Yay
düşərgələri hədəflərinə nail
olur
61 ölkənin gəncləri
bir ideya ətrafında birləşdi
Azərbaycançılıq
ideyasının təbliği
Azərbaycan xalqının Ümummilli
Lideri Heydər Əliyevin həyat və fəaliyyəti Vətən sevgisinin ən uca zirvəsinin
təcəssümüdür. İstər sovetlər dönəmində Azərbaycan
siyasi hakimiyyətində
tutduğu yüksək
vəzifələr, istərsə
də Azərbaycan müstəqilliyini bərpa
etdikdə xalqın təkidi ilə hakimiyyətə qayıdışı
və xalqımızın
yekdil seçimi ilə ölkə prezidenti seçildikdən
sonra Ulu Öndər daim Azərbaycanın maraqlarını
yüksəkdə tutub.
Müasir dövrdə
azərbaycançılıq ideyasının bərqərar
olması və möhkəmlənməsi də
Ulu Öndərin adı ilə bağlıdır.
Ümummilli Liderin
çıxışları zamanı daim gənclərə Vətəni
sevməyi tövsiyə
etməsi, hər bir vəzifəli şəxsdən də öncə Azərbaycan maraqlarını nəzərə
almalarını tələb
etməsi vətəndaşlarımızın
məsuliyyətli davranmasını
şərtləndirib. Ulu
Öndərin çıxışlarının
birində sevimli şairimiz Səməd Vurğunun “Azərbaycan”
şeirini söyləməsi
isə bu gün Vətən sevgisinin rəmzinə çevrilib. Təsadüfi
deyil ki, keçirilən yerli və beynəlxalq tədbirlərin bir çoxunda məzmuna uyğun olaraq Ulu Öndərin bu şeiri söyləməsi
dinləndirilir, bununla
da Azərbaycan – Vətən sevgisi təsdiqlənmiş olur.
Bu yay mövsümündə
müxtəlif qurumlar
tərəfindən təşkil
olunan yay düşərgələrinin mövzuları
arasında Vətənə
bağlılıq və
azərbaycançılıq ideyası əsas qayələrdən biri idi. Sevindirici budur ki, yay
düşərgələrinin keçirilməsi Azərbaycan
ərazisi ilə məhdudlaşmadı. Sərhədləri
aşaraq qonşu ölkələrdə də
təşkil edildi və düşərgələrə
qonşu dövlətlərin
ərazisində yaşayan
azərbaycanlılar, həmçinin
digər xalqların nümayəndələri də
iştirakçı qismində
dəvət edildilər.
Məsələn, Gürcüstanın
Dmanisi rayonunda bu ölkədə yaşayan azərbaycanlı
gənclərin iştirakı
ilə Yay Düşərgəsi təşkil
olunub. Düşərgədə Marneuli,
Rustavi, Laqodexi, Bolnisi, Qardabani, Saqareco və Dmanisidə yaşayan 25 gənc iştirak edib. Düşərgənin
proqramına Azərbaycan
dili dərsləri, əyləncəli, intellektual
oyun və yarışlar, müxtəlif
istiqamətli təlimlər
daxil olub.
Düşərgənin
1-ci günündə iştirakçılar
Tbilisidəki Heydər
Əliyev Parkında Ulu Öndərin abidəsi önünə
gül dəstələri
düzüb, xatirəsini
ehtiramla yad ediblər. “Dmanisi Tədris Mərkəzi”nin
rəhbəri Kamran Xıdırov gənclər
qarşısında çıxış
edərək düşərgənin
əhəmiyyəti barədə
danışıb. Azərbaycan
Respublikasının Diasporla
İş üzrə
Dövlət Komitəsinin
əməkdaşı Sabit
Məmmədov Gürcüstanda
yaşayan gənclərimizin
hərtərəfli inkişafının
prioritet istiqamətlərdən
biri olduğunu vurğulayıb, bu mühüm tədbirin onların milli kimliyinin gücləndirilməsində
əhəmiyyətini qeyd
edib. Düşərgənin
müxtəlif günlərində
tarixçi Alxan Məmmədov “Gürcüstan
azərbaycanlılarının tarixi”, “Qanun” Hüquqi Yardım Mərkəzinin vəkili Əli Bədirov isə “Gürcüstan qanunları və Konstitusiyası” mövzularında
mühazirə ilə
çıxış ediblər.
İştirakçılar düşərgə müddətində
Dmanisi tarix muzeyinin fəaliyyəti ilə tanış olub, Dmanisi Milli
Parkında təşkil
olunan əyləncəli
proqramda iştirak ediblər. Gənclər daha sonra Dmanisi
Sionisini ziyarət edərək qədim insanların məskənləri
və arxeoloji tapıntılarla bağlı
məlumat alıblar. Gənclər Borçalı
aşıq məktəbinin
nümayəndəsi aşıq
Kamandarla (Qurbanov) da görüşüblər.
Aşıq Kamandarın
Azərbaycan aşıq
sənəti barədə
çıxışı gənclərdə
bu sənətə qarşı böyük maraq oyadıb. Düşərgə iştirakçıları
Ülkər Məmmədova,
Cavan Nəbiyev və Həmayıl İbrahimova yerli mətbuata müsahibələrində
düşərgənin onlar
üçün yeni dostluqlar qurmaq, faydalı biliklər qazanmaq, tarixi məlumatlarla tanış
olmaq və təcrübə əldə
etmək baxımından
xüsusi əhəmiyyət
daşıdığını bildiriblər. Yay Düşərgəsi işini
yekunlaşdırıb və
sonda gənclərə
sertifikatlar təqdim edilib. Qeyd edək
ki, düşərgə
Azərbaycan Respublikasının
Diasporla İş üzrə Dövlət Komitəsinin layihələri
çərçivəsində “Dmanisi Tədris Mərkəzi”nin təşkilatçılığı ilə baş tutub. Sevindirici məlumatlardan biri də budur
ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 3-cü kurs tələbəsi Nicat Kərimli Gürcüstanın
Anaklia şəhərində
keçirilən “Gürcüstan-Azərbaycan
gənclərinin yay düşərgəsində” iştirak
edib. Ölkəmizi düşərgədə digər
gənclərlə birlikdə
layiqincə təmsil edən İqtisadiyyat və menecment fakültəsinin tələbəsi
N.Kərimli düşərgə
müddətində komanda
quruculuğu sessiyaları
və idman oyunları üzrə müsabiqələrdə iştirak
edib. Düşərgənin
açılışında Azərbaycan Respublikası
gənclər və idman nazirinin müavini Fərhad Hacıyev və Gürcüstanın təhsil,
elm və gənclər nazirinin birinci müavini Levan Girsiaşvili gənclərlə görüşərək
onların suallarını
cavablandırıblar. Qeyd
edək ki, tədbirin əsas məqsədi hər iki ölkənin gəncləri arasında mədəni və ictimai əməkdaşlığı
gücləndirmək, dostluq
əlaqələrini möhkəmləndirmək,
təcrübə mübadiləsi
aparmaq və ortaq təşəbbüsləri
dəstəkləmək olub.
Bu günlərdə Azərbaycan gəncləri
daha bir mötəbər tədbirdə
iştirak edərək
Vətənimizi təmsil
ediblər. Sentyabrın
3-4-də Yaponiyada, “Osaka,
Kansai Ekspo 2025” dünya sərgisində Heydər Əliyev Mərkəzinin təşkilatçılığı
ilə fəaliyyət
göstərən Azərbaycan
pavilyonunda Gənclər
və İdman Nazirliyinin nümayəndə
heyəti “Konstitusiya və Suverenlik İli” çərçivəsində
həyata keçirilən
“İrsi qoruyanlar” Gənclər Proqramı ilə gənclərimizi təmsil edir. Bu günlər ərzində Azərbaycan
gəncliyinin uğurları,
görülən işlər
və imkanlar barədə təqdimatlar,
görüşlər, milli-mənəvi
dəyərlərimizin, irsimizin,
yaradıcılığımızın təbliği məqsədilə
sessiyalar təşkil
olunur, həmçinin
“Müasir Azərbaycan
gənci” layihəsinin
xüsusi buraxılışı
üçün çəkiliş
aparılır. Dünya
sərgisində dəyərlərimiz,
yaradıcılığımız və innovativ düşüncəmiz gənclərin
təşəbbüsləri vasitəsilə təqdim edilir. Yay mövsümü
ərzində gənclərin
azərbaycançılıq ideyasından bəhrələnməsi
istiqamətində bir
çox mühüm işlər görülüb.
Diaspor Gənclərinin
VI Yay Düşərgəsi
də bu qəbildən olan tədbirlərdəndir. Qeyd
edək ki, avqust ayında Diasporla İş üzrə Dövlət Komitəsinin Heydər Əliyev Fondunun birgə təşkilatçılığı
ilə Diaspor Gənclərinin VI Yay Düşərgəsi baş
tutub. Bununla bağlı komitənin məlumatında
bildirilir ki, Xankəndi şəhərində
təşkil olunan düşərgənin bağlanış
mərasimində Diasporla
İş üzrə
Dövlət Komitəsinin
sədri Fuad Muradov və Qarabağ Universitetinin rektoru Şahin Bayramov çıxış
edərək gənclərin
inkişafının dövlət
siyasətində prioritet
istiqamətlərdən biri
olduğunu vurğulayıb,
bu mühüm tədbirin onların milli kimliyinin gücləndirilməsi, diaspor
şəbəkələrinin genişləndirilməsi, icmalaşma
prosesinin sürətləndirilməsi
baxımından xüsusi
əhəmiyyətini qeyd
ediblər. Mərasimdə
düşərgə ilə
bağlı geniş videomaterial göstərilib,
iştirakçılara və
diaspor könüllülərinə
sertifikatlar, intellektual
oyunların qalibi olan “Xankəndi” və “Zəfər” komandalarına hədiyyələr
təqdim edilib. Xankəndi şəhərindən
böyük təəssüratla
ayrılan düşərgə
iştirakçıları ilk dəfə səfər etdikləri Qarabağda unudulmaz bir həftə keçirdiklərinə, dünya
azərbaycanlı gəncləri
ilə bir araya gəldiklərinə
görə təşkilatçılara
minnətdarlıqlarını bildirib, bu layihənin
uzunömürlü olmasını
arzulayıblar. Gənclər
Qarabağın işğalı,
müharibə və postmüharibə dövrü
ilə bağlı müfəssəl məlumat
almaq, işğaldan azad olunan ərazilərə
həyatın yenidən
qayıtdığını, regionda sülh və ədalətin bərpasını müşahidə
etmək üçün
düşərgənin böyük
fürsət olduğunu
dilə gətiriblər.
Düşərgə iştirakçıları,
həmçinin Prezident
İlham Əliyevin
ABŞ-dəki görüşünü
- möhtəşəm tarixi
anları böyük
maraq, coşqu və həyəcanla izləmələrini, 61 ölkəni
təmsil edən bu qədər gəncin dövlət başçısını bir
arada dəstəkləməsini
həyatlarının unudulmaz
anı kimi xatırlayacaqlarını ifadə
ediblər. Diaspor Gənclərinin VI Yay Düşərgəsinə 61 ölkədən
128 azərbaycanlı və
Azərbaycana dost münasibəti bəsləyən
xalqları təmsil edən gənclər qatılıb. Gənclərin
düşərgə çərçivəsində
Azərbaycan Respublikası
Prezidentinin işğaldan
azad olunmuş rayonlardakı nümayəndələri
ilə, diplomatlarla, ölkəmizin görkəmli
mədəniyyət xadimləri
və məşhur idmançılarla, şəhid
ailələri və qazilərlə, Xankəndidə,
eləcə də Qərbi Azərbaycanda doğulub-böyüyən ziyalılarla
görüşləri təşkil
olunub. Onlar, eyni zamanda, işğaldan
azad olunan rayonlara səfər edib, Azərbaycan dili dərslərində, əyləncəli, intellektual
oyun və yarışlarda, müxtəlif
istiqamətli təlimlərdə
biliklərini artırıblar.
Diaspor gənclərinin
bundan əvvəlki yay düşərgələri
Şəki, Şamaxı,
Şuşa, Naxçıvan
və Laçın şəhərlərində təşkil
olunub. Diasporla İş üzrə Dövlət Komitəsinin
irihəcmli və uzunmüddətli layihələrindən
olan Diaspor Gənclərinin Yay düşərgələri həm
ölkə daxilində,
həm də diaspor arasında böyük rəğbətlə
qarşılanıb, xüsusi
marağa səbəb
olub. Bu cür tədbirlər gənclərimizin azərbaycançılıq
ideyası ətrafında
birləşməsinə və
bu amala xidmət etməsinə səbəb olur. Dünyanın hansı ölkəsində yaşamasından
asılı olmayaraq hər bir azərbaycanlının
bu ideyanı həyat qayəsi bilməsi və onun möhkəmlənməsinə
xidmət etməsi vacibdir.
Məlahət Rzayeva
Şərq 2025.- 4 sentyabr ¹ 158.- S.6.