Müasir ailənin
gələcəyi hamıdan asılıdır
Gənclər
və yaşlılar arasında qarşılıqlı
anlayış və dəstək günün düsturu
olmalıdır
Gender, ailə
və demoqrafiya məsələlərinin
işıqlandırılması
Müasir dünyada texnologiyanın sürətli inkişafı, miqrasiya və həyat ritminin dəyişməsi ailə münasibətlərinə yeni çalarlar gətirib. Bu şəraitdə nəsillərarası həmrəylik anlayışı daha da ön plana çıxır. Çünki bu həmrəylik yalnız emosional bağlılıq deyil, eyni zamanda təcrübənin ötürülməsi, mənəvi dəstək, hörmət və qayğının qarşılıqlı paylaşılması deməkdir.
Nəsillərarası həmrəylik və ailə münasibətləri məsələsi cəmiyyətin sosial strukturu və dəyərləri baxımından mühüm əhəmiyyət daşıyır. Ənənəvi Azərbaycan ailə modelində üç və ya dörd nəslin bir yerdə yaşaması adi hal idi. Bu birlik həm maddi dəstək, həm də mənəvi bağlarla möhkəmlənirdi. Lakin müasir dövrdə urbanizasiya, miqrasiya və fərdiləşmə tendensiyaları ailə strukturlarını dəyişdirib. Bu dəyişikliklər gənc və yaşlı nəsillər arasında müəyyən boşluqlar yaratsa da, ailə daxilində qarşılıqlı anlayış, hörmət və əməkdaşlıq ruhunun qorunması mümkündür. Nənə-babalar yalnız baxıcı funksiyası deyil, həm də tərbiyəvi rol daşıyırlar. Onların həyat təcrübəsi gənclər üçün mənəvi dayaq, uşaqlar üçün isə şəxsiyyətin formalaşmasında örnəkdir.
Sosioloji araşdırmalar göstərir ki, nəsillər arasında sağlam münasibətlər olan ailələrdə emosional sabitlik, psixoloji rahatlıq və övlad tərbiyəsində daha müsbət nəticələr müşahidə olunur. Eyni zamanda yaşlı nəslin sosial təcrid olunmaması onların sağlamlıq və rifahına da birbaşa təsir edir. Cəmiyyət olaraq bu münasibətləri qorumaq üçün həm ailə daxilində dəyərlərin təbliği, həm də dövlət səviyyəsində ailə institutunu gücləndirən siyasətlərin aparılması vacibdir. Tez-tez unuduruq ki, ailə – sadəcə birgə yaşamaq deyil, həm də birgə yaşatmaqdır. Ailədə nənə və babaların təcrübəsi, valideynlərin yönəldici rolu və gənclərin enerjisi birlikdə güclü bir sosial mexanizm yaradır. Bu mexanizm uşaqların tərbiyəsində, yaşlıların qayğısında, ailə dəyərlərinin qorunmasında və bütövlükdə cəmiyyətin mənəvi sağlamlığında əvəzsiz rol oynayır. Lakin bu münasibətləri qorumaq üçün dövlət, media və vətəndaş cəmiyyəti birgə çalışmalıdır. Maarifləndirici kampaniyalar, nəsilləri bir araya gətirən layihələr, ailə dəyərlərinin təbliği ilə bağlı sosial proqramlar bu sahədə mühüm addımlar ola bilər.
Bu istiqamətdə Sosial Tədqiqatlar Mərkəzinin (STM) fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Belə ki, Mərkəzin təşkilatçılığı ilə dünən “Nəsillərarası həmrəylik ailə münasibətləri və dayanıqlı inkişaf kontekstində” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə mərkəzin son nəşrlərindən biri olan “Azərbaycanda nəsillərarası münasibətlər: ailə həmrəyliyi və qayğı” hesabatında irəli sürülən tədqiqatın nəticələri təqdim edilib. Dəyirmi masaya moderatorluq edən STM-in İdarə Heyəti sədrinin müavini, professor Tahirə Allahyarova Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbə ilə nəsillərarası həmrəylik arasındakı əlaqədən danışıb. O bildirib ki, bu qələbə həmrəyliyi daha da artıracaq:
“Hər bir dövlət ailə institutuna önəm verir. Bu, bütün dövrlər üçün
keçərlidir. Əlbəttə, biz Azərbaycan dövləti
olaraq və dövlətimizin siyasətinə
uyğun olaraq ilk əvvəl elmi əsaslı təklif və tövsiyələri
aidiyyəti qurumlara təqdim etməliyik.
Məlumdur ki, nəsillər
arasında problemlər
mütləq olur.
Nəsillərarası bağları möhkəmləndirən
məsələ var ki, hər nəsil
üçün yaddaş
hadisəsi olur. Nəsillərarası həmrəyliyi qorumaq
və möhkəmləndirmək
olar. Azərbaycan üçün 44 günlük zəfər nəsillərarası həmrəyliymizi
daha da gücləndirmək
üçün çox
mühüm təməldir”.
“Mərkəzin qarşısına
qoyulmuş məsələlər
orta və uzun perspektivdə ailə institutunun cəmiyyətdəki rolu məsələləridir”. Bu fikirləri isə STM-in sosial-iqtisadi təhlil departamentinin müdiri Seymur Əliyev deyib. STM rəsmisi qeyd edib ki,
nəsilləarası həmrəylik
anlayışına diqqət
etməliyik:
“Burada əsas məsələ nəsillər
arasındakı sosial
uyumun səviyyəsini
öyrənməkdir. Bu, Azərbaycan perspektivindən
baxdıqda vacib məsələdir. Transformasiya olunan
ailə institutuna cəmiyyətdə birmənalı
münasibət yoxdur".
STM-in sektor müdiri
Humay Axundzadə isə STM-in Azərbaycan ailəsində nəsillər
arasındakı münasibətləri
öyrənmək üçün
apardığı tədqiqatların
nəticələrini açıqlayıb. Onun sözlərinə görə,
tədqiqatlar 12 rayon üzrə
1 170 nəfər olmaqla,
hər biri 390 nəfərdən ibarət
üç qrupa əsasən aparılıb:
"Nəticələrə əsasən bəzi regionlarda, məsələn,
daha çox Bakı-Abşeron-Xızıda ailə
strukturu dəyişib. Ailə strukturunun
dəyişməsi dedikdə,
ailələrdə fərdiləşmə
prosesinin güclənməsi
deməkdir. Bununla yanaşı,
mobil telefonlardan istifadənin ailə münasibətlərində özgələşmə
problemlərini yaratdığını
müşahidə etdik".
Sektor müdiri bildirib ki, hər iki
övladdan biri özünü valideynindən
fərqli olaraq görür, eyni düşüncə tərzində
olmadıqlarını hesab
edir və bu da öz
növbəsində yenilik
axtarışlarına, münaqişələrə
səbəb ola
bilir. STM nümayəndəsi
həmçinin tədqiqat
nəticələrinə görə,
1 170 nəfərin yarısının
yaşlı və cavan ailə fərdləri ilə birlikdə yaşamağına
üstünlük verdiyini
qeyd edib: "Sorğuya əsasən, 10
nəfərdən biri
ailədən ayrı
və uzaq yaşamağın tərəfdarıdır.
Bu rəqəmlərin 17,3
faizi məhz gəncləri əhatə
edir".
H.Axundzadə əlavə edib
ki, boşanmalar da nəsillər arasında münasibətlərdə
özgələşməyə gətirib çıxarır:
"Tədqiqatın ümumi
nəticələri onu
göstərir ki, Azərbaycan ailə münasibətlərində fərdiləşmə
meyilləri yüksəkdir. Amma buna
baxmayaraq, gənclərin
ailə ilə münasibətdə sıx
bağı özünü
qoruyub saxlayır.
Sadəcə, bir az dəstək lazımdır".
Sosioloq Aynur Hacıyeva ailədə nəsillərarası həmrəyliyin
qorunmasının və
inkişaf etdirilməsinin
yalnız fərdi səylərlə mümkün
olmadığını vurğulayıb. “Şərq”ə
açıqlamasında ailələrin
və dövlətin birgə fəaliyyətinin
vacibliyini qeyd edən A.Hacıyeva bu mövzuda hüquqi, sosial və mədəni təşəbbüslərin gücləndirilməsini
təklif edib:
“Nəsillərarası əlaqələrin gücləndirilməsi,
cəmiyyətdə sağlam
və dayanıqlı
ailə strukturunun qurulmasında əhəmiyyətli
rol oynayır.
Ailədə nəsillərarası həmrəylik,
fərqli yaş qruplarından olan üzvlərin qarşılıqlı
anlayış və hörmət əsasında
bir-biri ilə əlaqə saxlamasıdır. Bu həmrəylik, ailənin
gücünü və
sosial sabitliyini təmin edən ən mühüm faktorlardan biridir. Ailədə
nəsillərarası həmrəylik
yalnız fərdi səviyyədə deyil, həm də cəmiyyətin strukturunda
və sosial dinamikasında mühüm
rol oynayır. Bu, ailə üzvləri
arasında güvən,
hörmət və dəstək mübadiləsi
olaraq meydana çıxır və cəmiyyətdəki digər
sosial əlaqələrlə
sıx bir şəkildə əlaqəlidir.
Ənənəvi cəmiyyətlərdə ailə nəsillərarası
əlaqələrin qorunmasına
xüsusi diqqət yetirirdi. Böyüklər uşaqlarını tərbiyə edir, onların həyat təcrübəsindən yararlanırdılar.
Müasir cəmiyyətlərdə
isə şəhərləşmə,
fərdiləşmə və
texnoloji inkişaf nəsillərarası əlaqələrin
zəifləməsinə səbəb
ola bilər.
Lakin bu əlaqələr hələ də ailə strukturlarının
davamlılığı üçün
vacibdir. Müasir dövrün
ən mühüm faktoru olan texnoloji
inkişaf, bəzən
nəsillərarası əlaqələri
zəiflədə bilər.
Gənclərin texnologiyaya
olan marağı ilə yaşlıların
buna uyğunlaşmaqda
çətinlik çəkməsi,
ailədə emosional uzaqlığa səbəb
ola bilər.
Bu səbəbdən texnologiyanı ailə bağlarını möhkəmləndirmək
məqsədilə istifadə
etmək üçün
xüsusi proqramlar hazırlanmalıdır. Gənclər və yaşlılar arasında texnologiya vasitəsilə əlaqə
qurmaq, nəsillər arasında yeni ünsiyyət formaları
yaradılmasına kömək
edə bilər.
Yaşlı nəslin təcrübələri
və bilikləri, gənclər üçün
dəyərli bir qaynaqdır. Eyni zamanda,
gənclərin müasir
baxışları və
yeniliklərə uyğunlaşma
bacarığı, yaşlı
nəslin daha müasir və çevik olmasına kömək edir. Bu qarşılıqlı faydalı mübadilə, ailə içində həmrəyliyin güclənməsinə
səbəb olur.
Nəsillərarası həmrəylik ailə
içində sosial normaların və dəyərlərin daha da möhkəmlənməsinə
şərait yaradır.
Ailədəki ənənəvi dəyərlər, gənclərə
qarşılıqlı hörmət,
anlayış və empatiya hisslərini öyrədir və onları cəmiyyətə
müsbət şəkildə
inteqrasiya etməyə
təşviq edir.
Cəmiyyətin inkişafı üçün
ailə institutunun gücləndirilməsi, nəsillərarası
əlaqələrin möhkəmləndirilməsi
və bu əlaqələrə diqqət
yetirilməsi ən mühüm sosial məsələdir. Hər iki
tərəfin - həm
yaşlıların, həm
də gənclərin
- ehtiyaclarına uyğun
dəstək mexanizmlərinin
formalaşdırılması ailə münasibətlərinin
daha sağlam və uzunmüddətli olmasına kömək edəcəkdir”.
Şəymən Bayramova
Şərq 2025.- 15 may (¹83).- S.6.