Texnologiya sinifə daxil oldu

 

Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması

 

Faydalarla yanaşı risklər artırhüquqi etik çərçivə hələ formalaşmayıb

 

Kamran Əsədov: “Süni intellekt müəllimi əvəz etmir, onun imkanlarını artırır

 

Süni intellekt texnologiyaları günümüzün ayrılmaz tərkib hissəsinə çevrilib. Təkcə texnologiya sənaye sahələrində deyil, təhsil daxil olmaqla bir çox sahədə inqilabi dəyişikliklərə səbəb olur.

Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə süni intellektin artıq həyatının ayrılmaz köməkçisinə çevrildiyini bildirib. BeşinciYüksəlişmüsabiqəsinin yarımfinal mərhələsində çıxış edən sədr vurğulayıb ki, bu texnologiyanın düzgün istifadəsi xüsusi bilik bacarıq tələb edir. Onun sözlərinə görə, süni intellekt hər dərdin dərmanı deyil, əksinə, onu mənimsəyənlər üçün imkan, mənimsəməyənlər üçün isə məhdudlaşdırıcı faktora çevrilə bilər: “Vaxtilə kapitalizm haqqında deyilən fikir – "varlıları daha da varlı, kasıbları isə daha da kasıb edir" – indi süni intellekt üçün keçərlidir: o, ağıllı insanları daha da ağıllı edir, qeyri-bilgililəri isə öz qulluqçusuna çevirir”.

Məleykə Abbaszadə qeyd edib ki, Dövlət İmtahan Mərkəzi süni intellektdən əsasən imtahan nəticələrinin sualların yoxlanması mərhələsində istifadə edir. Bununla belə, sistemə daxil edilən suallar insan mütəxəssislər tərəfindən hazırlanır süni intellekt bu prosesə müdaxilə etmir.

Qeyd edək ki, təhsil, insan cəmiyyətinin əsas inkişaf sahələrindən biri olmaqla yanaşı, çoxsaylı sosial iqtisadi dəyişikliklərə yön verir. Belə bir şəraitdə, süni intellektin təhsildə tətbiqi, yeni yanaşmalar, tədris metodları qiymətləndirmə üsullarının yaranmasına təkan verir.

 

Sözsüz ki, süni intellektin təhsildə tətbiqi həm böyük potensial, həm ciddi məsuliyyət tələb edir. Gələcəyin təhsili yalnız texnoloji yeniliklərlə deyil, eyni zamanda bu texnologiyaların etik, ədalətli inklüziv şəkildə tətbiqi ilə formalaşacaqdır. Azərbaycan da bu prosesdən kənarda qala bilməz bu istiqamətdə atılacaq hər bir addım gələcək nəsillərin daha keyfiyyətli əlçatan təhsil almasına zəmin yarada bilər. Tədris prosesində insan amilinin zəifləməsi, şəxsi məlumatların təhlükəsizliyi, Sİ-nin qərarlarında şəffaflığın olmaması etik məsələlər bu sahədə diqqətlə yanaşılması vacib olan məqamlardandır. Bundan başqa, inkişaf etmiş inkişaf etməkdə olan ölkələr arasında rəqəmsal bərabərsizliyin dərinləşməsi təhlükəsi mövcuddur.

 

 Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsildə Təhlil Kommunikasiyalar Mərkəzinin rəhbəri Kamran Əsədov isə qeyd edib ki, süni intellektin təhsil sahəsində tətbiqi artıq inkişaf etmiş ölkələrdə təkcə texnoloji yenilik deyil, strateji təhsil siyasətinin mühüm istiqamətinə çevrilib. EkspertŞərq”ə açıqlamasında bildirib ki, ənənəvi tədris yanaşmaları ilə texnologiya əsaslı təhsil arasında fərq yalnız metodlarda deyil, nəticələrin keyfiyyətində sürətində özünü göstərir:

 

 Ənənəvi sinifdə müəllimin fərdi şagirdə fokuslanma imkanı son dərəcə məhduddur, halbuki süni intellekt alqoritmləri bu işi saniyələr içində edə, fərdi tədris planları hazırlaya, zəiflikləri aşkar edə nəticə yönümlü müdaxilə edə bilir. Bu baxımdan, süni intellektin təhsildə tətbiqi həm tədris prosesinin fərdiləşdirilməsi, həm idarəetmə sisteminin optimallaşdırılması, həm sosial bərabərliyin dəstəklənməsi baxımından ciddi dönüş nöqtəsidir.

Təhsil sahəsində süni intellektin tətbiqi ilk növbədə fərdiləşdirilmiş tədris imkanları ilə diqqət çəkir. Məsələn, ABŞ- tətbiq olunan “Carnegie Learning” platforması riyaziyyat fənni üzrə şagirdlərin hər bir cavabını təhlil edir ona uyğun çətinlik səviyyəsində yeni tapşırıq təqdim edir. Çin isə “Squirrel AI” sistemi ilə hər bir şagirdin davranışını, cavab sürətini, zəif mövzularını təhlil edərək adaptiv tədris modelləri qurur. Bu cür sistemlər müəllimin fiziki olaraq çatdıra bilmədiyi fərdi dəstəyi avtomatlaşdırır kütləvi təhsildə fərdi yanaşmanı mümkün edir. Eyni zamanda Sinqapur Cənubi Koreya kimi ölkələr süni intellekti yalnız şagird yönümlü deyil, həm idarəetmə tədris yükünün optimallaşdırılması üçün istifadə edir. Müəllimlərə dərs planları, qiymətləndirmə meyarları sinif performansına dair statistik hesabatlar təqdim edən sistemlər artıq geniş tətbiq olunur”.

Statistik göstəricilərin bu texnologiyanın nəticələrini təsdiqlədiyini vurğulayan ekspert xatırladıb ki, süni intellektin istifadə olunduğu məktəblərdə şagirdlərin STEM fənləri üzrə nəticələri 14 faiz yüksəlib: “Araşdırmalar zamanı bu texnologiyanın tətbiqi nəticəsində müəllimlərin dərsə hazırlıq qiymətləndirməyə sərf etdiyi vaxtın da 30 faizə qədər azaldığı müəyyən edilib. Bu isə müəllimin daha çox yaradıcı pedaqoji fəaliyyətə fokuslanmasına imkan verir.

Müsbət tərəflərlə yanaşı, süni intellektin təhsildə tətbiqi bir sıra risk mənfi halları da gündəmə gətirir. Birincisi, texnoloji bərabərsizlikbütün şagirdlərin texnologiyaya çıxışı bərabər deyil. Xüsusilə kənd məktəblərində internet cihaz çatışmazlığı bu sistemlərdən effektiv istifadəni mümkünsüz edir. İkincisi, etika məxfiliksüni intellekt platformaları şagirdlərin şəxsi məlumatlarını toplayır bu, məlumatların təhlükəsizliyi istifadəsi baxımından ciddi suallar doğurur. Üçüncüsü, müəllimin rolubəzi hallarda süni intellektin geniş tətbiqi müəllimlərin rolunun azaldılması təhlükəsi yaradır pedaqoji münasibətlərin sıradan çıxmasına səbəb ola bilər. Yəni texnologiyanın yerinə müəllimi deyil, müəllimin yanında texnologiyanı düşünmək lazımdır”.

Azərbaycan təhsil sistemində süni intellekt tətbiqinin hələlik başlanğıc mərhələsində olduğunu xatırladan K.Əsədova görə, hazırda elektron jurnal, qiymətləndirmə sistemləri, bəzi platformalarda məhdud formada tətbiq olunan alqoritmlər mövcuddur: “Lakin bu sistemlər yalnız avtomatlaşdırma səviyyəsindədir, yəni tədrisin strukturuna dərin inteqrasiya olunmayıb. dövlət strategiyalarında, qanunvericilikdə süni intellektin təhsil sahəsində istifadəsini tənzimləyən konkret çərçivə yoxdur. “Təhsil haqqındaQanunun 2009-cu il versiyasında texnologiyanın tətbiqi yalnız ümumi prinsip kimi qeyd olunur, amma süni intellektə dair konkret mexanizm, məsuliyyət normativ baza hələlik yoxdur. Bu isə həm texniki, həm hüquqi, həm etik risklərin qarşısının alınmasını çətinləşdirir”.

K.Əsədovun fikrincə, yaxın illərdə süni intellektin tətbiqi ilə təhsil sistemində bir sıra dəyişikliklər baş verəcək: “Şagirdin bilik bacarıqları yalnız test nəticəsi ilə deyil, davranış modeli, mövzu üzrə cavab dərinliyi, interaktiv fəaliyyətləri ilə ölçüləcək: “Müəllimlərin fəaliyyətinə dair hesabatlar daha obyektiv nəticə yönümlü olacaq. Tədris planları regional lokal ehtiyaclara uyğun şəkildə, data əsaslı şəkildə yenilənəcək. Bu isə sistemli, fərdiləşdirilmiş ədalətli təhsil modelinin formalaşmasına təkan verəcək. Lakin bu dönüş yalnız texnologiyanın gətirilməsi ilə deyil, eyni zamanda müəllimlərin, idarəedicilərin cəmiyyətin texnoloji savadlılığı ilə mümkündür. Buna görə , süni intellektin təhsildə uğurlu tətbiqi üçün ilk növbədə hüquqi bazanın təkmilləşdirilməsi, texnoloji infrastruktura bərabər çıxışın təmin olunması, müəllimlərin bu texnologiyalarla işləmək bacarığının artırılması etik standartların müəyyənləşdirilməsi prioritet sahələr olmalıdır. Əgər bu amillər balanslı şəkildə nəzərə alınarsa, süni intellekt təkcə texnoloji yenilik deyil, həm təhsil sisteminin keyfiyyət ədalət meyarlarına uyğun transformasiyası üçün mühüm alətə çevriləcək”.

 

 

Şəymən Bayramova

Şərq  2025.- 8 iyul (¹ 116).- S.6.