Zəfər Bayramı xalqın iradəsinin qələbəsidir
Azərbaycan var olduqca
bu gün unudulmayacaq
Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik
hisslərinin tərbiyəsi
Gənclərimiz canı və qanı ilə tarix yazdı. Bu nəsil Vətənin ən böyük zəmanətidir
Bu gün şanlı qələbəmizin 5-ci ildönümüdür.
8 Noyabr- Zəfər
Günü milli qürurumuzun
ən uca zirvəsidir.
Hər bir millətin tarixində elə anlar olur ki, o anlar zamanın səlnaməsində silinməz
izlər buraxır, xalqın ruhuna əbədi qürur və inam bəxş
edir. Azərbaycan xalqı üçün də Zəfər Günü məhz belə bir möhtəşəm
tarixdir. Bu gün torpaqlarımızın azadlığı,
şəhidlərimizin müqəddəs
qanı, ordumuzun igidliyi və xalqımızın birliyi
ilə yazılmış
şanlı bir dastandır.
Zəfər Günü əsrlərlə
həsrət qaldığımız
ədalətin bərpası,
milli mənliyimizin, dövlətimizin
gücünün və
xalqımızın sarsılmaz
iradəsinin təntənəsidir.
Bu gün biz yalnız
torpaqlarımızın işğaldan
azad edilməsini deyil, Azərbaycan ruhunun dirçəlişini,
millətimizin tarixi qürurunun bərpasını
qeyd edirik.
Bu Zəfər - gənc nəslin yaddaşına qəhrəmanlıq məktəbi
kimi həkk olunmalıdır. Çünki
bu günün qəhrəmanları, vətən
yolunda canını fəda edən oğullarımız gənclərimiz
üçün əsl
Vətən sevgisinin,
mərdliyin və fədakarlığın simvoluna
çevriliblər. Onların
mübarizəsi göstərdi
ki, xalqın birliyi, liderinə inamı və torpağa bağlılığı qarşısında
heç bir güc dayana bilməz.
Zəfər Günü gəncliyə
ünvanlanmış bir
çağırışdır: öz kimliyinə sahib çıx, tarixinə söykən, vətənini
sev və qorumağı borc bil! Bu, sadəcə bir bayram deyil,
bu, bir ruhun
dirilişidir, bir millətin yenidən doğuluşudur.
Bu möhtəşəm gün
münasibətilə ölkənin
hər yerində, məktəblərdə, universitetlərdə,
bağçalarda və
mədəniyyət ocaqlarında
Zəfərimizin əzəmətini
əks etdirən tədbirlər keçirilir.
Uşaqlara və gənclərə Vətən
sevgisi, milli ruh, dövlətə sədaqət
və qəhrəmanlıq
duyğuları aşılanır.
Onlara bu Zəfərin hansı fədakarlıqlar bahasına
qazanıldığı, azadlığın
necə böyük dəyər olduğu öyrədilir. Hər bir tədbir, hər bir çıxış
bu gün Azərbaycanın gələcəyinin
möhkəm təməllərinin
qoyulduğunu sübut
edir.
Günlərdir əsgər mundirli,
əlində üçrəngli
bayrağını qürurla
dalğalandıran körpələr,
məktəblilər və
gənclər İkinci
Şəhidlər xiyabanına
axın edir. Onlar qəhrəman general Polad Həşimovun, həmçinin Vətən
uğrunda canını,
qanını fəda edən saysız-hesabsız
qəhrəmanlarımızın məzarlarını ziyarət
edir, onların əziz xatirəsi önündə baş əyirlər. Balaca uşaqlar şəhidlərə
ithaf olunan şeirlər səsləndirir,
gözlərində qürur,
dillərində "Qarabağ
Azərbaycandır!" nidaları
ilə böyüklərin
qəhrəmanlıq ruhunu
gələcəyə daşıyırlar.
Bu gün ölkənin
bütün ümumtəhsil
və ali təhsil ocaqlarında ilk dərs Zəfər Gününə həsr edilib. Müəllimlər
dərs saatlarında ordumuzun qazandığı
möhtəşəm qələbədən,
şəhidlərimizin misilsiz
cəsarət və şücaətindən bəhs
ediblər. Uşaqlara
və gənclərə
milli ruhun, vətənə
məhəbbətin və
dövlətə sədaqətin
əhəmiyyəti aşılanıb.
Onlara Zəfər Gününün tarixi əhəmiyyəti, bu qələbənin xalqımızın
birliyi, igid oğullarımızın fədakarlığı
sayəsində qazanıldığı
izah olunub. Şagirdlər bu dərslərdə həm
qəhrəmanlarımızın ruhuna hörmətlə yanaşıb, həm də növbəti dəfə Azərbaycanın
azadlıq və qürur tarixinin şahidi olublar.
Qeyd edək ki, 2020-ci il sentyabrın
27-də Ermənistanın törətdiyi
hərbi təxribatlara
cavab olaraq başlayan 44 günlük
Vətən müharibəsi,
Müzəffər Ali Baş
Komandan, Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin
qətiyyətli və
uzaqgörən rəhbərliyi
ilə tarixi Qələbə ilə başa çatıb. 8 noyabrda Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində
parlaq qələbə
qazanaraq Şuşa şəhərini azad etdi və bununla
da, torpaqlarımızın işğalına son qoyulub.
Prezident İlham Əliyevin
2020-ci il 3 dekabr tarixli
Sərəncamı ilə
8 Noyabr "Zəfər
Günü" elan edilib.
Bu qərar xalqımızın
qəhrəmanlığını, dövlətimizin qüdrətini
və milli qürurumuzu
əbədiləşdirərək gələcək nəsillərə
şanlı tarix kimi ötürür. Zəfər Günü hər il 8 noyabrda dövlət səviyyəsində
qeyd olunur və xalqımızın
milli qürur, azadlıq
və yenilməzlik rəmzinə çevrilib.
Gənc nəslin milli
mənlik şüurunun
formalaşmasında və
vətənpərvərlik tərbiyəsində Zəfər
Gününün rolu
son dərəcə böyükdür.
Bu müqəddəs gün
gənclərə təkcə
bir qələbə tarixini deyil, millətin gücünü,
xalqın birliyini, Vətən sevgisinin ucalığını anladır.
Zəfər Günü
sayəsində gənc
nəsil anlayır ki,
azadlıq, müstəqillik
və torpaq sevgisi sadəcə söz deyil, can bahasına qorunan dəyərlərdir.
Bu günün hər il qeyd olunması gənclərin yaddaşına
qəhrəmanlıq, mərdlik,
milli kimliyə bağlılıq
duyğularını hopdurur.
Onlar şəhidlərin
fədakarlığını, qazilərin şücaətini
öyrənərək dövlətinə,
ordusuna, bayrağına
daha böyük sevgi və inamla
bağlanır.
Zəfər Günü gəncliyə
bir məktəbdir; bu məktəbdə vətənpərvərlik ruhu,
milli özünüdərk və mübarizə əzmi öyrədilir. Hər bir gənc
bu günün mənasını dərk
etdikcə, Azərbaycanın
gələcəyinə daha
məsuliyyətlə, daha
qürurla addımlayır.
Milli Məclisin Müdafiə, Təhlükəsizlik və
Korrupsiya ilə Mübarizə Komitəsinin
üzvü Aydın Mirzəzadə Sherg.az-a açıqlamasında
deyib ki, Zəfər Bayramı Azərbaycanın
qürur və birliyinin təcəssümüdür.
Deputatın sözlərinə
görə, Zəfər
Günü yalnız hərbi qələbənin
deyil, milli həmrəyliyin,
dövlətçilik iradəsinin
və xalqın öz liderinə inamının təntənəsidir:
“Bu gün hər bir azərbaycanlı üçün fəxarət,
başucalığı və
milli kimlik rəmzidir.
Zəfər Bayramı
Azərbaycanın müstəqilliyi,
milli qüruru və torpaq bütövlüyü
uğrunda apardığı
uzunmüddətli mübarizənin
məntiqi nəticəsidir.
Azərbaycan xalqı öz liderinin rəhbərliyi ilə bu məqsədə uzun illər ciddi şəkildə hazırlaşdı. İgid
oğullarımız Ali Baş
Komandanın rəhbərliyi
ilə 44 gün ərzində ərazi bütövlüyümüzü təmin etdi. Daha sonra isə
birgünlük antiterror əməliyyatı
ölkədə separatizmin
kökünü tamamilə
kəsdi.
Zəfər Günü Azərbaycan
xalqı üçün
qürur, başucalığı
və fəxarət günüdür. Bu gün
igidlərimizin qəhrəmanlıq
salnaməsini təcəssüm
etdirir. Azərbaycan
var olduqca, bu Zəfər Günü də xalqımızın
simvolu kimi yüksək səviyyədə
qeyd ediləcək.
Yeni nəsillər azərbaycançılıq
ruhunda böyüyürlər.
Hər bir vətəndaş müstəqilliyin
qorunmasını özünün
ali vəzifəsi hesab edir. Bu keyfiyyətlər xalqımızın
keçmişindən gələn
dəyərlərin, bugünkü
fədakarlığın və
gələcək nəsillərin
tarixə ehtiramının
nəticəsidir".
Deputat hesab edir ki, ölkənin milli maraqlarının
müdafiə edilməsi
üçün, ilk növbədə
gənclərdə vətənpərvərlik
hisslərinin güclü
olması vacibdir. Onun fikrincə, yalnız vətənini sevən, vətəninə
məhəbbət bəsləyən
gənclik bütün
ali dəyərlərin
müdafiəçisi ola bilər:
“Xalqımıza
məxsus olan maddi və mənəvi
sərvətlərin keşiyində
dayanar, qoruyucusuna çevrilər. Biz bunun, bu həqiqətin 44 günlük müharibə
dönəmində əyani
şəkildə şahidi
olduq və bir daha inandıq
ki, müasir gəncliyimiz
milli mənlik şüuruna
malik olan sağlam təfəkkürlü gənclikdir
və həmin gəncliklə gələcəyə
ümid etməyə dəyər. Çünki
həmin gənclik xalqımıza, bizə məxsus olan dəyərlər uğrunda
canından, qanından
keçməyə hazır
olduğunu bir daha təsdiq etdi. 44 günlük müharibədə Vətənin
hər qarış torpağı uğrunda
son damla qanına qədər vuruşan, şəhidlik zirvəsinə
ucalan gənclərimiz
vətənə məhəbbət
hissinin necə olduğunu bütün dünyaya göstərdi”.
Şəymən Bayramova
Şərq 2025.- 8 noyabr (¹ 205).-
S.6.