Zəfər nəsli formalaşır
Gənclik
milli dəyərlərlə
silahlanıb
Gənc
nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik
hisslərinin tərbiyəsi;
Azərbaycan
gənci informasiya cəbhəsinin də döyüşçüsüdür
“Konstitusiya və
Suverenlik İli” çərçivəsində Sumqayıt şəhərində
“Sənin hüququn - sənin gəncliyin!” adlı genişmiqyaslı
tədbirlər təşkil
olunub. Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri
Komitəsindən bildirilib
ki, tədbir komitənin, Azərbaycan Pediatrlar Assosiasiyasının
və Sumqayıt şəhər 15 nömrəli
tam orta ümumi təhsil məktəbinin birgə təşkilatçılığı ilə keçirilib. Tədbir uşaqların rifahı, hüquqlarının
qorunması və parlaq gələcəkləri
naminə keçirilən
silsilə təşəbbüslərin
tərkib hissəsi olub. Uşaq-Gənclər
İnkişaf Mərkəzində
təşkil edilən
tədbirə balaca qəhrəmanların çıxışları,
rəngarəng kompozisiyaları
xüsusi ruh və mənəvi zənginlik qatıb. Rəsmi hissədə Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin
sədri Hicran Hüseynova çıxış
edərək uşaqlara,
xüsusilə də Vətən müharibəsində
şəhid olmuş qəhrəmanların övladlarına
sağlam, sevgi dolu və işıqlı
gələcək arzulayıb:
“Uşaqlar bizim sabahımız, güclü
vətəndaş cəmiyyətimizin
bünövrəsidir. Azərbaycan
dövləti hər zaman uşaqların hüquqlarının qorunmasına,
onların təhsil, sağlamlıq və rifahının təmin olunmasına xüsusi önəm verir. Bu istiqamətdə həyata keçirilən
ardıcıl və məqsədyönlü siyasətin
ideoloji əsasını
Ulu Öndər Heydər Əliyevin “Uşaqlar xalqın, dövlətin gələcəyidir”
fikri təşkil edir. Bu siyasi
xətt bu gün də Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. Eyni zamanda, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik
etdiyi Heydər Əliyev Fondu bu sahədə xüsusi əhəmiyyətə
malik çoxşaxəli
layihələr həyata
keçirir. Xüsusilə
də qayğıya ehtiyacı olan uşaqların təhsili,
müalicəsi və
cəmiyyətə inteqrasiyası
istiqamətində atılan
addımlar təqdirəlayiqdir”.
Tədbirdə çıxış edənlər
qeyd ediblər ki, müstəqil Azərbaycan dövlətinin
təməl prinsiplərindən
biri olan sosial dövlət modeli gənc nəslin hərtərəfli
inkişafına göstərilən
misilsiz qayğıda öz əksini tapır. Sonda Azərbaycan Pediatrlar Assosiasiyasının təşəbbüsü
ilə aztəminatlı,
şəhid və qazi ailələrindən olan məktəblilərə
uşaq hüquqları
mövzusunda maarifləndirici
kitablar və müxtəlif hədiyyələr
təqdim olunub.
Bununla yanaşı,
“Konstitusiya və Suverenlik” ili çərçivəsində Gənclər və İdman Nazirliyi və Pirallahı Rayon Gənclər Evinin birgə təşkilatçılığı ilə “Gənclərin Gələcək Quruculuğu”
adlı panel müzakirəsi də keçirilib. Tədbirdə
Pirallahı Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan
Partiyası rayon təşkilatının nümayəndələri,
məktəb müəllimləri,
fəal gənclər
və şagirdlər
iştirak ediblər. Vurğulanıb ki, gənclərimiz hər zaman dövlətçilik
prinsiplərinə sadiq
olmalı, milli-mənəvi
dəyərlərimizi qoruyub
yaşatmalıdır. Azərbaycanın
gələcəyi sağlam
düşüncəli, vətənpərvər
və hüquq-mədəniyyəti
formalaşmış gənclərin
əllərindədir. Bu
baxımdan, gənclərə
yalnız biliklə deyil, həm də ideya və
mənəviyyatla zəngin
yol göstərmək
mühüm vəzifədir.
Ümumiyyətlə, gənc nəslin vətənpərvərlik ruhunda
tərbiyəsi cəmiyyətin
inkişafının bütün
mərhələlərində aktualdır. Qədim tarixə və dövlətçilik ənənələrinə
malik Azərbaycan xalqının inkişaf etməsində milli şüurun və vətənpərvərlik hisslərinin
müstəsna rolu olub. Xüsusən son illər regionumuzda və bütövlükdə dünyada
gedən proseslər göstərir ki, gənclərimiz nə qədər milli ruhda inkişaf etsə, bir o qədər vətənpərvər
olar. İkinci Qarabağ müharibəsi
də göstərdi ki, müstəqillik dövründə yetişən
gənclik sözün
əsl mənasında
milli mənlik şüuru və vətənpərvərlik hisslərinin
daşıyıcılarıdır. Ölkəmizdə gənclərin
milli-mənəvi dəyərlərimizə
hörmət ruhunda tərbiyə edilməsi, onların vətənpərvərlik
hisslərinin inkişaf
etdirilməsi üçün
çox vacib addımlar atılıb. Ümummilli Lider Heydər Əliyev gənc nəslin vətənpərvər ruhda
tərbiyə olunması
üçün öz
müdrik məsləhət,
tövsiyə və tapşırıqlarını verirdi.
Ulu Öndər deyirdi ki, gənclərimiz
bizim tariximizi yaxşı bilməlidir, keçmişi yaxşı
bilməlidir, dilimizi yaxşı bilməlidir, milli dəyərlərimizi
də yaxşı bilməlidir: "Milli dəyərlərimizi, milli
ənənələrimizi yaxşı
bilməyən, tarixi yaxşı bilməyən
gənc vətənpərvər
ola bilməz. Hər bir gənc
vətənpərvər olmalıdır.
Vətənpərvərlik sadəcə orduda xidmət deyil, Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq - budur, vətənpərvərlik!".
Prezident İlham Əliyev də hər zaman gənclərin vətənpərvər
ruhda tərbiyə olunmasının vacibliyini
vurğulayır. Çıxışlarının
birində dediyi kimi, gənclərin vətənpərvərlik ruhunda
tərbiyə edilməsi
xüsusi əhəmiyyət
daşıyır: "Çünki
sirr deyil ki, bu gün
bəzi hallarda bəzi xarici dairələr gənclərimizin
beyinlərini zəhərləmək,
onlara xalqımıza yad olan dəyərləri
aşılamaq istəyirlər.
Buna qətiyyən yol vermək olmaz. Azərbaycan gənci Azərbaycan dəyərləri, ənənəvi
dəyərlər əsasında
tərbiyə almalıdır,
Vətənə bağlı
olmalıdır, Azərbaycan
dəyərlərini hər
şeydən üstün
tutmalıdır, öz
tarixini, ədəbiyyatını,
ana dilini mükəmməl bilməlidir,
fəxr etməlidir ki, Azərbaycan vətəndaşıdır. Ona
görə bu məsələyə çox
böyük diqqət
verilməlidir. Mən
gənclərimizin vətənpərvərlik
ruhunda tərbiyə olunması ilə əlaqədar gedən prosesləri müsbət qiymətləndirirəm". Yeniyetmə
və gənc nəslin milli köklərimizə bağlılıq,
vətənpərvərlik, dövlətçiliyə sədaqət
ruhunda tərbiyə olunması işindən, peşəsindən asılı
olmayaraq hər kəsin qarşısında
duran ən ümdə vəzifələrdəndir.
Ordu sıralarında da gənclərin vətənpərvər ruhda
tərbiyə edilməsi
əsas məsələlərdən
biridir. Bu səbəbdən hərbi
hissələrdə şəxsi
heyətlə mütəmadi
olaraq söhbətlər
aparılır, tarixi muzeylərə ekskursiyalar
təşkil olunur və müxtəlif mövzulu tədbirlər keçirilir.
"İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı Sherg.az-a
açıqlamasında deyib
ki, bu cür
tədbirlərin keçirilməsi
son dərəcə zəruridir. Ekspert bildirib ki, sadəcə,
Milli Məclis tərəfindən yox, bütün dövlət strukturları tərəfindən
gənclərin vətənpərvərlik,
milli ruhda tərbiyəsi, milli dəyərlərə bağlı
yetişdirilməsi çox
vacibdir:
"Biz bunun
əhəmiyyətini 44 günlük
Vətən müharibəsi
dövründə Azərbaycan
gənclərinin ön
cəbhədə əsgər,
arxa cəbhədə
informasiya müharibəsinin
döyüşçüsü kimi necə ruh yüksəkliyi ilə can qoyduqlarını,
çalışdıqlarını aydın formada gördük. İllərdir
Azərbaycanda gənclik
sahəsində, gənclərin
milli, vətənpərvərlik
ruhunda tərbiyəsi
istiqamətində dövlətin
həyata keçirdiyi
çoxsaylı layihələr
öz müsbət nəticəsini verib və bu gün
də verməkdədir.
Gənclərin həm
genetikadan gələn,
həm də vətənpərvərlik tərbiyəsi
nəticəsində formalaşan,
xüsusən orta məktəblərdən şagirdlərə
aşılanan milli ruh çox-çox önəmlidir. Düşmənlərlə
müharibənin hərbi
fazası bitsə də, informasiya cəbhəsində hələ
davam edir. Ona görə də gənclərimiz bundan sonra daha
ayıq-sayıq olmalıdır.
Bütün gənclərimiz
bilikli, savadlı, intellektual, ən əsası milli dəyərlərə, dövlətçiliyə
bağlı olmalıdır.
Bunun üçün
də yeniyetmə və gənclərin milli-vətənpərvərlik ruhunda tərbiyəsinə
böyük ehtiyac var".
İsmayıl Qocayev
Şərq 2025.- 21 iyun (¹ 106).- S.6.