İrəvan mətbuatının məşhur imzası

 

Mirzə Cabbar Əsgərzadə Azərbaycan mətbuatının fədakar qələm ustadıdır

 

XX əsrin əvvəllərində İrəvanda azərbaycanlı ədəbi simalar içərisində mətbuatla daha sıx əlaqəsi olan bir neçə sənətkardan biri də Mirzə Cabbar Əsgərzadədir. O, İrəvanda yaşadığı dövrdə, mətbuat aləminə gəldiyi ilk gündən ömrünün sonuna qədər təkcə Cənubi Qafqazda deyil, Yaxın Şərqdə çıxan mətbuat orqanları ilə əlaqə saxlayıb, bir sıra nəşrlərin, redaksiya heyətinin üzvü və İrəvanda təmsilçisi kimi fəaliyyət göstərib.

 

Mətbuat səhifələrində cəmiyyətdə həlli vacib olan problemlərə dair davamlı bədii, publisistik yazılar nəşr etdirib. Molla Nəsrəddin” jurnalında “Kəblədostu xala”, “Məhkəmə pişiyi”, “Gülgəz”, “Eşşək dağlayan”, “Zənbur” jurnalında “Qurbağa”, “Noxtalı”, “Lək-lək” jurnalında “Lək-lək”, “Hoş-hoş”, “C.Ə.zadə”, “Məlumat” qəzetində “C.Aciz”, “Şəlalə” jurnalında və “Tuti”də “Məhkəmə pişiyi”, “Babayi-Əmir” jurnalında “Müdir-Əyyar”, “Kəlniyyat” jurnalında “Molla haray”, “Yeni irşad” qəzetində “Cabbar” imzaları ilə çıxış edib. Cabbar Əsgərzadənin gizli imzaları və iştirak etdiyi mətbuat orqanları yuxarıda adlarını çəkdiklərimizlə bitmir. Onun İrəvanda yaşadığı dövr yaradıcılığının, xüsusilə də mətbuat fəaliyyətinin araşdırılmasına böyük ehtiyac var. Həmin dövrdə İrəvanda Azərbaycan ədəbi-mədəni, ictimai mühitində geniş fəaliyyət göstərib, yüzlərlə şeir, felyeton və məqalələr yazan Mirzə Cabbar Əsgərzadə maddi imkanlarının məhdudluğu üzündən hələ səmərəli fəaliyyət göstərə bilmədiyini dəfələrlə etiraf edib. Bu barədə onun 1913-cü ildə yaxın dostu Məmmədəli Sidqiyə yazdığı epistolyar nümunələrdə də rast gəlirik. Epistolyar nümunələrin birində (20 yanvar 1913-cü il) bir parça çörək qazanmaq xatirinə gah bənnalıq, gah da qəhvəçilik etdiyini bildirir.

İrəvan ziyalılarının, o cümlədən Mirzə Cabbar Əsgərzadənin müntəzəm çıxış etdiyi ədəbi jurnallar sırasında Bakıda nəşr edilən “Tuti” (1914-1917) jurnalını xüsusi qeyd etmək lazımdır. Azərbaycan jurnalistikası, ədəbiyyatı, ictimai fikir tarixində görkəmli yer tutan “Tuti”də Cabbar Əsgərzadənin gizli imzalarından əlavə “Cik-cik”, “Müsəlman qəbiristanlığı”, “Yatağan”, “Danaburan” və başqa imzalarla da İrəvandan yazılar dərc olunub. “Tuti” jurnalı səhifələrində Cabbar Əsgərzadənin Naxçıvan və Ordubad haqqında da felyetonlarına rast gəlirik.

Mirzə Cabbar Əsgərzadənin müdiri olduğu “Lək-lək”in səhifələrində olduğu kimiTuti” jurnalında Mirzə Ələkbər Sabirin satirik üslubuna bənzəyən xeyli şeirləri dərc olunub. Tuti” jurnalının 1915-ci il 4-cü nömrəsində “Ər deyil” adı ilə çap olunan mənzumə SabirinMolla Nəsrəddin” jurnalının 26 aprel 1909-cu il sayında dərc edilən “Çatlayır Xan bacı, qəmdən ürəyim” sözləri ilə başlanan məşhur satirasını xatırladır.

Mirzə Cabbarın “Tuti” jurnalının 1915-ci ildə çap olunan 15-ci nömrəsində “Məhkəmə pişiyi” imzası ilə “İllər xəstəsi” adlı satirik şeiri tamamilə Əli Nəzminin “Evlənim, evlənməyim” şeirinin həm formaca, həm də məzmunca təsiri altında yazılıb. Əli Nəzmi köhnə adətləri tənqid atəşinə tuturdusa, Mirzə Cabbar “İllər xəstəsi” adlı şeirində isə savadsız ara həkimlərini, baş alıb gedən xəstəliklərin əhalini əldən salmasını, səhiyyə xidmətinin olmamasını kəskin yumorla ifadə edərək yazır:

 

Tuti, mənə eyləgilən mərhəmət,

Var ili həm ağrılıdır bədənim.

Yaz açılır, hansı olar məsləhət,

Qan aldırım, ya ki, zəli saldırım?

Gözlərimin suyu axır, dərdi var,

Çırpınaraq qəlbim olur biqərar.

Fırlanıyor başıma yer dər-divar,

Bilməyirəm indi zəli saldırım,

Ya ki gedib dəlləyə qan aldırım?

 

Göründüyü kimi, Mirzə Cabbar yeni ideoloji şəraitdə öz böyük potensialı, bədii-ekspressiv imkanlarından cəsarətlə və bacarıqla istifadə edir.

M.C.Əsgərzadənin “Tuti” jurnalının 1915-ci il 22-ci sayında Sabirin “Nə yazım” adlı şeirinin həm formaca, həm də məzmunca təsiri altında “Lövhə” adlı şeiri dərc olunub. Şeir Sabirə nəzirə səciyyəsi daşımasa da, burada şairin təsvir vasitələri, üslub və məzmun keyfiyyətləri qabarıq şəkildə özünü göstərir.

 

Bilmirəm yarəb yenə hardan, hayanlardan deyim,

Yeddi yerdən başlayım, ya asimanlardan deyim?

Başlayım ya İrəvanda tazə qətl-mətlidən,

Ya naçotnik, ya maçotnik, baş-bacağı ətlidən,

Ya deyim ərbab kimi qeyrətlidən, meyrətlidən,

Qalmasın bir kimsənə düzdən, yalanlardan deyim.

 

Qeyd edək ki, həmin dövrdə İrəvanda da satirik şeirə üstünlük verilirdi. Bu, o dövrdəMolla Nəsrəddin”dən gələn təsir qüvvəsinin həmin ədəbi məktəbin ənənələrinin getdikcə şaxələndiyini ətrafına daha çox ardıcıllar topladığını göstərir. Bu səpkili şeirlər həmin dövrdə həm öz mənasına, həm ideya istiqamətinə görə çox böyük əhəmiyyət kəsb edirdi. İstərTuti”, istərMolla Nəsrəddin”, istərsə Babayi-Əmir”də M.Cabbara məxsus olan şeirlərin mövzu dairəsi çox geniş idi. Bu baxımdan onu Mirzə Ələkbər Sabirin ləyaqətli xələfi saymaq olar. Belə ki, Mirzə Cabbarın mövzular silsiləsində dövrün bütün ictimai, iqtisadi, elmi, mədəni vəziyyəti problemləri öz əksini tapıb. Mirzə Cabbarın yazdığı felyetonların mənası siyasi istiqaməti bir daha onun mütərəqqi dünyagörüşə, kamil biliyə malik olduğunu göstərir. Mirzə Cabbarın bu sahədəki yaradıcılığında həm dövrün inqilabi-demokratik mətbuatının təsiri özünü göstərir.

M.C.Əsgərzadənin jurnal qəzetlərdə çap etdirdiyi yazıların coğrafiyası çox geniş idi. Onun Azərbaycanın Yaxın Şərqin bir sıra şəhərlərinə dair şeirləri felyetonları vardır. Şair bu coğrafiyaların hər birinin mənzərəsinin təsvirini real boyalarla çox böyük sənətkarlıqla təsvir edə bilib.

Mirzə CabbarınTutijurnalındaNoxtasızimzası ilə çap etdiyi felyetonları daha maraqlıdır. Onunİrəvandaadlı felyetonunda bu bölgənin mürtəce şeyxləri, cahilləri istehzalı şəkildə tənqid olunur. Həmin yazılarda geriliyə qarşı mübarizəyə, etiraz etməyə olan eyhamlar daha çox diqqəti cəlb edir. Hətta onun bir sıra yazılarında istehza rişxənd elementləri çox kəskin şəkildə özünü göstərir.

1915-ci ildə Bakıda Əliabbas Müznib Mütəllibzadənin redaktorluğu ilə nəşr edilənBabayi-Əmirjurnalında da İrəvan ziyalılarının şairlərinin xeyli yazıları çap olunub. Molla Nəsrəddinideyalarına sadiq bir jurnalda da satirik yazılar geniş yer tuturdu. Babayi-Əmirjurnalında müntəzəm iştirak edən İrəvan ziyalılarından biri Mirzə Cabbar Əsgərzadə idi.Babayi-Əmirjurnalının 1915-ci il 13-cü nömrəsində M.C.Əsgərzadənin iki mənzuməsi çap olunub. Həmin yazıların birində İrəvan şəhərində ictimai asayişin olmadığını, insanların dincliyinin pozulduğunu, 1915-ci ildə ermənilərin tökdükləri qanları şeirində belə ifadə edir:

 

Baxırsan iki gündə bir qan olur,

Biri qatil zibi-zindan olur.

Qapı bağlanır, xanə viran olur,

Səfalət, rəzalət, fürəvan olur.

 

Babayi-Əmirjurnalını ardıcıl izlədikcə bu mətbu orqanda Mirzə CabbarınMəhkəmə pişiyi”, “Noxtasızimzaları ilə çap etdirdiyi satiraların bədii cəhətdən kamil şeir nümunələri olduğunu görürük. Babayi-Əmirjurnalının 1916-cı ildə çıxan birinci nömrəsində M.C.Əsgərzadəninİran səyahətindən bir nəbzəadlı yazısı dərc olunub. Bu satira Mirzə Ələkbər SabirinKiçik felyetonadlı şeirinin təsiri altında yazılıb. Mirzə Ələkbər Sabirin bu şeirində ərbabın kəndliyə rəzil münasibətindən bəhs edilirsə, Mirzə Cabbarın həmin şeirində isə Cənubi Azərbaycanda bir müəllimin öz şagirdi ilə düzgün olmayan rəftarından bəhs edilir. Müəllif bu yazısında köhnə təlim-tərbiyə üsulunu, fiziki cəza tədbirlərini kəskin tənqid edir.

Mirzə CabbarınBabayi-Əmirjirnalının 1916-cı il 8-ci sayında çap olunanSəbətə protest” adlı satirası Cəfər Cabbarlının həmin jurnalın 1916-cı ildəki 6-cı nömrəsində dərc olunmuşİtil get” adlı şeirinin təsiri altında yazıldığını onun məzmun yaxınlığı da təsdiq edir. Hər iki şeirdə millətin tərəqqisi naminə çalışmayan, yalnız öz maraqlarını üstün tutan mürtəce ziyalılar tənqid edilir. Mirzə Cabbar ƏsgərzadəBabayi-Əmirjurnalında da cəsarətlə çıxış edib. OnunBabayi-Əmirjurnalının 1915-ci ildəki 14-cü sayındaMəhkəmə pişiyiimzası ilə dərc olunmuşQan eyləyiradlı şeirində İrəvandakı hadisələr, soydaşlarımızın başına gətirilən faciələr poetik dillə ifadə olunur:

Mirzə Cabbarın bu səpkili şeirlərində İrəvanda azərbaycanlıların üzləşdiyi müsibətlərin əks-sədası kimi səslənən həmin bu poetik nümunələr olduqca əhəmiyyətlidir.

M.C.Əsgərzadənin 1912-1913-cü illərdə Bakıda nəşr olunanKəlniyyatjurnalında da yazıları dərc olunub. Kəlniyyat”ın səhifələrini ardıcıl izlədikdə M.C.Əsgərzadənin burada dərc olunan yazılarında qadın hüquqsuzluğu, insanların elmə, təhsilə biganəliyi, əhalinin ağır həyatına dair söylədiyi təsirli fikirlərə rast gəlirik. Kəlniyyatjurnalının əməkdaşları müxtəlif məfkurə sahibləri olsalar da, bu mətbu orqan daMolla Nəsrəddinənənələrinə sadiq qalmağa çalışıb. Bu jurnalın ətrafına toplaşmış Əliqulu Qəmküsar, Əli Razi Şəmçizadə, Salman Mümtaz kimi qələm sahibləri ilə bir sırada M.C.Əsgərzadə səmərəli fəaliyyət göstərib.

Mirzə Ələkbər Sabir ədəbi məktəbinə mənsub olan M.C.Əsgərzadənin Bakıda Haşım bəy Vəzirovun naşirliyi redaktorluğu ilə çıxanMəzəlijurnalında da mühüm sosioloji problemlərdən bəhs edən yazıları çap olunub. O, “Məzəli”də əsasənMəhkəmə pişiyiimzası ilə çap olunub. Başqa mətbuat orqanlarında olduğu kimi M.C.ƏsgərzadəninMəzəlisəhifələrində dərc olunmuş şeirləri mövzu etibarı ilə rəngarəngdir.Məzəlijurnalının 1915-ci il 10-cu nömrəsində çıxan yazıda M.Cabbar soydaşlarımızın ağır həyatı barədə acı kədər hissi ilə danışaraq böyük imkana malik olan varlıların insafsızlığından söhbət açır.

M.C.ƏsgərzadəFüyuzat”, “Tartan-partanjurnallarında çap etdirdiyi yazılarla da özünəməxsus yer tutub. Bu jurnallarda da o, gizli imzalarla çıxış edib.

M.C.ƏsgərzadəZənburjurnalı səhifələrində çap etdirdiyi yazılarında ifşa kəskinliyini qoruyub saxlamağa çalışıb. Həmin dövrdə İrəvanda Azərbaycan həyatının elə bir sahəsi yoxdur ki, Mirzə Cabbar öz satirik şeirlərində ona bu ya digər dərəcədə toxunmasın. Xüsusilə cəmiyyət hadisələrinə qarşı yazılarda onun daha kəskin mövqe tutduğu qabarıq şəkildə özünü göstərir. Həmin dövrdə M.C.Əsgərzadənin şeirləri dövrün digər satirikləri Mirzə Ələkbər Sabir, Əli Nəzmi başqalarının yaradıcılığı ilə səsləşirdi. Bu şeirlərdə kəskin satira ilə yanaşı qəm-qüssə, kədər motivləri aydın sezilir. O, şeirlərlə yanaşı xeyli sayda məqalə felyetonların müəllifidir ki, bu yazılarda dövrün ən aktual məsələlərinə toxunulub. Mirzə Cabbarınİqbalqəzetinin 1914-cü ildə nəşr olunan 719, 720, 721 digər saylarında dərc etdirdiyi silsilə yazılarında klassiklərimizin əsərlərinin nəşri haqqında da yüksək fikirləri vardır. Bu məqalələr tariximizi, dövrün ictimai-siyasi proseslərini öyrənmək baxımından olduqca əhəmiyyətlidir.

 

 

Cəlal Allahverdiyev,

filologiya üzrə fəlsəfə doktoru, dosent

Şərq  2025.- 31 may (¹94).- S.7.