Erkən pensiya üçün arayış problemi bitdi
İctimai və dövlət
maraqlarının müdafiəsi
Bağlanan müəssisələrdə işləyənlərə böyük
imkan açıldı
12 il 6
ay işləyən kişi,
10 il işləyən qadın
5 il tez pensiyaya çıxa biləcək
Son dövrlərdə ölkəmizdə
sosial müdafiə sahəsində aparılan
islahatlar, vətəndaşların
pensiya təminatının
daha şəffaf, ədalətli və dayanıqlı olmasını
təmin etməyə
yönəlib. Bu kontekstdə
“Əmək pensiyalarının
təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi
və ödənilməsi
Qaydası”nda aparılan dəyişikliklər
mühüm əhəmiyyət
kəsb edir. Baş nazir Əli Əsədov tərəfindən
imzalanan qərar, əmək pensiyasının
yenidən hesablanması
mexanizminin daha dəqiq və ədalətli həyata keçirilməsini təmin
edir.
Yeni qaydalara əsasən, işləyən əmək
pensiyaçısının pensiyası fərdi şəxsi hesabındakı
sığorta hissəsinə
toplanmış pensiya
kapitalı əsasında
müraciət tarixi nəzərə alınmaqla
yenidən hesablanacaq. Eyni zamanda, işləməyən
əmək pensiyaçılarının
pensiyasının hesablanmasında
onların əmək
fəaliyyətinin dayandırıldığı
tarixdən başlayaraq,
müraciət tarixinə
qədər olan dövr üçün, lakin ən çox
üç il müddətində
ödəniş nəzərdə
tutulur. Bu dəyişiklik,
həm vətəndaşların
hüquqlarının qorunması,
həm də dövlətin sosial öhdəliklərinin daha
effektiv idarə edilməsi baxımından
vacibdir.
İctimai maraqlar baxımından
bu addım, pensiya sistemində şəffaflığın artırılması,
sosial ədalətin təmin olunması və vətəndaşların
maliyyə rifahının
qorunması məqsədini
güdür. Dövlət
maraqları kontekstində
isə sosial təminat sahəsində mövcud qaydaların optimallaşdırılması, büdcə resurslarının
səmərəli idarə
olunması və pensiya sisteminin uzunmüddətli dayanıqlığının
təmin edilməsi önəmlidir. Nəticədə,
bu dəyişikliklər
həm vətəndaşların
hüquqi təminatını
gücləndirir, həm
də ölkəmizin
sosial siyasətində
davamlılığı və
ədalətliliyi möhkəmləndirir.
Milli Məclisin deputatı Vüqar Bayramov Sherg.az-a açıqlamasında
bildirib ki, "Əmək
pensiyaları haqqında"
Qanunun 9-cu maddəsinə
əsasən, axırıncı
iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə
yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin
xüsusi sahələri
və yeraltı, əmək şəraiti xüsusilə zərərli
və ağır olan işlərin siyahısı Nazirlər Kabineti tərəfindən
təsdiq olunur. Onun sözlərinə görə, bu siyahıda nəzərdə
tutulan işlərdə
azı 12 il 6 ay çalışmış
kişilər və azı 10 il çalışmış
qadınlar üçün
yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ mövcuddur:
“Bu hüququn reallaşması
üçün isə
həmin vətəndaşlarımızın
işlədiyi müəssisə
üzrə işəgötürən
tərəfindən arayışa
təqdim edilməsinə
ehtiyac vardı. Ancaq bəzi hallarda, xüsusən həmin müəssisələrin
fəaliyyətlərini dayandırması
səbəbindən belə
arayışların alınmasında
çətinliklər oldu.
Nəticədə, bəzi
hallarda vətəndaşlarımız
öz pensiya hüquqlarından daha tez istifadədə çətinliklər ilə
üzləşirdilər. Yeni dəyişikliyə əsasən,
qeyd edilən səbəbdən həmin
arayışın təqdim
edilməsi mümkün
olmadıqda, şəxsin
işləmiş olduğu
peşənin Nazirlər
Kabinetinin təsdiq etdiyi "Güzəştli
şərtlərlə yaşa
görə əmək
pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin
və göstəricilərin
Siyahısı"na uyğun
olması əsasında
onun müvafiq iş dövrü güzəştli iş stajına daxil ediləcək və erkən pensiya hüququ qazanacaq. Bu zaman, güzəştli sahədə
iş stajının hesablanması isə "Əmək və Məşğulluq" altsistemindən
əmək müqavilələrinə
dair çıxarışda
olan qeydə əsasən aparılacaq.
Bununla yanaşı, əmək kitabçasında
olan qeydə və ya dövlət
arxivinin arayışına
əsasən də təyinat mümkün olacaq. Yeni dəyişikliklər
ilə qulluq əlavəsi alan və işləməyə
davam edən şəxsin əmək pensiyası hesablanarkən
əməkhaqqı və
ya pensiya kapitalı əsasında hesablanan pensiya məbləğlərindən hansı
yüksək olarsa, vətəndaşa həmin
məbləğ təyin
olunacaq. Yəni bu hallarda vətəndaşın
gözlənilən pensiya
məbləğində artımlar
olacaq”.
V.Bayramov
qeyd edib ki, güzəştli şərtlər
ilə pensiya hüququ olan vətəndaşımızın əvvəllər işlədiyi
iş yeri bağlanıbsa və arayış ala bilmirsə,
yeni qaydalardan sonra əmək kitabçasında
qeyd və ya arxiv sənədi
ilə təyinat mümkün olacaq və hansı pensiya növü üzrə məbləğ
yüksək olarsa vətəndaşımızın daha çox olanı seçmək hüququna malik olacaq. Bu isə pensiya təyinatının asanlaşdırılmasına
və bir sıra hallarda isə pensiya məbləğlərinin artmasına
xidmət edəcək.
İqtisadçı-ekspert Akif Nəsirli də bildirib ki, son dəyişikliklər pensiyaların
təyin edilməsi, hesablanması, yenidən hesablanması və bir növdən başqa növə keçirilməsi prosesini
daha çevik və rəqəmsal edib:
“İndi pensiya təyinatı, yenidən hesablanma və növ dəyişməsi qərarları
Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə qəbul edilir və onlayn təqdimat rəsmi qərar kimi sayılır. Bu, pensiyaçıların müraciət
prosesini sadələşdirir
və kağız işini azaldır”.
Akif Nəsirli qeyd edib ki, yenidən hesablanma və növ dəyişmə mexanizmi staj və hüquq dəyişiklikləri zamanı
pensiyanın artırılmasına
imkan verir:
“Xüsusi kateqoriyalı şəxslər, məsələn,
hərbi qulluqçular
və güzəştli
şərtlərlə pensiya
alanlar üçün
hesablamada yeni yanaşmalar
tətbiq olunur. Bu, bəzi pensiyaçıların
aylıq ödənişlərinin
artmasına səbəb
ola bilər”.
Ekspertin
sözlərinə görə,
pensiya yaşı dəyişmir və əsas hesablanma prinsipləri — sığorta
stajı və pensiya kapitalı qalır:
“Dəyişikliklər əsasən
prosedurların rəqəmsallaşdırılması,
yenidən hesablanma imkanlarının artırılması
və xüsusi kateqoriyalı şəxslər
üçün hesablamanın
daha ədalətli olması ilə bağlıdır. Nəticədə
pensiya sistemi daha şəffaf və əlçatan olur”.
Şəymən Bayramova
Şərq .- 2025.- 3 dekabr (¹220).- S.6.