Səyyad Aran Heydər
Əliyevlə bağlı
xatirəsini danışdı
Ümummilli lider
Heydər Əliyevlə
bağlı bir xatirəmi bölüşmək
istəyirəm. Heydər
Əliyev seçilmiş
ilk siyasi şuranın iclasına başladı. Orada 51 nəfər vardı. O dedi ki, hamınız
gələcəkdə böyük
insanlar olacaqsınız.
Bu sözləri hələ də xatırlayıram. Onda hamı sevincindən havaya uçmuşdu.
Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu fikirləri
Milli Məclisin deputatı Səyyad Aran deyib.
O, Ümummilli liderin tarixi tövsiyələrini
bölüşüb:
“Dedi ki, yanınıza cürbəcür insanlar gələcək. Siz onları qəbul etməyi və dinləməyi öyrənin.
Dinləmək mədəniyyətiniz
olsun. Eləsi də olacaq ki, sizin qarşınızda atası-babası ilə danışmağa başlayacaq.
Diqqətlə qulaq asın, səbir edin, sözünü kəsməyin”.
Ardınca dedi: “Dərhal çay gətirdin. Əlinizi şokolada birinci siz uzadın.
Bəlkə də o heç 1 aydır şokolad yemir. O insanın bütün hərəkətlərinə həssaslıqla
yanaşın. Yerinə
yetirə bilməyəcəyiniz
bir xahişi olsa belə, elə yola salın
ki, sizdən inciməsin.
Qapıya qədər
ötürün. Gələndə
necə diqqətlə
qarşılamısınızsa, yola salanda da elə edin.
Xidməti stolunuzun arxasında
yox, qarşısındakı
kiçik stulda əyləşin ki, o özünü
sıxılmış hiss etməsin.
Çıxanda da köməkçinizdən
xahiş edin ki, onu pilləkənədək
ötürsün, qapıda
gözləyən adama
təhvil versin və sonra geri
qayıtsın. Bunlar rəhbərliyin əlifbasıdır”.
İndi kimsə deyə bilər ki, mən də belə edirəm. Amma unutmayın,
siz indi edirsiniz, o isə bunları 30 il əvvəl
millətə öyrədirdi.
Necə deyərlər,
onun əsasını
qoyduğu məktəb
bu gün də yaşayır”.
İsmayıl
Şərq
2025.- 22 noyabr (¹213).- S.6.