Bu ticarətə susmaq cinayətdir!

 

İnsan alveri XXI əsrin görünməyən müharibəsidir

 

 

İnsan hüquq azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial siyasi fəallığının artırılması

 

30 iyul - Səssiz qurbanların səsi olmaq günüdür!

 

 30 iyul - Ümumdünya İnsan Alverinə qarşı Mübarizə Günüdür. BMT Baş Assambleyasının qətnaməsinə əsasən hər il iyulun 30-u Ümumdünya İnsan Alverinə qarşı Mübarizə Günü kimi qeyd edilir.

Ölkəmizdə insan alverinə qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilməklə bərabər, insan alveri qurbanlarının sosial müdafiəsi, onların reabilitasiyası istiqamətində işlər aparılır.

Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi tərəfindən insan alveri qurbanları potensial insan alveri qurbanları (insan alveri təhlükəsi ilə üzləşmək riski olanlar) sosial-hüquqi, sosial-psixoloji dəstək reabilitasiya xidmətləri ilə təmin olunurlar. Mərkəzin sosial işçi, psixoloq hüquq məsləhətçisindən ibarət işçi heyəti tərəfindən həmin şəxslərin hər biri ilə bağlı fərdi sosial reabilitasiya planı tərtib edilərək həyata keçirilir. İnsan alveri qurbanları potensial insan alveri qurbanları aktiv məşğulluq proqramlarına cəlb edilməklə, onların məşğulluğuna da dəstək göstərilir. Eyni zamanda insan alveri ilə bağlı ictimai məlumatlılığın artırılması üçün bölgələrdə maarifləndirici  tədbirlər həyata keçirilir.

BMT-nin Baş katibi Antonio Quterreş iyulun 30-da qeyd olunan Ümumdünya İnsan Alverinə Qarşı Mübarizə Günündə insan alveri ilə məşğul olan cinayətkar şəbəkələri dağıtmağa çağırıb: “İnsan alveri mütəşəkkil cinayətkarlığın ən sürətlə böyüyən formalarından biridir, amansız şəbəkələr insanların zəifliyindən istifadə edir onların ağrı-acısından qazanc götürür”.  O, insan alveriniiyrənc cinayət insan hüquqlarının kobud şəkildə pozulmasıadlandırıb.

BMT rəhbərinin sözlərinə görə, fırıldaqçılıq, məcburiyyət istismar üzərində qurulmuş bu qəddar, yüksək həddə mütəşəkkil fəaliyyət sürətlə inkişaf edir. Beləliklə, cinayətkar qruplar sərhədləri aşaraq həyəcanverici sürət incəliklə fəaliyyət göstərirlər: “Onlar qanunvericilikdəki boşluqlar vasitəsilə qanuni sənayelərə təchizat zəncirlərinə soxulur, miqrasiya axınından qazanc götürür, habelə qurbanları onlayn cinsi istismara kiberdələduzluqda iştiraka məcbur etməklə yeni texnologiyanın nailiyyətlərini işə salırlar. Biz təcili olaraq birlikdə bu çağırışlara cavab verməliyik. Biz cəzasızlığa son qoymaq, qeyri-qanuni gəlirlərə çıxışı kəsmək, hüquq-mühafizə ədliyyə sistemlərini gücləndirməklə insan alverini davam etdirən biznes modelini pozmalıyıq. Məsuliyyət daşıyanlar qanun qarşısında cavab verməlidir”.

Baş katib daha sonra qeyd edib: “Biz, həmçinin vətəndaş cəmiyyəti özəl sektorla, o cümlədən texnologiya şirkətləri ilə birlikdə istismarın qarşısını almaq həssas təbəqələri qorumaq üçün məlumatlılığı artırmaq, hesabat kanallarını inkişaf etdirmək üçün birlikdə çalışmalıyıq. Eyni zamanda, sağ qalanlar üçün ədaləti təmin etməli, köçkünlərə dəstək olmalı, yoxsulluq bərabərsizlikdən tutmuş münaqişə iqlim sarsıntılarına qədər köklü səbəblərin həllinə nail olmalıyıq. Ümumdünya İnsan Alverinə Qarşı Mübarizə Günündə qurbanları dəstəkləmək, günahkarları məsuliyyətə cəlb etmək, heç kimin alınıb-satılmadığı istismara məruz qalmadığı bir dünya qurmaq üçün birlikdə hərəkət etməliyik”.

Azərbaycan  İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyası da İnsan Alverinə Qarşı Beynəlxalq Mübarizə Günü münasibətilə cəmiyyətə müraciət ünvanlayıb. Xüsusilə qadınlara uşaqlara səslənən koalisiya üzvləri hər kəsi diqqətli olmağa, hüquqlarını tanımağa təhlükələri vaxtında tanımağa çağırıb: “İnsan alveri XXI əsrdə bəşəriyyətin üzləşdiyi ən ciddi insan hüquqları pozuntularından biri olaraq qalmaqdadır. Bu cinayət təkcə fiziki istismarla məhdudlaşmır, yeni rəqəmsal istismar formalarında daha mürəkkəb görünməz şəkil almaqdadır. İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyası olaraq biz, 30 iyulİnsan Alverinə Qarşı Beynəlxalq Mübarizə Günü münasibətilə bütün Azərbaycan cəmiyyətinə çağırış edirik: hüquqlarınızı tanıyın, təhlükələri tanıdın birlikdə mübarizə aparın! Son illər beynəlxalq ictimaiyyətdə yayılan məlumatlar göstərir ki, insan alveri hallarının aşkarlanması çətinləşməkdədir. İnsan alverinin yeni formaları rəqəmsallaşaraq həyatımıza daxil olur. Belə ki, rəqəmsal istismar, “romantik tələlər”, "deepfake" vasitəsilə şantaj, sosial mediada evlilik vədləri ilə aldadılma, xüsusilə gənc qızlar uşaqları hədəfə alır.

Əziz qadınlar, sizi , nikah ya səyahət vədləri ilə inandırmağa çalışan tanımadığınız insanlara etibar etməyin. Xarici ölkələrə gedərkən müqavilələrini viza şəraitini rəsmi mənbələrdən yoxlayın. Rəqəmsal platformalarda özünüzlə bağlı görüntü məlumat paylaşarkən ehtiyatlı olun. Bu, insan alverçilərinin sizi manipulyasiya etməsi üçünmaterialaçevrilə bilər.

Əziz valideynlər, uşaqların internetdə keçirdiyi vaxta nəzarət etmək, onların kimlə ünsiyyətdə olduğunu bilmək artıq sadəcə, valideynlik vəzifəsi deyil, müdafiə tədbiridir. Onlayn oyunlar, sosial şəbəkələr messencerlər artıq uşaq alveri istismarının əsas vasitələrinə çevrilib. İnsan alveri qurbanlarıonlar bizim bacılarımız, qızlarımız, qonşularımız həmvətənlərimizdir. Bu reallığı anlamaq, təhlükənin görünməz tərəflərini görmək hər bir fərdin bu zəncirin bir halqası ola biləcəyini qəbul etmək mübarizənin başlanğıcıdır. Şübhə etdiyiniz halları bildirin, susmayın! Maariflənin, məlumat verin, mübarizə aparın!”.

 

İnsan Alverinə Qarşı Mübarizə Təşkilatının sədri Ramiz Alıyev Sherg.az-a açıqlamasında deyib ki, insan alveri tək bizim ölkəmiz üçün deyil, ümumilikdə bütün dövlətlər üçün təhlükəlidir buna görə hər bir dövlət insan alveri ilə birlikdə mübarizə aparmalıdır aparılır da:

 

 Düzdür, bu mübarizə mexanizmləri hər ölkə üçün fərqlidir, ancaq ümumilikdə baxanda, demək olar ki, əksər ölkələr insan alverinə qarşı mübarizədə həmrəylik nümayiş etdirir. Sevindirici hal odur ki, bizim ölkəmiz bütün cinayət növlərinə qarşı olduğu kimi, insan alveri ilə mübarizədə barışmaz mövqe sərgiləyir. İnsan alveri bütün cəmiyyətləri narahat edən qlobal problemdir. Bu problemə qarşı hökumət, aidiyyəti qurumlar, vətəndaş cəmiyyəti institutları, eləcə ayrı-ayrı təşkilatların fəaliyyət göstərməyinə baxmayaraq, problemin birdəfəlik həlli mümkün deyil. Səbəb odur ki, zaman keçdikcə bu istiqamətdə fəaliyyət göstərən cinayətkar qruplar da öz məqsədlərinə çatmaq üçün müxtəlif vasitələrdən -  müasir texnologiyaların, sosial şəbəkələrin imkanlarından istifadə edirlər. Dünyada insanın istismarına xidmət edən fəaliyyətlərin sırası ildən-ilə genişlənir.  İnsanların alınıb-satılması, oğurlanması, girov götürülməsi, cinsi istismarı, məcburi əmək, məişət köləliyi, insan orqanlarının alveri ağır cinayətlər sayılır. Dünyanın elə bir ölkəsi yoxdur ki, orada insan alveri olmasın. Ölkəmizdə insan alverinə qarşı hərtərəfli mübarizə üçün əlverişli hüquqi mexanizm, şəriat, iradə mövcuddur. İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət planı uğurla icra edilir. İnsan alverinin qarşısının alınması üçün həm hüquqi müstəvidə mübarizə aparılır, həm maarifçilik işləri həyata keçirilir. İnsan alveri ilə mübarizədə beynəlxalq əməkdaşlıq ildən-ilə gücləndirilir, ölkəmizin mövqeyinin qorunması üçün gərəkən addımlar atılır, mütərəqqi beynəlxalq təcrübə öyrənilir”.

R.Alıyev qeyd edib ki, rəhbəri olduğu təşkilat 2004-cü ildə təsis olunub artıq 21 ildir ki, insan alverinə qarşı mübarizə sahəsi üzrə davamlı olaraq layihələr maarifləndirici tədbirlər həyata keçirir: “Bizim təşkilat bu illər ərzində həm DİN-in, həm QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə müxtəlif layihələr həyata keçirib. Eyni zamanda təşkilatımız insan alverindən bəhs edən ondan çox video-çarx qısametrajlı filmlər çəkib. Həm telekanallarda, həm sosial şəbəkələrdə maraqla izlənilən bu filmlər insan alverinə qarşı mübarizədə çox təsirli silahdır. Düşünürəm ki, insan alverinə qarşı mübarizədə müasir texnologiyaların imkanlarından istifadə etməliyik. İnsan alverinə qarşı ən effektli mübarizə maarifləndirmədir. Xüsusilə , gənclər bu sahədə bilgiləndirilməlidir”.

 

 

Şəymən Bayramova

Şərq  2025.- 31 iyul (¹ 105).- S.6.