17 Noyabr xalqın milli ruhunun canlandığı
tarixdir
Azərbaycançılıq
ideyasının təbliği
1988-ci ilin noyabr-dekabr mitinqləri Azərbaycanın müstəqillik
yolunu açdı
Müasir Azərbaycanın əbədi
müstəqillik tarixində
xalqımızın milli
dirçəliş hərəkatının
rolu danılmazdır.
Ötən əsrin sonlarında baş qaldıran erməni separatçılarının Topxana
meşəsində törətdikləri
vəhşiliklər, daşnak
tör-töküntülərinin Ağdamda iki azərbaycanlını qətlə
yetirmələri xalqımız
tərəfindən qəzəblə
qarşılanıb.
İnsanların əsrlərdən bəri
qoruyub saxladıqları
milli ləyaqətinə
toxunub, qəzəb hisslərini alovlandırıb.
XX əsrin əvvəllərində
istiqlalın ləzzətini
dadan xalq bu dəfə müstəqillik arzularını
reallaşdırmaq üçün
tarixi bir fürsətin yarandığını
hiss edib. 1988-ci ildən başlayaraq Azərbaycanda milli istiqlal hərəkatı geniş vüsət alıb. Həmin ilin noyabr ayında
yüz minlərlə
insanın toplaşdığı
Bakının Azadlıq
meydanında səslənən
tələblərin mahiyyəti
dövrün tələbinə
uyğun dəyişib,
müstəqil dövlət
qurmaq ideyası milli düşüncəyə,
ictimai fikrə hakim olub. Həmin
günlərdə baş
verənlər göstərdi
ki, xalqımız müstəqil olmağa, azad yaşamağa layiqdir və bu yolda qurbanlar
verməyə hazırdır.
1988-ci il noyabrın
17-də Azadlıq meydanına
toplaşan yüz minlərlə insan keçmiş sovetlərin
Azərbaycana yönəlik
ikili standartlara söykənən siyasətinə
etiraz edib. Ermənistanın Azərbaycana
qarşı ərazi iddiası irəli sürməsi, Qarabağda
yaşayan ermənilərin
açıq separatçılıq
hərəkatı, bu
proseslərin Ermənistan
və Dağlıq Qarabağda yaşayan yüz minlərlə azərbaycanlının öz
yurd-yuvasından qovulması
ilə nəticələnməsi
Meydan hərəkatının
əsasını qoyub.
Bir sözlə,17 noyabr – Milli Dirçəliş Günü
Azərbaycan xalqının
azadlıq iradəsinin,
milli kimliyinə sahib çıxmaq əzminin və müstəqillik yolunda göstərdiyi tarixi birliyin rəmzidir. Bu tarix Bakıda
baş verən genişmiqyaslı xalq hərəkatı Sovet imperiyasının basqılarına
qarşı qaldırılan
qəti etiraz olmaqla yanaşı, milli özünüdərk
prosesinin yeni mərhələsini başladıb.
Həm də azərbaycançılıq ideyasının
cəmiyyətimizdə möhkəmlənməsi,
milli həmrəyliyin
və dövlətçilik
düşüncəsinin güclənməsi
baxımından mühüm
tarixi dönüş
nöqtəsi kimi qiymətləndirilir. Azərbaycançılıq
xalqımızın mədəni,
mənəvi və tarixi köklərinə əsaslanan ümummilli ideya olaraq, müstəqilliyə
aparan yolun ideoloji təməlini formalaşdırdı və
bu gün də dövlətimizin inkişafında, milli birliyin qorunmasında aparıcı dəyər
kimi yaşamaqdadır.
Qeyd edək
ki, Moskvanın və ozamankı yerli hakimiyyət orqanlarının siyasəti
nəticəsində meydana
çıxan bu problemlərin qarşısını
almaq təşəbbüsünü
üzərinə götürən
xalq 1988-ci il noyabrın 17-də Bakının
mərkəzi meydanına
toplaşaraq fasiləsiz
kütləvi etiraz aksiyasına başlayıb.
17 gün aramsız davam edən, milyonlarla insanın qatıldığı bu aksiya həm də keçmiş
SSRİ-də ən irimiqyaslı etiraz aksiyası idi. SSRİ-nin süqutu prosesini araşdıran yerli və xarici
tədqiqatçıların böyük əksəriyyəti
bu prosesdə Azərbaycanda başlayan prosesin mühüm rol oynadığını
qeyd edirlər. Dekabrın 4-dən 5-nə keçən
gecə ümumxalq mitinqi sovet qoşunları
tərəfindən dağıdılsa
da, bu, Azərbaycanın
müstəqilliyinin bərpasında
mühüm mərhələ
kimi tarixə həkk olunub. Milli Dirçəliş Günü Azərbaycanda dövlət səviyyəsində
qeyd olunsa da, 2006-cı ilin dekabrında qanunvericiliyə
edilmiş müvafiq dəyişikliklərə əsasən
iş günü sayılır.
Mübaliğəsiz deyə bilərik ki, 1988-ci ilin 17 Noyabr tarixində milli dirçəlişdən
milli tərəqqiyə
doğru uzanan tarixi yolun başlanğıcı
qoyulub. Bu yolda ölkəmiz böyük uğurlar əldə etdi, Cənubi Qafqazın lider dövlətinə, beynəlxalq layihələrin
təşəbbüskarına çevrilib. Bu gün regionda yeni reallıq yaranıb. Bu reallığı isə beynəlxalq nüfuzu gündən-günə güclənən,
Avropanın enerji təchizatında aparıcı
aktora çevrilən
və dünya dövlətləri üçün
etibarlı tərəfdaşa
çevrilən Azərbaycan
yaradıb.
Deputat Vüqar
İskəndərov bildirib
ki, 17 Noyabr - Milli Dirçəliş Günü Azərbaycan xalqının milli oyanışının, milli
ruhunun canlanmasının
təzahürüdür: “Milli
Dirçəliş Günü
1988-ci ilin noyabr-dekabr aylarında Bakıda baş verən hadisələrdən qaynaqlanır.
Bu məsələnin
kökündə Sovet
rəhbərliyinin Qarabağ
məsələsi ətrafında
apardığı anti-Azərbaycan
siyasəti dururdu.
XX əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəli Azərbaycanda baş verən hadisələri antisovet xalq hərəkatı adlandırmaq
olar. Minlərlə insan 17 noyabr tarixində Azadlıq meydanına toplaşıb
və uzunmünddətli
mitinqlərə başlayırlar.
Bu mitinqlər 1988-ci ilin 5 dekabrına qədər davam edir. Təbii ki, Milli Dirçəliş
Günü milli azadlıq hərəkatının
başlaması və
xalqın azadlıq istəyi kimi qiymətləndirilir. Bu gün ölkəmizin istiqlaliyyət qazanmasına
təsir edən amillərdən biridir. 17 noyabr mitinqlərinin tələbləri Azərbaycan
hökumətinin Ermənistanla
iqtisadi əlaqələrin
kəsilməsi, Topxanada
baş verən hadisələrin bütün
şəffaflığı ilə Azərbaycan xalqına televiziya vasitəsilə çatdırılması
idi. Ağdam şəhərinə qoyulan
qadağanın 24 saat
ərzində ləğv
edilməsini tələb
edən xalqımız
həmçinin ozamankı
"Dağlıq Qarabağ
Muxtar vilayəti"ndə
partiya və sovet orqanlarının buraxılmasını tələb
edirdi. Çünki ermənilər orada separatçı addımlar
atmağa başlamışdı.
Bu irəli sürülən təkliflər
yerinə yetirilmədiyi
müddət ərzində
xalqımız mitinqlərin
davam edəcəyini bildiriblər. Bu hadisə bir növ xalqın oyanışı idi, xalq azadlıq hərəkatının başlanğıcıdır
və insanların sovet hakimiyyətinə qarşı dirənişidir.
Həmin illərdə
Azərbaycan dünyada
tanınırdı, dünyanın
nüfuzlu orqanlarında
xalq hərəkatı
ilə bağlı məqalələr çap
olunurdu. Bu onu deməyə əsas verir ki, bu tarix
bizim üçün
çox əhəmiyyətlidir.
İnsanların müstəqil
bir dövlət kimi yaşamaq istəməsinin başlanğıcıdır".
Şəymən Bayramova
Şərq 2025.- 15 noyabr (¹ 208).- S.6.