1969-cu il 14 iyul tarixi dönüş
nöqtəsidir
Vətəndaş
cəmiyyəti, hüquqi
dövlət quruculuğu
Ulu
Öndərin uzaqgörən
siyasəti müstəqil
Azərbaycanın təməlini
qoydu
Çoxəsrlik dövlətçilik ənənələrinə
malik olan xalqımızın tarixində
Ümummilli Lider Heydər Əliyev şəxsiyyəti, onun siyasi və idarəçilik fəaliyyəti
müstəsna yer tutur.
Müasir Azərbaycan
tarixinin 30 ildən artıq bir dövründə respublikamıza
rəhbərlik etmiş
Heydər Əliyev dövlətçilik salnaməsində
elə bir irs yaradıb ki, onun öyrənilməsinə,
təbliğinə və
tətbiqinə hələ
uzun illər böyük ehtiyac olacaqdır. Hər zaman Azərbaycan xalqının mənafeyini
düşünən Heydər
Əliyev azərbaycanlı
olması ilə fəxr edirdi. Onun "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam"
müdrik kəlamı
dillər əzbəri
olub, hər bir azərbaycanlının
iftixarla səsləndirdiyi
şüara çevrilib.
Ümummilli Liderimizin
1969-1982-ci illərdəki əvəzsiz
xidmətlərinə nəzər
salanda bir daha aydın olur ki, Heydər
Əliyev hələ
o dövrdə respublikaya
rəhbərlik etdiyi vaxtlarda ölkəmizdə
qanunçuluğun və
hüquq qaydasının
möhkəmləndirilməsinə, strateji əhəmiyyətli
sənaye və istehsal müəssisələrinin
inşasına nail olmaqla Azərbaycanın iqtisadi inkişaf göstəricilərinə görə
keçmiş İttifaq
miqyasında ilk yerlərdən birini tutmasını təmin edib, müstəqilliyimizə
zəmin yaradan uzaqgörən və müdrik addımlar atıb. Ulu Öndər 1969-cu ilin 14 iyul tarixində birinci dəfə siyasi hakimiyyətə gələndə Azərbaycan
iqtisadi və mədəni sahədə
tənəzzül dövrünü
yaşayırdı. O zaman
məhz Heydər Əliyevin hakimiyyətə
gəlişi ilə cəmiyyət həyatının
bütün sahələrində
sürətli yüksəliş,
milli ruhun inkişafı və mədəniyyətin tərəqqisi
dövrü yaşanmışdı.
Ümummilli Liderin gələcəyin müstəqil
Azərbaycanını nəzərdə
tutaraq milli məfkurənin yüksəliş
və xalqın milli dövlətçilik
arzularının daha da güclənməsi üçün dövlət
quruculuğu sahəsində
gördüyü mühüm
işlərdən biri
respublikamızın xarici
aləmlə elmi-texniki,
iqtisadi və mədəni əlaqələrinin
genişləndirilməsi üçün
göstərdiyi maksimum
səylərdir.
Hüquqi dövlət
quruculuğunun Azərbaycan
modelini yaratmış
Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu məhkəmə-hüquq islahatları
bu gün də uğurla davam edir. Həyata
keçirilən hüquqi
dövlət quruculuğu
prosesi, genişmiqyaslı
məhkəmə-hüquq islahatları
ədalətli cəmiyyətin,
demokratik hüquqi dövlətin qurulmasına
yönəlib.
Millət vəkili
Ceyhun Məmmədov da Sherg.az-a açıqlamasında
qeyd edib ki, 1969-cu il 14 iyul tarixi Azərbaycanın
müasir tarixində taleyüklü dönüş
nöqtəsi, tərəqqi
və intibahla səciyyələnən yeni
dövrün başlanğıcıdır.
Həmin gün Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumunda Heydər Əlirza oğlu Əliyev respublikanın ali siyasi rəhbəri – Azərbaycan KP MK-nın birinci katibi vəzifəsinə seçilib:
“Bu təyinat
formal kadr dəyişikliyi olmayıb,
o dövrdə dərin
sosial-iqtisadi çətinliklərə
baxmayaraq, böyük
potensiala və zəngin imkanlara malik olan Azərbaycanın
durğunluqdan çıxarılaraq
hərtərəfli inkişaf
yoluna istiqamətləndirilməsi
ilə nəticələnən
strateji islahatların başlanğıcı olub.
Bu hadisənin tarixi köklərini və əhəmiyyətini
tam dərk etmək üçün
1960-cı illərin sonlarında
Azərbaycan SSR-də
mövcud olan mürəkkəb ictimai-siyasi
və iqtisadi mühiti dərindən bilmək vacibdir. Tarixin həmin məqamında respublika, sözün əsl mənasında, dərin və uzunmüddətli böhran mərhələsinə
qədəm qoymuşdu.
İqtisadiyyatın demək
olar ki, bütün sahələrində,
xüsusən də ənənəvi aparıcı
sahə hesab olunan neft sənayesində
və aqrar sektorda mənfi meyillər hökm sürürdü. Milli gəlirin həcminə, sənaye və kənd təsərrüfatı
məhsullarının ümumi
istehsal həcminə,
əmək məhsuldarlığının
artım sürətinə
görə Azərbaycan
Sovet İttifaqının
digər respublikaları
arasında geridə qalanlardan idi. Belə mürəkkəb
tarixi şəraitdə
respublikanı düşdüyü
ağır vəziyyətdən
çıxarmaq, xalq təsərrüfatında köklü
islahatlar aparmaq və cəmiyyəti mənəvi cəhətdən
sağlamlaşdırmaq qabiliyyətinə
sahib qətiyyətli,
güclü iradəyə
və dərin zəkaya malik liderin hakimiyyətə gəlməsi obyektiv zərurətə çevrilmişdi.
Bu tarixi zərurət, Heydər Əliyev kimi şəxsiyyətin respublika
rəhbərliyinə gəlişini
şərtləndirən əsas
amil oldu.
1969-cu il iyulun
14-də Azərbaycan Kommunist
Partiyası Mərkəzi
Komitəsinin plenumu işinə başladı.
Plenumda təşkilati
məsələyə baxılaraq
Vəli Axundov tutduğu vəzifədən
azad edildi və plenum iştirakçılarının yekdil qərarı ilə Heydər Əlirza oğlu Əliyev Azərbaycan KP
MK-nın birinci katibi seçildi. Seçimin bu cür olması Azərbaycanın gələcək
onilliklər üçün
inkişaf vektorunu müəyyən edən tarixi qərar idi. Müstəqilliyimizin memarının hakimiyyətə
gəlişi cəmiyyətdə
böyük ümidlər
yaratdı, insanlar onun qətiyyətində,
iradəsində və
idarəçilik bacarığında
tənəzzüldən qurtuluş
yolunu görürdülər.
Heydər Əliyev etimadı doğrultmaq üçün dərhal
fəaliyyətə başladı.
Onun rəhbərliyi ilə respublika həyatında köklü
islahatlar, genişmiqyaslı
quruculuq və milli intibah dövrü
başladı”.
Millət vəkili
qeyd edib ki, Heydər Əliyevin 1969-1982-ci illərdəki
fəaliyyətinin ən
fundamental istiqamətlərindən
biri də milli ruhun oyanışına,
milli özünüdərkin
formalaşmasına yönəlmiş
siyasəti idi:
“Sovet
ideologiyasının sərt
çərçivələrinə və məhdudiyyətlərinə
baxmayaraq, əbədi
lider Azərbaycan xalqının milli maraqlarını, dilini, mədəniyyətini və
tarixini qətiyyətlə
qoruyur və təbliğ edirdi. Bu siyasətin zirvəsi 1978-ci ildə qəbul olunan Azərbaycan SSR-in yeni Konstitusiyası oldu. Ulu Öndərin
sarsılmaz iradəsi
və prinsipial mövqeyi sayəsində Moskvanın ciddi təzyiqlərinə rəğmən,
Konstitusiyanın 73-cü maddəsində
Azərbaycan dilinin dövlət dili statusu təsbit olundu. Bu, o dövr
üçün qəhrəmanlığa
bərabər addım
idi və gələcək müstəqilliyimizin
hüquqi və mənəvi təməllərindən
birini yaratdı. Eyni dərəcədə
digər mühüm xidməti isə müstəqil Azərbaycanın
gələcəyi üçün
yüksəkixtisaslı milli
kadr potensialının
yaradılması idi. Onun təşəbbüsü
və birbaşa himayəsi ilə hər il yüzlərlə
azərbaycanlı gənc
SSRİ-nin ən qabaqcıl ali məktəblərinə, o cümlədən
hərbi akademiyalara təhsil almağa göndərilirdi. Bu uzaqgörən siyasət nəticəsində müxtəlif
sahələr üzrə
peşəkar nəsil
formalaşdı ki, onlar da sonradan
müstəqil Azərbaycan
dövlətinin qurulmasında
və idarə olunmasında həlledici rol oynadılar. 1969-cu il 14 iyulda Heydər
Əliyevin Azərbaycanda
hakimiyyətə gəlişi
respublikanın tarixində
həqiqətən də
dönüş nöqtəsi
oldu. Görkəmli siyasi liderin rəhbərliyi ilə keçən on üç il ərzində Azərbaycan
tənəzzül və
durğunluqdan xilas olaraq Sovet İttifaqının
ən qabaqcıl respublikalarından birinə
çevrildi. Bu illərdə yaradılan güclü iqtisadi, elmi-texniki, mədəni və kadr potensialı,
xalqda oyadılan milli mənlik şüuru və özünəinam hissi sonrakı onilliklərdə,
xüsusən də
XX əsrin sonunda Azərbaycanın dövlət
müstəqilliyini bərpa
etməsi və onu qoruyub saxlaması
üçün möhkəm
zəmin yaratdı. Bu tarix, bir
liderin xalqının taleyində oynaya biləcəyi müstəsna
rolun, uzaqgörən siyasətin və fədakar əməyin milləti necə yüksəlişə apara
biləcəyinin canlı
və əbədi nümunəsidir”.
Şəymən Bayramova
Şərq 2025.- 16 iyul (¹ 122).- S.6.