Dini dəyərlər manipulyasiyadan qorunmalıdır

 

Dini milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi

 

Azərbaycan dövləti bu sahədə ardıcıl balanslı siyasət yürüdür

 

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə bu günlərdə Şamaxıda keçirilənMüasir informasiya məkanı dini etiqad azadlığımövzusunda konfrans cəmiyyətə vacib mesajların ötürülməsi baxımından böyük əhəmiyyət kəsb edir. Azərbaycan cəmiyyətinin çox konfessiyalı, müxtəlif dini etnik qrupların vahid orqanizm şəklində birləşdiyini nəzərə alsaq, dini etiqad azadlığının dərəcədə mühüm olduğu təsdiqini tapır. Azərbaycan hazırda dünyaya tolerantlıq, milli-dini-etnik dözümlülüyün ən yüksək nümunəsini əyani olaraq təqdim edir. Tolerantlıq mühitinin formalaşmasında təbii ki, medianın da rolu danılmazdır. 3 əsrlik kökləri üzərində dayanan mediamızda dözümlülük, müxtəlif xalqlara, etnik qruplara, ayrı-ayrı dinlərə daim hörmətlə yanaşılıb, insanların dini etiqadı, fərqli baxışları anlayışla qarşılanıb. Müxtəlif fikirlərin yer alması üçün mühüm platformaya çevrilib. Bu reallıq sözügedən konfransın gedişində özünü büruzə verib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Şamaxı Rayon İcra Hakimiyyəti, Azərbaycan Mətbuat Şurası Azərbaycan Dövlət İnformasiya Agentliyinin rəhbərliyi, Milli Məclisin deputatı, ilahiyyatçılar, din xadimləri, həmçinin 30-dan çox mətbuat nümayəndəsi iştirak edib. Konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərində ucaldılan abidəsi önünə gül dəstələri qoyaraq, xatirəsini ehtiramla anıblar. Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov vurğulayıb ki, Azərbaycanda müxtəlif dini konfessiyalar bir arada mehriban yaşayır, harmonik cəmiyyət qurulub. Ölkəmizin son illərdə atdığı addımlar ümumilikdə humanizm nümunəsidir. Milli Mətbuat Günü münasibətilə media mənsublarına təbriklərini çatdıran Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov bildirib ki, Ulu Öndər Heydər Əliyev milli mətbuatı cəmiyyətin maariflənməsində ictimai rəyin formalaşmasında əvəzsiz vasitə kimi qiymətləndirirdi. Ümummilli Liderin siyasi kursunun davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bu sahədə həyata keçirilən institusional islahatlar mühüm əhəmiyyət daşıyır. Komitə sədri bildirib ki, müasir medianın işi yalnız informasiyanı çatdırmaqla bitmir. İndi o, həm vətəndaş məsuliyyətinin formalaşmasında, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasında vacib rol oynayır. Müxtəlif vasitələrlə, xüsusilə sosial media üzərindən Azərbaycana qarşı dini zəmində ideoloji təhdidlər, rəqəmsal platformalar vasitəsilə yayılan yanlış məlumatlar, dinin mahiyyətini təhrif edən çağırışlar, məzhəbçilik üzərindən nifaq salmaq cəhdləri barədə danışan Ramin Məmmədov qeyd edib ki, texnologiyanın sürətli inkişafı, xüsusilə süni intellektin informasiya istehsalına yayımına daxil olması həm yeni imkanlar, həm yeni risklər yaradıb. Bu gün din bəzi hallarda mənəvi-əxlaqi fəlsəfi mahiyyətinə uyğun olmayan bir tərzdə cəmiyyətə təqdim olunur. Dinin təşviq etdiyi ideyalar insanların mənəvi kamilliyinə, ictimai münasibətlərdə sosial-əxlaqi prinsiplərin düzgün qavranılmasına xidmət etsə , bəzən ayrı-ayrı qrupların, bəzi dövlətlərin əlində ideoloji silaha çevrilərək müəyyən cəmiyyətlərdə parçalanma yaratmaq üçün istifadə edilir. Komitə sədri vurğulayıb ki, dinin ruhani gücü medianın informasiya təsiri arasında gözlə görünməyən, lakin çox sıx möhkəm bağ mövcuddur. Media din ayrı-ayrılıqda cəmiyyətin mənəvi inkişafında ictimai əxlaq normalarının formalaşmasında vacib rol oynayır. Amma birlikdə olduqda bu təsir daha da güclənir ictimai fikrə, mənəvi dəyərlərə, sosial münasibətlərə, cəmiyyətin ümumi inkişafına istiqamət verən amilə çevrilir. Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid çıxışında medianın dini qurumların qarşılıqlı etimad əsasında əməkdaşlıq etməsinin vacibliyini qeyd edərək, belə tədbirlərin ictimai dialoqun inkişafına cəmiyyətdə dini tolerantlığın möhkəmləndirilməsinə xidmət etdiyini diqqətə çatdırıb. R.Məcid, həmçinin vurğulayıb ki, Azərbaycan mətbuatının uzun illərdən bəri əsas qayəsi cəhalətə xurafata qarşı mübarizə aparmaq olub indi jurnalistlərin bu missiyası davam edir. Azərbaycan Respublikası Milli Məclisinin deputatı Tamam Cəfərova bildirib ki, Azərbaycan mediası son 150 ildə maarifləndirmə, milli kimlik söz azadlığının təmin edilməsində mühüm rol oynayıb. O, 44 günlük Vətən müharibəsində medianın qəhrəmanlığını dezinformasiyalara qarşı mübarizəsini xüsusi vurğulayıb. Deputat söyləyib ki, Azərbaycan mətbuatı beynəlxalq səviyyədə rəqabətə davamlıdır yeni çağırışlara cavab verməyə qadirdir. Zəfərdən sonra yaranan yeni reallıqlarla yanaşı, bəzi təhdidlər dini müstəvidə özünü göstərir. Bu səbəbdən, media din sahəsində maarifləndirmədə fəal rol oynamalı, jurnalistlər isə bu sahədə ixtisaslaşmalıdır. Azərbaycan Dövlət İnformasiya Agentliyinin İdarə Heyətinin sədri Vüqar Əliyev bildirib ki, müasir informasiya mühitində dini etiqad azadlığının qorunması düzgün təqdim olunması cəmiyyətin mənəvi sabitliyi üçün vacibdir. Azərbaycan dövləti bu sahədə ardıcıl balanslı siyasət yürüdür, dini savadlılığın sağlam informasiya axınının təşviqinə xüsusi önəm verir. Sosial media dövründə dini mövzuların peşəkar məsuliyyətli şəkildə təqdim olunması media qurumlarının əsas vəzifəsidir. Dini dəyərlərin manipulyasiyadan qorunması milli-mənəvi dəyərlərin təbliği üçün media dini qurumlar birgə fəaliyyət göstərməlidir. İnformasiya dini etiqad azadlığı bir-birini tamamlayan dəyərlərdir bu sahədə uğurlu Azərbaycan modeli formalaşıb. Konfrans işini panel sessiyalarla davam etdirib. Konfrans iştirakçıları dini dəyərlərin manipulyasiyadan qorunmasının vacibliyini vurğulayıblar. Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov həmçinin Ağsu şəhərindəki dini ibadət yerlərini ziyarət edib, məscidlərin fəaliyyəti ilə tanış olub, din xadimləri ilə söhbət edib. Komitə sədri bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə dövlət-din münasibətlərinin ən yaxşı nümunələrindən biri formalaşdırılıb. Bu model dini etiqad azadlığının təmin olunması, konfessiyalar arasında qarşılıqlı hörmətin təşviqi prinsiplərinə, tolerantlıq multikulturalizm ənənələrinə əsaslanır.

 

Şamaxıda keçirilən konfransın əhəmiyyətindən danışan ilahiyyatçı Hacı Atif İsmayılov Sherg.az-a açıqlamasında qeyd etdi ki, bu cür tədbirlər ölkəmizdə dini etiqad azadlığının dövlət səviyyəsində himayə olunduğunu göstərir:

 

- Bu gün ölkəmizdə insanlar rahat bir şəkildə ibadətlərini yerinə yetirir, heç bir təzyiq, ayrı-seçkiliklə üzləşmirlər. Azərbaycan demokratik ənənələrə sadiq, dünyəvi dövlətdir, amma eyni zamanda öz tarixi-mədəni mənəvi irsinə dərin hörmətlə yanaşan bu ənənələrin dövlət səviyyəsində qorunduğu ölkədir. Ölkəmizdə dini etnik mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlar üçün bərabər imkanlar, əlverişli şərait yaradılıb. Son illərdə din sahəsində inkişaf, yeniliklər görünür. Din xadimlərinin maariflənməsinə diqqət edilir, milli-mənəvi dəyərlərin təbliği gənclərin sağlam düşüncə ilə yetişdirilməsi istiqamətində işlər həyata keçirilir. Azərbaycandakı dini tolerantlığın ən bariz nümunəsi işğaldan azad edilmiş bölgələrimizdə islam abidələri ilə yanaşı, qeyri-islam dini ibadət ocaqlarının da bərpa yenidənqurulmasıdır. Bu təkcə işğaldan azad olunmuş ərazilərdə deyil, ümumən ölkəmizin hər bir bölgəsində belədir. Dini etiqadından asılı olmayaraq hər kəs sərbəst şəkildə ibadət edə bilir. Dini dözümsüzlük yaymağa cəhd edənlər ola bilər. Xüsusən, son illərdə internetin yayılması zərərli məlumatların cəmiyyətə ötürülməsini asanlaşdırır. Həm cəmiyyyətimiz, həm dövlət qurumları bu kimi zərərli halların qarşısının alınmasında birgə çalışmalıdırlar.

 

Məlahət Rzayeva

Şərq  2025.- 18 iyul (¹ 124).- S.6.