Sosial paket 3 milyon vətəndaşı
əhatə edəcək
İctimai və dövlət
maraqlarının müdafiəsi
Bu, vətəndaş məmnunluğunun
artırılmasına hesablanıb
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ötən il dekabrın 23-də “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Sərəncam imzaladı. Sərəncama əsasən, Azərbaycanda minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilib. Nazirlər Kabinetinə əmək pensiyasının minimum məbləğinin 2025-ci il fevralın 1-dən 320 manata çatdırılmasına dair təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.
Nazirlər Kabineti, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə müəyyən olunmuş dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğlərinin bir ay müddətində bu Sərəncamın 1-ci hissəsinə uyğunlaşdırılmasını təmin edib Prezidentə məlumat verməli, sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı təkliflərini üç ay müddətində Prezidentə təqdim etməli, bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
Prezidentin imzaladığı sərəncam Azərbaycan dövlət siyasətində sosial inkişaf, vətəndaşların rifah halının daim yüksəldilməsinin prioritet olduğunu sübut edir. Cənab Prezident hökumət üzvləri ilə keçirdiyi müşavirələrdə, xalqla görüşləri zamanı, həmçinin yüksək səviyyəli beynəlxalq tədbirlərdəki çıxışlarında da vətəndaşların rifah halının yüksəldilməsinin dövlət siyasətinin əsasının təşkil etdiyini, işsizliyin minimuma endirilməsi, əhalinin məşğulluğunun artırılması istiqamətində layihələr icra edildiyini, dövlət büdcəsinin böyük hissəsinin sosialyönümlü olduğunu vurğulayıb. Cənab Prezidentin imzaladığı sərəncamlar da bu siyasətin təsdiqidir.
Qeyd edək
ki, 2025-ci ilin sosial paketinin icrasına start verilib. Azərbaycan Prezidenti
İlham Əliyevin imzaladığı “Əhalinin
sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin
davam etdirilməsi haqqında” sərəncamına
uyğun olaraq bu aydan bır
sıra artımlar qüvvəyə minib.
Milli Məclisin
deputatı, İqtisadi
siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin
üzvü Vüqar Bayramov sərəncamdan irəli gələn məsələləri geniş
şərh edib. Deputat bildirib ki, Azərbaycanda
3 milyon vətəndaşı
əhatə edəcək
sosial paketinin əsas elementlərindən
biri də məhz maaş
artımlarıdır. Azərbaycan Prezidentinin
imzaladığı sərəncama
uyğun olaraq bu aydan ölkədə
minimum aylıq əməkhaqqının
məbləği 345 manatdan
16 faiz artımla 400 manata çatdırılıb.
Bu o deməkdir, bu aydan etibarən həm dövlət, həm də özəl sektorda 400 manatdan az
maaş vermək mümkün olmayacaq. Yəni minimum əməkhaqqı
alan vətəndaşlarımız
yanvar ayı üçün maaşlarını
16 faiz artımla alacaqlar. Minimum əməkhaqqındakı
artım sadəcə
aşağı maaş alanların deyil, eləcə də vahid tarif
cədvəlinin (VTC) bütün
pillələri üzrə
əməkhaqlarında artımları
təmin edəcək.
Belə ki, dövlət büdcəsindən maliyyələşdirilən
sahələrdə çalışan
işçilərin aylıq
tarif (vəzifə) maaşları da təxminən bir ay müddətində bu Sərəncama uyğunlaşdırılacaq
və artırılacaq.
Sosial, elm, səhiyyə,
mədəniyyət, gənclər
və idman, kənd təsərrüfatı,
ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal,
nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı
və balıqartırma
sahələrində çalışan
dövlət qulluqçusu
statusu olmayan işçilərin də
əməkhaqları artacaq.
Bu artımlar isə Nazirlər Kabineti tərəfindən
qərar imzalandıqdan
sonra ödəniləcək.
Pensiya artımları
barədə danışan
V.Bayramov qeyd edib ki, 2024-cü ilin ilk 10 ayının yekunlarına əsasən,
ölkə üzrə
orta aylıq əməkhaqqı təxminən
8 faiz artıb. Dəqiq rəsmi göstərici isə gələn ayın əvvəllərində
elan ediləcək.
2024-cü ildə orta aylıq əməkhaqqında artımla
bağlı rəsmi statistika fevral ayının ilk 10 günündə
bəlli olduğu üçün indeksasiya
da məhz o zaman aparılacaq. Pensiya artımları yanvarın
1-dən hesablanır, amma
artımlar fevral ayında ikisi birlikdə ödəniləcək.
Deməli, pensiyaçılar artımları gələn
aydan etibarən alacaqlar. Amma yanvar ayı
üçün hesablanmış
artım da fevral ayının pensiya məbləğinə
əlavə olunacaq.
İndeksləşdirmə bütün növ
əmək pensiyalarına
şamil olunur. “Əmək pensiyaları
haqqında” qanunun
4-cü maddəsinə əsasən,
əmək pensiyalarının
3 növü təsbit
olunub. Bunlar yaşa görə
əmək pensiyası,
əlilliyə görə
əmək pensiyası
və ailə başçısını itirməyə
görə əmək
pensiyasıdır. Deməli, vətəndaşımız
növündən asılı
olmayaraq əmək pensiyası alırsa, onun pensiya məbləğinə
artım hesablanacaq.
Minimum pensiya məbləği
isə gələn aydan 280 manatdan 320 manata çatdırılacaq.
Bu o deməkdir ki, minimum pensiya alanlar artıq gələn aydan artırılmış məbləği
alacaqlar. Azərbaycan Prezidentinin
digər sərəncamı
ilə isə bu aydan etibarən
ehtiyac meyarı 285 manata çatdırılıb.
Ehtiyac meyarının artırılması
ünvanlı sosial yardım proqramı çərçivəsində vətəndaşlarımızın aldığı yardım
məbləğinin bu
ildən artmasına səbəb olacaq.
Bu, 900 manat gəliri olan və 5 üzvü olan ailədə aylıq sosial yardım məbləğinin orta hesabla 450 manatdan 525 manatadək yüksəlməsi
deməkdir. Artımların ödənilməsinə gəldikdə isə yeni ehtiyac meyarı
ünvanlı sosial yardım proqramı çərçivəsində yeni yardım almağa başlayanlara şamil olunacaq. Yəni əgər vətəndaşın
müraciətinə bu
ay müsbət cavab verilib ona yardım
ödənilməsi ilə
bağlı qərar veriləcəksə, o, artırılmış
məbləğ ilə
yardımı bu aydan alacaq.
V.Bayramov qeyd edib ki, sosial müavinət və təqaüdlərin məbləğində də artım nəzərdə tutulub. Valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş uşaqların təhsil üzrə təminatları da dəyişir. Bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin dünən keçirilən iclasında müzakirəyə çıxarılan “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Qüvvədə olan qanuna əsasən, valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ümumi təhsil, peşə və orta ixtisas təhsili, ali təhsil müəssisələrini bitirdikləri zaman müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi qaydada mövsümi paltar və ayaqqabı, habelə respublika üzrə orta əmək haqqının iki mislindən az olmamaqla birdəfəlik pul vəsaiti ilə təmin olunurlar. Layihəyə əsasən, təminat müəyyənləşdirilən məbləğdə birdəfəlik müavinət formasında olacaq. Başqa sözlə, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ümumi təhsil, peşə təhsili, orta ixtisas təhsili və ali təhsil müəssisələrini bitirdikləri zaman onlara müvafiq təhsil müəssisəsi tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə birdəfəlik müavinət ödəniləcək. Birdəfəlik pul vəsaitinin ödənilməsi zamanı respublika üzrə orta əmək haqqının hansı dövr üçün hesablanması qeyd edilməyib. Təcrübədən məlum olduğu kimi orta əməkhaqqı aylar və illər üzrə dəyişir. Eyni zamanda mövcud vəziyyətdə nəzərdə tutulmuş normativlər üzrə paltar və ayaqqabıların sözügedən kateqoriyadan olan şəxslərin tələbatına, bunların əvəzinə verilən pul kompensasiyasının isə qeyd olunan mövsümi geyim məhsullarının orta bazar qiymətinə adekvat olmaması bu təminat növlərinin praktiki cəhətdən aktual olmamasını şərtləndirir. Qeyd olunanlara əsasən, daha effektiv sosial təminat prinsipinin tətbiq edilməsi, qanunvericilikdə olan qeyri-müəyyənliyin aradan qaldırılması, birdəfəlik pul vəsaitinin konkret məbləğdə ödənilməsi və bununla da, vətəndaş məmnunluğunun artırılması məqsədilə qanunda müvafiq dəyişiklik edilməsi ilə bağlı sözügedən layihə hazırlanıb. Millət vəkili dəfn üçün təyin ediləcək məbləğlər barədə də danışıb. Qeyd edib ki, müavinət dövlət qulluqçularına ömürlük, yaşa, əlilliyə və ailə başçısını itirməyə görə verilən müavinətlərdən biri təyin edilmiş, “İşsizlikdən sığorta haqqında” Qanuna uyğun olaraq işsizlikdən sığorta ödənişini alan və sığortaolunan şəxslərə də ödənilir: “Mövcud qanunvericiliyə əsasən, sığortaolunan şəxs vəfat etdikdə – 500 manat, əmək pensiyaçıları vəfat etdikdə isə əmək pensiyasının minimum məbləğinin üç misli məbləğində ödəniş edilir. Bu o deməkdir ki, pensiyaçı vəfat etdikdə dəfn üçün müavinət gələn ay 840 (280 manat X 3) manatdan 960 (320 manat X 3) manata yüksələcək. Bütövlükdə, hər iki istiqamətdə dəfn üçün müavinətin daha da artırılması müzakirə edilən məsələlərdəndir. Fiskal gəlirlərə uyğun olaraq bu istiqamətdə artımlar həyata keçirilir”.
Məlahət Rzayeva
Şərq 2025.- 23 yanvar (¹12).- S.6.