50 min sakin qayıdıb, yaşayır

 

Böyük QayıdışAzərbaycanın milli prioritetidir

 

İşğaldan azad olunmuş ərazilərəBöyük Qayıdış"

 

Qarabağ Şərqi Zəngəzur bölgələrinə ümumilikdə 140 min insanın köçürülməsi planlaşdırılır

 

Ağdam rayonunun Xıdırlı kəndinə növbəti köç olub. Noyabrın 18-də yola salınan köç karvanı Xıdırlı kəndinə çatıb. Bu mərhələdə Xıdırlı kəndinə 15 ailə - 57 nəfər köçürülüb. Sakinlərə evlərin açarları təqdim edilib. Mərasimdə Ağdam, Füzuli Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər. Məlumat üçün deyək ki, 2025-ci il martın 27-dən etibarən Ağdama keçmiş məcburi köçkünlərin qayıdışı başlanılıb bu proses artan templə davam edir. 2021-ci ildən etibarən dövlət başçısının xüsusi diqqəti nəticəsində Ağdamda geniş bərpa-quruculuq işləri həyata keçirilir. Bu işlər hazırda minatəmizləmə prosesi ilə paralel şəkildə aparılır. Bugünədək dövlət başçısı tərəfindən Bərdə-Ağdam avtomobil yolunun, 110/35/10kV-luq “Ağdamqovşaq yarımstansiyasının, Xaçınçay su anbarının, Ağdam Regional Rəqəmsal İdarəetmə Mərkəzi Təlim-Tədris Kompleksinin, Ağdam Dəmir Yolu Avtovağzal Kompleksinin açılışları reallaşdırılıb. Bundan əlavə, Ağdam İmarət Kompleksi Aghdam City Hotel”i istifadəyə verilib. Regionun mədəni irsinin qorunması bərpası istiqamətində mühüm işlər görülüb. Həyata keçirilən layihələr nəticəsində Ağdam Cümə məscidi bərpa edilib. Bundan əlavə Ağdamın Qiyaslı kəndindəki tarixi məscid bərpa olunub. Qarabağ bölgəsində qədim muğam sənəti incisinin işğaldan əvvəlki şöhrətinin bərpası, tədrisi təbliğində, gənc nəsildə muğama sevginin aşılanmasında mühüm rol oynayacaq Ağdam Muğam Mərkəzi inşa edilərək istifadəyə verilib. Dövlət başçısı Qarabağ Şərqi Zəngəzurun iqtisadi inkişafının sürətləndirilməsinə geri qayıdan əhalinin məşğulluğunun təmin edilməsinə xüsusi diqqət yetirir. Bu diqqətin nəticəsində artıq rezidentlərin sayına görə ölkənin ikincisi olan Ağdam Sənaye Parkında on müxtəlif təyinatlı müəssisə fəaliyyətə başlayıb. Sosial infrastrukturun qurulması istiqamətində aparılan genişmiqyaslı tədbirlər nəticəsində Ağdam şəhərində 1 nömrəli tam orta məktəb 1 nömrəli körpələr evi-uşaq bağçası inşa edilib. Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşündə iştirak məqsədilə Azərbaycana səfər edən Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kəndinin 1-ci mərhələsinin açılışında iştirak ediblər. 2023-cü il avqustun 18-dən etibarən Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı başlanıb bu proses artan templə davam edir. Dövlət başçısının xüsusi diqqəti nəticəsində rayondaFüzuliyarımstansiyası, Füzuli Rəqəmsal Yarımstansiya İdarəetmə Mərkəzi, həmçinin Köndələnçay su anbarları kompleksi istifadəyə verilib. Füzulidə nəqliyyat infrastrukturunun yaradılması istiqamətində nəhəng layihələr reallaşdırılıb. Zəfər, Füzuli-Hadrut Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolları, Füzuli Beynəlxalq Hava Limanı da istismara verilib. 2025-ci il sentyabrın 11-dən etibarən Xocavənd rayonuna keçmiş məcburi köçkünlərin qayıdışı da başlayıb. Prezidentin rəhbərliyi ilə həyata keçirilən bərpa-quruculuq işləri çərçivəsində rayonun Hadrut qəsəbəsində “Hadrut” Qovşaq Yarımstansiyası Rəqəmsal İdarəetmə Mərkəzi istifadəyə verilib.

 

İşğaldan azad olunmuş ərazilərdə bərpa, yenidənqurma işləri, yeni infrastrukturun yaranması istiqamətində görülən işlərdən ən önəmlisi təbii ki, ərazilərin minalardan təmizlənməsi, yaşayış həyat üçün vacib olan yeni infrastrukturun qurulmasıdır. Eyni zamanda, kənd təsərrüfatı ilə əlaqədar yeni fəaliyyət sahələrinin, həmçinin xidmət, ticarət, tikinti, nəqliyyat digər sektorların yaradılması inkişafı mühüm əhəmiyyət kəsb edir. Qarabağ Şərqi Zəngəzurda aparılan bütün yenidənqurma, bərpa şəhərsalma işləri qabaqcıl urbanizasiya modellərinin tətbiqi ilə əhalinin həyat səviyyəsinin yüksəldilməsinə xidmət edir. İşğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdış Proqramı çərçivəsində insan kapitalının inkişafı sahəsində sosial xidmətlər şəbəkəsinin yaradılması maddi-texniki bazasının gücləndirilməsi, doğma torpaqlarına qayıdan əhalinin məşğulluq imkanlarının artırılması, onların keyfiyyətli səhiyyə təhsil xidmətləri ilə təmin edilməsi, mədəniyyət idman obyektlərinin bərpası yenidən qurulması istiqamətində genişmiqyaslı işlər görülür. Dövlət başçısı 5 il ərzində işğaldan azad olunmuş ərazilər üzrə 500-dən çox tədbirdə iştirak edib, yüzlərlə müxtəlif təyinatlı layihənin təməlini qoyub. Prezident İlham Əliyev mühüm strateji əhəmiyyət kəsb edən Füzuli, Zəngilan Laçın beynəlxalq hava limanları, minlərlə kilometrlik yol-nəqliyyat infrastrukturu sosial təyinatlı layihələr daxil olmaqla, çoxsaylı obyektlərin açılışını edib. İşğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi inkişafını sürətləndirmək, bu bölgələri yenidən iqtisadi dövriyyəyə cəlb etməklə regional inkişafda balansı təmin etmək əhalinin rifah səviyyəsini yüksəltmək məqsədilə sahibkarlığın stimullaşdırılması, investisiyaların təşviqi, istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün güzəşt imtiyazların tətbiqi istiqamətində kompleks tədbirlər həyata keçirilir. İşğaldan azad olunmuş ərazilərin sürətli bərpası dayanıqlı inkişafı istiqamətində atılan strateji addımlar sırasında sənaye zonalarının yaradılması da mühüm yer tutur. Qarabağ Şərqi Zəngəzur iqtisadi rayonlarında dövlət dəstəyi ilə yaradılan sənaye ixtisaslaşmış istehsal zonaları həmin ərazilərdə biznes mühitinin formalaşmasına, sahibkarlığın inkişafına investisiya cəlbediciliyinin artmasına şərait yaratmaqdadır. Bunların nəticəsidir ki, işğaldan azad edilmiş ərazilərdə hazırda 48 000-dən çox insan yaşayır fəaliyyət göstərir.

 

Millət vəkili Samir Vəliyev Sherg.az-a deyib ki, yeni strateji mərhələdəBöyük Qayıdışölkəmizin beş əsas milli prioritetindən biri kimi müəyyənləşdirilib. Deputat bildirib ki, hazırda işğaldan azad olunmuş ərazilərdə intensiv minatəmizləmə əməliyyatları aparılır, iqtisadi sosial təyinatlı müasir infrastruktur yaradılır:

 

"O cümlədən, yaşayış məntəqələri yenidən qurulur ərazilərin məskunlaşdırılması uğurla davam edir. Bir sözlə, göz önündə yeni Qarabağ formalaşır. Böyük qələbələrimizin əsas memarı olan Prezident İlham Əliyev azad edilmiş ərazilərin yenidən qurulmasını şəxsi nəzarətində saxlayır ki, bu da layihələrin daha sürətli keyfiyyətli icrasına təsir göstərir. Elə bu günlərdə dövlət başçısı işğaldan azad olunmuş ərazilərə növbəti səfəri zamanı Zəngilan Cəbrayıl rayonlarında bir sıra açılış təməlqoyma mərasimlərində iştirak edib, dəyərli tövsiyələrini verib. Səfər çərçivəsində Prezident İlham Əliyev, həmçinin uzun illərdən sonra doğma yurdlarına qayıdan sakinlərlə görüşərək onlara xoş arzularını çatdırıb. Prezident Zəngilan rayonunun Məmmədbəyli Ağalı kəndlərinin sakinləri ilə görüşündəBöyük Qayıdışproqramının uğurla həyata keçirilməsindən məmnunluğunu ifadə edib. "Böyük Qayıdış"a dair I Dövlət Proqramı”nın icrasına indiyədək dövlət büdcəsindən təxminən 22 milyard manat vəsait yönəldilib. Təkcə cari ilin yanvar-sentyabr aylarında bu ərazilərin yenidən qurulması bərpasına 2 milyard 900,9 milyon manat vəsait xərclənib. Bunun 2 milyard 234,8 milyon manatı infrastruktur layihələrinə, 291,7 milyon manatı təhsil, səhiyyə, mədəniyyət idman yönümlü layihələrə, 41 milyon manatı isə minalardan təmizlənmə işlərinə ayrılıb. Hazırda azad edilmiş ərazilərdə 50 minə yaxın insan yaşayır, çalışır təhsil alır. “Böyük Qayıdış”a dair I Dövlət Proqramı çərçivəsində Qarabağ Şərqi Zəngəzur bölgələrinə ümumilikdə 140 min insanın köçürülməsi planlaşdırılır".

 

Parlament üzvü qeyd edib ki, “Böyük Qayıdışstrategiyası gələcəkdə eyni ardıcıllıqla davam etdiriləcək:

 

"Xatırladaq ki, Prezidentin 2025-ci il 30 may tarixli Sərəncamı ilə “2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf strategiyası”nın Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın hazırlanması üçün Nazirlər Kabinetinə tapşırıq verilib. Həmin tapşırığın icrası məqsədilə 2025-ci il 18 iyun tarixli Sərəncamla Baş nazirin sədrliyi ilə Komissiya yaradılıb tərkibi təsdiqlənib".

 

İsmayıl

 

Şərq  2025.- 19 noyabr (¹ 210).- S.6.