Qələbə nəslinin izləri

Şücaət bizim genetik kodumuzdur

 

Böyük Qələbənin varislərikitabı MDB məkanında diasporun gücünü nümayiş etdirdi

 

Diaspor quruculuğu, lobbiçilik dünya azərbaycanlılarının həmrəyliyi;

 

Bir müddət əvvəl Rusiyanın Maqadan şəhərində Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirin təşkilatçısı Maqadan vilayətinin azərbaycanlı nümayəndələrininBirlikictimai təşkilatı olub. TədbirdəBirliktəşkilatının sədri Ramil Rəhimov, Azərbaycan diasporunun nümayəndələri, muzey əməkdaşları, jurnalistlər Maqadan vilayətinin ictimai xadimləri iştirak ediblər. Dəvət olunmuş qonaqlar arasında vilayətin Daxili İnformasiya Siyasəti Nazirliyinin Milli siyasət idarəsinin rəhbəri Natalya Ştumpf da olub.

 

 Tədbir çərçivəsində Maqadan Vilayət Tarix-Diyarşünaslıq Muzeyində azərbaycanlı jurnalist tədqiqatçı, Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadənin 1941-1945-ci illər müharibəsində azərbaycanlıların iştirakına, həmçinin diaspor mühitində tarixi yaddaşın qorunmasına həsr olunmuşBöyük Qələbənin varisləriadlı kitabının təqdimatı keçirilib. Maqadan vilayəti Daxili İnformasiya Siyasəti Nazirliyi adından F.Hüseynzadəyə millətlərarası əməkdaşlığın möhkəmləndirilməsinə, tarixi yaddaşın qorunmasına gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə verdiyi töhfəyə görə təşəkkürnamə təqdim olunub.

Nazir Y.Y.Rujanskayanın müraciətində qeyd olunub ki, bu cür təşəbbüslər millətlərarası əməkdaşlığın möhkəmləndirilməsinə müsbət təsir göstərir: "Əminik ki, Qələbənin 80 illiyi münasibətilə nəşr edilən "Böyük Qələbənin Varisləri" adlı kitab yalnız tarixi yaddaşın qorunmasına nəsillər arasında əlaqələrin möhkəmləndirilməsinə töhfə verməyəcək, həm uşaqların gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması üçün bilik mənbəyi vasitə olacaq. Siz bu əvəzsiz əməyinizlə müharibə qəhrəmanlarının böyük igidliyini yaddaşlarda saxlayır, gələcək nəsillərə cəsarət, mərdlik, qəhrəmanlıq vətənpərvərlik estafetini ötürməyə yardım edirsiniz. Sizə fəaliyyətinizdə yeni-yeni uğurlar, tükənməz enerji ilham arzulayırıq. Qoy təşəbbüsləriniz daim dəstək tapsın, ətrafınızdakı hər kəsə sülh xeyir-bərəkət gətirsin".

Maqadan vilayətinin Daxili İnformasiya Siyasəti Nazirliyinin Milli Siyasət İdarəsinin rəhbəri Nataliya Ştumpf da bildirib ki, bu, sadəcə bir kitab deyil, nəsillər xalqlar arasında körpüdür: "Ümumi tarixi yaddaşın qorunmasının qədər vacib olduğunu xatırladan bir çağırışdır. Nəşrin müəllifləri çox önəmli bir görüblər, bu işi tarixin qorunmasına həsr ediblər. Bu, millətlərarası əməkdaşlığın parlaq nümunəsidir bu günlərdə bu, xüsusilə dəyərlidir. Prezident Vladimir Putin çıxışında qeyd etmişdi ki, Qələbə Günü Rusiyanın çoxmillətli xalqı üçün müqəddəs gündür. 80 il sonra biz babalarımızın qəhrəmanlığını, igidliyini cəsarətini nəvələrimizə ötürmək üçün bu yaddaşı ehtiyatla qorumalıyıq. Gəlin birlikdə müharibə həqiqətini qoruyaq, babalarımızın ulu babalarımızın şücaətini uca tutaq, xalqlar arasında dostluğu gücləndirək. Çünki məhz bu, bizim ümumi gələcəyimizin təminatıdır".

 

Görüş zamanı kitabın bir nüsxəsi Maqadan Vilayət Tarix-Diyarşünaslıq Muzeyinin fonduna təqdim edilib.

Moskva Dövlət Müdafiə Muzeyində Böyük Qələbənin varisləriadlı kitabın təqdimat mərasimi keçirilib. Qeyd olunub ki, nəşr İkinci Dünya müharibəsində Qələbənin 80 illiyinə həsr olunub keçmiş Sovet İttifaqı xalqlarının, xüsusilə Azərbaycanın bu Qələbəyə verdiyi töhfəni işıqlandırır. Kitab ilk növbədə beynəlxalq auditoriyaya ünvanlanıb. Kitabda Azərbaycanın Qələbəyə verdiyi töhfə, xalqın ictimai-siyasi, iqtisadi hərbi sahələrdə iştirakı, eləcə ata babaları da İkinci Dünya müharibəsində döyüşmüş xaricdə yaşayan azərbaycanlıların qəhrəmanlıqları təfərrüatlı şəkildə təhlil olunub. 44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünün bərpasında iştirak etmiş yeni nəslin nümayəndələrinə da xüsusi yer ayrılıb. Diqqətə çatdırılıb ki, bu kitabla Azərbaycan diaspor fəalları beynəlxalq ictimaiyyətə çatdırmaq istəyirlər ki, qəhrəmanlıq Azərbaycan xalqının milli kodunun bir hissəsidir, Azərbaycanın əsl brendi isə onun insan kapitalı qəhrəmanlarıdır.

Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Yusif Vəzirov müəllifi kitabın işıq üzü görməsi münasibətilə təbrik edib bu cür əsərlərin tarixi yaddaşın qorunması Azərbaycanın beynəlxalq imicinin möhkəmləndirilməsi baxımından əhəmiyyətini qeyd edib.

TədbirdəXəzər Biznes Təşəbbüsütəşkilatının prezidenti Gülnarə Rəhimova-Dəniz bildirib ki, babası müharibə veteranı, nənəsi isə Leninqrad mühasirəsinin şahidi olub. Onun sözlərinə görə, bu kitab qəhrəmanlıq keçmişinin yaddaşda saxlanması bu dəyərlərin gələcək nəsillərə ötürülməsi işinə mühüm töhfədir. Tədbirdə iki dəfə Sovet İttifaqı Qəhrəmanı olmuş, tank qoşunlarının qvardiya generalı Həzi Aslanovun adını daşıyan Regional Veteranlar Cəmiyyətinin sədri Əli Kazımov sədr müavini İrina Silina çıxış edib. Digər çıxışçılar arasında Rusiyanın Əməkdar müəllimi Qennadi Xobotov, diaspor fəalları Məhəmməd Rəfiyev, Dilavər Nuriyeva, Moskva vilayəti azərbaycanlılarının Regional Milli-Mədəni Muxtariyyətinin sədri Elşən İbrahimov, MoskvadakıAzərbaycancəmiyyətinin sədri Oktay Hüseynov da olub. Təqdimat çərçivəsində şairə Afaq Şıxlı tərəfindən Birinci Dünya müharibəsi veteranlarına həsr olunmuş şeir səsləndirilib.

Krasnoyarsk şəhərindəki A.N.Kuznetsov adına Əmək Həmrəylik SarayındaOdlar YurduAzərbaycan xalq mahnı rəqs ansamblınınAzərbaycana səyahətadlı hesabat tədbiri çərçivəsində Fuad HüseynzadəninBöyük Qələbənin varisləriadlı kitabının təqdimatı keçirilib. Müəllif Azərbaycan xalqının Qələbəyə verdiyi töhfədən, eləcə müharibə qəhrəmanlarının xaricdə yaşayan varislərinin həyat fəaliyyətindən bəhs edib. Bildirib ki, onların arasında Krasnoyarsk diyarında yaşayan Azər Mustafayev Telman Tamoyev var. Kitab təqdimatında çıxış edən Krasnoyarsk diyarı qubernatorunun İctimai əlaqələr idarəsinin nümayəndəsi Soslan Tadtayev Fuad Hüseynzadəyə qubernator administrasiyası adından təşəkkür məktubu verib. Tədbir zamanı Fuad Hüseynzadə A.N.Kuznetsov adına Əmək Həmrəylik Sarayının 45 illik yubileyi münasibətilə baş direktor Konstantin Qonçarova təbrik məktubu təqdim edib Azərbaycan mədəniyyətinin Rusiyada təbliği, xalqlar arasında dostluğun möhkəmləndirilməsi istiqamətində göstərilən dəstəyə görə minnətdarlığını bildirib.

 

Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə "Sherg.az"a açıqlamasında deyib ki, “Böyük Qələbənin varisləriİkinci Dünya müharibəsində qazanılmış Qələbənin 80 illiyinə həsr olunub.

 

 Müəllif vurğulayıb ki, bu kitabda Azərbaycan xalqının qəhrəman-igid övladlarının şücaətindən bəhs edilib: "Biz burada "Qəhrəman babaların, qəhrəman nəvələri" missiyasını ortaya qoymuşuq. Bu kitab beynəlxalq auditoriya üçün nəzərdə tutulub, ona görə rus dilində nəşr olunub. Əsasən MDB ölkələrində yayılması nəzərdə tutulub. Məqsədimiz odur ki, İkinci Dünya müharibəsində əldə edilən Qələbənin varisləri həm Azərbaycan xalqıdır. Göstərmək istəyirik ki, xalqımızın qəhrəmanlıq irsi əsrlərdən bəri davam edir. Qəhrəmanlıq, şücaət bizim xalqın qanında, genindədir. "Qəhrəman babaların, qəhrəman nəvələri" dedikdə onu nəzərdə tuturuq ki, 1941-1945-ci ildə döyüşən babalarımızın nəvə-nəticələri 44 günlük Vətən müahribəsində Azərbaycan torpaqlarını işğaldan azad etdilər, ərazi bütövlüyümüzü təmin etdilər. Bu o deməkdir ki, Azərbaycan xalqının qəhrəmanlığı davam edir tarixi yaddaşın irsi gələcək nəsillərə ötürülür".

 

 

 

F.Hüseynzadə əlavə edib ki, kitabda əsasən, xaricdə, xüsusən MDB ölkələrində yaşayan Azərbaycan diaspor üzvlərinin ata-babalarından, eyni zamanda onların 44 günlük müharibədə döyüşən, şəhid olan varislərindən bəhs olunur:

 

"Bununla həm xaricdə yaşayan diaspor üzvlərinin nüfuzunun artırılmasına çalışırıq. Çünki diaspor təşkilatları yaşadıqları ölkənin ictimai-siyasi həyatında önəmli rol oynayır. Belə kitablar da onlar üçün başucalığıdır. Təqdimat zamanı diaspor nümayəndələri özləri vurğuladı ki, onların bu cür nəşrlərə böyük ehtiyacı var. Ona görə kitab MDB ölkələrinin əsas kitabxanalarına təqdim olunub". 

 

İsmayıl Qocayev

Şərq  2025.- 25 iyun (¹ 109).- S.6.