Danışan tarix, susdurulan səslər
Fəridə Ləman
qələmin işığında Kəmərli həqiqətləri
Azərbaycan tarixinin elə səhifələri var ki, onları nə dərsliklər yazıb, nə rəsmi sənədlər etiraf edib, nə də uzaq arxivlər bizi eşidib. Bu səhifələri yaddaşında daşıyan, torpağın səsində, meşələrin həsrətində, insanların ürək döyüntüsündə gizlənmiş həqiqətlər açır. Məhz belə həqiqətləri gün üzünə çıxaran tədqiqatçılardan biri, bəlkə də ən birincisi Fəridə Ləmandır. Fəridə xanım "Torpağın yaddaşı” kitabı ilə kəndinin taleyi üzərində illərin tozunu silib, susdurulmuş səslərə yenidən nəfəs verib. Onun araşdırmaları təkcə bir kəndin dramı deyil, bütöv bir dövrün siyasi səhlənkarlığını, inzibati haqsızlığını və milli yaddaşımıza sırıdılmış qaranlıq izləri ortaya çıxaran böyük bir sənəd toplusudur. Kəmərli həqiqətlərini danışdıran bu araşdırmalar Azərbaycanın torpaq, kimlik və yaddaş mübarizəsinin hələ 1980-ci illərdə necə dərin şəkildə yaşandığını göstərir.
Gizli xəritələrin günahı: susdurulan qərarlar, taleyə yazılan itkilər
Fəridə Ləmanın "Torpağın yaddaşı” kitabında topladığı faktlar göstərir ki, Kəmərlinin torpaq itkisi nə təsadüf, nə də texniki düzəliş idi. Bu, xalqdan gizlədilmiş, kabinetlərdə planlaşdırılmış siyasi proseslərin nəticəsi idi. Azərbaycan nümayəndələrinin danışmasına imkan verilməməsi, xəritələrin camaatdan gizlədilməsi, katibin sədr əvəzinə möhür vurması kimi absurd hallar həmin dövrün ədalət anlayışının nə qədər zədələndiyini açıq nümayiş etdirir. Bu epizodların hər biri bir sualı doğruldur: Bu qərarlar kimin maraqlarına xidmət edirdi? Fəridə Ləman bu sualın ardınca gedərək arxivlərdən, yaddaşlardan, köhnə sənədlərdən parçalar toplayır və nəticədə belə bir mənzərə ortaya çıxır: torpaqlarımıza qarşı məqsədli inzibati müdaxilə siyasəti yürüdülmüş, xalq isə prosesdən tam kənarda saxlanmışdır.
Unudulan üsyan: Kəmərlinin 1984 dirənişi
1988-ci ilin milli azadlıq hərəkatı hələ ortada yox ikən Kəmərli kəndində baş verən 1984-cü il etirazı bu gün çoxlarının ya xatırlamadığı, ya da bilmədiyi bir qəhrəmanlıq nümunəsidir. Fəridə Ləmanın qələmə aldığı şahid ifadələri göstərir ki, kənd camaatı susmayıb, Bakıya və Moskvaya teleqramlar göndərilib, DTK çağırışlarına baxmayaraq kənd soveti sədri geri addım atmayıb, gənclər meşələrin doğranmasına qarşı gecələr növbə çəkib. Bu dirəniş milli oyanışın ilk psixoloji bazalarından biri idi. Və bu gün həmin dirənişi biz Fəridə Ləmanın yorulmaz araşdırması sayəsində bu kitabda görürük. Onun yaddaş daşıyıcıları ilə söhbətləri sadəcə bir kənd hadisəsini deyil, xalqın öz torpağı üçün necə ayağa qalxdığını göstərən ən qiymətli mənbələrdir.
Bir ovuc torpaq, bir içim su:
insan talelərinin qopan sapı
Fəridə
xanımın yazılarında elə səhnələr var
ki, onları oxuyanda tarixin ağrısı insanın
içində qovrulur. Batdaqlı bulağından son dəfə
su içmək istəyən qoca, gecə meşədən
gizli su gətirən kənd uşaqları, meşənin kəsilməsini
görüb kövrələn analara aid xatirələr,
qarşı tərəfə keçə bilməyəcəklərini
bilə-bilə cibinə bir ovuc torpaq yığan ata-babalar… Bu
səhnələr Fəridə Ləmanın qələmi ilə
sadəcə təsvir deyil yaddaşın dirildilməsi, millətin
ruh etirafıdır. Onun yazdığı kimi:
“Bulaqlarımıza, meşələrimizə beləcə həsrət
qaldıq.” Bu bir cümlə yalnız kənd faciəsini
deyil, bütöv bir xalqın çəkdiyi mənəvi
yükləri göstərir.
Meşələrin talanı
və strateji xəttin qırılması
Fəridə
Ləman sübut edir ki, meşələrin kəsilməsi təkcə
ekoloji fəlakət deyildi. Bu, kəndin tarixən
formalaşmış strateji müdafiə xəttinin
qırılması idi. Meşə zolaqlarının məqsədli
şəkildə məhv edilməsi, bulaqların quruması,
kənd evlərinin dərəyə köçürülməsi
– hamısı kəndi zəiflətmək üçün
atılmış addımlar idi. Bu faktları fotoşəkillər,
arxiv xəritələri və şahid ifadələri əsasında
üzə çıxaran Fəridə xanım göstərir
ki, Kəmərli sadəcə kənd deyildi. Qazağın
müdafiə qapısı idi. Həmin qapı bilərəkdən
zəiflədilmişdi.
Arxivlərin qaranlıq
küncü: itirilən teleqramlar, susdurulan səs
Kəndin
Moskvaya göndərdiyi teleqramların böyük hissəsinin
arxivə düşməməsi, bəzilərinin heç
açılmadan yoxa çıxması bu faciəyə əlavə
bir ağrı qatır. Tədqiqatçı sübut edir ki,
xalqın etiraz səsi sistemli şəkildə
boğulmuşdur. Bu tapıntı həm də Azərbaycan
tarixində hələ də araşdırılmamış məqamların
nə qədər çox olduğunu göstərir.
Ən acı epizod — torpaq
itirilir, məmur qonaqlıq edir
Fəridə
Ləmanın ən sarsıdıcı
tapıntılarından biri budur: Torpaqlar əldən
çıxan gün kənd camaatı çarəsizlik
içində çırpınarkən, bir qrup yerli məmur
ermənilərlə qonaqlıq masası arxasında əyləşmişdir.
Bu fakt təkcə xəyanətin deyil, həm də tarixi
yaddaşımızda mühüm yer tutmalı olan bir dərsin
ifadəsidir: Torpağı itirən xalq idi, amma qərarı
verən kabinetdəkilərin vicdanı yox idi.
Fəridə Ləmanın
susdurulmuş tarixə can verən qələmi
Bu gün
Kəmərli haqqında danışırıqsa, bu, bir insanın
– Fəridə Ləmanın – illərlə
apardığı araşdırmaların, topladığı
faktların, vurğuladığı gerçəkliklərin
nəticəsidir. O, bu həqiqətləri
danışdırıb, yazıb, topluma qaytarıb, tarixin
itirilmiş sətirlərini yerinə qoyub. Onun cəsarəti,
dəqiqliyi, milli yaddaşa sədaqəti Kəmərli hadisələrini
yalnız tarixi fakt kimi deyil, Azərbaycanın torpaq gerçəyinin,
milli özünüdərk prosesinin tərkib hissəsi kimi təqdim
edir.
Kəmərli
unudulmamalı başlanğıc nöqtəsidir
Kəmərli
təkcə bir kəndin adı deyil. Bu adın içində
torpaq itkisi, dirəniş, kimlik mübarizəsi, ədalətsizliyə
qarşı səs və ən əsası xalqın öz
torpağından qoparılmasına qarşı fəryad
yatır. Bu gün bu həqiqətlər aramızdadırsa,
onların hər sətirində bir imza var. Fəridə Ləmanın
imzası. Onun araşdırması həm tarixi sənəd, həm
publisistik etiraf, həm də milli yaddaşa yazılmış
bir xəbərdarlıqdır. Unudulan torpaq sabah daha
böyük faciə gətirər. Danışan tarixi
susdurmaq olmaz.
Son olaraq
deyim ki, bəzən bir insanın səsləndirdiyi həqiqət
illərin, qərinələrin arxasından gəlir və bizə
sanki “Mən buradayam, məni unutmayın” deyir. Tarixi
araşdıran, onun qaranlıq qatlarına işıq salan
insanların əməyi də elə budur. Unudulanları
xatırlatmaq, itirilənləri tapmaq, sükuta qərq
olmuş taleləri danışdırmaq…Məhz bu baxımdan Fəridə
Ləmanın zəhməti təkcə elmi araşdırma
deyil, həm də vicdanın səsinə çevrilmiş
bir missiyadır. Onun topladığı faktlar, bir araya gətirdiyi
sənədlər, yazıya aldığı insan taleləri
sadəcə bir kitabın, bir məqalənin materialı
deyil. Bu, bütöv bir millətin yaddaş xəzinəsinə
qoyulan qiymətli daşlardır. Çünki tarix
böyük dövlətlərin, böyük liderlərin
adları ilə yazılsa da, onun ən həssas qatını
insan taleləri təşkil edir. Və bu talelərin hər
biri bir ömürlük ah-nalə, bir ömürlük həsrət,
bir ömürlük iztirab deməkdir. Fəridə
xanımın işıqlı zəhməti o iztirabların səssizliyini
pozdu. "Torpağın yaddaşı” kitabı ilə biz
unudulmuş bir qapını açdıq, həyatı məhv
edilmiş, yurdundan didərgin salınmış insanların səsini
yenidən eşitdik. Hər bir fakt, hər bir arxiv sənədi,
hər bir hadisə sanki bir şəhid ruhu kimi
qarşımızda dayandı. Onların məğrurluğu,
onların qəhəri, onların sükutu bu
günümüzə qarışdı. Bu kitabın hər
cümləsində həm də bir insanlıq borcu
dayanır. Çünki tarix haqqında yazmaq – daşdan
yonulmuş söz deyil, sızıltılardan gələn həqiqətdir.
Bu həqiqətlərə toxunanda insanın əli titrəyir,
qəlbi sızlayır, dili düyünlənir. Amma məhz
belə anlarda sözün qüdrəti ortaya
çıxır. Söz bizi həm yaşadır, həm
düşündürür, həm də qoruyur. Ən əsası
bu kitabdakı bütün məlumatların arxasında Fəridə
Ləmanın əməyi dayanır. Onun
araşdırmaları bizim üçün bir
işıqdır və o işıq illərin üzərinə
çəkilən qaranlıq pərdələri
qaldırır. Hər tapıntı bir ailənin dərd
tarixçəsi, bir kəndin dağıdılma hekayəsi,
bir körpənin yarımçıq qalmış
gülüşü, bir ananın hönkürtüsü, bir
atanın şəhid balasına son dəfə baxa bilməməyinin
həsrətidir.
Biz bu
gün bir şəhid ömrünü yad edərkən əslində
minlərlə şəhid ömrünə baş əyirik.
Onların səsi bu torpaqda külək kimi dolaşır.
Onların ruhu yurdunun üstündə bayraq kimi dalğalanır.
Biz isə onların ruhuna borcluyuq yazdıqlarımızla,
danışdıqlarımızla,
yaşatdıqlarımızla və bunları kitablara
köçürməyimizlə… Bu borcun yerinə yetirilməsində
Fəridə Ləman sözünün də qüdrəti
çox böyükdür. Xanım yazıçı-pulisist
bu həqiqətləri mətbuatın yaddaşına
köçürür, tarixə yazır, gələcək nəsillər
üçün bir işıq mənbəyinə
çevirir. Əsl qələm sahibi olmaq təkcə yazmaq
deyil. Hiss etməkdir. Duymaqdır. Yaddaşın
yükünü çiyinlərində daşımaqdır.
Fəridə xanımın qələm yolu da məhz bu yoldur:
insanın ən kövrək nöqtəsinə toxunan, millətin
yaddaşına yön verən, Vətən sevgisini
sözün içində ucaldan bir yol… Bu kitab həm də
ona görə dəyərlidir ki, içində həm həqiqət
var, həm həsrət, həm də şəhid ruhuna
ehtiram. Tarixin zülmətindən qopub gələn o səslərə
səs olmaq isə ən uca missiyadır.
Fəridə
Ləman elə bir dəyərli tarixi məqamlara
aydınlıq gətirib ki, onun əsl qiyməti zaman
keçdikcə veriləcək. Kəmərli həqiqətləri,
illərin altında gizlədilmiş o sükutlu izlər bu
gün bu gün xanım yazıçının qələmimi
ilə yenidən danışmağa başladı. Bu həqiqətlər
elə həqiqətlərdir ki, onları kağıza
köçürmək təkcə yazı deyil həm də
cəsarətdir. Çünki unutdurulmuş bir taleyə
toxunmaq, dağıdılmış bir kəndin itirilən
torpaqları arasında yenidən nəfəs tapmaq, tarixdən
silinmək isənilən bir yurd yerinin ocağına
işıq salmaq hər qələm sahibinin işi deyil. Bu, həm
mənəvi güc, həm də millət yaddaşına sədaqət
tələb edir. Onu da deyim ki, Fəridə xanım sadəcə
faktları bir araya gətirməyib. Bir ömrün
qaranlıqdan işığa çıxmasını təmin
edib. Kəmərli kəndinin qəmli lövhələri,
orada baş verənlər, bir vaxtlar o torpağın
üstündə səslənən gülüşlərin qəfil
sükuta qərq olması bu kitabda yenidən canlanıb, yenidən
tarixlə üz-üzə gəlib. Zaman keçəcək,
illər ötəcək, amma bu kitabın
işıqlandırdığı məqamlar daha da ucalacaq.
Çünki tarix o həqiqətləri gec də olsa öz
yerinə qoyur. Fəridə xanımın yazdıqları bu
gün üçün deyil, həm də sabah
üçündür. O sabah ki, gələcək nəsillər
bu faktları oxuyanda yalnız bir nəticə
çıxaracaq: “Bizim atalarımız nə əzablar
çəkib, nə itkilər verib, amma yenə də
sınmayıb, yenə də Vətən deyib, yenə də
ayağa qalxıb.” Beləcə də Kəmərli həqiqətləri
bir kəndin yox, bütöv bir xalqın yaddaşından
qopub gələn haraya çevrilib. Onu yazmaqla Fəridə
xanım o harayı tarixə köçürüb. Bunu
yazıçının söz qüdrəti, milli yaddaşa
olan həssas münasibəti mümkün edbib.
Qalib Rəhimli
Şərq 2025.- 3 dekabr (¹220).- S.6.