"Əkinçi"nin ruhuyla rəqəmsal eraya...
Fikir, söz
və məlumat azadlığının, plüralizmin
inkişaf etdirilməsi;
Media islahatlarının strateji
yol xəritəsi hazırdır
“Azərbaycan media məkanında
2020-ci illərdən etibarən
həyata keçirilən
islahatlar dalğası
kompleks xarakterlidir,
media üzrə bütün
komponentləri əhatə
edir”
"Əkinçi" qəzetinin
nəşrə başladığı
1875-ci il 22 iyul tarixi Azərbaycanda
Milli Mətbuat Günü kimi qeyd olunur. "Əkinçi"dən başlanan
mətbuat tariximizə
nəzər salsaq görərik ki, ötən illər ərzində Azərbaycan
mətbuatı daim cəmiyyətin proseslərə
baxışını əks
etdirən güzgü
rolunu oynayıb.
Mətbuatımız indi özünün
yüksəliş mərhələsini
yaşayır. Bu yeni inkişaf dövrünün təməlini
qoyan Ulu Öndər Heydər Əliyev hər zaman mətbuatın cəmiyyətə təsir
gücünü yüksək
qiymətləndirib. Mətbuat və
söz azadlığı,
kütləvi informasiya
vasitələrinin maddi-texniki
bazasının möhkəmləndirilməsi
istiqamətində ardıcıl
tədbirlər həyata
keçirib.
Bu gün ölkəmizdə söz və mətbuat azadlığına, kütləvi informasiya vasitələrinə ən yüksək səviyyədə diqqət və qayğı göstərilir. Azərbaycanın artan iqtisadi imkanları mətbuatın inkişafı yolundakı çətinliklərin aradan qaldırılmasına, onun aktual problemlərinin həllinə şərait yaradır. Hər beş ildən bir milli mətbuatımızın yubileyinin təntənə ilə keçirilməsi ənənəyə çevrilib. Bu günlərdə Prezident İlham Əliyev Azərbaycan Milli Mətbuatının 150 illik yubileyinin ölkəmizdə geniş qeyd olunması haqqında Sərəncam imzalayıb. Sərəncamda qeyd olunub ki, XIX əsrin ikinci yarısında dünyanın neft və sənaye mərkəzlərindən birinə çevrilmiş və iqtisadi yüksəliş dövrünü yaşayan Azərbaycanın ictimai-siyasi və mədəni həyatında əsaslı dəyişikliklər baş verib. Maarifçilik hərəkatı genişlənməyə başlayıb, milli mətbuatın yaranması zərurəti meydana çıxıb. Məhz buna görə də 150 il əvvəl görkəmli ziyalı, təbiətşünas alim və maarifçi-publisist Həsən bəy Zərdabinin Azərbaycan dilində nəşr etdirdiyi “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi və ölkəmizin həyatında mühüm hadisə kimi tarixə düşüb: "Cəmi iki il fəaliyyət göstərən qəzet maarifçi ideyaların carçısı olub, cəhalətə və xurafata qarşı kəskin məqalələr dərc edib, milli özünüdərkin, ictimai, siyasi və bədii fikrin inkişafına, mütərəqqi jurnalist nəslinin yetişməsinə önəmli töhfə verib. “Əkinçi”dən sonra onun ənənələrini davam etdirən çoxsaylı nəşrlər dövrün vətənpərvər ziyalılarını, maarifçilərini eyni məslək ətrafında birləşdirərək, milli oyanış prosesinin aparıcı vasitələrindən biri kimi, ümummilli məqsədlərin gerçəkləşməsində mühüm rol oynayıblar. Keçən yüzilliyin sonlarında xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar ölkəmizdə söz və məlumat azadlığının, fikir plüralizminin və digər demokratik dəyərlərin bərqərar olması üçün etibarlı zəmin yaratdı. Heydər Əliyev medianın inkişafını prioritet vəzifələrdən biri hesab edib, onun fəaliyyətini tənzimləyən qanunvericilik bazasının formalaşdırılması, inkişafını əngəlləyən süni maneələrin aradan qaldırılması, maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl qərarlar qəbul edi, dövlət-media münasibətlərində mütərəqqi ənənələrin əsasını qoyub. Ötən dövr ərzində müstəqil siyasi kursun qətiyyətlə və ardıcıl həyata keçirilməsi nəticəsində ölkəmizin dinamik inkişafı təmin edilib, qarşıda duran strateji vəzifələr uğurla gerçəkləşdirilib. Azərbaycan Vətən müharibəsində şanlı Zəfər qazanaraq və unikal antiterror əməliyyatı ilə hərb tarixinə yeni səhifə yazaraq, ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. Müharibə dövründə mediamız əsl vətənpərvərlik, həmrəylik nümunəsi ortaya qoyub, haqq səsimizin dünya ictimaiyyətinə çatdırılması, düşmənin və onun havadarlarının saxta məlumatlarının ifşası üçün xüsusi səy göstərib, Milli Ordumuzun, əsgər və zabitlərimizin rəşadəti, qəhrəmanlığı ilə bağlı zəngin salnamə yaradıb. Vətən müharibəsində qələbəmizdən az sonra başlanan islahatlar, o cümlədən “Media haqqında” Qanunun qəbul edilməsi media fəaliyyətinin rəqəmsal dövrün çağırışlarına uyğunlaşdırılmasını və ölkəmizin informasiya mühitinin sağlamlaşdırılmasını hədəfləyib. Vergi azadolmalarının tətbiqi, qəzet və jurnallar üçün əlavə dəyər vergisinin aradan qaldırılması, jurnalistlərə güzəştli ipoteka kreditindən yararlanmaq hüququnun verilməsi və digər tədbirlər informasiya resurslarının iqtisadi müstəqilliyinin gücləndirilməsi və jurnalistlərin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində görülən işlərin davamlılığını təmin edib. Bu gün mediamız Azərbaycanın tərəqqisinin və müasir cəmiyyət quruculuğu prosesinin fəal iştirakçısı olaraq, beynəlxalq əlaqələrini və qlobal informasiya məkanında təsir imkanlarını genişləndirib, rəqabət qabiliyyətini artırıb. Lakin dünya nizamının dəyişikliklərə məruz qaldığı, siyasi proseslərin intensivləşdiyi, habelə yeni fəaliyyət prinsiplərinin bərqərar olduğu müasir dövr Azərbaycan mediası qarşısında da yeni vəzifələr müəyyənləşdirir. Qabaqcıl texnologiyaların tətbiqi, sosial media platformalarında fəallığın artırılması, rəqəmsallaşma, süni intellekt, media savadlılığının yüksəldilməsi, dezinformasiya və saxta xəbərlərlə mübarizə, effektiv kommunikasiyanın həyata keçirilməsində yaxından iştirak və s. mediamızın inkişaf perspektivini və qarşıdan gələn dövrdə qlobal informasiya məkanında yerini müəyyənləşdirəcək məsələlərdir. Eyni zamanda, media müasir tendensiyaları nəzərə almaqla Azərbaycanın dövlət maraqlarını həmişə uca tutmalı, ölkəmizin müasir beynəlxalq münasibətlər sistemində yeri və rolu, həyatımızda baş verən pozitiv dəyişikliklər ilə bağlı ictimaiyyətimizin məlumatlandırılması sahəsində daha fəal olmalıdır.
Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli "Şərq"ə açıqlamasında deyib ki, Prezidentin Sərəncamında Azərbaycan media ictimaiyyətinin ötən dövrdəki fəaliyyəti yüksək formada qiymətləndirilir. Jurnalistlərimizin Vətən müharibəsi dövründə sərgilədiyi fəaliyyətə xüsusi diqqət yetirilir:
"Qeyd olunur ki,
Azərbaycan mediası Vətən müharibəsində
şanlı Zəfərin
qazanılmasında, ərazi bütövlüyünün
və suverenliyin tam bərpa
olunmasında əsl vətənpərvərlik, həmrəylik
nümunəsi sərgiləyib. Haqq səsimizin
dünya ictimaiyyətinə
çatdırılması, düşmənin və onun havadarlarının saxta
məlumatlarının ifşası üçün
yüksək səy göstərib. Prezidentin sərəncamında
yer tutan bu cümlələr mediamızın həm
peşəkar, həm də vətənpərvər olduğunu göstərir və Azərbaycan
jurnalistikasının tarixi fəaliyyətini
qiymətləndirmək üçün
mənbə rolunu oynayır. Amma bu Sərəncam Azərbaycan
mediasının təkcə keçmiş
fəaliyyətini qiymətləndirmir, həm də
jurnalistikamızın gələcək fəaliyyətindən
gözləntiləri ifadə edir. Azərbaycan
media məkanında 2020-ci illərdən
etibarən həyata keçirilən islahatlar
dalğası kompleks xarakterlidir,
media üzrə bütün
komponentləri əhatə edir. Məlumat
üçün qeyd
edək ki, beynəlxalq mərkəzlər
ölkələr üzrə media mühitini dəyərləndirərkən 4 mühüm istiqamətə birlikdə diqqət
yetirirlər. Media qanunvericiliyinə,
KİV-lərin maliyyə müstəqilliyinə, jurnalist təhlükəsizliyinə və nəhayət,
etik standartların tətbiqi imkanlarına
kompleks şəkildə
yanaşılmasını zəruri sayırlar. Media mühitinin normal olması üçün,
bu istiqamətlərdən hər birinin normativlərə uyğun
gəlməsi vacibdir. Prezident
İlham Əliyevin 2021-ci il
yanvarın 12-də imzaladığı “Media
sahəsində islahatların daha da dərinləşdirilməsi haqqında” Fərmanı
bu prinsiplərin hər birini
özündə cəmləşdirir. Fərman
ayrı-ayrı istiqamətlərin deyil,
ümumilikdə media mühitinin
yeniləşdirilməsini ehtiva edir. Paralel olaraq, jurnalistlərin sosial durumunu və statuslarını da diqqətə alır".
M.Ələsgərli qeyd edib ki, sərhədlərin
müəyyənləşməsi peşəkar media üçün
güzəştlərin və
imtiyazların tətbiq
olunmasına şərait
yaradır:
"Təsadüfi deyil ki, “Media haqqında” Qanun imzalandığı gün - 8 fevral 2022-ci il tarixdə Prezident İlham Əliyev həm də İpoteka qanunvericiliyi üzrə dəyişiklikləri
təsdiqləyib. Beləliklə, jurnalistlərə dövlət
təminatlı, güzəştli
ipoteka kreditindən istifadə etmək hüququ verilib. Qanunun qəbulundan 3 ay sonra, 13 may 2022-ci il
tarixində isə Azərbaycanda kütləvi
informasiya məhsullarıının
ərsəyə gəlməsi
üçün kağızın
idxalı və satışı Əlavə
Dəyər Vergisindən
(ƏDV) azad edilib. 2021-ci ilin sonlarından
etibarən, medianın
müstəqil biznes modelinə keçidinin sürətləndirilməsi üçün
sistemli addımlar atılır. Prosesin
davamı olaraq, 2023-cü
il yanvarın
1-dən ölkə mətbuatına
vergi tətilləri tətbiq olunub. Çap və onlayn media subyektləri gəlir (mənfəət)
və sadələşdirilmiş
vergilərdən, eyni
zamanda əlavə dəyər vergisindən
3 il müddətinə
azad edilib. Bu dövr ərzində
media subyektlərinin inkişafını
təmin etmək üçün verilən
dövlət dəstəyinin
həcmi artırılıb.
Məlumat üçün bildirək ki, 2009-2020-ci illər aralığında
ölkədə dövlət
hesabına yalnız çap media subyektlərinə
- qəzetlərə dəstək
göstərilirdisə, indi
həmin dəstək
həm də onlayn media subyektlərinə
aid edilir. Son 3 ildə
hər il
üzrə 39 xəbər
saytına (xəbər
portalına) müsabiqəli
yardımlar göstərilib.
39 xəbər saytı,
17 qəzet redaksiyası
olmaqla ümumilikdə
il ərzində 56
media subyektinə iqtisadi
müstəqilliyinin gücləndirilməsi,
maddi-texniki təminatlarının
yaxşılaşdırılması, faliyyətinin təkmilləşdirilməsi
və keyfiyyətin artırılması məqsədilə
maliyyə yardımı
ayrılır. Bu, ölkədə KİV qollarının
paralel inkişafını
təmin edir. O cümlədən, onlayn
media subyektlərinin qurulmasını,
inkişafını və
peşəkarlaşmasını stimullaşdırır".
İsmayıl Qocayev
Şərq 2025.- 8 may (¹79).- S.6.