd qəbulu və müsahibə) aparılır.
Proqramın 1 ay davam etməsi planlaşdırılıb. İştirakçılar
məktəbəqədər təhsil müəssisəsinin
idarə olunması və liderlik, işçi heyətin idarə edilməsi, təlim-tərbiyə işinin
təşkili və idarə edilməsi, müəssisədə sağlam
- psixoloji mühitin formalaşdırılması, inklüziv
təhsil, sağlamlıq,
təhlükəsizlik və
rifah, müəssisədə
daxili keyfiyyət sisteminin qurulması, sənədlərlə iş
mövzularında həftə
içi beş gün təlimlər keçirilir. Proqram üzrə dərslər Bakı, Abşeron və Sumqayıtdan olan iştirakçılar
üçün əyani,
digər regionlardan olan iştirakçılar
üçün isə
əsasən onlayn olmaqla hibrid formada da təşkil
olunur. “Məktəbəqədər
təhsildə liderlik”
proqramının II çağırışı
üzrə qeydiyyat prosesi başa çatıb. Bu il proqrama qatılmaq
arzusunda olub, qatıla bilməyənlər
növbəti ildə
müraciət edə
bilər. Proqramda iştirak hüququ qazanmış namizədlərə
isə müvafiq məlumat poçt vasitəsilə göndəriləcək.
Hesab edirəm ki, bu cür
tədris proqramları
məktəbəqədər təhsil müəssisəsində
işləyənlər üçün
əlavə imkanlar yaradır. Uşaqlarımız
ötən əsrin uşaqları deyil. Hazırkı nəsil fərqli düşünür,
fərqli davranışlar
sərgiləyir. İnternet resurslarla tanışlıq
lap kiçik yaşlardan başlayır.
Uşaq bağçası
və ya məktəbəqədər təhsil
müəssisəsinin müəllimləri
müasir uşaqların
anlayacağı və
qəbul edəcəyi,
onların istədiyi dildə danışmağı,
öyrətməyi, uşaqlarla
dil tapmağı bacarmalı və onları doğru istiqamətə yönəltməlidirlər.
Məlahət
Rzayeva
Şərq .- 2025.- 30 avqust (¹155).- S.6.