Zəfər paradı əvvəlkilərdən daha
möhtəşəm olacaq
Azərbaycan
Silahlı Qüvvələrinin
yeni texnika və silahları ilk dəfə paradda görünəcək
Müzəffər Ali Baş Komandanın
rəhbərliyi ilə
44 günlük Vətən
müharibəsində qazanılmış
tarixi qələbə,
Ermənistan tərəfindən
törədilmiş sülh
və insanlıq əleyhinə cinayətlər,
habelə müharibə
cinayətləri ilə
bağlı həqiqətlərin
dünya ictimaiyyətinə
çatdırılması
Bakıda Vətən
müharibəsində qazanılan
qələbənin 5-ci ildönümünə
həsr edilmiş parad keçiriləcək.
Parad noyabrın 8-də
paytaxtın Azadlıq
meydanında təşkil
olunacaq. Artıq parada hazırlıq işlərinə başlanılıb
və növbəti Zəfər paradı olacaq. Xatırladaq ki, 2020-ci il dekabrın 10-da Bakıda Azadlıq meydanında Vətən müharibəsində
qələbə şərəfinə
Zəfər paradı
keçirilib. 2023-cü il
noyabrın 8-də isə
Xankəndi şəhərində
Vətən müharibəsində
əldə edilən Zəfərin üçüncü
ildönümünə həsr
olunan hərbi parad olub. Bu
dəfə isə qələbənin beş
illiyi ilə bağlı üçüncü
parad keçiriləcək.
Parad ilk
növbədə Azərbaycanın
ərazi bütövlüyünün,
dövlət suverenliyinin
bərpasını, uzun
illər Xankəndidə
yuva qurmuş erməni separatizminin kökünün kəsildiyini
bütün dünyaya
bir daha nümayiş etdirəcək.
Eyni zamanda dövlətin suveren hüquqlarını tam şəkildə həyata
keçirdiyini və bu ərazilərin Azərbaycanın ayrılmaz
hissəsi olduğunu göstərəcək. Qələbə
paradları Azərbaycan
xalqı üçün
böyük mənəvi
dəyər daşıyır.
Bu tarixi gün cəmiyyətimizdəki
milli birliyi möhkəmləndirib, həmrəyliyimizin,
milli vəhdətimizin
gücü ilə qazandığımız tarixi
zəfərin fərəhini
bizə yaşadıb.
Azərbaycanın ərazi
bütövlüyü uğrunda
canlarını fəda
etmiş şəhidlərimizin
ruhu şad olub. 30 il ərzində
yurd həsrətinin acısından, xalqımızın
başına gətirilən
müsibətlərin ağırlığından
ürəyimizə daman
göz yaşlarımız
sevinc göz yaşlarına çevrilib.
Azərbaycan belə bir paradla dünya
ictimaiyyətinə, xüsusilə
Cənubi Qafqaz bölgəsində sülh
və sabitlik arzulayan xarici qüvvələrə də,
müxtəlif təxribatlarla
regionumuzu qarışdırmaq
istəyənlərə də
mühüm bir mesaj vermiş olacaq. Dövlət bu paradla Azərbaycanın
təkcə hərbi üstünlüyünü deyil,
həm də siyasi iradəsini və diplomatik strategiyasını yenidən
nümayiş etdirəcək.
Bu tədbir bölgədə digər
tərəfləri sülhə
və sabitliyə dəvət edən, ölkəmizin öz ərazi bütövlüyünü
qorumaq istiqamətində
qətiyyətini göstərən
mühüm addım sayılır.
Zəfər paradı illərdən bəri apardığımız
haqq savaşındakı
tarixi qələbəmizin
böyük nümayişidir.
Bu parad vasitəsilə tarixin ən qüdrətli Azərbaycanını bir daha təqdim edəcəyik. Ölkənin
mədəni və tarixi irsinə sadiqliyinin, Qarabağın
tarixi sahiblərinin yenidən bu torpaqlara qayıtmasının
simvolik təcəssümü
kimi dəyərləndirmək
lazımdır. Parad zamanı Azərbaycan Silahlı Qüvvələrinin
nümayiş etdirdiyi
güc ordumuza olan etimadın təntənəsinə çevrilir.
Azərbaycan Prezidenti dünyada Qarabağ münaqişəsi ilə
bağlı aydın təsəvvür formalaşdırmağa
nail oldu. Xalqımızın torpaqlarımızın
azadlığı uğrunda
apardığı mübarizənin
haqq işi olduğunu, tarixi ədalətə, beynəlxalq
hüquqa əsaslandığını
sübuta yetirdi. Azərbaycanın bu prinsipial mövqeyini ali tribunalardan dünya ictimaiyyətinin diqqətinə çatdırıb.
Ölkəmizə qarşı
gələcəkdə hər
hansı ittihama əsas verməmək üçün sülh danışıqlarına sona
qədər sadiq qaldı.
Sosial Tədqiqatlar
Mərkəzinin sektor
müdiri, politoloq İlyas Hüseynov “Şərq”ə açıqlamasında bildirib
ki, Vətən müharibəsində qazanılan
qələbənin 5 illiyi
münasibətilə Azadlıq
meydanında keçiriləcək
Zəfər paradı
Azərbaycan dövlətçiliyi
tarixində xüsusi əhəmiyyətə malik
hadisədir.
Onun sözlərinə
görə, 2020-ci ilin
10 dekabrında keçirilən
ilk Zəfər paradı xalqımızın
qürur və sevinc duyğularının
təntənəsinə çevrilib:
“Həmin gün
biz 44 günlük Vətən müharibəsində
yazılmış qəhrəmanlıq
salnaməsini bir daha xatırladıq. O parad Azərbaycan Ordusunun gücünü, xalqın birliyini və Ali Baş
Komandanın siyasi iradəsini bütün dünyaya nümayiş etdirdi. Bu gün
isə artıq 5 illik yubiley Zəfər
paradı haqqında danışırıq ki,
bu da qələbəmizin
möhkəmlənməsinin, dövlətimizin daha da güclənməsinin göstəricisidir”.
İ.Hüseynov qeyd edib ki,
ölkəmizin ərazi
bütövlüyü və
suverenliyi tam şəkildə təmin
olunub. Xankəndidə
keçirilən hərbi
parad Azərbaycan tarixində mühüm mərhələ idi və bu, qələbənin
taclanması kimi dəyərləndirilir:
“Budəfəki parad da həm
hərbi, həm də siyasi baxımdan çox ciddi mesajlar verəcək. Azərbaycanın
regiondakı mövqeyi,
güclü ordusu və artan iqtisadi
potensialı bir daha nümayiş olunacaq. Bu, həm
xalqımız üçün
fəxr mənbəyi,
həm də düşmən qüvvələr
üçün aydın
siqnaldır”.
Politoloq hesab
edir ki, Azadlıq meydanında keçiriləcək yubiley
paradı dövlətin
hərbi-siyasi iradəsinin,
milli gücünün
və müasir ordu quruculuğunun təntənəsi olacaq:
“Parad zamanı
müxtəlif qoşun
növlərinin keçidləri,
hərbi texnikalar, ən son silah-sursat
nümunələri, eləcə
də səmada Azərbaycan Hərbi Hava Qüvvələrinin nümayişi böyük
qürur hissi yaradacaq. Səmada şahinlərimiz, meydanda isə qalib ordumuzun parlaq görüntüsü xalqımıza
bir daha qürur yaşadacaq”.
İlyas Hüseynov
şəhidlərin ruhunu
ehtiramla yad edərək bildirib ki, 44 günlük Vətən müharibəsində
qazanılan tarixi qələbə Azərbaycan
xalqının birliyi və ordusunun fədakarlığı sayəsində
mümkün olub: “Biz şəhidlərimizə
rəhmət, qazilərimizə
şəfa arzulayırıq.
Bu gün Azərbaycan 21-ci əsrdə
ərazi bütövlüyünü
və suverenliyini təmin etmiş güclü bir orduya malik dövlətdir.
8 noyabrda keçiriləcək
parad bir daha sübut edəcək ki, Azərbaycan Ordusu regionun ən güclü silahlı qüvvələrindən biridir.
Bu parad dostlarımız üçün
sevinc, düşmənlərimiz
üçün isə
əsl göz dağı olacaq.”
Hərbi ekspert
Ədalət Verdiyev də Azərbaycanın son illərdə bir neçə dəfə hərbi parad keçirdiyini xatırladıb. Lakin ekspert budəfəki Zəfər paradının
bir qədər daha geniş miqyasa malik olacağını
bildirib:
“Bu, ilk
yubiley paradıdır.
Artıq biz qələbəmizin beş
illiyini qeyd edirik. Paradda təbii ki, bizim qələbə bayrağımız, Quru Qoşunlarının, Hərbi
Dəniz Qüvvələrinin,
Dövlət Sərhəd
Xidmətinin, Xüsusi
Təyinatlı Qüvvələrin,
eyni zamanda müttəfiq və dost ölkələrin parad heyətlərinin iştirakı gözlənilir.
Bunun vacib kompanentlərindən biri də Azərbaycan Silahlı Qüvvələrinin
silahlanmasında mövcud
olan və yeni əldə olunan silah və
texnikalarının bir
hissəsinin nümayişindən
ibarət olacaq. Silah, texnika, vasitə və avadanlıqların bir hissəsi yeni əldə olunub və onlar əvvəlki
paradlarda nümayiş
etdirilməyib. Hesab edirəm ki, bu paradda Vətən
müharibəsindən sonra
əldə etdiyimiz və operativ təyinatlı “Akınçı”
PUA-ları, JF-17 döyüş
təyyarələri və
yerli müdafiə sənayesinin istehsal etdiyi digər vasitələr ilk dəfə nümayiş etdiriləcək.
Azərbaycanın ərazi
və sərhəd bütövlüyü tamamilə
təmin olunub. Suverenliyimiz bərpa edilib. Bundan sonra isə ordu quruculuğu sahəsində yeni vəzifələrin təyin
edilməsi də gözləniləndir”.
Şəymən Bayramova
Şərq .- 2025.- 23 oktyabr (№193).- S.6.