Azərbaycan Türkiyə prosesi paralel aparır

 

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması;

 

Qəbələdə ermənilərlə görüş baş tutdu, eyni gündə Türkiyə-Ermənistan nümayəndələri görüş keçirib

 

Noyabrın 28-də Azərbaycan Respublikasının Qəbələ şəhərində Baş nazirin müavini Şahin Mustafayev Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə Azərbaycan-Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın 12-ci görüşü keçirilib. Dövlət Komissiyasının Katibliyi məlumat yayıb ki, komissiyaların 12-ci görüşü tərəflərdən birinin ərazisində - Azərbaycanın Qəbələ şəhərində keçirilib. Görüş zamanı tərəflər 16 yanvar 2025-ci il tarixində keçirilmiş 11-ci görüşün yekunları üzrə əldə olunmuş, delimitasiyası üzrə kompleks işlərin dövlət sərhədinin şimal sahəsindən başlayaraq Azərbaycan Respublikasının, Ermənistan Respublikasının Gürcüstanın sərhədlərinin qovuşma nöqtəsi ərazisindən cənub istiqamətində, şimaldan cənuba, Azərbaycan Respublikasının Ermənistan Respublikasının İran İslam Respublikası ilə sərhədinə qədər başlanması barədə, razılaşmanı qeyd ediblər. Tərəflər delimitasiya tədbirləri ilə bağlı təşkilati texniki məsələlər üzrə ətraflı fikir mübadiləsi aparıblar. Həmçinin delimitasiya işlərinin həyata keçirilməsi qaydasına dair müvafiq təlimat layihələri müzakirə olunub. Baş nazirin müavini Şahin Mustafayev Ermənistan baş nazirinin müavini Mher Qriqoryan qarşılıqlı maraq doğuran məsələlər üzrə ayrıca fikir mübadiləsi aparıblar. Tərəflər növbəti görüşün tarixini qaydasında, Ermənistan Respublikasının şəhərlərindən birində müəyyən etmək barədə razılığa gəliblər.

 

Azərbaycan-Ermənistan sülh prosesində yalnız regional deyil, həm qlobal güclər maraqlıdır. Cənubi Qafqazın strateji əhəmiyyəti son illərdə daha da artıb bu prosesdə Azərbaycan aparıcı aktorlardan birinə çevrilib. Regionda baş verən dəyişikliklər, xüsusilə müharibədən sonra yaranmış yeni reallıqlar sülh prosesinin istiqamətini müəyyən edən əsas amillərdir. Xüsusən, Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın Bakıya səfəri regionda sülh prosesinin növbəti mərhələyə keçdiyinin göstəricisi kimi qiymətləndirilir. Artıq iki ölkə arasında QHT nümayəndələrinin qarşılıqlı səfərləri, eləcə danışıqların vasitəçisiz aparılması tərəflərin münasibətlərinin normallaşmasında mühüm addım hesab olunur.

 

Qeyd edək ki, noyabrın 21-22-də "Sülh Körpüsü" Təşəbbüsü çərçivəsində Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət qrupun Azərbaycana səfəri baş tutub. Səfər zamanı qarşılıqlı anlaşmanın inkişafı mümkün birgə layihələrin müzakirəsi aparılıb, media əməkdaşlığının gücləndirilməsi ekspertlər arasında birbaşa əlaqələrin qurulması barədə razılıqlar əldə olunub. Azərbaycan Ermənistan vətəndaş cəmiyyəti üzvlərinin görüşü dövlətlərarası diplomatiyadan ictimai əsaslı sülhyaratmaya keçidi təmsil edir iki ölkə arasında barışığın təşviqinə yönəlib. Bu hadisə ikitərəfli dialoqa vətəndaş cəmiyyətinin birbaşa cəlb olunması ilə sülh prosesində yeni mərhələni ifadə edir.

 

Xatırladaq ki, noyabrın 18-də ATƏT Parlament Assambleyasının İstanbulda keçirilən 23-cü payız sessiyası çərçivəsində Azərbaycan Ermənistan parlament nümayəndə heyətləri arasında ikitərəfli görüş keçirilib. Görüş Azərbaycan Ermənistan parlament sədrləri arasında 2025-ci il oktyabrın 21-də Cenevrədə aparılmış müzakirələr çərçivəsində əldə olunmuş razılaşma əsasında baş tutub. Görüşdə Vaşinqton sammitinin müsbət rolu qeyd edilib, əldə edilmiş razılaşmalar Azərbaycanla Ermənistan arasında sülhün möhkəmləndirilməsi istiqamətində atılan növbəti addımlar, habelə hər iki ölkənin parlamentlərinin bu prosesə dəstəyinin əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb. Söhbət zamanı iki ölkə arasında həyata keçirilən etimadın artırılması tədbirlərində parlamentlərin roluna toxunulub, həmçinin parlament üzvləri arasında beynəlxalq təşkilatlar çərçivəsində konstruktiv dialoqun vacibliyi vurğulanıb.

 

Həmçinin, Ermənistanın Konstitusiyasına dəyişikliklərlə bağlı proses sürətlənməkdədir rəsmi açıqlamaya görə, sənədin yeni mətni 2026-cı ilin martına qədər hazır olmalıdır. Bu isə regionda mühüm sualı gündəmə gətirir. Ermənistan çox yaxşı anlayır ki, öz əsas qanunverici aktı olan Konstitusiyasında ciddi dəyişikliklər etməlidir. İlk növbədə, sənəddə Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialar çıxarılmalıdır. Bundan başqa, Baş nazir Nikol Paşinyanın da qeyd etdiyi kimi, Konstitusiyanın bir sıra müddəaları tərkib, məzmun baxımından indiki dövrün reallıqlarına uyğun gəlir. Azərbaycan üçün isə əsas diqqət mərkəzində məhz ərazi iddiaları ilə bağlı müddəanın aradan qaldırılması dayanır. Nazir , baş nazir müəyyən açıqlamalar verə bilər, amma biz bu məsələnin sülh müqaviləsinin imzalanması üçün fundamental şərt olduğunu birmənalı şəkildə ifadə etmişik. Sadəcə olaraq bildiririk ki, sülh müqaviləsinin imzalanması üçün xoş məram, normal siyasi atmosfer, münasib şərait ən əsası qarşılıqlı etimad mütləq təmin olunmalıdır. Hələlik isə Ermənistanın bu istiqamətdə real hazırlıq göstərdiyini müşahidə etmirik. Bu vəziyyət Ermənistan daxilindəki siyasi çəkişmələr, geosiyasi təsir uğrunda mübarizə, iqtidarmüxalifət qarşıdurması ümumi sabitlik çatışmazlığından qaynaqlanır. Seçkiöncəsi dövrdə sabitliyin yaranması çətin görünə bilər, amma bu, Ermənistanın məsuliyyət daşıdığı proseslərdən yayınmasına bəhanə ola bilməz. Əksinə, Ermənistan bütün bu məsələlərlə ciddi şəkildə məşğul olmalıdır.

 

Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə "Şərq"ə açıqlamasında bildirib ki, Ermənistan-Azərbaycan Birgə komissiyanın iclasının Qəbələdə baş tutması Ermənistanın Baş nazirinin müavini M.Qriqoryanın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfər etməsi önəmli hadisədir. Siyasi şərhçinin sözlərinə görə, iki ölkə arasında sayca 12-ci iclasın sərhəddə deyil, Qəbələdə keçirilməsini iki ölkə arasında əlaqələrin inkişafında mühüm addım kimi xarakterizə etmək olar: "Eyni gündə Türkiyə-Ermənistan nümayəndələri görüş keçirib. Azərbaycan Türkiyə prosesi paralel aparır. Bu da tərəflər arasında qarşılıqlı etimadı inkişaf etdirir. Artıq məlumat verilib ki, növbəti birgə komissiyanın növbəti iclası Ermənistanda keçiriləcək. Azərbaycan nümayəndə heyətinin bu ölkəyə səfər etməsi gözlənilir. Qarşılıqlı səfərlərin təşkili Rusiyanın proseslərə mane olmasını neytrallaşdırır. Hazırda Rusiya Ermənistana "demokratik" imicinə girmiş ictimai şəxsləri göndərərək Qarabağ məsələsini "unutmamağı" təbliğatını aparır. Bir növ Rusiya öz ənənəvi siyasətindən geri addım atmaq istəmir. İki ölkə arasında sülh prosesinə zərbə vurmağa çalışır. Azərbaycan Ermənistan Rusiyanın regionda mövqeyini zəiflətmək üçün ciddi addımlar atacaqsa, "yekun sülh" sülh müqaviləsinin imzalanması prosesi tez baş tutacaq. Təbii ki, Ermənistanda keçiriləcək parlament Konustitusiya referendumundan sonra baş tutacaq. Azərbaycan Ermənistan arasında dövlətlər arasında xeyli irəliləyiş əldə edilir. İki ölkə arasında anklavlarla bağlı məsələlər prinsipcə həllini tapıb. Ermənistanda parlament seçkilərindən sonra prosesin başlanması gözlənilir".

 

         İsmayıl  Qocayev,

Şərq.- 2025.- 2 dekabr (¹219).- S.6.