Əkinçi”nin işığında oyanan milli ideologiya

 

Media bu gün dövlətçilik azərbaycançılıq ideyalarının ən güclü təbliğatçılarındandır

 

Azərbaycançılıq ideyasının təbliği

 

Hər bir dövlətin bel sütunu milli ideologiyadır. Milli ideologiya dövlətin millətin var olmasına xidmət edən ən güclü vasitədir. XXI əsrin internet, rəqəmsallaşma, süni intellekt pəncərəsindən keçmişə baxdıqda milli ideologiya daşıyıcısı ziyalıların məhz mətbuat vasitəsilə fikir düçüncələrini yaydığı, xalqı birlik həmrəyliyə səslədiyi görünür. 150 illiyini bu günlərdə qeyd etdiyimiz milli mətbuatımızın beşiyi başında da görkəmli mütəfəkkir Həsən bəy Zərdabi ilə yanaşı məsləkdaşları dayanıb.

 

Bu mənadaƏkinçisıradan bir qəzet deyildi, Azərbaycan xalqının istiqlal, azadlıq arzularının səsləndiyi tribuna idi. “Əkinçi”nin nəşri ilə milli oyanışın, milli özünüdərkin təməli qoyulmuşdu. Məlumdur ki, milli oyanışa köklənmişƏkinçi”nin maarifçilik xəttinin davam etməsində o dövrün görkəmli şəxsiyyətləri Mirzə Fətəli Axundov, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Mirzə Ələkbər Sabir, Əsgər ağa Gorani daha neçə-neçə ziyalıların müstəsna xidmətləri olub. “Əkinçiməhz dövrün ziyalılarının dəstəyi ilə milli oyanışı, milli ideologiyanı yayırdı. “Əkinçi”nin ömrü qısa, davamçıları isə çox oldu. XIX əsrin sonları XX əsrin əvvəllərində təşəkkül tapmış milli mətbuat nümunələrimizƏkinçi”nin başlatdığı milli ideologiya çağırışlarını ləyaqətlə davam etdirdilər. Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun direktoru olmuş filologiya elmləri doktoru, professor Yaşar Qarayev məqalələrinin birində yazır ki, azərbaycançılıq milli özünüdərkin, etnik şüur intibahının fəlsəfədə, elmdə ideya ifadəsidir. Lakin bu ideya, bu fəlsəfə nəzəriyyədən təcrübəyə, milli ideyadan milli şüura tam halda yalnız o zaman çevrilir ki, ayrı-ayrı ziyalılar, təklər yox, kütlələr əməldə, işdə ona sahiblik şüuru nümayiş etdirirlər. Bu baxımdan H.B.ZərdabininƏkinçi”si kütlələri oyadan, milli ideyanı milli şüura yeridən mətbu orqan idi. “Əkinçiaraşdırmaçılarının yekdil fikri budur ki, H.Zərdabi azərbaycançılıq görüşləriniƏkinçivasitəsilə xalqa çatdırıb.

 

 Milləti bir millət kimi səciyyələndirən cəhətlər, xalqın milli xarakterini müəyyən edən xüsusiyyətlər uzun əsrlər boyu xalqın konkret tarixi inkişafı prosesində bu prosesin özünəməxsus cəhətlərini əks etdirərək yetişir, cilalanır millətin, milli mədəniyyətin, milli şüurun təşəkkülü ilə yeni keyfiyyət alır, milli xarakteri müəyyən edən keyfiyyətə çevrilir. Milli şüurun oyanışı millətin öz əslini-kökünü, tarixini tanımasına bağlıdır. Bu mənada XIX əsrin sonlarına doğruƏkinçiqəzetinin nəşri təkcə milli mətbuatımızın yaranması deyil, maarifçilik milli özünüdərk prosesinin yeni mərhələsi olaraq səciyyələndirilməlidir. “Əkinçi”nin nəşri ilə milli mətbuatımız təkbaşına yola çıxmadı, arxasınca milli düşüncə milli ideologiyanı da apardı. Bu qəzet maarifçilik ideyalarını yaymaqla yanaşı, xalqın tarixi keçmişinə, dövlətçilik ənənələrinə işıq salırdı. Bununla da, şüurlarda dövlətçilik ideyasını oyadırdı. Qafqazı işğal etmiş Rusiya imperiyasının siyasi dairələri elə buna görəƏkinçi”nin nəşrindən narahat idi nəticədə qəzetin nəşri dayandırıldı. Amma Həsən bəy Zərdabi missiyasını yerinə yetirmişdi. Qısa bir vaxt ərzində dövrün görkəmli ziyalılarını, mütəfəkkirləriniƏkinçiətrafında cəm etməklə mütərəqqi, demokratik ideyaların təbliğatçısı rolunu uğurla başa vurmuşdu. “Əkinçi”dən sonrakı nəşrlər Molla Nəsrəddin” “Kaspi”, “Ziya”, “Füyüzat”, “Kəşkül”, Həyat”, "Açıq söz digər mətbu orqanlar xalqın maariflənməsinə, milli şüurun formalaşmasına, xalqımızın azadlıq amallarının gerçəkləşməsinə mənəvi dəyərlərimizin qorunmasına mühüm töhfələr verdilər. Prosesin davamı Azərbaycan Xalq Cümhuriyyəti dövründə , sovetlərin senzura maşınına rəğmən SSRİ dönəmində davam etdi. Azərbaycanın müstəqilliyini bərpa etməsiylə azad mətbuat, müasir medianın formalaşması isə milli ideyaların sərbəst daha yüksək səviyyədə inkişafıyla nəticələndi. Bu gün milli mediamız dövlətçilik azərbaycançılıq ideyalarının ən güclü təbliğatçılarından biridir. 

 

Milli mətbuatımızın 150 illiyi ilə bağlı fikirləriniŞərq”lə bölüşən millət vəkili Ceyhun Məmmədov bildirib ki, “Əkinçiqəzeti xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük rol oynayıb:

 

- Bugünədək Azərbaycan milli mətbuatı çox şərəfli zəngin inkişaf yolu keçib. Xalqımızın görkəmli ziyalıları, yazıçı-publisistləri, mütəfəkkirləri mətbuat vasitəsilə milli şüurun, mənəviyyatın mədəniyyətin formalaşmasına inkişafına güclü təkan veriblər. Milli mətbuatımız hər zaman Azərbaycan həqiqətlərinin təbliği missiyasını uğurla, şərəflə həyata keçirib. 44 günlük Vətən müharibəsinin gedişində düşmən təbliğatına qarşı informasiya mübarizəsini qələbə ilə başa vurub, xalqın birlik həmrəyliyini təcəssüm etdirib. Bu missiya bu gün davam edir. qədər ki dövlətimizə yönələn təhdidlər davam edir, milli mətbuatımızƏkinçi”dən qaynaqlanan milli ideyalara söykənərək məhz dövlətimizin dəstəyi ilə üzərinə düşən vəzifəni yenə ləyaqətlə davam etdirəcək, bədxahlara aman verməyəcək. Milli mətbuatımızın əsas missiyası milli - azərbaycançılıq ideyalarını qorumaq, dövlətçilik ənənələrinə sadiq qalmaqdır.

 

 

Məlahət Rzayeva

Şərq  2025.- 23 iyul (¹ 127).- S.6.