Hazırlıq gedir
Dövlət
qurumlarında süni
intellektin tətbiqinə
başlanacaq
İnformasiya
və kommunikasiya texnologiyalarının inkişaf
etdirilməsi
XX əsri kosmos, XXI əsri rəqəmsal inkişaf və süni intellekt əsri hesab edənlər yanılmırdı.
Sümi intellektlə hətta ölüləri
də “dirildirlər”.
Amma nə sirdirsə, bank kartlarından oğurluqların,
bəzən dövlət
qurumlarının veb-saytlarına
kiberhücumların qarşısını
almaq mümkün olmur. Azərbaycan Daxili İşlər Nazirliyi ötən həftə sonu vətəndaşların bank
kartlarından edilən
oğurluqların həcmini
açıqlayıb. DİN-in yaydığı məlumatda qeyd edilir ki, bank
kartı məlumatlarının
naməlum şəxslərə
verilməsi oğurluq
riski yaradır: “Daxili İşlər Nazirliyi vətəndaşlara
müraciət edərək
bank kartı məlumatlarının ələ
keçirilməsi ilə
bağlı oğurluq
hallarına qarşı
ehtiyatlı olmağa çağırır. Məlumata
görə, iyunun 21-də
və 22-də daxil olan müraciətlər əsasında aparılan araşdırmalar nəticəsində
bir sıra şəxslərin bank hesablarından qanunsuz yolla pul vəsaitlərinin
çıxarıldığı müəyyən olunub. Oğurlanmış məbləğlər
arasında 20 000, 9500, 1731, 535, 393, 224, 89 və 72 manat kimi rəqəmlər qeydə alınıb. Bu cür cinayət
halları adətən
naməlum nömrələrdən
gələn zəng və SMS-lər, habelə saxta saytlar və platformalar vasitəsilə
həyata keçirilir.
Şəxsi bank kartı məlumatlarını,
xüsusilə, kartın
nömrəsini, PIN kodunu,
CVV kodunu və birdəfəlik təsdiq
(OTP) şifrələrini heç
bir halda digər şəxslərlə,
o cümlədən özünü
bank və ya dövlət qurumu əməkdaşı
kimi təqdim edən şəxslərlə
paylaşmaq olmaz.
DİN vətəndaşları bir daha xəbərdar
edir ki, naməlum nömrələrə
cavab verərkən ehtiyatlı olun, SMS və e-poçtlardakı
şübhəli keçidlərə
daxil olmayın, heç bir halda bank kartı
və mobil bankçılıq məlumatlarınızı
paylaşmayın”. Məlumatda
qeyd edilir ki, belə hallarla
üzləşən şəxslər
dərhal polis orqanlarına və banklara müraciət etməlidirlər.
Xatırladaq ki, bir neçə
gün öncə “İctimai proseslər media müstəvisində”
mövzusunda tədbirdə
panel müzakirəsi zamanı Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi
Dövlət Xidmətinin
idarə rəisi Nadir Novruzov qeyd etmişdi ki, Azərbaycanda ən çox rast gəlinən kibercinayətlər vətəndaşlara
istiqamətlənmiş cinayətlərdir.
“Oğurlanmış vəsaitlər
təkcə kiminsə
pul əldə etməsi deyil, həm də kibercinayətkarlığın başqa yolları üçün də əldə edilir. Azərbaycanda hansısa kiberhücumun konkret bir növü var desək, düz olmaz. Biz Xidmət olaraq dövlət qurumlarına istiqamətlənən
hücumları analiz edəndə müxtəlif
növ hücumların
olduğunu görürük.
Bunlar fişinqlər,
zərərvericilərin göndərilməsi,
kibercasusluq və digər hücumlardır”,
- deyə o bildirib. Əlbəttə, dövlət
qurumlarına istiqamətlənmiş
kiberhücumlar ciddi təhlükədən xəbər
verir. Ölkəmizdə
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət
Xidməti (XRİTDX) fəaliyyət
göstərir. Bu, birbaşa Azərbaycan Respublikasının Prezidentinə
tabe olan xüsusi xidmət orqanıdır. Azərbaycan
Respublikasının dövlət
orqanları üçün
xüsusi təyinatlı
informasiya-kommunikasiya sistemlərinin
və şəbəkələrinin,
idarələrarası elektron
sənəd dövriyyəsinin,
dövlət orqanlarının
internet şəbəkəsi
ilə əlaqəsinin,
onların informasiya resurslarının məlumat
və resurs mərkəzində yerləşdirilməsinin
təşkilini, istismarını,
təhlükəsizliyini və
inkişafını təmin
etmək, dövlət
mühafizə obyektlərinin
və mühafizə olunan obyektlərin təhlükəsizliyi məqsədilə
xüsusi texniki tədbirləri həyata keçirmək üçün
yaradılıb. Dövlət
orqanlarında kibertəhlükəsizlik
sahəsində hazırlığın
artırılması, bu
sahədə qabaqlayıcı
tədbirlərin həyata
keçirilməsi, internet
resurslarının və
informasiya sistemlərinin
təhlükəsizlik parametrləri
üzrə monitorinqini
həyata keçirmək
və bu sistemlərin kibertəhlükəsizliyinin
artırılması istiqamətində
dövlət orqanlarına
texniki və metodiki köməklik göstərilməsi də
Dövlət Xidmətinin
əsas vəzifələrindəndir.
Yuxarıda göstərilən
vəzifələrin icrası,
habelə elektron imza və radiorabitə
sistemlərinin tətbiqi
ilə əlaqədar
dövlət siyasətinin
həyata keçirilməsi
istiqamətində Xidmət
tərəfindən mühüm
kompleks texniki və təşkilati tədbirlər həyata keçirilir. İnformasiya
və kommunikasiya texnologiyalarının hazırkı
inkişaf səviyyəsi
kiberdələduzlara nə
qədər “geniş
imkan” açırsa, deməli, bunun qarşısını almaq
üçün aidiyyəti
orqanların fəaliyyəti
də bir o qədər genişdir və ya genişləndirilə
bilər. Bu sahədə hansı yeniliklər var, nə kimi işlər
görülür?
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin məlumatında bildirilir ki, dövlət qurumlarında süni intellektin tətbiqi üçün hazırlıq
işləri aparılır.
Qeyd edilib ki, Rəqəmsallaşma üzrə Yol Xəritələri çərçivəsində
dövlət qurumlarında
süni intellekt texnologiyalarının tətbiqi
və qarşılıqlı
əməkdaşlığın gücləndirilməsi məqsədilə
sistemli hazırlıq
işləri həyata
keçirilir. Bu çərçivədə Təhsil
Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrinin
İdarəetmə Birliyi
(TƏBİB) və Dövlət
İmtahan Mərkəzinin
əməkdaşları üçün
“Süni İntellekt” təlim proqramı təşkil olunub. Onlayn və əyani formatda keçirilən təlimlər
çərçivəsində iştirakçılar süni
intellekt sahəsində
nəzəri biliklərlə
yanaşı, praktiki bacarıqlar da əldə ediblər. Təlim iştirakçılarına
süni intellekt həllərinin hazırlanması
və real dünyada tətbiqi barədə geniş məlumat verilib.
İRİA-nın Data idarəolunması
departamentinin müdiri
Kamran Ağayevin iştirak etdiyi təlim prosesində dövlət qurumlarının
nümayəndələri ilə
süni intellektin tətbiqi üzrə növbəti pilot layihələrin icrası
barədə müzakirələr
aparılıb. Məlumatların
keyfiyyəti, etik məsələlər və
dövlət idarəçiliyində
süni intellektin inteqrasiyası üçün
lazımi texniki və institusional infrastruktur məsələləri
diqqət mərkəzində
olub. Dövlət qurumları ilə növbəti mərhələdə
həyata keçiriləcək
süni intellekt əsaslı analitik sistemlər, qərar dəstək mexanizmləri
və avtomatlaşdırılmış
xidmət modelləri üzrə əməkdaşlıq
planı da formalaşdırılıb. Bu
təşəbbüsün məqsədi dövlət
qurumlarında süni
intellekt layihələrinin
planlaşdırılması və icrası üçün zəruri
bilik və bacarıqların formalaşdırılmasını
təmin etməkdir.
Multimedia Mərkəzinin direktoru, Azərbaycan
İnternet Forumunun prezidenti
Osman Gündüz Elektron Təhlükəsizlik
Xidmətinin kibertəhlükəsizlik
sektorunda yeni rol almasını müsbət qiymətləndirib:
- Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti
dövlət qurumlarının
rəhbər nümayəndələri
üçün nəzərdə
tutulan “Rəhbərlər
üçün kibertəhlükəsizlik
seminarı” təşkil
edib. Bunu çox maraqlı və vacib tədbir
hesab edirəm. Adətən dövlət
qurumları üçün
bu tip tədbirləri
indiyədək XRİTDX təşkil
edirdi. Yəni belə bir vəzifənin
icrası əsasən XRİTDX-yə aid sənədlərdə
qeyd edilib. 2018-ci ilədək ETX Əsasnaməsində
kiber sahə üzrə əsasən qeyri-dövlət sektorunda
aparılacaq işlər
nəzərdə tutulurdu.
Sonradan bu siyahıya "dövlət
qurumları" adı
əlavə olunsa da , ETX adətən bu istiqamətdə tədbirlər
keçirmirdi. Güman
ki, ETX ötən ay “İnformasiya Təhlükəsizliyi üzrə
Koordinasiya Komissiyası
haqqında Əsasnamə”yə
edilən dəyişikliklərdən
sonra bu tip tədbirlərə start verib. Xatırladım
ki, ötən ay Prezidentin Fərmanı ilə nazir Rəşad Nəbiyev İnformasiya
Təhlükəsizliyi üzrə
Koordinasiya Komissiyasının
sədri təyin edilib. Bu komissiya
kiber eko-sistemdə fəaliyyət göstərən
dövlət qurumlarının
işinin əlaqələndirilməsini
təşkil edir. Komissiyanın nəzdində
daimi fəaliyyət göstərən Katibliyin
işinin təşkili
isə Elektron Təhlükəsizlik Xidmətinə
həvalə olunub. Əvvəllər isə həm Komissiyaya, həm də Katibliyə XRİTDX rəhbərlik
edirdi. İstənilən
halda, düşünürəm
ki, ETX-nin əlaqədar qurumlarla birgə kiber sahədə maarifçilik
istiqamətində atdığı
addımlar faydalıdır.
Bu istiqamətdə birgə səylərin daha da gücləndirilməsi
doğru olardı.
Məlahət Rzayeva
Şərq 2025.- 24 iyun (¹ 108).- S.6.