Ali Baş Komandan ölkəmizin taleyini dəyişdi

 

İlk dəfədir ki, həqiqi mənada tam suveren ölkədə yaşayırıq

 

Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm mədəniyyətinin təbliği:

 

Prezident İlham Əliyevin 2024-cü ildə imzaladığı Sərəncamla hər il sentyabrın 20-də qeyd olunacaq unudulmaz tarix - Dövlət Suverenliyi Günü təsis edildi. Bir neçə gündən sonra bu tarixi günün ikinci ildönümü qeyd olunacaq. Bu yeni tarixin təqvimdə rəsmi yer alması 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin, 2023-cü ildə antiterror tədbirlərinin XXI əsrdə ölkənin müstəqilliyinin möhkəmləndirilməsinin əhəmiyyətini bir daha vurğulayır.

Dövlət Suverenliyi Günü kimi qeyd edilir. Bu əlamətdar gün Azərbaycanın müstəqillik yolunda keçdiyi çətin şərəfli tarixin bir simvoludur. Qarabağda həyata keçirilmiş antiterror əməliyyatları Azərbaycanın suverenliyinin bərpası ərazi bütövlüyünün təmin olunması istiqamətində mühüm bir mərhələ oldu. Sovet İttifaqının dağılması fonunda 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan Respublikası XX əsrin sonlarında ən haqsız ən qəddar işğallardan biri ilə üzləşdi. Ermənistan Respublikası beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozaraq Dağlıq Qarabağ ona bitişik yeddi rayon da daxil olmaqla, Azərbaycan ərazisinin 20 faizə yaxınını işğal etdi. Bu ərazilərdə yüz minlərlə azərbaycanlının zorla qovulmasına səbəb olan kütləvi etnik təmizləmə aparıldı. Bəşəriyyətə qarşı cinayətlərin kuliminasiya nöqtəsi, hələ tarixin ən faciəli səhifələrindən biri - 1992-ci ildə Xocalı soyqırımı oldu. Lakin işğal, beynəlxalq passivlik Azərbaycan xalqının öz ərazisini dövlət suverenliyini bərpa etmək iradəsini qıra bilmədi. Azərbaycanın onilliklər ərzində göstərdiyi diplomatik hərbi səylər 2020-ci il Vətən müharibəsində Qələbənin əsası oldu. 2020-ci il sentyabrın 27-də Ermənistanın hərbi təxribatlar törətmək münaqişənin yeni mərhələsini açmaq cəhdlərinə cavab olan 44 günlük müharibə başladı. Azərbaycan silahlı qüvvələri təkcə hərbi məharətlə yanaşı, həm yüksək ruh yüksəkliyi nümayiş etdirərək Ermənistan ordusunu darmadağın edərək, əvvəllər işğal olunmuş ərazilərə nəzarəti bərpa etdi. Bu Qələbə təkcə hərbi uğur deyildi - o, ədalətin bərpası, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsi ən uzun regional müharibələrdən birinin çoxdan gözlənilən sona çatması idi. 2020-ci il Vətən müharibəsindəki Qələbədən sonra Azərbaycan öz ərazisinə tam nəzarəti bərqərar etmək üçün səylərini davam etdirib. Siyasi diplomatik tədbirlərə baxmayaraq, Ermənistan Qarabağ ərazisindəki silahlı birləşmələri dəstəkləməkdə, təhlükəsizliyə təhdidlər yaratmaqda Azərbaycan Respublikasının suverenliyini pozmaqda davam edirdi. 2023-cü il sentyabrın 19-da Azərbaycanın Silahlı Qüvvələri Qarabağ bölgəsindən qeyri-qanuni silahlı birləşmələrin yekun olaraq çıxarılması konstitusiya quruluşunun bərpası ilə nəticələnən antiterror əməliyyatına başladı. Cəmi 23 saat davam edən əməliyyat Ermənistan hərbi qüvvələrinin tam tərksilah edilməsinə Azərbaycanın öz ərazisi üzərində nəzarətinin tam bərpasına gətirib çıxardı. Bu əməliyyat Azərbaycan xalqının dövlətinin öz müstəqilliyini ərazi bütövlüyünü müdafiə etmək əzmini təsdiq etdi. Sentyabrın 20-nin Dövlət Suverenliyi Günü kimi təsis edilməsi təkcə Azərbaycan xalqının Ordusunun tarixi xidmətlərinin etirafı deyil, həm ölkənin müstəqil suveren dövlət kimi gələcək inkişafının rəmzidir. Bu əlamətdar tarix həm xalqımızın uğrunda mübarizə aparmağa qurban verməyə hazır olduğunu göstərən ən yüksək dəyərdir. Zənnimcə, bu günün konsepsiyasının üç əsas sütunu bunlardır: Müstəqillik uğrunda qəhrəmanların qurbanların xatirəsi - Dövlət Suverenliyi Günü doğma torpaqlarının azadlığı uğrunda canlarından keçənlərin xatirəsini yad etmək üçün mühüm məqam olacaq. Bu yaddaş milli kimliyin ayrılmaz hissəsinə çevriləcək, müstəqilliyin təmənnasız gəlmədiyini xatırladacaq. Digəri, milli birlik - 20 sentyabr təkcə qələbələrin qürur günü deyil, həm Azərbaycan xalqının birlik əzmkarlığının simvolu olacaq. Azərbaycanın çətin anlarda necə birləşərək öz torpağını, gələcəyini müdafiə etməyə hazır olduğunu sübuta yetirdiyinin bütün dünya şahidi oldu. Əsas məqamlardan biri isə gələcəyə istiqamətləndirmədirbu gün həm dövlətçiliyin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, siyasi, iqtisadi sosial institutların inkişaf etdirilməsi zərurətini xatırladacaq.

 

 

Millət vəkili Naqif Həmzəyev Sherg.az-a deyib ki, iki il öncə Azərbaycan Silahlı Qüvvələri ölkəmizin suverenliyini tam olaraq bərpa etdi. Deputatın sözlərinə görə, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müstəqilliyimizi bərpa etdikdən sonra ilk dəfə suveren bir ölkədə yaşamaq hüququ əldə etdik:

 

 "Şükürlər olsun ki, bayrağımız Azərbaycanın bütün rayon, şəhər kəndlərində dalğalandı. Xankəndidə, Xocalıda, Ağdərədə dövlət himninin sədaları altında silahlı qüvvələrimizin paradı keçirildi. Hazırda həmin ərazilərdə sürətli quruculuq, abadlıq işləri gedir. Bunlar ən yeni tariximizdir Azərbaycan dövlətinin ən şanlı tarixidir. O baxımdan cənab Prezidentin həmin günün Dövlət Suverenlik Günü kimi qeyd edilməsi ilə bağlı Sərəncamı çox düzgün zamanında verilmiş qərardır. Belə bir günün təsis edilməsi çox önəmli idi. Heç zaman imkan verməyəcəyik ki, suverenliyimiz təhdid altına düşsün. Azərbaycanın həyata keçirdiyi uğurlu xarici-daxili siyasət qonşularımız üçün bir nümunə olmalıdır".

 

Parlamentari qeyd edib ki, suverenlik dövlətin mövcudluğunun müstəqilliyinin əsas elementidir:

 "Çünki dövlət suverenliyi dövlətin öz ərazisində vahid şəriksiz üstünlüyü beynəlxalq münasibətlərdə müstəqilliyi deməkdir. Müasir beynəlxalq hüququn fəlsəfəsinə görə, dövlət ərazisinin böyüklüyündən, əhalisinin sayından, konstitusiya quruluşundan asılı olmayaraq suverenliyə malikdir. Suverenlik dövlətin dövlətçiliyin əsas əlamətidir onu siyasi münasibətlərin xüsusi subyekti, cəmiyyətin siyasi sisteminin əsas tərkib hissəsi kimi səciyyələndirir. Dövlət suverenliyi anlayışına beynəlxalq hüququn müstəqil subyektinin ərazisinin bütövlüyü bölünməzliyi, sərhədlərinin toxunulmazlığı onun daxili işlərinə kənar müdaxilənin yolverilməzliyi kimi fundamental prinsiplər daxildir. Dövlət suverenliyimizin təmin olunması, dövlət müstəqilliyimizin bərpa olunması, ərazi bütövlüyümüzün təmin edilməsi qədər əhəmiyyətlidir. Çünki bu bizim xalqımızın tarixinin ən şanlı, ən şərəfli səhifələrindən biridir".

 

İsmayıl Qocayev

Şərq  2025.- 5 sentyabr (№159).- S.6.