Sözün tarixin qovuşduğu yer - Qurban Səid

 

Tarix boyu elə şəxsiyyətlər olub ki, onların ədəbi mənəvi irsini unutdurmaq mümkün olmayıb. Onların yaratdıqları əsərlər, yazıya köçürdükləri fikirlər zamanın sınağından keçərək yaşayır. Azərbaycan mühacirət ədəbiyyatının görkəmli nümayəndəsi, dünyaşöhrətliƏli Ninoromanının müəllifi Qurban Səid (Məhəmməd Əsəd bəy) belə şəxsiyyətlərdəndir. Onun yaradıcılığı həm ölkəmizdə, həm dünyada böyük maraqla araşdırılır, müxtəlif dillərə tərcümə edilərək geniş oxucu auditoriyasına təqdim olunur.

 

Xəzər Universiteti Filologiya fakültəsinin tələbələri üçün keçirilən növbəti dərs məhz Qurban Səidin həyat yaradıcılıq yoluna həsr olunmuşdu. Fərqliliyi ilə seçilən bu dərs ənənəvi auditoriya mühitindən kənarda – “İçərişəhərmetrosu yaxınlığında yerləşən, tarixi atmosferi ilə seçilənKurban Saidrestoranında baş tutdu. Tarix-məkan-dərs inteqrasiyasına əsaslanan bu metod professor, filologiya elmləri doktoru Bədirxan Əhmədlinin təşəbbüsü idi.

 

Dərslə bağlı təəssüratını AZƏRTAC ilə bölüşən Xəzər Universitetinin magistrantı Elvinə Kazımova bildirib ki, professor Bədirxan Əhmədli uzun illərdir Qurban Səidin həyatı, yaradıcılığı xüsusiləƏli Nino”nun müəlliflik məsələləri ilə bağlı araşdırmalar aparır. Onun müxtəlif məqalə kitablarında, eləcə üçcildlikAzərbaycan ədəbiyyatı tarixidərsliyində Qurban Səid haqqında geniş elmi məlumatlara yer verilib. Mühazirə zamanı professor əsərin müəlliflik gizlinləri haqqında apardığı tədqiqatlardan söz açdı bu mövzuda ortaya çıxan fikir müxtəlifliklərinin mahiyyətini izah etdi.

 

Dərsdə Filologiya fakültəsininDillər ədəbiyyatlardepartamentindən biz - Zəhra, Elvinə, Əsmər digər tələbələr iştirak edirdik. Məkanın rəhbəri Səbinə xanım da mühazirəyə qatılaraq Qurban Səid haqqında topladığı məlumatları bölüşdü. Onun illərdir aparılan şəxsi araşdırmaları müəllifə olan sevgisi nəticəsində bu məkan yaradılıb. Restoran gün ərzində xarici turistlər, ədəbiyyatsevərlər tanınmış şəxslər tərəfindən ziyarət edilir. Səbinə xanım hazırdaƏli Nino”nun rus dilinə tərcüməsi üzərində işləyir ki, bu da onun ədəbiyyata bağlılığının göstəricisidir.

 

Məkanın tarixi ab-havası dərsi daha təsirli etdi. Divarları bəzəyən müxtəlif ölkələrdə nəşr edilmişƏli Nino”nun üz qabıqları, qədim əşyalar, köhnə kitabların qoxusu bizdə sanki zamanla təmas hissi oyadırdı. Kitabların toplandığı otağa daxil olduqda isə hər bir cild sanki özü tarix danışırdı. Dərs adi mühazirədən daha çox ədəbi görüş, kitab klubu canlı tarix dərsi təsiri bağışladı”,- deyə o vurğulayıb.

 

Mühazirə boyunca XX əsr Azərbaycan ədəbiyyatının mühüm mərhələləri, mühacirət nəsri Qurban Səidin yaradıcılıq yolu haqqında geniş məlumat əldə etdiklərini söyləyən magistrant qeyd edib ki, dərsdə bugünkü informasiya bolluğu dövründəƏli Nino”nun müəllifliyinə dair davam edən müzakirələrin əksər hallarda faktlara əsaslanmadığı vurğulandı. Əsl qiymətli olan isə Qurban Səidin keçdiyi çətin həyat yolu, qələmə aldığı əsərlər Azərbaycan sevgisi ilə dolu yaradıcılığıdır.

 

Bu görüş biz tələbələr üçün sadəcə bir dərs deyil, həm unudulmaz bir mədəni hadisə oldu.

 

Elvinə Kazımova

Şərq  2025.- 22 noyabr (¹213).- S.7.