Süni intellekt həyatımızı dəyişəcək: 27 sənəd tam olaraq rəqəmsallaşıb

 

İnformasiyakommunikasiya texnologiyalarının inkişaf etdirilməsi

 

Azərbaycanda rəqəmsal konsepsiyanın qüvvəyə minməsi ilə rəqəmsal transformasiya daha da sürətlənəcək

 

Azərbaycanda süni intellekt strategiyası hazırlanır. Bu yaxınlarda “Digital Almaty 2025” beynəlxalq rəqəmsal forumunda çıxış edən Baş nazir Əli Əsədov qeyd edib ki, rəqəmsal inkişaf strategiyasının əsas sahələrindən biri süni intellektdir: “Hazırda biz Azərbaycan üçün süni intellekt strategiyasını hazırlayırıq. Biz süni intellekt texnologiyalarının tətbiqinin xidmətlərin səmərəliliyini keyfiyyətini əhəmiyyətli dərəcədə artıra biləcəyi prioritet sektorların müəyyənləşdirilməsinə xüsusi əhəmiyyət veririk. Bunlar ilk növbədə səhiyyə, nəqliyyat təhsildir".

Baş nazir qeyd edib ki, müasir qanunvericiliyin hazırlanmasına tətbiqinə xüsusi diqqət yetirilir: "O cümlədən, bir sıra sənədlərin rəqəmsal formatda istifadəsi üçün hüquqi baza yaradılıb. Bu, vətəndaşlarla dövlət qurumları arasında qarşılıqlı əlaqəni sadələşdirir rahat əlçatan rəqəmsal ekosistemin yaradılmasına töhfə verir".

Qeyd edək ki, Azərbaycanda hazırlanan süni intellekt strategiyası bu istiqamətin necə inkişaf etdirilməsi yollarını formalaşdıracaq. Normativ baza olmadan texnologiyanın inkişafı müəyyən mərhələlərdə ciddi çətinliklə üzləşir. Texnologiyanın inkişafını dəstəkləyən tənzimləyici baza vacibdir. Həmçinin texnologiyanın inkişafı üçün lazımi infrastruktur təmin edilməlidir. Çünki infrastruktur olmadan yeni texnologiyaların tətbiqi istifadəsi çətin olur.

Süni intellekt sahəsində ölkəmizdəki vəziyyəti dəyərləndirən Azərbaycan İnternet Forumunun prezidenti Osman GündüzŞərq”ə açıqlamasında qeyd edib ki, dövlət qurumları yavaş-yavaş süni intellekt layihələrinin reallaşmasına resurslar ayırmağa başlayıb. Hətta ötən il bir neçə süni intellekt layihələri ilə üzrə tenderlər olub: “İqtisadiyyat NazirliyiÇağrı Mərkəzində süni intellekt həllərinin tətbiqi üçün proqram təminatının hazırlanması əlaqədar xidmətlər”, MİDA isə "Güzəştli mənzil" sistemi üçün 24/7 texniki dəstək süni intellekt əsaslı monitorinq həllinin tətbiqi xidmətlərinin göstərilməsi üçün maliyyə ayırıb. "Su Meliorasiya Elmi Tədqiqat İnstitutu" isə “Su ehtiyatlarının idarə olunmasında süni intellekt digər innovativ həllərə dair "bootcamp"in təşkili xidmətinin satın alınması”na maliyyə ayırıb. Lakin hazırda bu layihələr haqqında ağlabatan məlumatlar əldə etmək mümkün deyil.

Bu yaxınlarda açıqlanan məlumata görə, Kənd Təsərrüfatı Nazirliyimiz süni intellekt əsaslı həllər hazırlamağı hədəfləyib. Nazirlik "McKinsey & Company" (Azerbaıjan) şirkətiylə 10 milyon manat dəyərində satınalma müqaviləsi imzalayıb. Bildiyim qədər Nazirlik süni intellekt modelləri əsasında kənd təsərrüfatı məhsullarının, bütövlükdə aqrar sektorun inkişafının proqnozlaşdırılması sistemini hazırlamağı hədəfləyib.

Düşünmək olar ki, süni intellektlə Yerin müşahidəsi peyklərinin çəkdiyi görüntüləri analiz edərək kənd təsərrüfatı sahələrində məhsul vəziyyətini gözlənilən məhsuldarlığı təyin etmək, monitorinqlər aparmaq, iqlim dəyişikliklərini nəzərə alaraq məhsuldarlıq proqnozlaşdırmaq, Aİ modellər hazırlamaq s. nəzərdə tutulub. Maraqlıdır ki, yetərli data olmadığı bir halda bu tip modellər necə yaradılacaq görəsən?

 

Görünür ki, ölkədə süni intellektin inkişafına cavabdeh olan qurumların da bu layihə haqqında məlumatları yoxdur. Onların da açıqlamalarında bu haqda heç bir məlumata rast gəlmək mümkün deyil”.

Ekspertin sözlərinə görə, hazırda diqqət cəlb edən məsələlərdən biri odur ki, süni intellekt sahəsində layihələrin reallaşmasında koordinasiya yox dərəcəsindədir: “Ölkəmizdə İN tərəfindən süni intellekt ekosistemin inkişafı üçün böyük bir Superkompüter Mərkəzi qurulur. Hamının bəhrələnməsi nəzərdə tutulub. Amma hamının, maraqlı tərəflərin, startap innovasiya ekosistemin, elm təhsil sektorunun, biznes dövlət qurumlarının bu infrastrukturdan istifadəsini təşkil edəcək mexanizmlər, koordinasiya hələlik gözə dəymir. Superkompüter Mərkəzindən hamının effektiv istifadəsi üçün indidən münbit şərait yaradılması vacibdir”.

 

Süni intellekt strategiyası ilə bağlıŞərq”ə danışan Azərbaycan İnformasiya Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Abbasov Azərbaycanın bu istiqamətdə istehlakçı olduğunu deyib:

 

Süni intellekt məsələsi Azərbaycanda istehlakçı müstəvisindədir. Süni intellekt məsələlərinin qurulması, yəni süni intellekt həllərinin Azərbaycanda dövlət qurumlarına inteqrasiya olunması, ölkəyə aid bəzi müxtəlif proseslərin süni intelleklə emal olunması, məsələn, Azərbaycan kənd təsərrüfatı torpaqlarının, eləcə müxtəlif gənclər siyasətinin süni intellektlə idarə olunması digər dövlət qurumlarının yaratdıqları portallarda sənədləşmə prosesi, onların emalı, qəbulu süni intellektlə həyata keçirilməsi əsaslı bir sənədləşmə istəyir.  Dövlətin bu istiqamətdə qanun-qaydaları olmalıdır. Orada müxtəlif məxfi məlumatlar var. Bu proseslərdə süni intellektin istifadəsi artıq qanunvericilik tərəfindən düzgün şəkildə tənzimlənməlidir. Burada texniki məqamlar çoxdur. Bunların hər birisinə qanunvericilik münasibət bildirməlidir. Əgər böyük dil modelləri ilə işlənəcəksə, bizim fərdi məlumatlar gedib böyük dil modellərinə emal olunacaq, yoxsa Azərbaycanın özünün süni intellekti yaradılacaqmı s. kimi məsələlər sual doğurur. Bunlar təhlil olunub cavablandırılmalıdır".

E.Abbasovun fikrincə, Azərbaycanda rəqəmsal konsepsiyanın qüvvəyə minməsi ilə rəqəmsal transformasiya daha da sürətlənəcək: "Artıq konseptual bir forma həyata keçiriləcək. Qurumların bir-biri ilə əlaqəli vahid konsepsiya istiqamətində rəqəmsal transformasiya fəaliyyəti daha da güclənəcək. Dövlət hökumət portaları, eləcə qurumlarının fiziki formada kağız daşıyıcıları üzərindən apardıqları sənədləşmə prosesləri artıq rəqəmsal müstəviyə keçib. Azərbaycanda artıq 27 sənəd tam olaraq rəqəmsallaşıb. Şəxsiyyət vəsiqəsini rəqəmsal formada təqdim etmək olur. Digər qurumların vətəndaşlara olan münasibətinin rəqəmsal müstəviyə keçməsi əhəmiyyətli məsələdir. Bu, dövrün çağırışlarından biridir. Ən ucqar rayon kəndlərdəki vətəndaşlar hər hansı nazirliyə ya dövlət qurumu ilə olan münasibəti üçün fiziki formada harasa gedib-gəlməyə ehtiyac duymadan mobil telefonlar, yaxud da kompüterlər vasitəsilə lazımi sənədlərini lazımi formada əldə edə biləcəklər. Bu istiqamətdə artıq 27 sənəd tam rəqəmsallaşıb".

Gözləntilərinə gəldikdə isə ekspert qeyd edib ki, sürətli şəkildə elektron hökumət quruculuq istiqamətində dövlət qurumlarının birgə rəqəmsal konsepsiya formatına uyğun olaraq rəqəmsallaşmayan sənədlərin rəqəmsallaşma prosesini intensiv olaraq davam etdirməliyik.

 

Şəymən Bayramova

Şərq  2025.- 11 fevral (¹25).- S.6.