Minlərlə müraciət daxil oldu

 

Xankəndidə mənzil yarışına start verildi

 

Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

 

Mənzillər həm nağd, həm kreditlə satışa çıxarılır

 

Azərbaycan dövləti son 25 ildə qarşıya qoyduğu məqsədlərə müvəffəqiyyətlə nail oldu. Gələcəyə hesablanmış strategiya istər daxili-xarici siyasət sahəsi olsun, istərsə sosial-iqtisadi inkişaf ordu quruculuğunda yüksək inkişafı təmin etdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2004-cü ildən etibarən qarşıdakı hər 4 il üçün təsdiqlədiyiRegionların sosial-iqtisadi inkişafı Dövlət Proqramıxüsusi vurğulanmalıdır.

 

Məhz bu dövlət proqramının icrası nəticəsində bütün ölkə ərazisində sosial-iqtisadi inkişaf mümkün oldu. 2004-cü ildən indiyədək icra olunan bu proqramlar regionlarda şəhər, qəsəbə kəndlərin simasını köklü şəkildə dəyişib, regionların potensialının artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin, biznes investisiya mühitinin yaxşılaşmasına əhalinin rifahının yüksəlməsinə geniş imkanlar açıb. 30 ilə yaxın müddətdə Ermənistanın işğal altında saxladığı ərazilərimiz 44 günlük Vətən müharibəsi sonrakı antiterror əməliyyatı nəticəsində azad olunduqdan sonra isə Qarabağ Şərqi Zəngəzur regionları da iqtisadi inkişaf platformasında yerini tutmaqdadır. Məlumdur ki, işğaldan azad edilmiş yurd yerlərimizə köç davam edir, insanlar doğma torpaqlarına qayıdır, ərazilərin dirçəlişi ilə yanaşı insanların həyatı da axarına düşür. Əlbəttə ki, bunda ərazilərdə aparılan tikinti-quruculuq işləri, icra olunan infrastruktur layihələri böyük əhəmiyyət kəsb edir. Bu günlərdə Kəlbəcər rayonunun İstisu qəsəbəsinin layihələndirilməsinə başlanılıb. Dövlət satınalmalarının vahid internet portalındakı məlumata görə, Kəlbəcər rayonunda Bərpa, Tikinti İdarəetmə Xidməti artıq bununla bağlı müvafiq işləri yekunlaşdırıb. Sözügedən işlərin icrası "Kooplayihə-AHB" firmasına həvalə edib müqavilə bağlanıb. Müqaviləyə əsasən, şirkətə 836 620 manat ödənilib. Xocavənddə isə fərdi yaşayış evləri yaşayış binalarının növbəti mərhələ üzrə təmiri işlərinin aparılmasıyla bağlı Ağdam, Füzuli Xocavənd rayonlarında Bərpa, Tikinti İdarəetmə Xidməti müvafiq işləri yekunlaşdırıb. Görüləcək işlər çərçivəsində Xocavənd rayonunun Xocavənd şəhərində, Ağkənd kəndində fərdi yaşayış evlərinin Qırmızıbazar qəsəbəsində çoxmənzilli yaşayış binalarının təmir işlərinin aparılması nəzərdə tutulur.

 

Sözügedən işlərin icrasıPlatin-M” Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edib müqavilə bağlanıb. Sosial-iqtisadi inkişaf işğaldan azad olunmuş ərazilərlə məhdudlaşmır. Bu günlərdə cənab Prezident İlham Əliyevin Sabirabad, İmişli, Cəbrayıl Zəngilan rayonlarına səfərləri onu göstərir ki, dövlət başçısı hər bir regionun inkişafına, abadlaşması, müasir infrastruktura malik olması, bölgələrdə yeni yerlərinin açılmasına, insanların maddi rifah halının yüksəlməsinə diqqət ayırır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cəbrayıl rayonuna səfəri zamanı Şahvəlli kəndində hər birinin gücü 50 meqavat olanŞəmsÜfüqGünəş Elektrik stansiyalarının təməlini qoyub. Dövlət başçısına məlumat verilib ki, bu layihə ölkəmizin yaşıl enerji strategiyasının mühüm tərkib hissəsidir Cəbrayıl rayonunun enerji xəritəsində yeni mərhələnin başlanğıcını qoyur. “ŞəmsÜfüqGünəş Elektrik stansiyalarında ildə ümumilikdə 206 milyon kilovat-saat elektrik enerjisinin istehsalı planlaşdırılır. Bunun nəticəsində hər il təxminən 44 milyon kubmetr təbii qaza qənaət ediləcəyi, atmosferə atılan zərərli emissiyaların isə 96 min ton azalacağı gözlənilir. Stansiyalarda istehsal ediləcək elektrik enerjisinin 75 milyon kilovat-saatıAzərEnerji” ASC-, 131 milyon kilovat-saatı isəelektrik enerjisinin virtual ötürülməsiprinsipi əsasında iri istehlakçılarla birbaşa bağlanan alqı-satqı müqavilələri üzrə satılacaq. “ŞəmsÜfüqGünəş Elektrik stansiyalarının 2027-ci ildə istismara verilməsi planlaşdırılır. Bu layihələrin icrası Şərqi Zəngəzurun yaşıl enerji mərkəzinə çevrilməsində Cəbrayıl rayonunun rolunu daha da gücləndirəcək. Prezident İlham Əliyev Sabirabad rayonuna səfəri zamanı Sabirabad Sənaye MəhəlləsindəHumixMəhdud Məsuliyyətli Cəmiyyətinin aqrokimyəvi vasitələrin istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olub. Dövlətimizin başçısına Sabirabad Sənaye Məhəlləsi barədə məlumat verilib. Qeyd edək ki, ölkədə sənaye məhəllələrinin yaradılması Azərbaycan Respublikası PrezidentininSənaye məhəllələrinin yaradılması fəaliyyətinin təşkili haqqında” 2014-cü ildə imzaladığı Fərmanla müəyyən edilib. Sənaye məhəlləsinin yaradılmasında məqsəd sənaye xidmət sahələrində fəaliyyət göstərən kiçik orta sahibkarların inkişafı üçün əlverişli şəraitin təmin edilməsi əhalinin istehsal xidmət sahəsində məşğulluğunun artırılmasıdır. Sabirabad Sənaye Məhəlləsi dövlətimizin başçısının 2017-ci ildə imzaladığı Sərəncamla yaradılıb. Məhəllənin ümumi ərazisi 20,3 hektardır. Məhəllə sahibkarlıq subyektlərinin fəaliyyət göstərməsi üçün zəruri infrastrukturla təmin olunub. İndiyədək burada 8 rezident qeydiyyatdan keçib fəaliyyətə başlayıb. Ümumilikdə sənaye məhəlləsində 100-dən çox yeri yaradılıb. Rezidentlər tərəfindən sənaye məhəlləsinə 10 milyon manatdan çox investisiya qoyulub. “Humix” MMC ilə tanışlıq zamanı bildirildi ki, müəssisəyə 2021-ci ildə Sabirabad Sənaye Məhəlləsinin rezidenti statusu verilib. Müəssisədə orqanik mineral (toz), kimyəvi (maye toz) qranul gübrələr istehsal olunur. Türkiyə, Çin yerli texnologiya əsasında fəaliyyət göstərən müəssisənin illik istehsal gücü 18 min ton gübrə təşkil edir. Burada istehsal olunan məhsullar daxili bazarın tələbatının ödənilməsinə yönəldilməklə yanaşı, ixrac da ediləcək. Müəssisədə 16 nəfər daimi işlə təmin olunub. Qeyd edək ki, investisiya məbləği 1,45 milyon manat olan müəssisəyə İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 497 min manat güzəştli kredit ayrılıb, investisiya təşviqi sənədi verilib. Daha sonra cənab Prezident Sabirabad Sənaye MəhəlləsindəAzera ToxumçuluqMəhdud Məsuliyyətli Cəmiyyətinin toxum istehsalı müəssisəsinin, “TaşobasıMəhdud Məsuliyyətli Cəmiyyətinin pambıq emalı zavodunun fəaliyyəti ilə tanış olub. Zavodda xammal kimi Neftçala, Salyan, Sabirabad Saatlı rayonlarında yetişdirilən pambıqdan istifadə olunur. “Fırtına Su SistemləriMəhdud Məsuliyyətli Cəmiyyətinin su filtrlərinin istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olub. “Fırtına Su Sistemləri” MMC 2024-cü ildə Sabirabad Sənaye Məhəlləsinin rezidenti kimi qeydiyyata alınıb. Layihə dəyəri təxminən 1,2 milyon manat olan müəssisədə Çin texnologiyası əsasında mayenin süzülməsi təmizlənməsi üçün avadanlıqlar istehsal edilir. Müəssisədə ildə 210 min ədəd filtr, 15 min ədəd su filtri cihazı istehsalı planlaşdırılır. Burada istehsal edilən cihaz ehtiyat hissələri daxili bazara çıxarılmaqla yanaşı, Qazaxıstan, Özbəkistan Türkiyəyə ixrac edilir. Müəssisədə 50 yeri yaradılıb. Yaxın gələcəkdə yerlərinin sayının artırılması nəzərdə tutulur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İmişli rayonuna səfəri zamanıPromaltMəhdud Məsuliyyətli Cəmiyyətinin arpa emalı müəssisəsinin açılışında iştirak edib. Müəssisədə pivə istehsalında əsas xammal hesab olunan arpanın xüsusi proseslərdən keçərək mayalanma fermentasiya üçün hazır vəziyyətə gətirilməsi ilə əldə edilən məhsul - malt istehsal olunacaq. İsveçrəninBühler GmbH” şirkətinin müasir texnologiyası əsasında hazırlanmış avadanlıqla təchiz olunan emal prosesi tam avtomatlaşdırılan müəssisədə ildə 11 min ton arpa istehsal ediləcək. Müəssisənin investisiya dəyəri 33,2 milyon manatdır. “Carlsberg Azerbaijanpivə zavoduna da xammal satışı həyata keçirən müəssisə Cənubi Qafqazda pivəlik arpa səmənisinin emalı üzrə ixtisaslaşmış ilk müasir istehsal obyektidir. Layihə regionda aqrar-sənaye inteqrasiyasını gücləndirməklə yanaşı, texnoloji modernləşmə, daxili bazarın dayanıqlı xammal təminatı, istehsalın lokallaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Burada 47 nəfər işlə təmin olunacaq.

 

İqtisadçı Fuad İbrahimov Sherg.az açıqlamasında bildirdi ki, davam etdirilən iqtisadi layihələrin ümumən ölkə iqtisadiyyatının ayrı-ayrılıqda regionların sosial-iqtisadi inkişafında əhəmiyyəti böyükdür:

 

- Xatırladım ki, Xankəndi şəhərində, Ağdərə Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov bu günlərdə belə bir açıqlama verdi ki, Xankəndi şəhərində sahibkarlar tərəfindən çoxmənzilli yaşayış binalarının tikintisinə start verilir. Şəhərdə ətraf yaşayış məntəqələrində genişmiqyaslı tikinti bərpa işləri sürətlə davam etdirilir. Regionda sahibkarlar üçün əlverişli investisiya mühiti yaradılıb, infrastruktur layihələri adamlarının bu ərazilərə marağını daha da artırır. Şəhərdə sahibkarlar tərəfindən hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi başa çatdıqdan sonra mənzillər satışa çıxarılacaq. Xankəndidən mənzil almaq istəyən vətəndaşlardan xeyli müraciət daxil olub mənzillərin satışı həm nağd şəkildə, həm kreditlə mümkün olacaq. Sahibkarların banklarla imzaladığı müqavilələr əsasında vətəndaşlara kreditlə mənzil almaq imkanı yaradılacaq. Bu prosesin şəffaf rahat həyata keçirilməsi üçün sahibkarlara zəruri dövlət dəstəyi göstəriləcək. Bu onu təsdiq edir ki, Azərbaycan dövləti regionların sürətli inkişafı üçün bütün mümkün imkanları realizə edir. Dövlət üzərinə düşən vəzifəni yerinə yetirir. Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı üçün lazımdırsa edilir, evlər, mənzillər inşa olunur. Eyni zamanda dövlət sahibkarlara da imkan yaradır ki, regionların inkişafı prosesində iştirak etsinlər. Sosial-iqtisadi inkişaf daha da sürətlənsin, lazımi infrastruktur qısa zamanda qurulsun, bərpa olunsun. Xankəndidə aparılan tikinti bərpa işləri sayəsində şəhər müasir yaşayış məkanına çevriləcək, bu, sözsüz. Eyni zamanda Xankəndidə işğalaqədərki dövrdə yaşamış, orada evi, mənzili olmuş vətəndaşlarımızdan savayı, istənilən digər şəxslər ödəniş etməklə Xankəndidə mənzil sahibi ola biləcək. Bununla da, Xankəndi şəhərinin çox qısa zamanda irimiqyaslı müasir şəhər olmasına şərait yaradılır. Bu səbəbdən istər Xankəndi olsun, istərsə digər şəhərlərdə kommersiya məqsədli çoxmənzilli binaların tikilməsi normaldır. Bu, həm bölgələrdə mənzil tikintisinin sürətlənməsi, həm azad olunmuş ərazilərə investisiya cəlb edilməsi baxımından müsbətdir.

 

 

Məlahət Rzayeva           

Şərq  2025.- 18 noyabr (¹209).- S.6.