İnvestorların ölkəmizə marağı böyükdür
Şuşadakı
biznez-forum dövlət-özəl
tərəfdaşlığını daha da intensivləşdirəcək
Azad
sahibkarlığın və
liberal iqtisadiyyatın
təşviqi
Şuşa
şəhərində İqtisadiyyat
Nazirliyi, İxracın
və İnvestisiyaların
Təşviqi Agentliyi
(AZPROMO), İqtisadi Əməkdaşlıq
Təşkilatının (ECO) Katibliyi və ECO Ticarət və Sənaye Palataları Konfederasiyasının təşkilatçılığı
ilə 6-cı ECO biznes-forumu
keçirilib. Tədbir
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin təşəbbüsü
ilə ilk dəfə təşkil edilən “ECO Həftəsi”
çərçivəsində baş tutub. Forumda hökumət nümayəndələri, ECO-nun
və digər beynəlxalq qurumların təmsilçiləri, ECO-ya
üzv ölkələrin
ticarət və sənaye palatalarının
rəhbərləri iştirak
ediblər. Forumda çıxış edən
iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Azərbaycanın ECO çərçivəsində
davamlı iqtisadi əməkdaşlığa sadiqliyini,
təşkilatın məqsədlərinə
nail olmaqda ölkəmizin dəstəyini
vurğulayıb. Qeyd olunub ki, Azərbaycanın
üzv ölkələrlə
iqtisadi-ticarət əlaqələri
inkişaf edir. 2025-ci ilin ilk beş
ayında ECO ölkələri
ilə ticarət dövriyyəsi 3,5 milyard dollara çatıb ki, bu da
ötən ilin eyni dövrü ilə müqayisədə
10 faiz çoxdur. Azərbaycanın regionda strateji rolu, iqtisadi potensialı və regional inteqrasiya məqsədilə
atılan addımlar haqqında məlumat verilib. Üzv ölkələrlə investisiya,
enerji keçidi, nəqliyyat-tranzit və digər istiqamətlər
üzrə tərəfdaşlığın
genişləndirilməsi üçün
imkanlar diqqətə çatdırılıb. ECO-nun
Baş katibi Əsəd Məcid Xan qurumun 2026-2035-ci illəri əhatə edən yeni inkişaf sənədində
əksini tapan məsələlərə özəl
sektorun baxışı,
eləcə də ərzaq, kənd təsərrüfatı, tekstil,
İKT, turizm, nəqliyyat,
“yaşıl” və “dairəvi” iqtisadiyyat sahələrində işbirliyinin
gücləndirilməsi potensialı
barədə danışıb.
ECO Ticarət və Sənaye Palatasının
prezidenti Atif İkram Şeyx regional ticarətin inkişafı, investisiyaların
təşviqi ilə bağlı tətbiq edilən mexanizmlərin səmərəliliyinin artırılmasına
dair fikirlərini bölüşüb. Tədbirdə
Kiçik və Orta Biznesin İnkişafı
Agentliyinin (KOBİA) İdarə
Heyətinin sədri Orxan Məmmədov, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Konfederasiyasının prezidenti
Məmməd Musayev ölkəmizin ECO üzvü
olan dövlətlərlə
ortaq biznes perspektivləri barədə
məlumat veriblər.
Forumda ECO-ya üzv ölkələrin
ticarət və sənaye palatalarının
nümayəndələri transsərhəd
ticarət infrastrukturunun
genişləndirilməsi və
investisiyaların təşviqi
mexanizmlərinin təkmilləşdirilməsinin
əhəmiyyəti barədə
fikirlərini bildiriblər.
Regional dəyər zəncirlərinin
inkişafı, nəqliyyat-logistika
sistemlərinin rəqəmsallaşdırılması,
gömrük prosedurlarının
sadələşdirilməsi üçün vahid platformaların yaradılması
kimi məsələlərə
toxunulub. Qeyd edilib ki, özəl
sektorun regional strategiyaların formalaşdırılmasında
daha fəal iştirakı və dövlət-özəl tərəfdaşlığının
institusional əsaslarla
gücləndirilməsi önəm
kəsb edir. Forum biznes-dövlət (B2G) və
biznes-biznes (B2B) formatında
görüşlərlə davam edib. Tədbir
çərçivəsində sahibkarların Ağdam Sənaye Parkına səfəri təşkil
olunub. AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev agentliyin təşkilatçılığı
ilə ECO ölkələri
ilə həyata keçirilən ikitərəfli
forumlar, investisiya layihələri barədə
məlumat verərək
forumun dövlət-özəl
tərəfdaşlığını daha da intensivləşdirəcəyini
bildirib. Y.Abdullayev qeyd edib ki,
ECO regionu çərçivəsində
əməkdaşlığı genişləndirmək və
şaxələndirmək üçün
bir neçə əsas istiqamətə diqqət yetirilməlidir.
O qeyd edib ki, AZPROMO sektorlararası sinerjiləri müəyyən
etməyə, bazarlarda
istehsalçıları, təchizatçıları
və alıcıları
birləşdirməyə kömək
etməyə hazırdır.
“Biz bərpaolunan enerji, rəqəmsal texnologiyalar, infrastruktur və aqrobiznes sahələrində dayanıqlı
transsərhəd investisiyaları
artırmalıyıq. Son
illər əlverişli
investisiya mühiti və aparılan biznes islahatları sayəsində qeyri-neft sektorlarımıza bu axın artmaqda davam edib. İxracatçılarımızı
dəstəkləmək yeni
alətlər hazırlayır,
xüsusən də ixrac coğrafiyasının
şaxələndirilməsinə diqqət yetiririk. Biz dövlət-özəl
dialoqunu dərinləşdirməliyik.
Bugünkü kimi tədbirlər hökumətlərin,
biznes assosiasiyalarının
və sahibkarların birlikdə praktik məqsədləri formalaşdırdığı
müntəzəm məkanlara
çevrilməlidir”, - deyə
Yusif Abdullayev qeyd edib. Y.Abdullayev
bildirib ki, turizm sahəsi də İqtisadi Əməkdaşlıq Təşkilatı
(ECO) ölkələri arasında
qarşılıqlı fəaliyyətin
ən vacib və perspektivli istiqamətlərindən biridir.
ECO-ya üzv dövlətlər arasında
tekstil sektoru da əməkdaşlığın
inkişafı üçün
cəlbedici istiqamətlər
sırasındadır. Çünki
təşkilatın bütün
ölkələri bu sahədə böyük təcrübəyə malikdir.
İcraçı direktor
ECO-nun Baş katibinin ölkələr arasında ticarətin təşviqi üçün
strukturlar arasında mübadilə platformasının
yaradılması təklifini
yüksək qiymətləndirib:
“Bu istiqamətdə tərəflər gələcək
əməkdaşlıq üçün
iş aparacaqlar. Bundan başqa, gələcəkdə birgə
sərgilərin keçirilməsi
də istisna deyil. Həmçinin növbəti görüşlərdə
nəqliyyat-logistika əlaqələrinin
inkişafı məsələsinə
diqqət yetiriləcək”.
ECO regionu böyük
potensiala malikdir və bu potensialı
reallaşdırmaq üçün
ən əlverişli
mövqedə məhz
kiçik və orta sahibkarlıq subyektləri dayanır. Bu barədə Azərbaycan Respublikasının
Kiçik və Orta Biznesin İnkişafı
Agentliyi (KOBİA) İdarə
Heyətinin sədri Orxan Məmmədov Şuşada keçirilən
6-cı ECO biznes-forumunda çıxışı
zamanı deyib.
“KOBİA olaraq biz innovasiyalara təkan verən, məşğulluq
yaradan və regional ticarət əlaqələrini möhkəmləndirən
bizneslərə dəstək
göstərməyə fokuslanmışıq.
Fəaliyyətimiz real
ehtiyaclara və praktik dəstəyə əsaslanır. KOBİA ECO-ya
üzv ölkələrinin
ticarət-sənaye palataları
və KOB inkişafı
üzrə qurumları
ilə sıx əməkdaşlıq münasibətləri
saxlayır. Bu tərəfdaşlıqlar artıq
uğurlu təcrübə
mübadilələrinə, birgə təşəbbüslərə
və ortaq layihələrə marağın
artmasına səbəb
olub”, - deyə Orxan Məmmədov vurğulayıb.
İqtisadçı Pərviz Heydərov
Sherg.az-a açıqlamasında bildirdi ki, İƏT-nin işğaldan azad olunmuş ərazilərin mərkəzi
şəhəri olan Şuşada keçirilməsinin
xüsusi əhəmiyyəti
vardır:
- Bu forum
ötən illərdə
paytaxt Bakıda keçirilib. Amma indi Qarabağın mərkəzi Şuşada
keçirilir. Bunun özü dünyaya bir mesajdır. Əlbəttə ki,
İƏT-in bir təşkilat olaraq çox böyük önəmi var. Təşkilat özündə
iqtisadi əməkdaşlığı
ehtiva edir. Təşkilata üzv ölkələr də qarşılıqlı ticarət
əlaqələrinə malikdirlər.
Üzv ölkələr
arasında qarşılıqlı
ticarət dövriyyəsi
bu ilin yanvar-may
aylarında 3 milyard ABŞ dollarından
yuxarı məbləğə
gəlib çatıb.
Bu, çox ciddi rəqəmdir. Təşkilata üzv ölkələrdən Türkiyə,
İran Azərbaycanla sıx
iqtisadi əlaqələrə
malikdirlər və bizim ticarət əlaqələrimizdə bu
ölkələr böyük
yer tutur. Türkiyə Rusiyadan sonra ikinci ən
böyük partnyorumuzdur.
Azərbaycan şimal-cənub,
şərq-qərb ticarət
dəhlizinin mərkəzində
yerləşir və bu özü də iqtisadi əməkdaşlıq təşkilatı
ölkələrinə böyük
imkanlar yaradır. Azərbaycanın ticarət
dəhlizinin mərkəzində
yerləşməsi İƏT ölkələri arasında
qarşılıqlı ticari
əlaqələrin daha
da genişlənməsinə,
ticarət dövriyyəsinin
daha da yüksəlməsinə
stimul yaradır. Əlaqələrin genişlənməsi
yeni potensialların aşkarlanması baxımından
da önəm kəsb edir. Bu, həm ölkə
iqtisadiyyatının inkişafına
xidmət edən, o cümlədən də sahibkarlığın inkişafına
böyük dəstək
olacaq amildir. Forumda da deyildiyi
kimi iqtisadi sferada, sənayenin bir çox sahələrində sahibkarlıq
subyektlərinin işə
cəlb olunması vacibdir. Əvvəllər
də demişik ki, ölkəmizə investorların marağı
böyükdür. Biz
çalışmalıyıq özəl sektor ölkə iqtisadiyyatının
əsas lokomotivinə
çevrilsin, iqtisadi kurs məhz bu istiqamətdə irəliləsin.
Məlahət Rzayeva
Şərq 2025.- 5 iyul (¹ 115).- S.6.