Təmiz saxlayaq!

 

Ekologiya ətraf mühitin mühafizəsi

 

Təbiəti qorumaq üçün hər bir vətəndaş məsuliyyət hissi ilə hərəkət etməlidir

 

Çimərlik mövsümü , məzuniyyət, istirahətlər dövrü başlayıb artıq. Faydalı xoş istirahət arzusunda olanlar həm dənizəçimərliklərə, həm ölkəmizin səfalı bölgələrinə üz tutur. İnsanlar təmiz hava alır, bol oksigen, günəş şüası qəbul edir, meşə kənarında, bulaqlar başında istirahət edir. Bəs bütün nemətlərini səxavətlə bölüşən təbiət necə, bizdən razı qalırmı? Dəniz sahilini, çimərlikləri, təbiət qoynunda istirahətlərini başa vurub geri qayıdan insanların təbiətdə qoyduğu izlərə baxdıqda, təbiətin razı qala biləcəyini düşünmək olmur. Təəssüf ki, təbiətdən çox şey alıb, qarşılığında heç verməmək bir yana (onsuz da təbiət özünü bərpa etmək gücünə malikdir), üstəlik, ona ziyan vurulması halları baş verir. qədər maarifləndirmə işi aparılsa da, təmizlik aksiyaları keçirilsə , vətəndaşlara təhlükələr barədə məlumat verilsə , səhlənkarlıq bəzən özünü kobud şəkildə göstərir.

 

Məlum olduğu kimi, iyun ayının 15-dən etibarən ölkəmizdə çimərlik mövsümü açıq elan edilir. Buna qədərsə Xəzər sahilinin məişət tullantılarından təmzlənməsi, çimərliklərin sanitar-epidemioloji monitorinqi aparılır, istifadəyə yararlı çimərliklər haqqında ictimaiyyətə məlumat çatdırılır, Fövqəladə Hallar Nazirliyi təhlükəsizlik tədbirləri qaydalara riayət olunması barədə açıqlama verir. Bu il istisna olmadı. Bakı Şəhər İcra Hakimiyyəti çimərlik ərazilərinin təmizlənməsi ilə bağlı müvafiq qurumlara tapşırıqlar verib. Səhiyyə Nazirliyi Respublika Gigiyena Epidemiologiya Mərkəzi çimərlik mövsümünün başlanması ərəfəsində ölkə üzrə çimərliklərin monitorinqini həyata keçirib. Xəzər sahilinin məişət tullantılarından təmizlənməsində İDEA İctimai Birliyinin fəaliyyəti danılmazdır. İctimai Birlik hər dəfə təsiredici şüarlarla ictimaiyyətə çağırışlar edir, könüllüləri bu xeyirxah işə cəlb etməklə təbiətə öz töhfəsini verir. Bu dəfə İDEA İctimai Birliyinin təşəbbüsü ilə dəniz mövsümünün başlanması ərəfəsində Xəzər sahili boyunca təmizlik aksiyaları keçirildi. Məsələn, Bilgəh qəsəbəsində yerləşən ictimai çimərlikdə sahilyanı təmizlik aksiyası təşkil olundu. İDEA-nın məlumatında bildirilir ki, “Sahillər təmiz qalsın!” şüarı altında keçirilən aksiyada 50 İDEA könüllüsü iştirak edib. Aksiya zamanı 2 tona yaxın tullantı toplanaraq Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavoduna təhvil verilib. Aksiyanın əsas məqsədi vətəndaşlar arasında sahilyanı ərazilərdə təmizlik qaydalarına əməl olunmasını təşviq etmək, dənizkənarı ərazilərin məişət tullantıları ilə çirkləndirilməsinin qarşısını almaq ictimaiyyəti Xəzər dənizi ətraf mühitin mühafizəsi istiqamətində səfərbər etməkdir. Qeyd edək ki, Xəzər dənizinin Qafqaz regionunun digər su hövzələrinin unikal biomüxtəlifliyinin mühafizəsi məqsədilə İDEA çirkləndirilmiş sahilyanı ərazilərin təmizlənməsinə bərpasına yönəlmiş müntəzəm tədbirlər təşkil edir. İDEA İctimai Birliyi dəniz mövsümünün başlanması ərəfəsində vətəndaşları çimərliklərdə istirahət edərkən ətraf mühitin mühafizəsinə həssas yanaşmağa, sahilləri təmiz saxlamağa, tullantıları ətrafa atmamaqla məsuliyyətli davranış sərgiləməyə yaranmış tullantıları özü ilə aparmağa çağırır.

 

Xatırladaq ki, İDEA tərəfindən bu cür aksiyalar uzun illərdir davam edir. Əvvəlki illərdə oxşar aksiyalar olub. Məsələn, Buzovna çimərliyi ərazisindəÇimərliklərimizi təmiz saxlayaq!” şüarı altında təmizlik aksiyası keçirilib. Ötən il isəYaşıl dünya naminə həmrəylik iliçərçivəsində İDEA İctimai Birliyi Şüvəlan çimərliyində oxşar aksiya keçirmişdi. Bu ilin may ayında isə İDEA könüllüləri tərəfindən Gəncə çayının bir hissəsində plastik tullantıların təmizlənməsi aksiyası həyata keçirilib. İDEA İctimai Birliyinin “1113” qaynar xəttinə daxil olan vətəndaş müraciətinə dərhal reaksiya verilərək, sözügedən əraziyə baxış keçirilib artıq növbəti gün təmizlik aksiyası təşkil olunub. Aksiyada şəxsi sağlamlıq, təhlükəsizlik gigiyenanın qorunması məqsədilə xüsusi kombinezonlar, əlcəklər digər qoruyucu vasitələrlə təmin olunmuş 30 İDEA könüllüsü iştirak edib. Bildirilib ki, toplanan tullantıların ümumi həcmi 500 kiloqrama yaxın olub onların böyük hissəsini birdəfəlik istifadə olunan plastik məhsullar təşkil edib. “Nəticə göstərir ki, yerli su hövzələri yaşıl ərazilər insan fəaliyyəti səbəbindən ciddi çirklənmə ilə üz-üzədir, bu istiqamətdə maarifləndirmə işi nəticəyönümlü tədbirlər daha da gücləndirilməlidir. Məlum olduğu kimi, plastik tullantıların torpaq su ekosistemində parçalanması üçün 1000 ilədək vaxt tələb olunur. Bu səbəbdən ətraf mühitin plastik tullantılardan təmizlənməsi dayanıqlılıq ekoloji balansın qorunması baxımdan mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, təşkil olunan təmizlik aksiyaları sadəcə tullantıların toplanması ilə məhdudlaşmır, ətraf mühitin qorunmasına ictimaiyyətin diqqətini cəlb etmək insanların təbiətə münasibətində müsbət dəyişiklik yaratmaq məqsədi daşıyır. Vətəndaşlar rastlaşdıqları bu cür hallar, eləcə , ətraf mühitin mühafizəsi ilə bağlı şikayət təkliflərə dair “1113 - Təbiətə təcili yardımqaynar xətti vasitəsilə İDEA İctimai Birliyinə məlumat verə bilərlər. İDEA hər kəsi təbiətin qorunması prosesinə qoşulmağa, ətraf mühiti plastik tullantılarla çirkləndirməməyə daha yaşıl gələcək naminə məsuliyyətli davranmağa çağırır”, - deyə məlumatda qeyd olunur. Qeyd edilib ki, yığılan məişət tullantıları Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin texnikası vasitəsilə ərazidən kənarlaşdırılıb.

 

İDEA İctimai Birliyi yerli beynəlxalq tərəfdaşlarla birgə mütəmadi olaraq Azərbaycan regionun su bioresurslarının qorunub saxlanılması, artırılması mühafizəsi məqsədilə Xəzər sahillərində, Kür digər çaylarda təmizlik aksiyaları təşkil edir. Aksiya tərəfdaşları tədbirə qoşulan bütün təbiətsevər gənclərə təşəkkür edir, hər kəsi planetimizi çirkləndirməməyə ətraf mühitin qayğısına qalmağa çağırır.

 

Ekoloq Rövşən AbbasovŞərq”ə açıqlamasında təbiətin qorunması, mühafizəsinin vacib olduğunu, hər bir vətəndaşın məsuliyyət hissi ilə hərəkət etməli olduğunu vurğuladı:

 

- Təbiət qoynunda istirahət edənlər çox diqqətli olmalıdır. Meşə yanğınlarını xatırlatmaq yerinə düşər. Qardaş Türkiyədə meşə yanğınlarının necə faciələrə səbəb olduğunu unutmamalıyıq. Bizim ölkədə bu cür hadisələr baş verir. Çünki insanlarımız bəzən səhlənkar, məsuliyyətsiz davranırlar. Harda gəldi ocaq qalayırlar, təhlükəsizlik qaydalarına riayət etmirlər, meşə fonduna, yaşıllıqlara ziyan vururlar. Ocaq qalanıbsa, onu söndürmədən ərazini tərk etmək olmaz. Yerə hələ alışmaqda olan siqaret kötüyü atırlar, bu da yanğınlara səbəb ola bilər. Adi şüşə qırıntısı da yanğın törədə bilər. Şüşə qırıntıları Günəş şüaları altında bərq vurduqca qızır bu da yanğınlara səbəb olur. İstirahət üçün təbiəti seçənlər özlərindən sonra qədər məişət tullantısı qoyub gedir. Yayın gəlişi ilə dincəlmə yerlərinə ziyarətlərin sayı artır. Yurd yerlərinə, çimərliklərə yüz minlərlə insan gedir. Yaşayış yerlərindən fərqli olaraq bu ərazilərdə tullantıları idarə etmək mümkün deyil. Bu halda vətəndaş məsuliyyəti önə çıxır. Təbiətə gedən hər bir kəs yaratdığı tullantıları özü ilə aparmalıdır. Bundan ötrü istirahətə gedən hər bir kəsin həm tullantı torbası olmalıdır. Xüsusilə, bərk tullantılar çimərlik mövsümündə ən böyük problemlərdən biridir. Bir çox vətəndaşlar təmizliyə riayət etmirlər. Özləri ilə apardıqları yeməklərin qalıqlarını, polietilen torbaları, plastik butulkaları dəniz sahilində atıb gedirlər. Bu da, əlbəttə, çox pis davranışdır bütün bunlara nəzarət olunmalıdır. Ümumiyyətlə, təklif edərdim ki, çimərliklərdə bir qayda olaraq, hər kəs özünə aid olan tullantını özü ilə aparsın. Bəzən tullantıları oradakı zibil qablarına atdıqda əlavə problemlər yaranır. Ona görə həm çimərliyə nəzarət edən qurumlar tərəfindən çox ciddi tələb qoyulmalıdır ki, hər kəs əvvəla, elə məhsullar aparsın ki, onların tullantıları minimum olsun, bir ki, qeyd etdiyimiz kimi yaratdıqları tullantıları özləri ilə aparsınlar. Bu, şüurlu vətəndaş yanaşmasıdır bütün inkişaf etmiş ölkələrdə tətbiq olunur. Bu qayda ölkəmizdə tətbiq olunarsa, bizim bir çox problemlərimiz həll olunar. Təbiəti çirkləndirməməliyik, onu qorumalıyıq. Gələcək nəslə ekoloji fəlakət yaşatmaq istəmiriksə, hər birimiz məsuliyyətli davranmalıyıq. Təbiətin qorunması hər birimizin ümdə vəzifəsi olmalıdır. Meşələr, ağaclar məhv olursa, bu, ümumən təbiətin məhvidir, iqlim dəyişmələri, ərzaq qıtlığı, müxtəlif xəstəliklər, hamısı bunun nəticəsidir. Ətraf mühit nədir? İnsanın digər canlıların yaşaması, inkişafı fəaliyyət göstərməsi üçün zəruri olan təbii sistemlər onların qarşılıqlı təsirindən ibarət olan bir anlayışdır. Bu anlayış təkcə torpaq, hava su ilə məhdudlaşmır. Bitki örtüyü, heyvanlar aləmi, iqlim sistemi, biosfer insanın təsiri altında formalaşan süni mühit ətraf mühitin bir hissəsidir. Hər bir fərdin həyatı, rifahı sağlamlığı məhz bu təbii zənginliklərlə bağlıdır. Ancaq təəssüflər olsun ki, sənayeləşmə, urbanizasiya insanın məsuliyyətsiz davranışı nəticəsində ətraf mühitin müxtəlif komponentləri çirklənir, tükənir zərər görür. Bu vəziyyət yalnız ekoloji deyil, həm sosial, iqtisadi siyasi problemlərə yol açır. Ətraf mühitin mühafizəsi təkcə hökumət beynəlxalq təşkilatların deyil, eyni zamanda hər bir insanın məsuliyyətidir.

 

 

Məlahət Rzayeva

Şərq  2025.- 1 iyul (¹ 111).- S.6.