Elmar Məmmədyarov Marneulidə azərbaycanlılarla görüşüb

 

Nazir soydaşlarımızın problemlərini dinləyib

 

 Gürcüstanda rəsmi səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov gürcü həmkarı Qriqol Vaşadze ilə görüşüb. Görüş zamanı tərəflər iki ölkə arasındakı əməkdaşlıq məsələləri ilə, eləcə regional beynəlxalq vəziyyətlə bağlı müzakirələr aparıblar.   

XİN-in mətbuat mərkəzindən "Şərq"ə bildirilib ki, görüş zamanı ilk olaraq nazir Elmar Məmmədyarovu martın 18-də keçirilən ümumxalq səsverməsinin - referendumun nəticələri ilə bağlı təbrik edən Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze Azərbaycanın bundan sonra da artan xətlə inkişaf etməsini arzuladıqlarını bildirib. Görüşdə həmçinin iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olması vurğulanıb. Tərəflər hər iki ölkənin iştirakı ilə reallaşdırılan enerji nəqliyyat layihələrinə toxunublar. Müzakirələr zamanı Bakı-Tiflis-Qars dəmiryolu layihəsinin tikintisinin davam etdirilməsi, ölkələrin tranzit funksiyasının genişləndirilməsi, beynəlxalq təşkilatlarda, xüsusilə GUAM çərçivəsində aparılan işlərin, Avropa İttifaqı "Şərq tərəfdaşlığı" proqramı, regional dünyada gedən proseslərə dair müzakirələr aparılıb. Həmçinin gələcəkdə nəzərdə tutulan birgə planların istiqamətləri müəyyənləşdirilmişdir. Ermənistan-Azərbaycan münaqişəsinə toxunarkən Azərbaycanın xarici siyasət idarəsinin başçısı Elmar Məmmədyarov Azərbaycanın danışıqlarda tutduğu mövqe barəsində məlumat verərək, bu problemin həlli ilə bağlı Gürcüstanın Azərbaycana verdiyi dəstəyi yüksək qiymətləndirib. Qriqol Vaşadze isə Gürcüstanın Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə tanıdığını ölkəsinin bundan sonra da müxtəlif müstəvilərdə Azərbaycanın mövqeyini dəstəkləyəcəyini bildirib. Nazir Elmar Məmmədyarov da öz növbəsində rəsmi Bakının Gürcüstanın ərazi bütövlüyünü birmənalı şəkildə tanıdığını dəstəklədiyini bildirib. Görüş çərçivəsində nazirlər Gürcüstan prezidenti Mixail Saakaşvilinin Azərbaycana planlaşdırılan dövlət səfəri, Gürcüstanın baş naziri N.Gilaurinin isə rəsmi səfərinin təşkili bu səfərlər çərçivəsində həyta keçiriləcək planı ilə bağlı müzakirələr aparıblar. Görüşün sonunda iki ölkənin Xarici İşlər nazirlikləri arasında 2009-cu il üçün məsləhətləşmələr planına dair sənəd imzalayıblar. Sənəddə nazirliklərin müvafiq strukturları arasında 2009-cu ildə aparılacaq məsləhətləşmələrə dair planları öz əksini tapıb.  

Tiflisə səfəri çərçivəsində Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri Gürcüstanın baş naziri Niko Gilauri ilə görüşüb. Görüşdə tərəflər regionun təhlükəsizliyi, qarşılıqlı sərmayələrin yatırılması, enerji, nəqliyyat digər ikitərəfli beynəlxalq səviyyəli məsələləri müzakirə ediblər. Azərbaycan Gürcüstan arasında strateji tərəfdaşlıq əlaqələrinin olduğunu bildirən nazir Elmar Məmmədyarov bu əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdirildiyini bildirib. Regionda sülhün əmin-amanlığın təmin olunmasının vacibliyini vurğulayan nazir Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinə dair aparılan proses barəsində məlumat verib. Gürcüstanın baş naziri N.Gilauri isə ölkəsinin üzləşdiyi problemlərin həllində göstərdiyi köməyə görə Azərbaycan rəhbərliyinə minnətdarlıq bildirib. Görüşdə Bakı-Tiflis-Qars dəmir yolu layihəsinin həyata keçirilməsi ətrafında da fikir mübadiləsi aparılıb. Gürcüstan hökumətinin başçısı bildirib ki, layihənin ikinci mərhələsinin başlanması üçün tender elan ediləcək hazırda bu istiqamətdə müvafiq işlər həyata keçirilir. Bununla yanaşı, o da vurğulanıb ki, Hazırda SOKAR-Azərbaycan şirkəti geniş layihələr həyata keçirməkdə davam edir. Artıq bu layihələr ölkənin əhaliyə qaz paylayıcı sektorunu da əhatə edir. Gürcüstan tərəfinin təklifi ilə gələcəkdə tərəflər Gürcüstanda iri qaz anbarının tikilməsi bu anbardan Avropaya qazın nəqli üçün istifadə edilməsi imkanları ətrafında da müzakirələr aparıblar. N. Gilauri bildirib ki, hazırda Gürcüstan tərəfi Avropa İttifaqının təşəbbüsü ilə " axın" qaz tranziti layihəsinin üzərində aparır. Bu layihə Xəzər dənizi regionundan qazın Azərbaycan Gürcüstan ərazisi ilə Rumıniyaya sonradan digər Avropa ölkələrinə nəqlinə istiqamətləndirilib. Qeyd edək ki, nazir Elmar Məmmədyarovun səfəri çərçivəsində Gürcüstan prezidenti Mixail Saakaşvili ilə görüşü olub. Görüşdə iki ölkə arasında əlaqələrin bütün sahələr üzrə artan xətt üzrə inkişafı sevincdoğuran fakt kimi dəyərləndirilib. Gürcüstan prezidentinin yaxın vaxtlarda Azərbaycana dövlət səfəri edəcəyi bildirilib. Həmçinin müzakirələr zamanı regiondakı münaqişələrin nizamlanması məsələlərinə toxunulub. Gürcüstan prezidenti Mixail Saakaşvili Azərbaycanın Gürcüstana ən çətin məqamlarda kömək durduğunu buna görə Azərbaycan prezidentinə gürcü xalqının minnətdar olduğunu bildirib. Qeyd edək ki, dünən nazir Elmar Məmmədyarov onu müşayiət edən nümayəndə heyəti Gürcüstanın müstəqilliyi ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin memorialını ziyarət ediblər. Nümayəndə heyəti həmçinin Tiflisin mərkəzində ulu öndər Heydər Əliyevin adını daşıyan parkda onun abidəsini ziyarət edib. Daha sonra nazir Elmar Məmmədyarov azərbaycanlıların yaşadığı Marneuli rayonuna səfər edib. Gürcüstanda yaşayan Azərbaycan icmasının nümayəndələri ilə görüşən nazir onların problemlərini dinləyib. Azərbaycan prezidentinin Gürcüstanda yaşayan soydaşlarımızın problemlərinin həllinə hər zaman qayğı diqqətlə yanaşdığını vurğulayan xarici siyasət idarəsinin rəhbəri soydaşlarımıza onların problemlərinin həllinə yönəlmiş həyata keçirilən layihələr barədə məlumatlar verib. Elmar Məmmədyarovun Gürcüstana səfəri dünən axşam başa çatıb.

 

 

Şərq.- 2009.- 3 aprel.- S. 3.

 

Vüsalə Rafiqqızı