"Şanxay ruhu" bütün dünyanı bürüyür
Vüqar
Bayramov: "Azərbaycan
əksər aparıcı
beynəlxalq qurumlar, o
cümlədən ŞƏT və təşkilata üzv olan əksər
dövlətlər ilə
tərəfdaşlığı gücləndirir"
Azərbaycan Respublikasının dünya
birliyinə inteqrasiyası,
region ölkələri
və digər dövlətlərlə, beynəlxalq
təşkilatlarla əməkdaşlığının
inkişaf etdirilməsi;
-
Ərazi və
əhali sayına görə dünyanın
ən böyük regional təsisatı olan Şanxay Əməkdaşlıq Təşkilatı
(ŞƏT) mühüm rola
malikdir. 2001-ci ildə
Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan,
Özbəkistan və
Tacikistanın iştirakı
ilə Şanxayda təsis edilən təşkilata sonradan Pakistan, Hindistan, İran və Belarus da qoşulub. Bundan başqa, hazırda qurumun 2 müşahidəçi
üzvü, habelə
Azərbaycan və Türkiyə də daxil olmaqla, 14 dialoq tərəfdaşı
var. Daha bir neçə ölkə dialoq tərəfdaşı statusu
almaq üçün
müraciət edib. Dünyanın ən böyük regional qurumu kimi ŞƏT-ə üzv ölkələrin
Avrasiya ərazisinin təxminən 60 faizini, dünya əhalisinin 40 faizini, qlobal ümumi daxili məhsulun 25 faizini təmin etdiyini nəzərə alsaq, dünyada cərəyan edən siyasi proseslər, müxtəlif
dövlətlər arasında
qarşıdurmalar, ikili
standartlar fonunda Şanxay Əməkdaşlıq
Təşkilatının nə
dərəcədə vacib
quruma çevrildiyini təsəvvür etmək
çətin deyil.
Təşkilatın əsas məqsədləri
üzv dövlətlər
arasında qarşılıqlı
etimad və qonşuluq münasibətlərinin
gücləndirilməsi, siyasət,
ticarət və iqtisadiyyat, elm və texnologiya, mədəniyyət, o cümlədən
təhsil, enerji, nəqliyyat, turizm, ətraf mühitin qorunması və digər sahələrdə
səmərəli əməkdaşlığın
inkişaf etdirilməsi,
regionda sülh, təhlükəsizlik və
sabitliyin əldə olunması üçün
birgə səylərin
göstərilməsi, yeni
siyasi və iqtisadi beynəlxalq düzənin yaradılması
istiqamətində addımların
atılmasından ibarətdir.
Təbii ki, Şanxay Əməkdaşlıq
Təşkilatında əhali
sayına görə dünyada birinci, iqtisadiyyatın həcminə
görə ikinci olan Çinin xüsusi çəkisi var. Çin Xalq Respublikası
(ÇXR) özünün iqtisadi potensialı ilə ŞƏT çərçivəsində
iqtisadi və ticari, humanitar əməkdaşlığın genişlənməsində aparıcı
amil olaraq qalır. Belə ki, Çinin 2024-cü ildə Şanxay Əməkdaşlıq Təşkilatına
üzv ölkələrlə
ticarət dövriyyəsi
2,7 faiz artaraq 512,4 milyard ABŞ dollarına çatıb.
Beynəlxalq və regional təşkilatlarda fəal
iştirak edən Azərbaycanın da son illər ŞƏT ilə əlaqələri
genişlənir. Azərbaycana
dialoq tərəfdaşı
statusunun verilməsinə
dair qərar təşkilatın 2015-ci ilin
iyulunda Ufada keçirilən Zirvə görüşündə qəbul
edilib. Ölkəmizlə
təşkilat arasında
mövcud əməkdaşlıq
sahələri 2016-cı ildə
tərəflər arasında
imzalanmış memorandumda
öz əksini tapıb. Ötən müddətdə Azərbaycan
təşkilat çərçivəsində
keçirilən müxtəlif
tədbirlərdə fəal
iştirak edib. Xüsusi qeyd etmək lazımdır ki, Azərbaycan Prezidenti iki dəfə - 2022-ci ildə
Səmərqənddə və
2024-cü ildə Astanada
ŞƏT-in Zirvə
toplantılarında iştirak
edib. Çin Xalq Respublikasının Sədri Si Cinpin
Azərbaycan Prezidentini
ŞƏT-in Çinin
Tiencin şəhərində
keçiriləcək Zirvə
toplantısına dəvət
edib. Yeri gəlmişkən, Tiencin
sammitində 20-dən çox
ölkənin liderləri
və 10 beynəlxalq təşkilatın rəhbərləri
iştirak edəcəklər.
ŞƏT region ölkələrinin
təhlükəsizlik və
sabitliyi qorumaq, habelə birgə inkişafı təşviq
etmək üçün
mühüm əməkdaşlıq
platformasıdır. Sammit
iştirakçıları “Şanxay ruhu”nun
təşviqi, multilateralizmin
həyata keçirilməsi,
dayanıqlı inkişafa
dəstək, həmçinin
mühüm beynəlxalq
və regional məsələlərin müzakirəsi
üzrə fikir mübadiləsi apararaq
ŞƏT-in yeni inkişaf planını birgə hazırlayacaqlar.
Şanxay Əməkdaşlıq
Təşkilatı ailəsindəki
ölkələrin Çinin
“Bir kəmər, bir yol” strategiyasının
əhatə dairəsində
olması rəsmi Pekinin bu dövlətlərlə
əməkdaşlığa marağını daha da artırıb. Bu kontekstdə Çin-Azərbaycan əlaqələrinin
potensialı daha ümidvericidir. Tarixən mühüm ticarət yollarının üzərində
yerləşən Azərbaycan
müasir dövrdə
də özünün
iqtisadi potensialı, eləcə də nəqliyyat-logistika, tranzit
imkanları ilə Avrasiya regionunda əməkdaşlıq üçün
yeni imkanlar yaradır. Prezident İlham Əliyevin Azərbaycanın yerləşdiyi
coğrafi mövqeyindən
və iqtisadi imkanlarından səmərəli
istifadə olunmaqla, beynəlxalq nəqliyyat-logistika
dəhlizlərinin yaradılması
istiqamətində illər
əvvəl qəbul etdiyi düşünülmüş
qərarlar bu gün öz bəhrəsini verməkdədir.
Azərbaycan özünün
nəqliyyat-logistika potensialını
inkişaf etdirərək
Avrasiyada yeni, alternativ dəhlizlərin yaradılmasına öz töhfəsini verib. Şimal-Cənub, Şərq-Qərb
beynəlxalq nəqliyyat
dəhlizlərinin fəaliyyətinin
genişləndirilməsi istiqamətində
görülmüş işlər
Azərbaycanın tranzit
ölkə kimi beynəlxalq yükdaşımalardakı
mövqeyini möhkəmləndirir.
Dövlətimizin başçısı
Şanxay Əməkdaşlıq
Təşkilatının Astana
Sammitindəki çıxışında
da bu məsələyə
toxunaraq, Şərq-Qərb
və Şimal-Cənub
nəqliyyat dəhlizləri
üzrə qarşılıqlı
fəaliyyətin Azərbaycan
ilə ŞƏT-ə üzv
dövlətlər arasında
əməkdaşlığın vacib sahəsini təşkil etdiyini, coğrafi mövqeyi və nəqliyyat infrastrukturuna qoyulmuş böyük sərmayələrin
ölkəmizə Avrasiyanın
nəqliyyat-logistika qovşaqlarından
birinə çevrilmək
imkanı verdiyini deyib. Bu nüfuzlu
təşkilatla əməkdaşlığını
uğurla inkişaf etdirən Azərbaycan
ŞƏT-dəki statusunu
yüksəltmək niyyətindədir.
Prezident İlham Əliyevin uzaqgörən
siyasəti nəticəsində
sürətlə inkişaf
edərək regional gücə çevrilən,
tarixi Zəfərdən
sonra yeni reallıqlar yaradan Azərbaycan ŞƏT üçün
də böyük önəm daşıyır.
Təbii ki, bunun da əsasında
bir sıra mühüm amillər dayanır. Azərbaycan gənc, müstəqil dövlət olmasına baxmayaraq, dünyada özünü mötəbər
beynəlxalq qurumlara uğurla rəhbərlik edən ölkə, qlobal səviyyəli məsələlərin müzakirə
olunduğu mühüm
platforma kimi sübut edib. 2011-ci ildə dünyanın 155 dövlətinin dəstəyini
alaraq BMT Təhlükəsizlik
Şurasının qeyri-daimi
üzvü seçilən
Azərbaycanın BMT-dən
sonra dünyada ən böyük təşkilat olan Qoşulmama Hərəkatına
uğurlu sədrliyi, ölkəmizin ötən
il COP29 kimi ən nüfuzlu tədbirə ev sahibliyi etməsi Azərbaycan Prezidentinin dünyada böyük hörmət və nüfuz sahibi olmasının göstəricisidir.
Fəal çoxtərəfli
xarici siyasət yürütməsi, beynəlxalq
müstəvidə etibarlı
tərəfdaş kimi
tanınması, coğrafi
mövqeyi, iqtisadi potensialı, nəqliyyat-logistika
infrastrukturu Azərbaycanı
Şanxay Əməkdaşlıq
Təşkilatı kimi
nüfuzlu qurum üçün vacib tərəfdaşa çevirib.
Prezident İlham Əliyevin son illər ŞƏT-in sammitlərində müntəzəm
iştirakı bunun bariz nümunəsidir. Onu da qeyd
edək ki, Şanxay Əməkdaşlıq
Təşkilatı (ŞƏT)
“ŞƏT tərəfdaşı” adlı vahid status yaratmağa qərar verib. Bu barədə ŞƏT
ölkələrinin “Tiencin
Bəyannamə”sində
qeyd edilib. Bildirilib ki, üzv dövlətlər
“müşahidəçi” və “dialoq tərəfdaşı” statuslarını
birləşdirərək “ŞƏT tərəfdaşı” statusunu
təsis ediblər. Çin Xalq Respublikasının Sədri
Si Cinpin deyib ki, Çin
Azərbaycan və Ermənistanın ŞƏT-ə daimi üzv kimi üzvlüyünü
dəstəkləyir:" Bu
ölkələr hazırda
Şanxay Əməkdaşlıq
Təşkilatının dialoq
üzrə tərəfdaşı
statusuna malikdir".
Millət vəkili
Vüqar Bayramov "Şərq"ə açıqlamasında
deyib ki, Çin Xalq Respublikasının Sədri
Si Cinpinin Prezident İlham Əliyev ilə görüşü zamanı
Azərbaycanın Şanxay
Əməkdaşlıq Təşkilatına
(ŞƏT) üzv olmasını
dəstəklədiyini bəyan
edib. Deputat vurğulayıb ki, çoxvektorlu xarici siyasət həyata keçirən Azərbaycan
əksər aparıcı
beynəlxalq qurumlar, o
cümlədən ŞƏT və təşkilata üzv olan əksər
dövlətlər ilə
tərəfdaşlığı gücləndirir:
"Qərb və Şərqlə əməkdaşlığını dərinləşdirən Azərbaycanın
regional təhlükəsizliyin
qorunmasında rolu daha da artmaqdadır.
ŞƏT ilə tərəfdaşlıq
coğrafı paylaşımına
və əhalisinə
görə dünyanın
ən böyük təşkilatı ilə
əməkdaşlıq deməkdir.
Avrasiyanın 65, dünya
ərazisinin 24 faizini əhatə edən təşkilata üzv dövlətlərdə dünya
əhalisinin 42 faizi yaşayır. Bu, eyni zamanda, qlobal
nominal ÜDM-nin 23, real iqtisadiyyatın isə 36 faizinin həmin dövlətlərdə
formalaşması deməkdir.
Azərbaycan təşkilat
ilə dialoq tərəfdaşlığı olan 14 dövlətdən biridir. 10 üzvü olan təşkilatda 2 dövlət müşahidəçi
kimi təmsil olunur. Hazırda
ŞƏT-də dialoq
üzrə tərəfdaş
statusuna malik olan Azərbaycan müşahidəçi ölkə
statusu almaq üçün rəsmi müraciət edib. Azərbaycan dialoq tərəfdaşı kimi
bu qurumla sıx əməkdaşlıq
edir. ŞƏT ilə
əməkdaşlığın güclənməsi fonunda
Azərbaycan üçün
ABŞ daxil olmaqla Qərb dövlətləri
ilə tərəfdaşlığın
daha da inkişaf
etdirilməsi prioritet olaraq qalmaqdadır. Çoxvektorlu xarici siyasət Azərbaycanın
geosiyasi mövqeyini daha da gücləndirir".
İsmayıl Qocayev
Şərq 2025.- 2 sentyabr (¹156).- S.6.