Məzarlıqlar, əsirlər mina xəritələri...

 

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması

 

Erməni cinayətlərinin qaranlıq səhifələri Haaqa Məhkəməsində açılmalıdır

 

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə digər ağır cinayətlərdə təqsirləndirilən erməni separatçıları, o cümlədən Ermənistan vətəndaşı Ruben Vardanyan barəsində cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir. Ötən məhkəmə prosesində şahidlərin ifadələri dinlənilib.

 

Hər bir şahid danışdıqca erməni separatçılarının ərazilərimizi işğal altında saxladıqları 30 ilə yaxın müddətdə törətdikləri qanlı cinayətlər, bəşəri dəyərlərə sığmayan hərəkətləri, məhz etnik mənsubiyyətinə görə azərbaycanlıları işgəncələrə məruz qoymaları təsdiqlənir. Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub. Məhkəmə prosesində Ermənistanın təcavüzkar müharibəsi işğalçılıq siyasəti nəticəsində törədilmiş cinayət hadisələri zamanı zərər çəkənlər, habelə zərərçəkmişlərin hüquqi varisləri ifadə veriblər. Əvvəlcə zərərçəkmiş şəxs Sərxan Köklərovun hüquqi varisi qismində tanınan qardaşı Absaləddin Köklərov ifadə verib. O, qardaşının Ağdərədə Ermənistan ordusunun qalıqlarının qanunsuz erməni silahlı dəstələrinin açdığı atəş nəticəsində yaralandığını, 5 gün sonra hospitalda dünyasını dəyişdiyini deyib. Hüquqi varis qismində tanınmış Tahir Qasımov ifadəsində övladı Hacıəli Qasımovun Xankəndi şəhəri yaxınlığında snayperlə vurulduğunu, Respublika Neyrocərrahiyyə Xəstəxanasında koma vəziyyətində qaldığını, 4 ay sonra vəfat etdiyini söyləyib. Zərərçəkmiş şəxs Mirzəhəsən Səfərəliyev Ağdamda düşmən tərəfindən odlu silahdan açılmış atəş nəticəsində güllə yarası aldığını bildirib. 

 

 

Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun sualına cavabında isə o qeyd edib ki, həmin vaxt yaxınlığındakı 5 nəfər yaralanıb, bir nəfər isə snayper atəşi nəticəsində həlak olub. Zərərçəkmiş şəxs Asiman Cəfərov da Ağdamda snayper gülləsindən xəsarət aldığını bildirib. Zərərçəkən Sənan Hüseynov isə dövlət ittihamçısı Fuad Musayevin sualına cavabında qeyd edib ki, Ağdam rayonunda düşmən tərəfindən açılmış atəşlər nəticəsində o yanındakı bir neçə şəxs yaralanıb, bir neçə nəfər isə həlak olub. Digər zərərçəkmiş şəxs Xəqani Abbasov Ağdam rayonunda Ermənistan ordusunun qalıqları qeyri-qanuni erməni silahlı dəstələrinin açdığı atəş nəticəsində yaralandığını deyib. Zərərçəkmiş Eltun Məmmədov ifadəsində Ağdam rayonunun Xanabad kəndi istiqamətində düşmən tərəfindən atılmış minaatan mərmisinin partlaması nəticəsində yaralandığını söyləyib. İbrahim Hüseynov ifadəsində Xocavənd rayonunda düşmən tərəfindən atılmış mərminin partlaması nəticəsində qəlpə yarası aldığını söyləyib. Zərərçəkmiş Ərəsdun Müftəliyev Ermənistan ordusunun qalıqlarının qeyri-qanuni erməni silahlı dəstələrinin açdığı atəş nəticəsində xəsarətlər aldığını deyib. İfadə verən Elçin Pıçaxov Xocavənd istiqamətində odlu silahdan açılmış atəş nəticəsində yaralandığını, müalicəsinin hələ davam etdiyini diqqətə çatdırıb. Zərərçəkmiş Rəşad Əliyev ifadəsində Xocalı istiqamətində düşmən tərəfindən açılan snayper atəşi nəticəsində yaralandığını, həmin vaxt Toğrul Osmanlının Altay Əhədovun da düşmən atəşi nəticəsində xəsarət aldıqlarını söyləyib. Həmzə Mahmudov Xocalıda olan zaman artilleriya mərmisinin yaxınlığına düşərək partlaması nəticəsində xəsarət aldığını bildirib. Digər zərərçəkmiş Azad Məmmədov isə dövlət ittihamçısı Təranə Məmmədovanın sualına cavabında deyib ki, o, Şuşa rayonunun Xəlfəli kəndində minaatan mərmisinin partlaması nəticəsində yaralanıb. Zərərçəkmiş şəxs Tural Əliyev Kəlbəcərdə qumbaraatan mərmisinin partlaması nəticəsində yaralandığını deyib. O, aldığı xəsarətlərə görə 6 ay yataq xəstəsi olduğunu qeyd edib. Zərərçəkmiş Zülfü Qasımov Ermənistan silahlı qüvvələrinin qalıqları qanunsuz erməni silahlı dəstələrinin genişmiqyaslı təxribatı nəticəsində Kəlbəcər istiqamətində yaralandığını bildirib. O, dövlət ittihamçısı Vüsal Abdullayevin suallarına cavabında deyib ki, həmin vaxt düşmənin atdığı minaatan mərmisinin partlaması nəticəsində bir nəfər həlak olub, bir neçə nəfər isə yaralanıb. Zərərçəkmiş Sənan Mehdiyev erməni hərbçilərinin açdıqları atəş nəticəsində xəsarət aldığını deyib. Nurlan Zeynalov Xocalıda düşmənin atdığı atəş nəticəsində sol ayağından yaralandığını söyləyib. Şəmsi Nəbiyev ifadəsində Xocavənddə artilleriya atəşi nəticəsində yaralandığını vurğulayıb. Digər zərərçəkmişlər Rahid Cəfərov, Samir Novruzov, Asiman Məmmədrzayev, Ceyhun Batıyev, Məmmədtağı Rüstəmov, Aydın Tanrıvediyev, Valeh Mirzəliyev ifadələrində Ermənistan ordusunun qalıqları qeyri-qanuni erməni silahlı dəstələrinin açdığı atəşlər nəticəsində xəsarət aldıqlarını bildiriblər. Zərərçəkmiş Rahid Cəfərov Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin sualına cavabında qeyd edib ki, o, Ağdərə rayonunun Canyataq kəndi ərazisində snayper atəşi nəticəsində xəsarət alıb. Güloğlan Əmiraslanov ifadəsində Xocavənd rayonunda düşmən tərəfindən atılmışFaqottank əleyhinə idarə olunan raketin partlaması nəticəsində yaralandığını söyləyib. Zərərçəkmiş Kamran Həsənov ifadə verib ki, Ağdam rayonunun Əliağalı kəndi ərazisində Ermənistan ordusunun qalıqları qeyri-qanuni erməni silahlı dəstələrinin atdığı minaatan mərmisinin yaxınlığına düşüb partlaması nəticəsində yaralanıb. Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin sualını cavablandıran zaman o qeyd edib ki, hadisə zamanı yanında olan Allahverdi Səfiyev Elnur Kərimov həlak olublar. Zərərçəkmiş İftixar Abdullayev ifadəsində Kəlbəcər rayonunda Ermənistan ordusunun qalıqları qeyri-qanuni erməni silahlı dəstələrinin açdığı atəş nəticəsində yaralandığını deyib. Rahib Məmmədov Kəlbəcərdə düşmənin ağır artilleriyadan açdığı atəş nəticəsində xəsarətlər aldığını söyləyib. İfadə verən digər zərərçəkmiş şəxslər Rahil Xəlilov, Tural Səmədov, Yamin Məmmədov, Elgün Musayev Ermənistan ordusunun qalıqları qeyri-qanuni erməni silahlı dəstələrinin müxtəlif istiqamətlərdə açdığı atəş nəticəsində yaralandıqlarını söyləyiblər. Məhkəmə prosesində, həmçinin zərərçəkmiş şəxslərin barələrində keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyləri elan edilib. Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in bir çox maddələri ilə - təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama aparma, əhalini deportasiya etmə məcburi köçürmə, təqib, insanları zorakılıqla yoxa çıxarma, beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə, işgəncə, muzdluluq, müharibə qanunlarını adətlərini pozma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma, qəsdən adam öldürmə, qəsdən adam öldürməyə cəhd, həmçinin qanunsuz sahibkarlıq, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, cinayətkar birlik yaratma, qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma gəzdirmə, hakimiyyəti zorla ələ keçirmə ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə daha bir neçə cinayət əməlinə görə müvafiq maddələrlə ittiham olunur.

 

Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsinin rəhbəri Səadət BənənyarlıŞərq”ə açıqlamasında qeyd etdi ki, cinayətkar Ermənistanın dəstəklədiyi cinayətkar separatçı rejimin insanlıq əleyhinə cinayətləri bir-bir üzə çıxır:

 

- Məhkəmədə şahidlər danışdıqca, erməni cinayətkarlarının xalqımızı necə ağır işgəncələrə, əsirlik, köçkün həyatına məruz qoyduqları, ən adi insani haqlarının tapdalandığı təsdiqini tapır. Biz bunları bilirdik. Geniş tərkibli məhkəmənin keçirilməsi bu həqiqətlərin dünyaya çatdırılmasını təmin edir. Azərbaycan dövlətinin nail olduğu bu ədalət məhkəməsində təsdiqini tapan faktlar, bütün dəlil sübutlar Beynəlxalq Cinayət  Məhkəməsinə - Haaqa Məhkəməsinə təhvil verilməli Ermənistan dövləti, vaxtilə Qarabağda yuva salmış erməni separatçıları alman faşistləri kimi beynəlxalq Haaqa Məhkəməsinə çıxarılmalıdır. Onların 30 il müddətində Azərbaycanın suveren ərazisi olan Qarabağ ətraf bölgələrdə törətdiyi cinayətlər təkcə azərbaycanlılara qarşı deyildi, bütün bəşəriyyətə qarşı idi. Məsələ təkcə insan tələfatıyla məhdudlaşmır. Onların törətdiyi milli, irqi ayrı-seçkilik, soyqırımı, maddi-mənəvi sərvətlərin məhv talan edilməsi kimi bəşəri cinayət əməlləridir. Bunu da qeyd etməliyəm ki, Azərbaycanın insan hüquqları üzrə ombudsmanı İkinci Qarabağ müharibəsi dövründən başlayaraq, Azərbaycana qarşı Ermənistan tərəfindən törədilən cinayətlər barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması istiqamətində geniş fəaliyyət həyata keçirir, bu mövzu ilə əlaqədar hesabatlar hazırlayaraq insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq qurumlara ünvanlayır. Ombudsman tərəfindən Ermənistanın azərbaycanlılara qarşı törətdiyi cinayətlər beynəlxalq hüququn pozulması faktlarını özündə ehtiva edən geniş hesabatlar hazırlanaraq yerli ictimaiyyətin aidiyyəti beynəlxalq təşkilatların diqqətinə çatdırılıb. Ermənistan tərəfindən azərbaycanlılara qarşı törədilmiş cinayətlərin, eyni zamanda beynəlxalq humanitar hüququn pozulması hallarının sübutu yalnız şahid ifadələri deyil, həm Azərbaycan ordusunun işğaldan azad etdiyi ərazilərdə aşkarlanan kütləvi məzarlıqlardır. Bu məzarlıqlarda azərbaycanlılara məxsusluğu təsdiq olunmuş insan qalıqlarının qeyri-insani formada dəfn edildiyi bilinir. Ermənistan itkin düşmüş soydaşlarımızın taleyinə hələ aydınlıq gətirmir, əsirlikdə, girov saxlananların, hələ sağ qalan azərbaycanlıların təhvil verilməsi, qətlə yetirilənlərinsə kütləvi dəfn olunduğu yerlər barədə məlumatları təqdim etmir. Piyada əleyhinə minaların basdırıldığı ərazilərin dəqiq xəritələrini verməkdən boyun qaçırır. Bunlar Ermənistan siyasi rəhbərliyinin riyakarlığının, insanlıq əleyhinə cinayətləri davam etdirdiyinin sübutudur. Bizim  üzərimizə düşən vəzifə budur ki, bununla bağlı hüquqi məsuliyyət tədbirlərinin görülməsi üçün bütün dəlil-sübutlar toplanaraq Beynəlxalq İnsan Haqları Məhkəməsinə təqdim edilsin dünya ictimaiyyətinə çağırış edilsin.

 

 

Məlahət Rzayeva

Şərq  2025.- 3 iyul (¹ 113).- S.6.