Azərbaycanda hüquqi cəmiyyət formalaşır
Azadlıqların
infrastrukturu quruldu, indi onu yaşatmaq
zamanıdır
İnsan
hüquq
və
azadlıqlarının müdafiəsi, vətəndaşların
hüquqi,
siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və
siyasi fəallığının artırılması
İnsan hüquqları
hər bir fərdin doğuluşdan malik olduğu, toxunulmaz və ümumbəşəri dəyərlər
toplusudur. Bu hüquqların qorunması,
təminatı və inkişaf etdirilməsi demokratik cəmiyyətlərin
əsas prinsiplərindən
sayılır. Azərbaycan
Respublikasında iyunun
18-i məhz bu dəyərlərin dövlət
səviyyəsində təşviqinə
və möhkəmləndirilməsinə
həsr olunub. 1998-ci ildə Ulu Öndər
Heydər Əliyevin təşəbbüsü ilə
“İnsan hüquqlarının
müdafiəsinə dair
Dövlət Proqramı”
qəbul edilib və bu mühüm
hadisə Prezident İlham Əliyevin 2007-ci il 18 iyun tarixli
Sərəncamı ilə
“İnsan Hüquqları
Günü” kimi rəsmiləşdirilib.
1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının
Konstitusiyası insan hüquq və azadlıqlarının dövlətin
ali məqsədi kimi müəyyənləşdirilməsini
təsdiqləyib. Konstitusiyanın
əsası birbaşa
insan hüquqları və azadlıqlarının
təmin olunmasına yönəlib. Bu, dövlətin hüquqi və demokratik əsaslarda formalaşmasının
mühüm mərhələsi
olmaqla yanaşı, bütün digər qanunverici və icraedici fəaliyyətlər
üçün əsas
istiqamətverici sənəd
rolunu oynayır.
Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi
sisteminin təkmilləşdirilməsində
mühüm addımlardan
biri Ombudsman təsisatının yaradılması
olub. Bu istiqamətdə ilk əsas addım 1998-ci ildə Ulu Öndər
Heydər Əliyev tərəfindən verilən
fərman və sərəncamlarla atılıb.
Nəticədə 2001-ci il
dekabrın 28-də Milli
Məclis “Azərbaycan
Respublikasının İnsan
Hüquqları üzrə
Müvəkkili haqqında”
Konstitusiya Qanununu qəbul edib. 2002-ci ildə isə bu institutun fəaliyyəti
üçün normativ-hüquqi
və maddi baza formalaşdırılıb.
Ombudsman təsisatı
insan hüquqlarının
müdafiəsində müstəqil
və operativ nəzarət mexanizmi kimi çıxış edir.
Azərbaycan insan hüquqları sahəsində bir çox beynəlxalq hüquqi sənədlərə
qoşulub, BMT və digər beynəlxalq təşkilatlarla əməkdaşlığı
gücləndirib. Xüsusilə
1998-ci ilin avqustunda Azərbaycan Hökuməti
ilə BMT arasında imzalanan “İnsan hüquqları və demokratiyanın dəstəklənməsi
sahəsində birgə
layihə haqqında” Memorandum bu sahədə
beynəlxalq dəstəyin
institusional əsaslarını
möhkəmləndirib. Bununla
yanaşı, 2012-ci ildə
qəbul edilmiş “Azərbaycan-2020:
Gələcəyə baxış”
İnkişaf Konsepsiyası
da insan hüquqlarının səmərəli
qorunmasına dair strateji yanaşmaları əhatə edir.
Son illərdə
həyata keçirilən
islahatlar çərçivəsində
penitensiar sahədə
mühüm dəyişikliklər
baş verib. Ölkə Prezidentinin
2017-ci il 10 fevral tarixli Sərəncamı ilə alternativ cəza tədbirlərinin
tətbiq dairəsi genişləndirilib, azadlıqdan
məhrumetmə ilə
bağlı olmayan tədbirlərə üstünlük
verilməyə başlanıb.
Bu islahatlar cəza siyasətinin humanistləşdirilməsi istiqamətində
atılmış mühüm
addım kimi qiymətləndirilir.
Prezident İlham
Əliyevin təşəbbüsü
ilə 2006-cı il dekabrın 28-də qəbul
edilən “İnsan hüquqlarının müdafiəsi
üzrə Milli Fəaliyyət Planı” bu sahədə ardıcıl siyasətin təməlini qoyub. Hazırda da Azərbaycanda hüquqi dövlət quruculuğu prosesi və insan hüquqlarının
qorunması üzrə
səylər davam etdirilir. Bu siyasət,
eyni zamanda, qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılmasını,
hüquq-müdafiə institutlarının
gücləndirilməsini və
cəmiyyətin hüquqi
maarifləndirilməsini əhatə
edir.
Azərbaycanda insan hüquqlarının
müdafiəsi sahəsində
atılmış addımlar,
həyata keçirilən
hüquqi islahatlar və beynəlxalq hüququn normalarına uyğunlaşdırılmış mexanizmlər bu sahədə əldə olunan nailiyyətlərin əsasını təşkil
edir. 18 İyun – İnsan Hüquqları Günü bu sahədə atılmış
mühüm addımların,
hüquqi inkişafın
və demokratik cəmiyyət quruculuğunun
təntənəsi kimi
qeyd olunur. Bu gün dövlət
siyasətində insan
hüquqlarının qorunması
ali dəyər olaraq qalır və bu istiqamətdə
islahatların davam etdirilməsi Azərbaycanın
hüquqi və demokratik inkişafının
zəruri tərkib hissəsidir.
Qeyd edək
ki, dünən Bakıda
“Qanunun aliliyinin gücləndirilməsi: ombudsmanların
və milli insan hüquqları institutlarının rolu” mövzusunda Ombudsmanların
Beynəlxalq Simpoziumu keçirilib.
Simpoziumda çıxış
edən Azərbaycan Respublikasının İnsan
hüquqları üzrə
müvəkkili (ombudsman)
Səbinə Əliyeva
qeyd edib ki, qanunun aliliyi
təkcə cəmiyyətin
ədalətli və dayanıqlı inkişafının
təməl daşı
deyil, həm də insan hüquq
və azadlıqlarının
ən mühüm təminatçısıdır: “Bu baxımdan, Konstitusiyada insan hüquq və azadlıqlarının təmin
edilməsinin dövlətin
ali məqsədi kimi təsbit olunması, habelə bu ali məqsədin
həyata keçirilməsində
məsul olan, konstitusion statusa malik Ombudsman təsisatının yaradılması
ölkəmizdə insan
hüquqlarına verilən
ən yüksək dəyərin təzahürüdür”.
Ombudsman bildirib
ki, konstitusiyanın əsas məqsədlərindən
biri dövlət müstəqilliyinin, suverenliyin
və ərazi bütövlüyünün qorunmasıdır.
Bu amillər demokratik dövlətin mövcudluğunun və institusional davamlılığının,
onun beynəlxalq hüququn subyektinə çevrilməsinin başlıca
şərtləri kimi
çıxış edir:
“Ölkəmiz uzun illər işğalçılıq və
etnik təmizləmə
siyasətinə məruz
qalmaqla yanaşı, bu siyasətin yaratmış olduğu humanitar fəsadlardan hələ də əziyyət çəkməkdədir.
İşğaldan azad
edilmiş ərazilərdə
mövcud mina problemi insanların təhlükəsiz yaşamaq
hüququna ciddi təhdidlər yaradır,
keçmiş məcburi
köçkünlərin öz
doğma yurdlarına təhlükəsiz qayıdışına,
bu ərazilərdə
aparılan bərpa-quruculuq
işlərinə əngəl
törədir, regionda
ekoloji tarazlığın
pozulmasına səbəb
olur. Ombudsman təsisatı olaraq qanunvericiliyin təkmilləşdirilməsi
prosesində yaxından
iştirak edir, normativ-hüquqi akt layihələrinə dair tərəfimizdən rəy
və təkliflər
verilir, habelə qanunların qəbul edilməsi, ləğv edilməsi və ya onlarda dəyişikliklər
edilməsi ilə bağlı Milli Məclisə təkliflər
təqdim olunur”.
S.Əliyevanın sözlərinə görə,
Ombudsman və milli insan hüquqları
təsisatlarının məhkəmə
orqanları ilə əməkdaşlığı qanunun aliliyinin təmin olunmasına mühüm töhfə verir. Bu əməkdaşlıq,
hüquqi problemlərin
sistemli şəkildə
aşkarlanmasına, hüquq
və azadlıqların
müdafiəsi üzrə
preventiv və effektiv tədbirlərin görülməsinə şərait
yaradır, insan hüquqlarının institusional
müdafiəsini gücləndirir.
Konstitusiya Məhkəməsi
ilə əməkdaşlığımız
öz növbəsində
qanunun aliliyinin təmin edilməsinə, qanunvericiliyin təkmilləşdirilməsinə
və hüquq müdafiə mexanizmlərinin
effektivliyinin artırılmasına
xidmət edir".
“Ölkəmizdə insan hüquqlarının
qorunması ali dəyərə çevrilib.
İnsan hüquqlarının
qorunması uğurla həyata keçirilən
prosesdir. Bu sözləri Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov Bakıda keçirilən
Ombudsmanların Beynəlxalq
Simpoziumunda söyləyib.
O bildirib ki, insan hüquqlarının
qorunması Azərbaycan
dövlətinin öz
qarşısına qoyduğu,
uğurla həyata keçirdiyi ən önəmli vəzifələrdən
biridir.
Milli Məclisin
deputatı Naqif Həmzəyev isə
Sherg.az-a açıqlamasında qeyd edib ki,
müasir cəmiyyətlərin
əsas göstəricilərindən
biri onların qanunlar əsasında idarə olunmasının təşkil edilməsidir:
“Bu qanunlar
insanlar üçün
çox sadə qanunların verilməsini təmin etməkdədir. Sadə hüquqlar dedikdə ilk növbədə bərabərliyin
təmin edilməsi, ləyaqətin, hörmətin,
azadlığın olmasıdır.
Bütün bunlar arasında insanlar arasında ayrı-seçkiliyə
məruz qalmamaq, yaşamaq, söz azadlığı, təhsil
almaq və bərabər resursların
bölüşdürülməsi kimi bir sıra
alt hüquqlar da vardır ki, müasir, sivil cəmiyyətlərdə
bu hüquqlar insanlara verilir. İnsanların azadlıqları
və hüquqları
daim dövlət tərəfindən müdafiə
edilir. Azərbaycanda insan hüquqları və azadlıqlarının
müdafiə edilməsi,
vətəndaşların hüquqi,
siyasi mədəniyyət
səviyyəsinin yüksəldilməsi,
sosial və siyasi fəallığının
artırılması üçün
təxirəsalınmaz işlər
görülür”.
N.Həmzəyev Azərbaycanın müstəqillik
qazandıqdan sonra BMT-nin üzvü olmasını, daha sonra 2001-ci ildə
AŞPA-ya üzv seçilməsini və bütün bunlarla yanaşı bir çox beynəlxalq sənədlərin iştirakçısına
çevrilməsini də
xatırladıb:
“Azərbaycanda
Ombudsman Aparatı yaradılıb. Bu da insan hüquqlarının
müdafiəsi və
insan azadlığının
bərqərar olması
üçün çox
mühüm işlər
həyata keçirməkdədir.
Həmçinin ölkəmizdə
məhkəmələrdə də insan hüquqlarının
müdafiəsi və
insan azadlığının
bərqərar olması
üçün mühüm
işlər görülüb.
Həm qanunvericilik təkminləşdirilib, həm
də savadlı, bilikli kadrların yetişdirilməsi həyata
keçirilib. Həmçinin
vəkillik institutu da son illərdə
özünün inkişaf
dövrünü yaşamaqdadır.
Vəkillərin sayının
artırılması, vəkillik
bürolarının yaradılması,
vəkillərin əlçatan
olması da bu yöndə inkişafı təsdiq edən əsas faktorlardan biridir. Bununla yanaşı Azərbaycanda elektron məhkəmələrin yaradılması
üçün də
mühüm işlər
həyata keçirilir”.
Şəymən Bayramova
Şərq 2025.- 19 iyun
(¹ 105).- S.6.