Təhlükə
sinif otaqlarında gizlənib
“Dəyişiklik səndən
başlayır” layihəsi
işə düşdü
Elmi-Kütləvi,
Mədəni-Maarif, Təhsil
Proqramlarının Hazırlanması
Müəllim
və valideynlər birləşir – məktəblərdə
bullinqə qarşı
cəbhə açıldı
Orta ümumtəhsil
məktəblərində şagirdlər
arasında zorakılıq,
qarşılıqlı şiddətin
hər hansı formasının aradan qaldırılmasına yönəlmiş
layihə icra olunur. “Dəyişiklik səndən başlayır”
adlı layihə
"Birbank"ın təşəbbüsü
və sponsorluğu, “Dərs Evi” Tədris Mərkəzinin təşkilatçılığı və Azərbaycan Respublikasının Təhsil
İnstitutunun dəstəyi
ilə keçirilir.
“Dəyişiklik səndən
başlayır!” layihəsi
ümumtəhsil məktəblərində
bullinqlə mübarizə
məqsədi daşıyır.
Eyni zamanda ümumtəhsil məktəblərində
bullinqə qarşı
mübarizə və bu mövzuda maarifləndirməni hədəfləyir.
Xatırladaq ki, layihənin təqdimatı
2025-ci ilin 30 yanvar tarixində baş tutub. Layihə tərəfdaşlarının, media nümayəndələrinin,
təhsil və beynəlxalq ekspertlərin
iştirakı ilə
təqdimat mərasimi
olub. Tədbirdə
"Birbank"ın İdarə
Heyətinin üzvü,
İnsan kapitalı və Təşkilati inkişaf üzrə Baş inzibatçı Fərqanə Məmmədova,
Azərbaycan Respublikasının
Təhsil İnstitutunun
direktor müavini Fuad Qarayev, Bakı
şəhəri üzrə
Təhsil İdarəsinin
müdir müavini Anar Qədiməliyev, “Dərs Evi” Tədris Mərkəzinin icraçı direktoru Nigar Baimova, antibullinq üzrə beynəlxalq ekspert Mariya Afonina və digər rəsmi şəxslər
iştirak edərək
fikirlərini bölüşüblər.
Fərqanə Məmmədova
çıxışında bildirib ki, “Bullinq
təkcə fərdlərə
deyil, bütövlükdə
cəmiyyətimizə təsir
göstərən ciddi
sosial problemdir. Bu, fiziki və
ya emosional təsirlə yanaşı,
insanların özünə
inamını azaldan və onların gələcək inkişafına
mane olan bir davranışdır. Məktəblər isə
bir fərdin şəxsiyyət kimi formalaşmasında ən
vacib mühitlərdən
biridir. Ona görə də təhsil müəssisələrində
bu cür mənfi halların qarşısını almaq
və profilaktik tədbirlər görmək,
maarifləndirmə işləri
aparmaq olduqca mühüm vəzifədir”.
Bullinq
təhsil mühitində
şagirdlərin biri-birinə
qarşı fiziki və ya psixoloji
təzyiqi, eləcə
də təhqir kimi halları əhatə edir. Bu, məktəblərdə
şagirdlərdə narahatlıq
yaradan, özünə
inamı azaldan və onların psixoloji rifahına mənfi təsir göstərən ciddi bir problemdir. Məktəblərdə sağlam,
təhlükəsiz və
müsbət mühitin
yaradılmasını hədəfləyən
bu təşəbbüs
cəmiyyətdə getdikcə
aktuallaşan sosial problemin həlli istiqamətində mühüm
addımlardan biridir. Təqdimat mərasimində
qeyd edilmişdi ki, “Dəyişiklik səndən başlayır!”
layihəsinin icrasına
ilk olaraq 18 nömrəli tam orta məktəbdən başlanılacaq. Bu məqsədlə layihənin
təqdimat mərasimində
18 nömrəli tam orta məktəbin direktoru Leyla Fətiyeva, "Birbank"ın
Daxili kommunikasiya və KSM şöbəsinin
müdiri Aynur Həsənzadə və
“Dərs Evi” Tədris Mərkəzinin icraçı direktoru Nigar Baimova arasında
xartiya imzalanıb. Layihə çərçivəsində
beynəlxalq ekspertlər
tərəfindən “Dərs
Evi” Tədris Mərkəzinin müəllimləri
üçün xüsusi
təlimlər keçirilib.
Təlimlərdə iştirak
edən müəllimlər
bullinq mövzusunda maarifləndirmə və mübarizə yolları ilə bağlı bilik və bacarıqlarını
artıraraq ümumtəhsil
məktəblərində öz
həmkarlarına tədris
proqramları təqdim
edib, bullinqlə mübarizənin yollarını
geniş kütləyə
çatdırmağa çalışırlar.
Layihənin effektivliyi
isə məktəblərdə
keçiriləcək sorğular
və qiymətləndirmələr
vasitəsilə izləniləcək.
Əvvəlcədən də
planlaşdırıldığı kimi bu vacib
sosial layihənin icrası çərçivəsində
Bakı şəhəri
18 saylı tam orta məktəbdə şagird və müəllim heyəti, eləcə də valideynlər üçün
maarifləndirici sessiyaların
keçirilməsinə başlanılıb.
Qeyd edilib ki, bullinq (zorakılıq,
şiddət, təhqir,
alçaltma) şagirdlərin
psixoloji sağlamlığını
ciddi şəkildə
pozan, onların inkişafına mənfi təsir göstərən,
özlərinə inamını
və sosial bacarıqlarını zədələyən
hərəkətlərdir. Bu səbəbdən də bullinqin qarşısını almaq
və məktəblərdə
sağlam psixoloji mühit yaratmaq son dərəcə vacibdir. Təlimlər
“Travli.net” mərkəzinin ekspertləri
və “Dərs Evi” tədris mərkəzinin mütəxəssisləri
tərəfindən icra
edilib. Daha sonra layihənin effektivliyinin ölçülməsi
məqsədilə sorğu
və qiymətləndirmə
mərhələsi baş
tutub. Layihənin əsas məqsədi məktəblərdə
psixoloji mühiti daha da sağlamlaşdırmaq,
şagirdlər arasında
zorakılıq hallarının
qarşısının alınması,
müəllim və valideynlərin bullinqin tanınması və qarşısının alınması
istiqamətində maarifləndirilməsidir.
Bu yanaşma təhsil mühitində qarşılıqlı anlayış
və empatiyanın güclənməsinə xidmət
edir.
Təhsil eksperti
Elçin Süleymanov
“Şərq”ə açıqlamasında bildirdi
ki, son zamanlar
orta məktəb şagirdləri, o cümlədən
məhz qızlar arasında bullinqə meyillilik təəssüf
doğurur. Amma bu təkcə təhsil müəssisəsinə
aid məsələ deyil, bu, ümumən
cəmiyyətlə əlaqədardır:
- Problemin nədən
qaynaqlandığını yalnız məktəb daxilində axtarsaq, doğru nəticə əldə etməyəcəyik.
Problemi məktəbə
yönəltmək yox,
problemin mənbəyinə
enmək, səbəbləri
tapmaq lazımdır. Belə olarsa, biz “bu münaqişələr
niyə ortaya çıxır” sualına
cavab tapa bilərik. Elmi təhlillər onu göstərir ki, uşaqlar, yeniyetmələr
arasında aqressiyanın
artmasına səbəb
kompüterə, sosial
şəbəkələrə, internet resurslara sərbəst çıxış
və orada paylaşılan materiallara
aludəlik, şiddəti
təbliğ edən,
şiddətə, zorakılığa
yönəldən kompüter
oyunları, uşaqların
müəyyən qədər
nəzarətsiz qalması,
küçədə, həyətdə
yaşıdlarıyla mübahisə
etməsi, valideynlərin
bir-biriylə yola getməməsi, ailədaxili
münaqişələrdir. Bunlar uşaqların psixologiyasına mənfi təsir göstərir, sosial şəbəkələrdə
kriminal məzmunlu materiallar, uşaqların zorakılığa, yaşıdlarına
öz gücünü,
üstünlüyünü, “nüfuzunu” göstərməyə
meyillənməsinə səbəb
olur. Şagirdlər nəzarətsiz buraxılmamalıdır.
İstər məktəbdə,
istərsə də məktəbdən sonra evdə, ailə daxilində uşaqlara daim ciddi nəzarət
olmalıdır. Valideyn
övladının davranışlarına
diqqət etməlidir.
Kimlərlə dostluq edir və necə
dostluq edir, uşağın maraq dairəsi nədən ibarətdir? Və izah etməlidir ki, bu cür
aqressiya yanlışdır,
ziyanlıdır. Yeri gələndə tənqid
etməlidir. Küçə
jarqonu ilə danışmasını ona
irad tutmalıdır. Amma dediyim kimi,
hansı ailədəki
böyüklər arasında
zorakılıq var, ailədə mehriban, qarşılıqlı hörmət
mühiti yoxdur, uşaq nə öyrənəcək, nə
əxz edəcək böyüklərdən, öz
valideynlərindən? Bu
halda yük - vəzifə məktəbin,
müəllimlərin üzərinə
düşür artıq.
Müəllim təcrübəli
psixoloq və sosioloq kimi hər
bir şagirdə fərdi yanaşmalıdır.
Axı müəllim sinifdə hansı şagirdin dəcəl, sözə baxmayan, “ipə-sapa yatmayan” olduğunu görür, bilir. Müəllim maraqlanmalıdır, o şagirdin
ailəsiylə. Açıq
olmasa da, gizli şəkildə əgər müəyyən
edilsə ki, ailədə problem var, o zaman müəllim
ananı əvəz etməlidir. Çalışmalıdır
ki, şagird düzgün tərbiyə
alsın, davranışları
dəyişsin. Ona görə biz hər zaman vurğulayırıq ki, məktəblə ailə
uşaqların təlim-tərbiyəsində
birgə iştirak etməlidir. Birtərəfli
tərbiyə lazımi
effekt verməyəcək.
Məktəb psixoloqları
da iş aparmalıdır şagirdlərlə.
Ümumiyyətlə, yaxşı
pedaqoq, həm də təcrübəli psixoloqdur. Sinifdə müəllim həm pedaqoq kimi, həm
də psixoloq kimi davranırsa, o sinfin şagirdlərinin yanlış istiqamətlərə
yönəlməsi ehtimalı
aşağıdır. Yüksək
ixtisaslı, bacarıqlı,
uşaqlarla lazımi şəkildə davrana bilən pedaqoqlarımız
çoxdur. Lakin bunu da nəzərə
almalıyıq ki, uşaqlar bir çox istiqamətlərdən
təhlükələrlə üz-üzədirlər. Dediyim
kimi, müasir texnologiyalar, internet resursları, smartfonlarda müxtəlif platformalara sərbəst giriş imkanı uşaqlarımız
üçün böyük
təhlükə daşıyır.
Ona görə də problemə birtərəfli yanaşma
müsbət nəticə
əldə etməyimizə
mane olar. Aqressiyanın mənbəyinə
enmək, kökünə
baxmaq lazımdır ki, haradan, nədən
qaynaqlanır. Şagirdlərin
aqressiv davranışı
psixoloqlar tərəfindən
araşdırılmalı, uşaqlar doğru yola yönləndirilməlidir.
Belə olarsa, şiddət olaylarının
azaldığını görəcəyik.
Maarifləndirici seminarlar,
şagirdlərin treninqlərə
cəlb edilməsi də vacibdir.
Məlahət Rzayeva
Şərq 2025.- 20 iyun (¹ 105).- S.6.