Danışmaq, gündəm yaratmaq lazımdır
Fikir,
söz və məlumat azadlığının,
plüralizmin inkişaf
etdirilməsi;
Azər
Həsrət: "Xeyli
sayda deputatlarımız
var ki, sosial
mediadan olduqca zəif istifadə edirlər, hətta çoxları ümumiyyətlə
istifadə etmirlər"
“Xarici dillərdə Azərbaycan mediasının
yayımlarında keyfiyyət
və kəmiyyət artıb”
Azərbaycan milli mətbuatının
150 illik tarixi sadəcə bir peşə sahəsinin inkişaf salnaməsi deyil, həm də xalqımızın
maariflənmə, milli
özünüdərk və
dövlət quruculuğu
yolunda keçdiyi böyük tarixi yolun göstəricisidir.
1875-ci ildə "Əkinçi"
ilə başlanan bu yol müstəqil,
güclü Azərbaycanın
informasiya mühitində
uğurla davam etdirilir. "Əkinçi"nin
qoyduğu təməl
prinsiplər müasir
Azərbaycan mediasının
ideya dayaqlarından biri olaraq qalır.
Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar nəticəsində Azərbaycan
mətbuatı təkcə
hüquqi və maddi-texniki baxımdan deyil, həm də institusional və ideoloji baxımdan daha da güclənib. Mətbuat sahəsində atılan hər addım medianın inkişafına, informasiya
təhlükəsizliyinə və milli maraqların
qorunmasına xidmət
edir. Vətən müharibəsində və
postmüharibə dövründə
milli mətbuatın göstərdiyi birlik, vətənpərvərlik və
peşəkarlıq bir
daha sübut etdi ki, Azərbaycan
mediası bu gün təkcə məlumat daşıyıcısı
deyil, həm də milli iradənin,
ideoloji gücün və ictimai həmrəyliyin önəmli
dayağıdır. Qarşıda
duran vəzifə isə bu ənənəni
qorumaq, inkişaf etdirmək və müasir dünyanın çağırışlarına uyğun şəkildə
daha da gücləndirməkdir.
Müasir, qloballaşan
dünyamız Azərbaycanda
bir çox sahələrdə olduğu
kimi, media sahəsinin də yeniləşməsini, yeni
çağırışlara cavab verməsini, habelə cəmiyyətin dəqiq, dürüst, qərəzsiz məlumatlandırılması
prosesinin şəffaflıqla
həyata keçirilməsini
diktə edir. Ölkəmizin dövlətçilik,
quruculuq tarixində hər zaman maarifçiliyə, görülən
işlərə düzgün
qiymətin verilməsi,
cəmiyyətin məlumatlandırılması
fəaliyyətinə, ümumilikdə
jurnalistika anlayışına
böyük töhfələr
olub. Təsadüfi deyil ki, ictimai
fikrə təsir imkanı böyük olan mətbuat bütün dünyada “dördüncü hakimiyyət”
adlandırılır. Durmadan
yeniləşən dünyamızda
dördüncü sənaye
inqilabının gətirdiyi
müasir çağırışlar
Azərbaycanda jurnalistika
fəaliyyətinin, mövcud
informasiya portallarında,
innovativ platformalarda işin təşkilinin daha nizamlı olmasını zəruri edir. Bu baxımdan
media institutlarının
fəaliyyətinin təkmilləşdirilməsi,
eyni zamanda müasir çağırışları
daha düzgün mənimsəyərək jurnalistika
fəaliyyətinin ardıcıl
inkişaf etdirilməsi
əsas hədəflərdəndir.
Görülmüş işlər
nəticəsində istər
mavi ekranlarda, sosial şəbəkə
platformalarında, blogerlik
fəaliyyətində, istərsə
də ənənəvi
jurnalistikada tam yeni mənzərə ilə qarşılaşırıq.
Dünyamız üçün
ağır transformasiya
dövründə ölkə
mətbuatının sağlam,
peşəkar, milli maraqlar çərçivəsində
çıxış etməsi
çox vacibdir. Bu baxımdan, müasir Azərbaycan mediası qlobal tendensiyaları nəzərə
almaqla dövlət maraqlarını həmişə
uca tutmalı, ölkəmizin beynəlxalq
münasibətlər sistemində
yeri və rolu, həyatımızda baş verən pozitiv dəyişikliklərlə
bağlı ictimaiyyətin
məlumatlandırılması sahəsində daha fəal olmalıdır. Qeyd edək ki, Azərbaycan mediası son üç ildə beynəlxalq informasiya məkanında öz nüfuzunu gücləndirərək
tamamilə yeni inkişaf mərhələsinə
qədəm qoyub. Bu mərhələni səciyyələndirən əsas
xüsusiyyətlərdən biri ölkənin artıq informasiya istehsalçısı kimi
çıxış etməsi,
Azərbaycanla bağlı
transmilli və xarici media qurumları
tərəfindən istinad
edilən əsas mənbəyə çevrilməsidir.
Əvvəllər Azərbaycanla
bağlı xəbərlər
beynəlxalq mediada daha çox transmilli media qurumlarına, hətta qonşu ölkələrin
- xüsusən Rusiya və Türkiyə kimi regional güclərin
media orqanlarına istinadla yayımlanırdı.
Lakin son üç il ərzində qlobal informasiya məkanında əsas istinad nöqtəsi məhz Azərbaycan mediası olub. Bu mühüm
dəyişiklik, yerli
media qurumlarının
operativlik, eksklüzivlik
və peşəkarlıq
səviyyələrinin artması,
mediaya daha konseptual baxışla izah olunur. Bütün
bunlar göstərir ki, ölkədə son illərdə media siyasəti düzgün və strateji əsaslı qurulur. Əvvəllər
"özümüz yazıb,
özümüz oxuyurduqsa"
bu gün Azərbaycan mediasına beynəlxalq müstəvidə
olan maraq və istinadlar sübut edir ki, artıq informasiyanın mənşə
mənbəyi rolunu oynayırıq. Eksklüziv
xəbərlərin yerli
media vasitəsilə yayılması, ölkə
mediasının xarici
informasiya qurumları ilə əməkdaşlığının
genişləndirilməsi istiqamətində
həyata keçirilən
ardıcıl tədbirlər
nəticəsini verir.
Həyata keçirilən
media islahatları və texnoloji modernləşmə, ölkənin
informasiya təhlükəsizliyini
gücləndirib. Prezidentin
yerli və xarici mediaya verdiyi müsahibələr,
çıxışlarının müxtəlif dillərdə
yayımlanması, Azərbaycanın
qlobal informasiya məkanında mövqeyini
möhkəmləndirib. Nəticədə,
Azərbaycan mediası
regional və beynəlxalq informasiya axınında etibarlı mənbə kimi tanınıb. Azərbaycan
mediası ölkəmizə
qarşı aparılan
informasiya hücumları
qarşısında sipər
funksiyasını yerinə
yetirib, milli maraqların müdafiəsində
mübarizə aparıb.
Dövlətin strateji
və beynəlxalq maraqlarına yönəlmiş
təxribat xarakterli təşəbbüslərə qarşı medianın apardığı mübarizə
çox zaman əsas müdafiə xəttində baş verib. Xüsusilə rus və ingilis
dillərində fəaliyyət
göstərən xəbər
portallarının keyfiyyətinin
artırılması Azərbaycan
mediasının beynəlxalq
səviyyədə daha
geniş auditoriyaya çıxışını təmin edən əsas faktorlardan birinə çevrilib. Qlobal informasiya dövriyyəsində yer almaq, yalnız yerli dildə deyil, dünya ictimaiyyətinin anladığı
dillərdə məzmun
istehsalını zəruri
edir. Bu baxımdan, son illərdə rus, ingilis,fransız, farsdilli media resurslarının inkişaf
etdirilməsi istiqamətində
atılan addımlar məqsədyönlü və
strateji yanaşmanın
göstəricisidir. Paralel
olaraq, jurnalist kadrlarının peşəkarlıq
səviyyəsinin artırılması
da əsas hədəflərdən biri
olub. Xarici dillərdə material hazırlayan jurnalistlərin
seçilməsi və
onların təlimə
cəlb olunması, beynəlxalq media mühitində təcrübə
qazanmaları üçün
yaradılan imkanlar uzunmüddətli uğurların
təməlini qoyub. Bu çərçivədə,
xarici ölkələrdə
təlim proqramları,
beynəlxalq media platformalarında iştirak
və əməkdaşlıq
imkanlarının genişləndirilməsi
ön plana çıxır. Sosial media ilə
bağlı da son illər
strateji yanaşma müşahidə olunur.
Bu gün demək olar ki, bütün dövlət qurumlarının
sosial şəbəkələrdə
rəsmi səhifələri
fəaliyyət göstərir.
Bu səhifələr vasitəsilə
vətəndaşlarla və
media ilə əlaqə
qurulur, ictimai sorğulara operativ cavablar verilir. Aparıcı televiziyalar, agentliklər və xəbər portalları sosial mediada aktiv fəaliyyət göstərir.
Media eksperti Azər Həsrət Sherg.az-a açıqlamasında
bildirib ki, Azərbaycan
mediası illər öncəki media deyil. Ekspertin sözlərinə
görə, bu gün Azərbaycan mətbuatı həqiqətən
də çox irəliyə çıxa
bilib:
"Xüsusən,
xarici dillərdə Azərbaycan mediasının
yayımlarında keyfiyyət
və kəmiyyət əməlli-başlı artıb.
Hətta az da olsa erməni dilində də yayımlarımız var. Amma ermənilərin
də, bizim də başa düşəcəyimiz ingilis
dilində, rus dilində yayımlar kifayət qədər çoxdur. Ona görə
artıq Ermənistan tərəfi də bizim medianı rahat şəkildə izləyə bilir. İllər öncə xarici dillərdə yayımlar az olduğu, daha çox rus dilində xəbərlərin
yayıldığı dövrdə
izlənməyimiz indiki
qədər deyildi. Üstəlik, gündəm
yaratmaq məsələsində
ermənilər bizdən
öndə idilər.
Amma bu gün Azərbaycan özü gündəm yaradır. Ümumiyyətlə, 44 günlük
müharibədəki Qələbədən
sonra Azərbaycan diktə edən tərəfə çevrilib.
Faktiki olaraq reallıqları müəyyənləşdiririk
və dünyanın bununla barışmasını
təmin edirik. O səbəbdən Ermənistan
mediası davamlı şəkildə Azərbaycan
mediasını izləyir,
bizim xəbərləri
paylaşırlar, yayırlar".
Lakin A.Həsrətin fikrincə, bir məsələdə yenə
də geridə qalırıq:
"Rəsmilərimizin sosial
media hesablarında xəbərlər
xeyli gecikir. Ermənistan rəsmilərinin
bu yöndə fəaliyyəti bir qədər irəlidir, onlar bizdən daha operativ davranırlar.
Biz də operativliyi təmin etməliyik. Azərbaycanın ictimai-siyasi
həyatında seçilən,
fərqlənən şəxslərin
beynəlxalq auditoriyaya
hesablanan sosial media paylaşımlarını önə
çıxarmaq vacibdir.
Elə adamlarımız
var ki, sosial media üzərindən
gündəm yarada bilmirlər, yaxud, yaranmış gündəmə
təsir göstərə
bilmirlər. Xeyli sayda deputatlarımız
var ki, sosial mediadan olduqca zəif istifadə edirlər, hətta çoxları ümumiyyətlə istifadə
etmirlər. Ancaq yenə deyirəm, Azərbaycan mediasının
belə problemləri yoxdur. Bütün platformalarda varıq, səsimizi çatdırırıq,
bizi oxuyurlar, bizi dinləyirlər. Şəxsən, mənim
videomüraciətlərim olur,
bəzən rus, bəzən ingilis dilində yayımlar edirəm. Azərbaycan dilində olan videomüraciətlərim də
var ki, onların səsi
xarici ölkələrdən
gəlir, istinad olunur. Demək, danışmaq, gündəm
yaratmaq lazımdır.
Məhz Ermənistanın
bizi izləməsi də maraqlı gündəm yarada bilməyimizlə bağlıdır.
Ancaq daha çox iş görə bilərik, çünki o potensial bizdə var".
İsmayıl Qocayev
Şərq 2025.- 25 oktyabr
(¹195).- S.6.