Azərbaycan-Özbəkistan əlaqələri yüksəlişdədir
Nəqliyyat-logistika
əməkdaşlığı ilə türk ölkələrinin gələcəyi
qurulur
Azərbaycan
Respublikasının dünya
birliyinə inteqrasiyası,
region ölkələri
və digər dövlətlərlə, beynəlxalq
təşkilatlarla əməkdaşlığının
inkişaf etdirilməsi
Ölkəmizin xarici siyasətində prioritet istiqamətlərdən
biri də Mərkəzi Asiya ölkələri ilə münasibətlərin daha
da gücləndirilməsidir.
Özbəkistan bu baxımdan xüsusi əhəmiyyətə malikdir.
Mərkəzi Asiyanın
ən böyük dövlətlərindən olan
və sürətlə
inkişaf edən Özbəkistan ilə Azərbaycanın qarşılıqlı
münasibətləri xüsusilə
son illərdə durmadan genişlənir. Respublikamızın bu ölkə ilə əlaqələri həm
ikitərəfli, həm
də çoxtərəfli
platformalarda, o cümlədən
də Türk Dövlətləri Təşkilatı
və digər beynəlxalq təsisatlar çərçivəsində intensiv şəkildə inkişaf edir. Hər iki ölkəni
tarixdən gələn
milli-mədəni bağlılıqlar,
dövlətlərin siyasi
iradəsi və cəmiyyətlərin istəyi
birləşdirir. Ölkələrimizin
diplomatik münasibətlərinin
1995-ci il oktyabrın
2-də qurulmasına baxmayaraq,
Azərbaycan və özbək xalqları arasında ənənəvi
dostluq və qardaşlıq əlaqələri
tarixən mövcud olub. Ortaq tarixi,
dini və mədəniyyəti bölüşən,
eyni kökə malik olan hər
iki xalq arasındakı əlaqələr
qədim dövrlərə
gedib çıxır.
İki qardaş xalq arasında mədəni əlaqələr
sovet dönəmində
də xeyli inkişaf edib. Ötən əsrin 30-cu illərində kütləvi
repressiyalar zamanı on minlərlə azərbaycanlı Özbəkistanda
sığınacaq tapıb.
1966-cı ilin aprelində
dağıdıcı zəlzələdən
sonra Daşkəndin bərpasında azərbaycanlılar
da yaxından iştirak ediblər. Bu gün 70 minə yaxın azərbaycanlı Özbəkistan
cəmiyyətinin sosial,
ictimai, iqtisadi və digər sahələrində fəal
iştirak edir. Azərbaycanla Özbəkistanın
tarixi dostluq, qardaşlıq münasibətləri
dövlət müstəqilliklərini
əldə etdikdən
sonra daha da inkişaf etdirilib və uzun illərin sınağından çıxaraq
bugünkü səviyyəyə
gəlib çatıb.
Müstəqillik illərində
iki qardaş ölkə arasında əlaqələrin inkişafında
və dövlətlərarası
münasibətlərin formalaşmasında
Ümummilli Lider Heydər Əliyevin və Özbəkistanın
sabiq Prezidenti İslam Kərimovun müstəsna xidmətləri
olub. Prezident İslam Kərimovun
1996-cı ildə Azərbaycana,
Ulu Öndər Heydər Əliyevin isə 1997-ci ildə Özbəkistana səfərləri
zamanı ölkələrimiz
arasında münasibətlərin
strateji istiqamətləri
müəyyənləşdirilib. Ümumiyyətlə, Ulu Öndər Heydər Əliyev özbək xalqına böyük sevgi ilə yanaşırdı. 1970-ci illərdə
onun Şərəf Rəşidov ilə, ondan sonra - 1990-cı illərdə isə İslam Kərimovla dostluğu münasibətlərimizin
bugünkü inkişafının
təməlini qoyub.
1997-ci il iyunun 18-19-da Ümummilli Lider Heydər Əliyevin Özbəkistana rəsmi səfərini isə münasibətlərin inkişafında
yeni mərhələ
kimi səciyyələndirmək
olar. Əlaqələrimizin
bugünkü mənzərəsinə
nəzər salsaq görərik ki, Ulu Öndərin təməlini qoyduğu münasibətlər Prezident
İlham Əliyevin uğurlu siyasəti nəticəsində bəhrəsini
verir. 2022-ci ildə Prezident İlham Əliyevin Özbəkistana
səfəri zamanı
Daşkəndin mərkəzində
Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş guşənin açılışı Özbəkistan
xalqının Azərbaycan
xalqının böyük
Liderinin xatirəsinə,
bütün xalqımıza
həqiqi qardaşlıq
münasibətinin təzahürüdür.
Xatırlatmaq yerinə
düşər ki, Özbəkistan ilə dostluq və qardaşlıq münasibətlərinin
bütün sahələrdə
inkişafına xüsusi
diqqət yetirən Prezident İlham Əliyevin 2004-cü il martın 23-24-də bu ölkəyə dövlət
səfəri zamanı
“Azərbaycan Respublikası
və Özbəkistan
Respublikası arasında
strateji tərəfdaşlığın
daha da möhkəmləndirilməsi
haqqında Bəyannamə”
imzalanıb. Strateji tərəfdaşlıq münasibətlərinin
əsasını qoyan
həmin sənəddə
tərəflərin keçmiş
Qarabağ münaqişəsinin
sülh yolu ilə həll edilməsinə və BMT Təhlükəsizlik Şurasının
müvafiq qətnamələrinin
və ATƏT-in qərarlarının yerinə
yetirilməsinə qəti
şəkildə dəstək
verdikləri ifadə olunub. Özbəkistan keçmiş Qarabağ münaqişəsində Azərbaycanın
ədalətli mövqeyini
hər zaman dəstəkləyib. Belə
ki, Özbəkistan
2008-ci il martın 14-də
BMT Baş Assambleyasında
səsverməyə çıxarılmış
“Azərbaycanın işğal
olunmuş ərazilərindəki
vəziyyət” adlı
qətnamənin lehinə
səs vermiş yeganə Mərkəzi Asiya ölkəsi olub. Həmçinin
2021-ci il martın 31-də
Türkdilli Dövlətlərin
Əməkdaşlıq Şurasının
videokonfrans formatında
keçirilmiş qeyri-formal
Zirvə görüşündə
Özbəkistan Prezidenti
Şavkat Mirziyoyev Azərbaycanı Qarabağın
qaytarılması və
tarixi ədalətin bərpa olunması münasibətilə təbrik
edib. Şavkat Mirziyoyev tərəfindən
özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa etdirilən və 2023-cü il avqustun 23-də açılışı
olan Mirzə Uluqbəy adına 960 şagird yerlik tam orta məktəb
isə Azərbaycan və Özbəkistan xalqlarının qardaşlığının
rəmzinə çevrilib.
Bütün bunlar onu deməyə əsas verir ki, hazırkı Azərbaycan-Özbəkistan əlaqələrinin
yüksək səviyyəyə
çatmasında Prezident
İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin şəxsi münasibətləri
həlledici rol oynayır. Təsadüfi deyil ki, hər
iki prezident dövlət səfərləri
və rəsmi səfərlərdən əlavə
müxtəlif beynəlxalq
tədbirlər çərçivəsində
də tez-tez görüşürlər. Şübhəsiz
ki, son illərdə
Azərbaycan-Özbəkistan əlaqələri əməkdaşlığımızın
gələcəkdə daha
da möhkəmlənəcəyini
göstərir. Hazırda
ölkələrimiz arasında
bütün sahələri
əhatə edən strateji və çoxşaxəli əməkdaşlıq
getdikcə dərinləşir
və ikitərəfli
münasibətlərin gələcək
inkişafı üçün
möhkəm təmələ
çevrilir. Sonda belə nəticəyə
gəlmək olar ki, eyni soy-kökə
və uzun tarixə söykənən
Azərbaycan-Özbəkistan əlaqələri bu gün yeni dövrün
reallıqlarına uyğun
olaraq sürətlə
inkişaf etdirilir. İki ölkə arasında bu vaxtadək imzalanmış
170-dən çox sənəd,
o cümlədən Strateji
tərəfdaşlığın dərinləşdirilməsi və
hərtərəfli əməkdaşlığın
inkişafına dair Bəyannamə bu əməkdaşlıq üçün
möhkəm hüquqi
baza yaradıb. Azərbaycanın Özbəkistan,
eləcə də digər Orta Asiya ölkələri ilə gündən-günə
daha da möhkəmlənən
əməkdaşlığı həm ölkələrimizin
və xalqlarımızın,
həm də bütün Türk dünyasının inkişafına
əhəmiyyətli töhfələr
verməkdədir. Əminik
ki, ölkələrimiz
arasındakı qarşılıqlı
etimada söykənən
və əsrlərdir
davam edən dostluq və qardaşlıq əlaqələri
bundan sonra da inkişaf edəcək, xalqlarımızın
rifahının yaxşılaşmasına
xidmət göstərəcək.
Millət vəkili
Samir Vəliyev
Sherg.az-a deyib ki, Azərbaycanla Özbəkistanın
tarixi dostluq, qardaşlıq münasibətləri
ötən dövr ərzində davamlı olaraq inkişaf etdirilib və uzun illərin sınağından çıxaraq
bugünkü səviyyəyə
gəlib çatıb.
Deputat vurğulayıb
ki, müstəqillik illərində iki qardaş ölkə arasında əlaqələrin
inkişafında və
dövlətlərarası münasibətlərin formalaşmasında
Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri
olub:
"Ulu Öndərin
təməlini qoyduğu
bu münasibətlər
Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində
daha böyük zirvəyə yüksəlib.
Azərbaycan-Özbəkistan əlaqələrinin hazırkı
yüksək səviyyəyə
çatmasında Prezident
İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin fəaliyyəti həlledici
rol oynayır. Təsadüfi deyil ki, hər iki
prezident dövlət səfərləri və rəsmi səfərlərlə
yanaşı, müxtəlif
beynəlxalq tədbirlər
çərçivəsində də tez-tez görüşürlər. Bu
baxımdan, Özbəkistan
Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana budəfəki dövlət
səfəri böyük
əhəmiyyət kəsb
edir. Səfəri çərçivəsində Prezident İlham Əliyevin Özbəkistan
Prezidenti Şavkat Mirziyoyevlə görüşü,
aparılan müzakirələr,
iki ölkə arasında müxtəlif sənədlərin mübadiləsi
dövlətlərimiz arasında
münasibətlərin daha
da güclənməsindən
xəbər verir. Qeyd etmək lazımdır ki, həm Azərbaycan, həm də Özbəkistan iqtisadi baxımdan da bütün Türk dünyasının güclü
dövlətləri hesab
olunurlar. Nəqliyyat sektoru iki qardaş
dövlət, bütövlükdə
türk ölkələri
arasında əlaqələrin
möhkəmlənməsinə mühüm töhfələr
vermək perspektivlərinə
malik istiqamətlərdən
biridir. Mühüm nəqliyyat marşrutlarının
üzərində yerləşən
ölkələrimiz bu
sahədə də fəal əməkdaşlıq
həyata keçirir.
Prezident İlham Əliyevin uzaqgörən
siyasətinin nəticəsi
olaraq Azərbaycanda bir sıra mühüm
nəqliyyat-logistika infrastrukturu
yaradılıb və
ölkəmiz beynəlxalq
nəqliyyat şəbəkələrinə
inteqrasiya olunub. Bütün bunlar Azərbaycan vasitəsilə
Mərkəzi Asiya ölkələrindən, o cümlədən
Özbəkistandan yükdaşımaların
həcminin daha da artmasına təkan verir".
Millət vəkili
qeyd edib ki, iki ölkə
arasında imzalanan sənədlər və yol xəritələri Özbəkistan-Azərbaycan strateji
tərəfdaşlıq münasibətlərinin
daha da möhkəmləndirilməsinə
və çoxşaxəli
əməkdaşlığın genişləndirilməsinə xidmət
edir:
"Özbəkistan Prezidentinin erməni işğalından azad edilmiş ərazilərə
- Füzuliyə və
Şuşaya səfəri
qardaş ölkənin
Azərbaycanın həyata
keçirdiyi bərpa-quruculuq
işlərinə töhfəsinin
və dəstəyinin
daha bir göstəricisi oldu. Füzuli şəhərində
Özbəkistan tərəfindən
orta məktəbin tikilib istifadəyə verilməsi də əsl qardaşlıq nümunəsidir. Gələcəyin
əsas hədəfi isə Azərbaycan və Özbəkistan arasında əlaqələri
daha da gücləndirməkdir.
Bu baxımdan, ötən il Prezident İlham Əliyevin Daşkəndə
səfəri zamanı
dövlət başçıları
tərəfindən imzalanmış
“Azərbaycan Respublikası
ilə Özbəkistan
Respublikası arasında
müttəfiqlik münasibətləri
haqqında Müqavilə”
xüsusi əhəmiyyət
daşıyır. Bununla
da, Azərbaycan və Özbəkistan rəsmən müttəfiq
dövlətlər oldular.
Bu, ölkələrimizin
əməkdaşlığında tarixi hadisədir. Müttəfiqlik münasibətlərinə
dair müqavilə iki ölkənin imzaladığı ali səviyyədə beynəlxalq
sənəddir. Dövlətimizin
başçısı keçən
il Daşkənddə
imzalanmış Müttəfiqlik
münasibətləri haqqında
Müqavilənin önəmindən
bəhs edərək qeyd edib ki,
bu, istənilən ölkələrin münasibətlərində
ən yüksək və əhəmiyyətli
sənəddir. Biz artıq bir ildir ki, rəsmi
müttəfiqik və
bunu beynəlxalq arenada fəal qarşılıqlı fəaliyyətlə,
qarşılıqlı dəstəklə,
həmçinin bir çox sahədə həyata keçirdiyimiz konkret plan və
layihələrlə nümayiş
etdiririk".
İsmayıl
Şərq 2025.- 4 iyul (¹ 114).- S.6.