18 Oktyabr tarixi dönüm nöqtəsidir
44 günlük Vətən müharibəsi sübut etdi ki, Azərbaycan
qalib və bütöv dövlətdir
Azərbaycanın
dövlətçilik tarixinin,
milli adət-ənənələrinin,
elm və mədəniyyətinin təbliği
Bu gün
Azərbaycan xalqının
dövlət müstəqilliyinin
bərpası günüdür.
1991-ci ildə bu tarixdə ölkəmiz Sovet İttifaqından ayrılaraq öz müstəqilliyini bərpa
edib və Azərbaycan dövlətçiliyi
yeni mərhələyə
qədəm qoyub. Müstəqilliyin bərpası
yalnız siyasi suverenliyin əldə olunması demək deyil, eyni zamanda
xalqın öz tarixi köklərinə, milli kimliyinə və mədəniyyətinə
qayıdışının simvoludur.
Bu gün
Azərbaycan üçün
həm də dövlətçilik tarixi
baxımından dönməz
əhəmiyyət daşıyır.
Ölkəmiz müstəqilliyini
bərpa etməklə
həm öz daxili inkişaf yolunu müəyyənləşdirib,
həm də beynəlxalq arenada suveren dövlət kimi tanınıb. 18 Oktyabr xalqın azadlıq arzularının
reallaşması, dövlətçilik
ənənələrinin möhkəmlənməsi
və gələcək
nəsillərə örnək
olacaq bir tarixi an kimi
yaddaşlara həkk olunub.
Bu gün
biz 18 oktyabrı yalnız keçmişin xatirəsi kimi deyil, eyni zamanda
müasir Azərbaycan
dövlətçiliyinin inkişafına
təkan verən mühüm hadisə kimi qeyd edirik.
Hər il bu gün ölkəmizin
azadlıq və müstəqillik yolunda göstərdiyi əzmkarlığı,
vətənpərvərliyi və milli birliyi
bir daha xatırlatmaq üçün
fürsət yaradır.
Tarix dəfələrlə
sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan daha çətindir. Azərbaycan bir əsrdə iki dəfə müstəqillik
elan edərək özünün
suveren dövlətini
yaratmaq imkanını
qazanıb.
1918-ci il mayın
28-də Azərbaycan Xalq
Cümhuriyyətinin Milli
Şurası İstiqlal
Bəyannaməsini imzalamaqla
Azərbaycanın müstəqilliyini
dünyaya bəyan edib, xalqımızın çoxəsrlik dövlətçilik
ənənələrini davam
etdirib. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılıb, dövlət
atributları təsis
olunub, sərhədləri
müəyyən edilib,
dövlət quruculuğu
sahəsində mühüm
tədbirlər həyata
keçirilib, Cümhuriyyətin
beynəlxalq münasibətlər
sisteminin subyekti kimi tanınması, diplomatik müstəvidə
milli maraqların qorunması istiqamətində
mühüm addımlar
atılıb. Yeni fəaliyyətə başlamış
parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın
təmin olunmasında,
demokratik prinsiplərin
təsbit edilməsində
əsaslı rol oynayıb. Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində
demokratiya ənənələrinin
formalaşmasına əhəmiyyətli
təsir göstərib.
XX əsrin sonunda
yaranmış tarixi şərait 34 il əvvəl Azərbaycana öz dövlət müstəqilliyini bərpa
etmək imkanı verib.
Rusiyada demokratik
qüvvələrin fəaliyyəti
nəticəsində respublikalarda
da mərkəzdən
qaçma, öz suverenliyinə qovuşmaq istəkləri qarşısıalınmaz
həddə çatdı.
Belə şəraitdə
Azərbaycan Respublikası
Ali Sovetinin xalqın tələbi ilə çağırılmış
növbədənkənar sessiyasında
1991-ci il avqustun 30-da Azərbaycan Respublikasının
dövlət müstəqilliyini
bərpa etmək haqqında bəyannamə
qəbul edilib.
Azərbaycan Respublikasının Ali Sovetinin həmin ilin 18 oktyabr tarixli sessiyasında "Azərbaycan Respublikasının
Dövlət müstəqilliyi
haqqında" Konstitusiya
Aktı yekdilliklə qəbul edilib.
Dövlət müstəqilliyinin bərpası
yaranmış tarixi şəraitdən əlavə,
həm də Azərbaycan xalqının
müstəqillik arzusu
və azadlıq mübarizəsi nəticəsində
mümkün oldu. Azərbaycanın müstəqilliyi
ağır sosial-iqtisadi
şəraitdə və
xalqımızın ağır
sınaqlardan keçdiyi
bir dövrdə əldə edilib.
Lakin müstəqilliyi
bərpa etdikdən qısa müddət sonra xalqımız yenidən onu itirmək təhlükəsi
ilə üzləşdi.
1992-1994-cü illərdə Ermənistanla Dağlıq
Qarabağ uğrunda baş verən münaqişə müstəqilliyimizin
ilk dövrlərində
dövlətçiliyimiz üçün
çətin sınaqlar
gətirib. Ancaq dərin dövlətçilik
ənənələrinə malik olan Azərbaycan
bu təlatümlü
və çalxantılı
dövrlərdən də
üzüağ çıxmağı
bacarıb. 2020-ci il sentyabr ayının 27-də
isə Ermənistan Silahlı Qüvvələrinin
Azərbaycana qarşı
törətdiyi növbəti
təxribata cavab olaraq əks-hücumla başlanan 44 günlük
Vətən müharibəsi
bir daha bütün dünyaya Azərbaycan xalqının
birliyini, onun müstəqillik və ərazi bütövlüyünün
toxunulmaz olduğunu sübut edib.
Hazırda ölkə
Prezidenti cənab İlham Əliyevin uğurlu fəaliyyəti nəticəsində müstəqilliyimizin
sütunları getdikcə
möhkəmlənir. Azərbaycan
bu gün həm siyasi, həm də iqtisadi baxımdan dünyanın qüdrətli
dövlətləri siyahısındadır.
Deputat Tənzilə
Rüstəmxanlı parlamentin
dünənki iclasında
18 Oktyabr- Müstəqilliyin
Bərpası gününə
diqqət çəkib.
Xanım deputat qeyd edib ki,
28 may tarixinin Müstəqillik Günü,
18 oktyabr tarixinin isə Müstəqilliyin Bərpası Günü kimi təsdiq olunması Azərbaycanın
dövlət suverenliyinin
məhz 1918-ci ildə
bərqərar olunması
tarixi faktına əsaslanır: “Bu, ərazi bütövlüyünü
bərpa etmiş müasir Azərbaycanın
1918-ci ildə qurulmuş
Xalq Cümhuriyyətinin
tamhüquqlu varisi olduğunu göstərməklə
yanaşı soydaşlarımızın
tarixi torpaqlarına, o
cümlədən Zəngəzura
dinc yolla qayıdış perspektivi
üçün əsasları
daha da gücləndirir.
Bu gün biz faktiki varisi
olduğumuz Azərbaycan
Xalq Cümhuriyyəti
dövründəki milli
sərhədlərimizin bərpasına
nail olmuşuq, tam və qəti
şəkildə bu müstəqilliyə çatmışıq.
Azərbaycanın bütün
ərazisində artıq
suverenliyimiz təsdiq olunub. İstiqlalımız
və ərazi bütövlüyümüz uğrunda
şəhid olanların
ruhunu sayğı ilə anıram. Xalqımızı 18 oktyabr
Dövlət Müstəqilliyinin
bərpası münasibətilə
təbrik edirəm. Dövlətimiz uca olsun, xalqımız xoşbəxt olsun. Və istəyirəm buradan Azərbaycanın müstəqilliyinin bərpasında
başda Ulu Öndər Heydər Əliyev olmaqla müstəqilliyimizin bərpasına
səs vermiş 43 millət vəkilini də sayğı ilə anım. Onların haqqı üstümüzdə çox
böyükdür".
Millət vəkili
Naqif Həmzəyev isə mövzuyla bağlı “Şərq”ə
açıqlamasında bildirib
ki, ərazi bütövlüyünü və
suverenliyini tam bərpa etmiş, qalib dövlət kimi regionda söz
sahibi olan Azərbaycanın bugünkü
uğurları hər
bir vətəndaşda
dərin qürur hissi yaradır. Onun sözlərinə görə, 44 günlük
Vətən müharibəsində
və 2023-cü ildə
keçirilmiş lokal
antiterror tədbirləri
nəticəsində torpaqlarını
işğaldan azad edən, ərazi bütövlüyünü bərpa
edən xalqımız
artıq müstəqilliyini
təkcə siyasi deyil, həm də hərbi, iqtisadi və mənəvi mənada təsdiqləyib:
“Bu gün
biz böyük iftixar hissi ilə
müstəqil, suveren
və qalib dövlətin vətəndaşı
olduğumuzu deyə bilirik. Deputat qeyd edib ki,
sovetlər birliyinin süqutu ilə yaranan tarixi şərait nəticəsində
Azərbaycan xalqı
XX yüzillikdə ikinci
dəfə müstəqillik
bayrağını qaldırıb.
Onun sözlərinə
görə, bu, xalqımızın siyasi tarixində XX əsrdəki
ikinci parlaq qələbə idi.
1991-ci il oktyabrın
18-də Dövlət Müstəqilliyi
Haqqında Konstitusiya Aktı qəbul edilsə də, Azərbaycan özünün
əsl müstəqilliyini
Ümummilli Lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra
əldə edib. Tarixi faktlar sübut etdi ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir.
1993-cü ilin iyununda hakimiyyətə gələn
Heydər Əliyev özü ilə bərabər ölkəyə
siyasi müdriklik, sabitlik və inkişaf gətirib. Məhz Ulu Öndərin
zəngin siyasi təcrübəsi, yüksək
idarəçilik bacarığı
və Vətənə
olan tükənməz
sevgisi sayəsində
Azərbaycanın dövlət
müstəqilliyi təhlükədən
xilas edilib. O, ölkədə hökm sürən xaos və anarxiyanı, iqtisadi və mənəvi gərginliyi aradan qaldırıb. Dövlət müstəqilliyi
gündən-günə möhkəmləndi,
Azərbaycan beynəlxalq
təşkilatların tribunalarından
sözünü deməyə
başlayıb”.
Millət vəkilinin
sözlərinə görə,
bu gün Prezident İlham Əliyevin rəhbərliyi
ilə müstəqil
Azərbaycan artıq regionun aparıcı gücü, sülhün və təhlükəsizliyin
təminatçısı kimi
tanınır: “Son illər ərzində ölkəmiz humanist fəaliyyəti ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə
xidmət edən enerji layihələri, regional inteqrasiyanı gücləndirən əməkdaşlıq
formatları ilə dünyaya dəyərli töhfələr verib. İnkaredilməz gerçəklikdir
ki, bütün bu uğurların təməlində müstəqil
Azərbaycanın memarı
Heydər Əliyevin siyasi irsi və
onun layiqli davamçısı Prezident
İlham Əliyevin həyata keçirdiyi uzaqgörən siyasət dayanır. Bu gün Azərbaycan Cənubi Qafqazda əsas söz sahibi olan dövlət,
dünyada sabitlik diyarı və iqtisadi inkişaf modeli kimi tanınır.18 Oktyabr - Müstəqillik Günü artıq qalib və bütöv
Azərbaycanın bayramıdır.
Bu gün dünya dövlətlərinin
rəhbərləri Prezident
İlham Əliyevə
təbrik məktubları
göndərir, Azərbaycan
xalqını bu əlamətdar gün münasibətilə təbrik
edirlər. Hər bir azərbaycanlının
ən ali vəzifəsi isə dövlət müstəqilliyini,
milli azadlığını
və ərazi bütövlüyünü qoruyub
saxlamaq, onu gələcək nəsillərə
çatdırmaqdır”.
Şəymən Bayramova
Şərq 2025.- 18 oktyabr (№190).- S.6.