Erkən nikahda bir çox tərəf bilavasitə günahkardır
Ölkənin
və cəmiyyətin
tərəqqisi üçün
təhsilli qadınların
sayının artması
vacibdir
Gender,
ailə və demoqrafiya məsələlərinin
işıqlandırılması
Ölkəmizdə erkən nikaha qarşı mübarizə
və gənc qızların təhsilli olmasına yönəlmiş
tədbirlər ardıcıl
şəkildə davam
etdirilir. 2021-ci ildən
etibarən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Elm və Təhsil Nazirliyinin və Təhsilin İnkişafı
Fondunun əməkdaşlığı
ilə “Hənifə
Məlikova - Zərdabi
adına təqaüd
proqramı” həyata keçirilir. Təqaüd
proqramının məqsədi
cəmiyyətin diqqətini
qızların təhsilinə
cəlb etmək, dövlətimizin inkişafında
gənclərin, xüsusilə
qızların rolunun artırılmasını təşviq
etmək və onların müasir təhsil imkanlarından faydalanmasına dəstək
olmaqdır. Təhsilli
ana təhsilli övlad, savadlı cəmiyyət deməkdir.
Təhsilli, savadlı
gənc qızlara istəkləri əleyhinə
olan qərarlara boyun əydirmək, hüquqlarını tapdalamaq
o qədər də asan olmur. Qızların
təhsilli olması xüsusən erkən nikahla bağlı problemin yaşandığı
son illərdə daha da aktuallaşıb.
Bu mənada AQUPDK-nin həyata keçirdiyi layihə təqdirəlayiqdir. Bu günlərdə Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Elm və Təhsil Nazirliyi və Təhsilin İnkişafı
Fondunun birgə əməkdaşlığı ilə “Gənc qızların təhsilinə
dəstək” layihəsi
çərçivəsində “Hənifə Məlikova - Zərdabi adına təqaüd proqramı –
2025”in təqdimat mərasimi
keçirilib.
Mərasim “Gənc
qızların təhsilinə
dəstək” layihəsinə
həsr olunmuş videoçarxın nümayişi
ilə başlayıb.
Daha sonra rəsmi çıxışlar
dinlənilib. Açılış
nitqi ilə çıxış edən
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin
sədri Bahar Muradova, Azərbaycan dövlətinin qadınların
və qızların təhsilinə göstərdiyi
diqqətin ölkənin
sosial və iqtisadi inkişafında mühüm rol oynadığını bildirib.
B.Muradova qeyd edib ki, xalqımızın
uzun illər boyu yaratdığı ənənələr bu gün də davam etdirilir. Dövlətimizin əldə
etdiyi uğurlar Prezident İlham Əliyevin və onun ən yaxın
silahdaşı Birinci
vitse-prezident Mehriban Əliyevanın təhsil,
mədəniyyət və
humanitar sahələrə
göstərdiyi diqqətinin
nəticəsidir.
Komitə sədri
təşkilatçılar və tərəfdaşlarla
birgə, həmçinin
milli sahibkarların dəstəyi ilə həyata keçirilən
“Gənc qızların
təhsilinə dəstək”
layihəsinin artıq
5 ildir icra olunduğunu və bu müddətdə 238 gənc qızın proqramdan yararlandığını
deyib. Eyni zamanda layihənin daha çox gənc qız arasında populyarlaşdığı
və ölkənin bütün regionlarından
müraciətlərin daxil
olduğunu vurğulayan
sədr, iştirakçıların
ölkəmizin 57 rayonunu
və 16 şəhərini
təmsil etdiyini diqqətə çatdırıb. B.Muradova, layihə təqaüdçüləri
arasında mühəndislik,
texnologiya və informasiya elmləri sahələrinə qəbul
olanların sayının
xeyli artdığını
söyləyib. Bildirib
ki, qızların kompüter, neft-qaz, informasiya təhlükəsizliyi,
data analitikası və kimya mühəndisliyi
kimi ixtisasları seçməsi cəmiyyətimizdə
qeyri-ənənəvi peşələrə
gənclərin, xüsusilə
qızların cəlb
olunmasında uğurlu
nəticələrin göstəricisidir.
Çıxış edən
elm və təhsil naziri Emin Əmrullayev, qadınların cəmiyyətdə
rolunun onların təhsildə inkişafı
ilə sıx bağlı olduğunu bildirib. Nazir qeyd edib ki,
qızların təhsilə
cəlb olunması yalnız fərdi deyil, həm də ictimai maraqlara xidmət edir və bu
istiqamətdə atılan
addımlar güclü
gələcəyin əsasını
qoyur.
O, ali təhsilli
qadınların sayının
artmasının uşaqların
təhsilinə, gələcək
inkişafına, eləcə
də cəmiyyətin
və ölkənin tərəqqisinə müsbət
təsir göstərdiyini
söyləyib. Təhsilin
İnkişaf Fondunun İdarə Heyəti sədrinin vəzifələrini
müvəqqəti icra
edən İlqar Bayramlı bildirib ki, bu il
“Hənifə Məlikova
- Zərdabi adına təqaüd proqramı” çərçivəsində 93 tələbə qız təqaüd dəstəyi
almaq imkanı əldə edib. O, layihənin icrası dövründə ümumilikdə
300-ə yaxın tələbənin
bu proqramda iştirak etdiyini deyib. Əlavə edib ki, indiyədək
Fond tərəfindən
həyata keçirilən
təqaüd proqramlarına
3 mindən çox müraciət daxil olub və 400-dən artıq tələbə qız bu layihələrdə
iştirak edib. İ.Bayramlı, Fondun bu təşəbbüsünü
həm strateji bir hədəf, həm də böyük məsuliyyət
kimi qiymətləndirildiyini
vurğulayıb. Mərasimdə
təqaüd proqramının
iştirakçısı, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin tələbəsi
Duyğu Əsgərli
də çıxış
edərək layihənin
gənc qızların
təhsil imkanlarının
genişləndirilməsi baxımından
əhəmiyyətini vurğulayıb.
Proqram çərçivəsində
qazandığı bilik
və təcrübələrdən
bəhs edib, təşkilatçılara təşəkkürünü
bildirib. Mərasimdə
təqaüd proqramına
seçilən tələbələrə
sertifikatlar təqdim olunub və bədii hissə ilə tədbirə yekun vurulub.
Qeyd edək
ki, təqaüd proqramının məqsədi
həssas təbəqədən
olan, eyni zamanda ali məktəblərə
qəbul imtahanlarında
yüksək nəticə
göstərmiş gənc
qızların təhsilinə
dəstək vermək,
onların sosial rifahına və elmi inkişafına töhfə verməkdir. Proqram çərçivəsində
seçilən tələbələrə
aylıq təqaüdlər
təqdim olunacaq.
Gender əsaslı
problemlərin həllində
maarifləndirmə işinin
böyük əhəmiyyətini
əsas götürülərək
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən indiyədək
də bır sıra tədbilər həyata keçirilib. Komitə tərəfindən
“Açıq qapı”
günləri, “Kitab və Mütaliə ilə bağlı Layihə Müsabiqəsi”,
“İKT-də Qadınlar”
layihəsi çərçivəsində
təşkil olunan “Rəqəmsal Sahibkarlıq”
müsabiqəsi, jurnalistlər
arasında “Azərbaycanın
işıqlı qadınları:
ilhamverən hekayələr”
adlı videosüjet müsabiqəsi, Uşaq Səfirlər Məclisi,
“Ailəm könüllüləri”
proqramları, “Gənc
qızların təhsilinə
dəstək” layihəsi
çərçivəsində “Hənifə Məlikova - Zərdabi adına təqaüd proqramı”, Bakının Xəzər
rayonu, Goranboy, Göygöl, Ağdam, Zərdab, İsmayıllı,
Qəbələ, Zaqatala,
Saatlı, Sabirabad və Hacıqabul rayonlarında maarifləndirici
görüşlər keçirilməsi
buna misaldır. Bu günlərdə həmçinin Oğuz və Daşkəsən rayonlarında seminarlar keçirilib. Seminarların
keçirilməsində məqsəd
bələdiyyələrdə gender komissiyalarının
fəaliyyətinin təkmilləşdirilməsi,
yerli idarəetmənin
genderə həssas yanaşma, gender bərabərliyi prinsipləri
üzərində qurulmasının
təşviqi və bələdiyyələrin bu
sahədə maarifləndirilməsidir.
Ekspert Abil Bayramov tərəfindən
keçirilən seminarlarda
bələdiyyə sədrləri
və üzvləri iştirak ediblər. Növbəti seminarların
Ağsu, Ucar və Kürdəmir rayonlarında keçirilməsi
planlaşdırılıb.
Bütün bu tədbirlər hər nə qədər maarifləndirici
xarakter daşısa da, gender əsaslı
problemlərin həllinə
yönəlsə də,
təəssüf ki, xoşagəlməz, hətta
faciəli hadisələr
yenə də baş verir. Astara rayonunda öz toyunun axşamı 17 yaşlı
gənc qızın vəfatı sarsıdıcı
xəbər oldu. Tibbi Ərazi Bölmələrini İdarəetmə
Birliyinin məlumatına
görə, oktyabrın
28-i, saat 22:00-da 2008-ci il
təvəllüdlü şəxs
(qadın) Astara Rayon Mərkəzi Xəstəxanasının Təcili
tibbi yardım şöbəsinə hospitalizasiya
olunub. "Pasiyentə
29 həftəlik hamiləlik,
ölü döl, köndələn vəziyyət,
anuriya, kəskin ağciyər, ürək
və böyrək çatmazlığı, toksik
ensefalopatiya, septiki şok diaqnozu təyin olunub. Müalicəsi Reanimasiya şöbəsində davam
etdirilib və süni tənəffüs
cihazı ilə təmin olunub. Göstərilən bütün
reanimasiya tədbirlərinə
və həkimlərin
çoxsaylı səylərinə
baxmayaraq, saat 06:00-da pasiyentin bioloji ölüm faktı qeydə alınıb. Meyit təşrih olunması üçün
Məhkəmə Tibbi
Ekspertiza və Patoloji Anatomiya Birliyinin Astara rayon şöbəsinə
təhvil verilib",
- deyə məlumatda qeyd olunur.
Bu faciəli
hadisənin baş verməsində, gənc qızın həyatının
ilk bahar çağında sönməsində
şübhəsiz, cəmiyyət
üzvü olaraq hər birimiz günahkarıq. Onu ölümə sürükləyən
valideynləri, ailə
üzvləri, qohum-əqrəba,
kənd camaatı, yerli icra orqanları,
təhsil müəssisəsi,
pedaqoji heyət, müəllimlər, sinif yoldaşları, erkən nikaha qarşı ciddi mübarizə aparmalı olan əlaqədar qurumlar – hamı.
Sosioloq Mətanət
Məmmədova “Sherg.az”a açıqlamasında
bildirdi ki, Astarada baş verən hadisə ilə erkən nikahın vəsilə olduğu daha bir faciə ilə qarşılaşdıq.
Hadisə onu göstərir ki, bəzi valideynlərin övladından xəbəri
yoxdur:
- Necə olur ki, bir valideyn, xüsusilə də ana bir evdə yaşadığı qızının vəziyyətindəki dəyişikliyi müşahidə edə bilmir. Necə ola bilər ki qızı hamiləliyin 7 ayına çatır, valideynin bundan xəbəri yoxdur. Xəbəri varsa, nə üçün onların toyu hamiləliyin 7-ci ayında baş tuturdu? Xəbər tutan kimi toy olubsa, deməli, bu valideynlərin gözü görmür. Yəni elə bir qadın ola bilməz ki, 7 aylıq hamilə olsun, lakin onun bədən quruluşunda heç bir dəyişiklik baş verməsin. Digər tərəfdən baxaq. Ana ölümü o zaman baş verir ki, döl bətndə əvvəlcə inkişafdan qalır, sonra ölür. Daha sonra isə yavaş-yavaş ananın qanı zəhərlənməyə başlayır və ölümlə nəticələnə bilir. Yəni bu, bir-iki gün ərzində baş vermir. Buna xeyli zaman lazımdır. Deməli, ötən 7 ay ərzində hamilə qadın bir dəfə də olsa, həkim müayinəsindən keçsəydi, dölün vəziyyəti barədə məlumatı olardı. Buradan belə bir nəticə hasil olur ki, istər qızın, istər də oğlanın anası 17 yaşında olan hamilə qızı həkimə aparmaqdan çəkinib: utanıb, 17 yaşı olduğu üçün suallar yağışından, məsuliyyətdən qorxub. Lakin şadlıq sarayında toy etməkdən çəkinməyiblər. Erkən nikaha daxil olan iki gəncin səhvini - yəni nikahdankənar münasibətini utanmazcasına şadlıq evində təntənəli şəkildə qeyd ediblər. Ölümlə nəticələnən hadisədə bir çox insan məsuliyyət daşıyır: birinci qızın rəsmi nikaha girmədiyi “həyat yoldaşı”, daha sonra hər iki gəncin valideynləri və “Ata Yurdu” şadlıq evinin rəhbərliyi. Onların hər biri hadisənin baş verməsində bilavasitə günahkardırlar: həyat yoldaşı 17 yaşlı qızı cinsi münasibətə sövq etdiyi üçün, valideynlərin hər biri hadisəni bilə-bilə gizlətdiyi və ölkədə nikaha daxilolma yaşı 18 olduğu halda 17 yaşlı övladlarını evləndirməyə təşəbbüsdə olduqları üçün, şadlıq evinin rəhbərliyi isə erkən nikah olan toy üçün qapısını açıb dövlətin qanunlarına qarşı çıxdığı üçün cəzalandırılmalıdır. Bir gəncin həyatı məhv oldu. Arzuları, gələcəyi torpağa gömüldü. Nə üçün? Bəzi valideynlərin övladından xəbərsiz olduğu, onlara yetərli qədər vaxt ayırmadığı üçün. Aidiyyəti qurumların zəif fəaliyyəti, maarifləndirmə aşağı səviyyədə olduğu üçün. Ətrafdakı insanların - evlənən gənclərin iş yoldaşlarının, tanışlarının, qohumlarının, rəfiqə və dostlarının baş verməkdə olan hadisəni görüb gizlətdiyi, “məndən ötsün”, dediyi üçün. Çox təəssüf ki, XXI əsrdə yaşamağımıza baxmayaraq hələ də belə hadisələr baş verir. Və ona da çox təəssüf olsun ki, bu kimi hadisələrlə tez-tez rastlaşırıq, lakin nəticə çıxarmaq qabiliyyətimiz hələ də formalaşmır.
Şərq 2025.- 1 noyabr (¹200).- S.6.